1. FƏNNİn məQSƏDİ, VƏZİFƏLƏRİ, ƏHƏMİYYƏTİ



Yüklə 286,23 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix07.04.2018
ölçüsü286,23 Kb.
#36305
1   2   3   4   5   6   7   8   9   10   11

 

    Çöl  işləri  zamanı  hər  bir  genetik  tipli  torpaq  qatının  mexaniki 



xüsusiyyətlərinə də fikir vermək lazımdır. Çöl şəraitində torpaqları müxtəlifliyinə 

görə bu cür ayırmaq olar: qumlu,gilli-qumlu, gillicəli, gilli. 

    H.A.Kaçinski  mexaniki  tərkibinə  görə  torpaqların  aşağıdakı  təsnifatını 

vermişdir:  Əgər  torpaqda  hissəciklərin  diametri  <0,01-dənkiçikdirsə  qumlu,  eyni 

fraksiyalar 10%-20%-dirsə gillicəli, 50%-dən çoxdursa gilli torpaqlar adlanır. 

    Torpağın  tədqiqatı  zamanı  onun  strukturasını  təyin  etmək  lazımdır. 

Strukturasına  görə  torpaqlar  bu  cür  ayrılır:  Əgər  şaquli  kəsim  yerə  təbəqələrin  

qalınlığı  1mm-dirsə  bu  cür  struktura  təbəqəvari,  əgərqalınlıq  1-5mm-dirsə 

lövhəvari,  5-20mm-dirsə  yastı,  20mm-dən  çoxdursa  yastı  quruluşlu  adlanır. 

Bundan  başqa  torpaqların  strukturası  kubşəkilli,sütunvari-prizma  şəkilli  də  olur. 

Torpağın  əsas  xüsusiyyətlərindən  biri  də onun  sıxlığıdır.  Sıxlığına görə  torpaqlar 

bu cür ayrılır: 1)kövrək; 2)zəif; 3)bərk; 4)daha bərk. 

     Çöl  şəraitində  torpaq  qatlarındakı  reaksiyalar  xüsusi  lakmus  kağızları 

vasitəsilə  təyin  edilir.  Beləki,  qırmızı  lakmus  kağızları  qələvilərlə  reaksiyada 

göy,əksinə  göy  rəngli  lakmus  kağızlar  isə  turşularla  reaksiyada  qırmızı  rəng  alır. 

Bu əlamətlər torpaqda qələvi,turşuluq reaksiyalarının baş verdiyini göstərir. 

     Bütün 

göstərilənlərlə  yanaşı  çöl  şəraitində  torpağın  eroziya 

xüsusiyyətlərini  də  aşkar  etmək  lazımdır  ki,  buda  torpaq  qattının  meylliyindən 

asılıdır. Əgr meyllik 1º-dirsə torpaqda eroziya prosesi getmir. Meyllik 1,5-2º-dirsə, 

zəif;  3-4º-dirsə  orta;  4-6º  nisbətən  güclü;  5-8º-dirsə  onda  bütün  humus  qatı 

yuyulur. 

behruzmelikov.com



Geobotaniki tədqiqat 

   Bildiyimiz  kimi  bitki  örtüyü  landşaftın  ən  mühüm  komplekslərindən  olub, 

onun  çöl  tədqiqatı  müxtəlif  sahəlidir.  Bitki  örtüyü  ayrılıqda,  geokompleksi 

səciyyələndirən bütün komplekslərin indikatorudur.  

    Hal-hazırda  geobotanik  üsul  müxtəlif  sahəli  axtarış  işlərində,  eləcə  də 

geoloqlar  tərəfindən  qrup  sularının  dərinliyi  və  sərhəddinin  dəqiqləşdirilməsində, 

litoloji xəritələrin tərtibində, asrofoto şəkillərin aydınlaşdırılmasında geniş istifadə 

edilir. 


     Ölkəmizdə  bitki  örtüyünün  analizinin  tərtibi  əhəmiyyəti  melorasiya  və 

suvarma  kanallarının  istifadəsində,  təbii  qoruqların  və  yasaqların  sərhəddinin 

təyinində, təbii ehtiyatlardan səmərəli istifadə edilməsində geniş nəzərə çarpır. 

     Botaniki-coğrafi  çöl  tədqiqat  işlərinin  səmərəli  aparılması  üçün  aşağıdakı 

ləvazimatlar lazımdır: iri miqyaslı mopoxəritə, botaniki papka, bitkiləri qurutmaq 

üçün  xüsusi  kağızlar,  kompas,  eklimetr,  termometrlər,  psixrometr,  yüksəklik 

ölçmək üçün aperoid, ağacların diametrini ölçmək üçün xüsusi qarmaqlar, binokl 

və s. i. 

     Tədqiqatçı  qarşısındakı  geo  botaniki  işlərin  məqsədindən  asılı  olaraq  çöl 

işləri aşağıdakı tiplərə bölünür: 1) ilkin yoxlama tədqiqatı; 2) marirut; 3) stasionar 

işlər. 

İlkin  yoxlama  zamanı  geobotaniki  işlər  acaq  ərazinin  bitki  örtüyünün 



xarakterini öyrənməkdən ibarət olur və onun əsas elementləri mopoxəritədə qeyd 

olunur.  İlkin  yoxlama  zamanı  ərazidə  mövcud  olan  maraqlı  sahələr  gələcək 

tədqiqatlar üçün hazırlanır. 

    Marirut  işləri  zamanı  ərazinin    bitki  örtüyünün  geobotanik  xəritələr  tərtib 

edilməklə  yanaşı,  onun  kənd  təsərrüfatı  əhəmiyyəti  və  eyni  zamanda  gələcəkdə 

bitki örtüyünün inkişaf xüsusiyyətləridə aydınlaşdırılır. Buna görə də marirutların 

istiqaməti ərazidə mövcud olan relyef tiplərini və çay şəbəkəsini kəsməlidir. 

    Stasionar  tədqiqat  işləri  isə  xüsusi  zonal  stansiyalarda,  qoruqlarda  və 

yasaqlarda aparılır. 

behruzmelikov.com




 

     Bütün  tədqiqat  işləri  kimi  geobotanik  tədqiqatlarda  üç  mərhələdə  aparılır: 



hazırlıq,  ekspedisiya  və  hesabat  mərhələləri.  Geobotanik  işlərin  hazırlıq 

mərhələsində  mütəxəssis  tədqiqat  sahəsinə  aid  olan  bütün  ədəbiyyat  və  xəritə 

materialları  ilə  tanış  olmalı,  ərazinin  landşaft  komplekslərinin  müxtəlifliyini 

aydınlaşdırmalıdır. 

    Ekspedisiya  mərhələsi  tədqiqatların  əsası  olub,  bilavasitə  ərazidə  mövcud 

olan nadir bitkilərin analizindən, onların inkişaf xüsusiyyətlərinin araşdırılmsından 

ibarətdir.  Ekspedisiyanın  ilk  günündən  başlayaraq  tədqiqatçı  xüsusi  jurnallarda 

qeydlər  aparmalıdır  ki,  burada  da  gündəlik  marşrutların  istiqaməti  və  məsafəsi, 

ayrı-ayrı  bitkilər  üzrə  müşahidələrin  nəticəsi,  relyefin  xüsusiyyətləri,  torpağın 

müxtəlifliyi,  insanların  təsərrüfat  fəaliyyəti  iləəlaqədar  olaraq  bitki  örtüyünün 

yararsızlaşdırılması və digər əlamətlər öz əksini tapmalıdır. 

    Bitki  örtüyünün  üçün  əsas  üsullardan  biri  də  xüsusi  nümunəvi  sahələrin 

ayrılmasıdır ki, burada da bitkinin bütün inkişaf xüsusiyyətləri dəqiq öyrənilir. Bu 

cür sahələrdə bitki örtüyünün eynicinsli olmasınada fikir vermək lazımdır. 

    Öyrənilmə  müddətinə görə, nümunəvi  sahələr  müvəqqəti  və  daimi  olurlar. 

Müvəqqəti  sahələrdə  bitkiləri  bir  dəfə  öyrənməklə,  onun  gələcək  inkişaf 

xüsusiyyətləri aydınlaşdırılır. Daimi sahələrdə isə bitkilər üzərində uzun müddətli 

tədqiqat işləri aparılır. Ona görə də bu cür sahələrin ölçüsü 400m

2

-dən, bəzən isə 



1000m

2

-dən az olmamalıdır. Ümumiyyətlə bu sahələr əksərən kvadrat, düzbucaqlı 



və bəzən də dairəvi xarakterindən asılı olaraq çöl işləri zamanı xəritələr müxtəlif 

miqyaslarda tərtib edilir: 

1.

 

Dəqiq iri miqyaslı xəritələr -1:5000-1:25000 



2.

 

Ümumiləşdirilmiş iri miqyaslı xəritələr -1:50000-1:200000 



3.

 

Orta miqyaslı xəritələr -1:300000-1:1000000 



4.

 

Kiçik miqyaslı xəritələr -1:500000-1:4000000 



5.

 

Kiçik miqyaslı sxematik xəritələr -1:5000000 



Geobotaniki  işlərin  xarakterindən  asılı  olaraq,  planalma  işləri  müxtəlif 

üsullarla aparılır: 

behruzmelikov.com



Yüklə 286,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə