1. FƏNNİn məQSƏDİ, VƏZİFƏLƏRİ, ƏHƏMİYYƏTİ



Yüklə 286,23 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix07.04.2018
ölçüsü286,23 Kb.
#36305
1   2   3   4   5   6   7   8   9   10   11

 

bakterioloji  və  kimyəvi  keyfiyyəti,  yağışdan  sonra  quyu  suyunun  səviyyəsinin 



qalxmasının  çay  səviyyəsinin  qalxması  ilə  əlaqəsi,  yay  və    qış  fəsillərinin  quru 

aylarında suyun səviyyəsinin dəyişmə xüsusiyyətləri göstərilir. 

Quyu sularının temperaturası xüsusi su termometrləri vasitəsilə ölçülür ki, bu 

zamanda termometr suda 5 dəqiqədən az olmayaraq saxlanılmalıdır. Təbii yeraltı 

suların  çıxışlarını  tapmaq  üçün  çay  dərələrində  yarğanlarda,  qobularda  və 

yamacların  ətəklərində  ki  su  çıxıntılarının  yerlərini  xəritədə  qeyd  edərək,  onların 

hər tərəfli təsvirini yazmaq lazımdır. 

Qrunt sularının axım istiqamətini, sürətini təyin etmək  üçün bir-birindən xeyli 

məsafədə  yerləşmiş  və  su  səviyyələri  müxtəlif  olan  bir  neçə  quyudan  istifadə 

edirlər.  Bunun  üçün  yuxarıda  yerləşmiş  quyuya  bir  qədər  duz  töküb  onun 

kəmiyyətini aşağı quyuda yoxlayırlar. Bunun üçün aşağı quyudan götürülmüş suya 

bir  qədər  gümüşlü  azot  turşusu  əlavə  edirlər.  Əgər  bu  zaman  suda  ağ  çöküntü 

yaranırsa,  deməli  üst  quyudan  tökülmüş  duzun  bir  hissəsi  aşağı  quyuya  çatıb. 

İkinci  quyuya  duzun  çatması  vaxtı,  bizə  imkan  verir  ki,  su  qorizontunda  suyun 

təmizləmə sürətini təyin edək. 

Qrunt  sularının  bu  cür  tədqiqinin  nəticəsi  hesabat  şəklində  təqdim  edilir  ki, 

onun da forması belədir: 

1.Quyular  yerləşdiyi  sahənin  coğrafi  vəziyyəti  və  onun  çay  şəbəkəsinin 

tərkibi. 

2.Sahənin qısa geoloji və geomorfoloji səciyyəsi. 

3.Quyularda qrunt sularının və bulaqların vəziyyəti, xarakteristikası. 

4.Suyun keyfiyyəti, su təchizatı şəraiti, suya olan tələbat. 

5.Quyuların sanitariya cəhətdən vəziyyəti. 

6.Qrunt sularının mühafizəsi üçün məsləhətlər. 

Bütün  bunlarla  yanaşı  hesabata,  quyuların,  mineral  bulaqların  yerləşdiyi 

xəritə,  quyuların  kəsilişi  və  həmin  kəsilişlər  üzrə  su  saxlayan  qatların  nömrəsidə 

əlavə edilir. 

 

 



behruzmelikov.com


2.GEOLOJİ ÇÖL TƏDQİQAT ÜSULU 

Təbii  mineral  ehtiyatları  ilə  zəngin  olan  ölkəmizin  çox  hissəsi  geoloji 

quruluşunun  müxtəlifliyi  ilə  kəskin  fərqlənir.  Sənayenin,  kənd  təsərrüfatının  və 

hərbi  texnikanın  inkişafı  üçün  filiz  və  qeyri  filiz  yataqlarının  ehtiyatlarını  aşkar 

etmək  üçün  geoloji  çöl  tədqiqat  işləri  aparılmalıdır.  Geoloji  tədqiqatlardan 

həmçinin  su  elektrik  stansiyalarının,  mülki  və  hərbi  obyektlərin  tikintisində,  su 

təchizatında,  torpaq  eroziyasında,  sürüşmə  sahələrində,  yarğan  eroziyasında  və 

digər təbii fəlakətlərə qarşı mübarizədə istifadə edilir. 

Geoloji  məlumatlardan  istifadə  olunan  bütün  işlərin  əsasını,  çöl  tədqiqat 

materiallarının  kompleks  təhlili  üzrə  tərtib  edilmiş  dəqiq  geoloji  xəritələr  təşkil 

edir. 

İnqilaba  qədər  Rusiyada  geoloji  planalma  işləri  marşrut  xarakterli  olub,  heç 



bir  axtarış  məqsədi  ilə  müşayiət  olunmurdu.  Ölkənin  böyük  ərazisinin  geoloji 

cəhətdən  tam  öyrənilməməsinə  baxmayaraq,  bu  axtarış  işləri  faydalı  qazıntıların 

aşkar edilməsində heç bir elmi əhəmiyyət kəsb etmirdi. 

Hal – hazırda ölkəmizin ərazisində geoloji cəhətdən öyrənilməmiş elə bir sahə 

qalmamışdı.  İldən  –  ilə  artan  geoloji  xəritələşdirmə  işləri  əsasında  geoloji  – 

kəşfiyyat  işlərinin  inkişafı  üçün  geoloji  əsas  tərtib  olunmuşdur  ki,  bunun  da 

əsasında  1:1  000 000  miqyasında  geoloji  –  planalma  işləri  başa  çatdırılmışdır. 

Həmçinin  ölkəmizin  75-80%  sahəsinin  1:200  000  və  daha  iri  miqyaslı  geoloji 

xəritələr tərtib edilmişdir. 

Qeyd  etmək  lazımdır  ki,  geoloq  və  coğrafiyaçı  üçün  çöl  müşahidələri  çox 

böyük əhəmiyyət kəsb edir. A.A.Borzov göstərmişdir ki, coğrafiyaçı üçün ilkin və 

əsas laboratoriya təbiətdir. 

Çarlz  Darvin  ümumi  elmi  fikirlərə  əsaslanaraq  geoloji  çöl  müşahidələrini 

yüksək  qiymətləndirmişdir.  Müəllifin  fikrincə,  geoloji  çöl  tədqiqat  müşahidələri 

hər hansı bir geoloji prosesin araşdırılmasında və yaxud bu proseslə əlaqədar olan 

başqa  təbiət  hadisələrinin  öyrənilməsində  mühüm  rol  oynaya  bilər.  Ona  görə  də, 

geoloji çöl tədqiqat müşahidələrinin aparılma üsullarını bilmək həm geoloqlar üçün 

behruzmelikov.com




 

və  həm  də  coğrafiyaçılar,  diyarşünaslıq,  turistlər  üçün,  bir  çözlə  təbiəti  öyrənən 



bütün şəxslər üçün ən vacib üsullardan biridir. 

Aparılmış  geoloji  çöl  müşahidələri  nəticəsində  mürəkkəb  fiziki  –  coğrafi 

amillərin  qarşılıqlı  təsirini  və  əlaqəsinin  analizi,  onların  müşahidə  olunma 

qabiliyyətini  aşkar  etmək  mümkün  olur.  Geoloji  çöl  müşahidələri  hər  hansı  bir 

sahənin  fiziki  –  coğrafi  xüsusiyyətlərinin  kompleks  öyrənilməsi  üçün  əsas  olub, 

relyefin  genezisi,  onun  evolyusiyası,  inkişaf  tarixi,  geoloji  proseslərin  təbiətin 

digər  amilləri  ilə  qarşılıqlı  əlaqəsinin  qanunauyğunluqlarını  aşkar  etməyə  imkan 

verir.  Geoloji  əsas  üzərində  faydalı  qazıntıların  qanunauyğun  yerləşməsi  aşkar 

olunur, onların ehtiyatı və səmərəli istifadə olunması aydınlaşdırılır. 

Geoloji çöl tədqiqatları zamanı əsas diqqət orqanik aləmin qarşılıqlı əlaqəsinin 

aydınlaşdırılmasına, daha doğrusu Yer qabığının biosfer qatının atmosfer, litosfer 

və hidrosfer qatları ilə qarşılıqlı təsirinin öyrənilməsinə yönəldilir. Bu müşahidələr 

zamanı  sadəcə  olaraq  müxtəlif  geoloji  hadisələri  yazmaqla  yanaşı,  onun  təbii 

genezisini,  qədim  və  müasir  geoloji  proseslərin  bir  –  birilə  əlaqəsini  açmaq 

lazımdır. Geoloji çöl tədqiqatları zamanı ərazinin mineraloji, paleontoloji, faydalı 

qazıntısı  haqqında  tələbənin  ümumi  məlumatı  olmaqla  bərabər,  həmin  ərazidə 

yayılmış vulkanik, metamorfik və çökmə süxurlardan təşkil olunmuş kəsilişlərdən 

nümunələr  götürülməsi  də  vacibdir.  Bu  baxımdan  çay  və  yarğan  sahillərindəki 

açılışlarda  mövcud  olan  heyvan  və  bitki  qalıqlarının  öyrənilməsinin  böyük 

əhəmiyyəti vardır. Bu tapıntılar geoloji keçmişdə quru və dənizin sərhədlərində baş 

verən dəyişiklərin öyrənilməsinə imkan verir. 

Çöl müşahidələrinin spesifikası yerli fiziki – geoloji şəraitin xarakteri ilə təyin 

olunur. Burada ümumi tədqiqatlarla yanaşı, ərazinin müxtəlif geoloji əlamətləri də 

aşkar edilir ki, buda öyrənilən rayonun xüsusiyyətlərini təyin etməyə imkan verir. 

Misal  üçün,  dəniz  sahili  rayonlarda  qədim  dəniz  hövzələrinin  paleocoğrafiyası, 

abrazion  terrasların  xarakteri,  dənizin  dağıdıcı  fəaliyyəti,  dyunlar  və  s.  öyrənilir. 

Qədim  buzlaqların  inkişaf  etdiyi  oblastlarda  buzlaq  relyefinin  xüsusiyyətləri, 

(ozlar, kamlar, drumliklər) qaymaların xarakteri, morenlərin tərkibi, flyuviolyasial 

qumlar və  lentvari gillərə xüsusi diqqət yetirilir. Bununla əlaqədar olaraq, geoloji 

behruzmelikov.com




Yüklə 286,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə