1. FƏNNİn məQSƏDİ, VƏZİFƏLƏRİ, ƏHƏMİYYƏTİ



Yüklə 286,23 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix07.04.2018
ölçüsü286,23 Kb.
#36305
1   2   3   4   5   6   7   8   9   10   11

 



Kompleks üsul. Bu üsul o vaxt tətbiq olunur ki, hər hansı bir üsulla bu və ya 

digər  təbii  şəraiti  aydınlaşdırmaq  qeyri  mümkündür.  Bu  halda  bir  neçə  üsuldan 

istifadə edərək, lazım olan göstəriciləri və nəticəni almaq lazımdır. 

Göstərilən metodlarla yanaşı, bütün fiziki – coğrafi tədqiqatlar üç mərhələdə 

aparılır: 1.Hazırlıq; 2.Çöl; 3.Kameral. 



I.İşin  hazırlıq  mərhələsi.  Aparılan  işin  məğzindən  və  qarşıya  qoyulan 

məsələnin  həllindən  asılı  olaraq,  iş  icraçısı  və  onun  köməkçiləri  hazırlıq 

mərhələsində aşağıdakı işləri yerinə yetirməlidir: 

1.Tədqiqat proqramının işlənib – hazırlanması, 

2.Kameral və çöl işləridə daxil olmaqla, bütün işlərin ümumi planı və qrafiki 

tərtib olunmalı. 

3.Xəritə, fond və ədəbiyyat materiallarının toplanması. 

4.Hazır  materiallara  əsasən  tədqiqat  aparılan  rayonun  qısa  səciyyəsi  tərtib 

olunmalıdır. 

5.Çöl işləri üçün lazım olan əşyaların siyahısı. 

6.Çöl işlərinin aparılması üçün lazım olan rayonların seçilməsi. 

7.Nəqliyyat vasitələrinin hazırlanması. 

8.Çöl işləri üçün lazım olan xəritələrin, aerofoto şəkillərin götürülməsi. 

II.Çöl  işləri  mərhələsi.  Həmin  mərhələni  aşağıdakı  kiçik  hissələrə  ayırmaq 

olar:  1.Xüsusi  marşturların  seçilməsi;  2.Baza  düşərgəsinin  seçilməsi;  3.İşlər  üzrə 

icraçıları dəstələrə ayırmalı; 4.Çöl işlərinin aparılma metodikasını və onun yerinə 

yetirilməsi qrafikini aydınlaşdırmalı; 5.Marşturlar üzrə görülməli işlər; 6.Yığılmış 

çöl materiallarının siyahısı. 

III.  Kameral  mərhələ.  (Yəni  ekspedisiya  materiallarının  laboratoriyalarda 

elmi  cəhətdən  işlənilməsi).  Həmin  mərhələdə  bütün  diqqət  tədqiqat  işləri 

qarşısında  qoyulan  məsələnin  tam  həlinə  yönəldilir.  Götürülmüş  nümunələr 

diqqətli  araşdırılır,  nümunələr  analiz  edilir,  götürülmüş  bitki  və  heyvan 

nümunələrinin quruluş tərkibi təyin edilir. Çöl xəritələri, sxemlər, şəkillər yenidən 

çəkilir və hesabat üçün lazım olan foto şəkillər hazırlanır. Qrafiklər, kəsilişlər və 

cədvəllər toplanmış, materialların analizi əsasında tərtib edilir. 

behruzmelikov.com




 

Hesabatın  mətin  hissəsi  isə  işin  proqramına  uyğun  olaraq  plan  üzrə  yazılır. 



Kompleks  tədqiqat  zamanı  hesabatın  mətn  hissəsinin  strukturası  aşağıdakı  kimi 

olmalıdır:  Mündəricat;  giriş;  I  fəsil  –  ümumi  fiziki  –  coğrafi  cəmiyyət;  II  fəsil  – 

sahəvi təbii komplekslərin səciyyəsi; Sonra isə ümumi nəticə və hesabatın praktiki 

əhəmiyyəti. Hesabatın axırında isə istifadə olunmuş ədəbiyyatların siyahısı verilir. 

behruzmelikov.com



Torpaq tədqiqatı 

    B.B.Dokuçayevin  torpaq  haqqında  nəzəriyyəsinin  inkişafı  ilə  əlaqədar 

olaraq,torpağın  çöl  tədqiqatına  dair  yeni  üsullar  inkişaf  etməyə  başlayır.  Torpaq 

təbii  əsas  kimi  təbiətin  güzgüsü  adlanır.  Torpaq  təbiətin  digər  komplekslərindən 

ayrılıqda yox, bütün komlekslərlə qarşılıqlı əlaqədə öyrənilir. Torpaq əmələgəlmə 

amillərinə  əsasən  dağ  suxurlarından,  relyefden,  iqlimdən,  bitki  və  heyvanat 

aləminin bir-birinə qarşılıqlı təsirindən asılıdır. 

    Torpaq  əmələgəlmə  proseslərinin  tədqiqi  çöl  işlərindən  başlayır.  Çöl  işləri 

zamanı  xüsusi  kəsilişlər  üzrə  nümunələr  götürülür  və  laboratoriya  şəraitində 

torpağın  kimyəvi  analizi,  onun  fiziki  və  mexaniki  xüsusiyyətləri,  mikrobioloji 

tərkibi öyrənilir. Torpağın çöl tədqiqat işləri müxtəlif miqyaslı torpaq xəritələrinin 

tərtibi ilə müşayət olunur. 

     Torpaq tədqiqatına aşağıdakı məsələlərin öyrənilməsi daxildir: 

1)  Müasir  torpaq  əmələgəlmə  proseslərinin  öyrənilməsi  və  onların 

xüsusiyyətləri; 

2) Torpağın digər geokomplekslərlə əlaqəsinin aydınlaşdırılması; 

3) Gələcəkdə torpaq əmələgəlmə proseslərinin öyrənilməsi

4) 


Müxtəlif 

ərazilərdə 

müxtəlif 

tipli 


toqpağların 

paylanma 

qanunauyğunluqlarının öyrənilməsi; 

5)  Tədqiqat  məqsədindən  asılı  olaraq  torpağgın  və  torpaq  əmələgəlmə 

təsərrüfat əhəmiyyətinin qiymətləndirilməsi. 

     Çöl  işlərinin  ilk  mərhələsində  tədqiqat  sahəsinin  ümumi  fiziki-coğrafi 

xüsusiyyətlərini  öyrənməklə  yanaşı,  rayonun  ümumi  torpaq  xəritəsi  ilə  də  tanış 

olmaq 


lazımdır.İri 

miqyaslı 

torpaq 

xəritələri 



torpağın 

paylanma 

qanunauyğunluqlarını, onun hipsometrik səviyyələrlə əlaqəsini, torpağın müəyyən 

geomorfoloji  elementlərlə  əlaqəsini  aydınlaşdırmağa  imkan  verir.  Ona  görə  də 

1:500,  1:2000,  1:5000  miqyaslı  torpaq  xəritələri  daha  dəqiq  xəritələrdir.  Çöl 

işlərinin müddərindən asılı olaraq, torpaq planalma işləri iki üsulla aparılır:  

a)

 

Profillərlə;  b)Sahəvi. 



behruzmelikov.com


 

Profillərlə  torpağın  öyrənilməsi  müəyyən  olunmuş  istiqamətlərlə  aparılır  ki, 



bu  profillərdə  müxtəlif  hipsometrik  səviyyələrdə,  nəmlik  şəraiti  müxtəlif  olan 

geomorfoloji elementləri kəsməlidir. 

Sahəvi  torpaq  planalma  işləri  olunmuş  miqyaslar  üzrə  aparılır  ki,  burada  da 

müxtəlif  tipli  və  genezisli  torpağlar  qapalı  konturlar  şəklində  xəritə  üzərində 

göstərilir. Buna görə dəhər bir torpaq kəsilişi müəyyən məqsədlə tərtib ki, burada 

da relyef, bitki və təbiətin digər kompleksləri tamamilə fərqlənirlər. Torpaq kəsimi 

dördbucaqlı  olub,  uzunluğu  1,5-2m,  eni-80sm,  dərinliyi  isə  1-2m-dir.  Kəsimin 

dərinliyi ona suxurların yatımından asılıdır. Götürülmüş hər hansı bir sahənin təbii 

komplekslərinin  torpaq  kəsimitəsviri  xüsusi  blanklarda  ardıcıl  olaraq  yazılır.  Bu 

blankların  digər  səhifəsində  torpaq  kəsiminin  morfoloji  səciyyəsi  verilir 

ki,bunlarda 

aşagıdakılardır: 

qatların 

sayı, 


kəsimin 

şəkili, 


qatların 

dərinliyi,qalınlığı,rəngi,qatların  genetik  tipləri  və  adı.  Hər  bir  genetik  horizont 

müəyyən  indekslərlə  göstərilir.  Mis:  meşə  örtüyü-A

0

;  humus  horizontu-A



1

;  meşə 


zonası torpağları-A

1

; A



n

 və s. i. 

    Torpaq  kəsiminin  horizontu  üzrə  differensasiyası,torpaq  əmələgəlmə 

proseslərinin  və torpağın mütləq yaşının yüksək olduğunu aşkar edir. Beləki, çayın 

məcra  hissəsindəki  qatlarda  zəif  differensasiya,  məcraüstü  terraslardakı 

horzontlarda  differensasiya  nisbətən  artır,  suayrıcı  hissələrdə  isə  daha  kəskin  əks 

olur.  Bütün  təbii  zonalarda  torpağın  horizontu  ‟ A„  hərfi  ilə,meşə  zonalarındakı 

torpağlarda  isə  həmin  qat  A

1

  və  A


2

  indeksləri  ilə  göstərilir.  A

1

  qatında  orqanik 



qalıqlar toplandığı üçün,ona akkumulyativ horizont, A

2

 qatı isə yuuylma horizontu 



adlanır. 

    Torpağın  tərkibində  humusun  miqdarından  asılı  olaraq,  podzol  torpaqlar 

zəif,  orta  və  şiddətli  podzol  torpaqlara  ayrılırlar.  Əgər  A

1

  horizontunun  qalınlığı 



A

2

-dən  böyükdürsə,  bu  cür  torpaqlar  zəifpodzol,  bu  horizontların  qalınlığı 



bərabərdirsə,orta podzol,əgər A

2

>A



1

 olarsa, onda şiddətli podzol torpaqlar adlanır. 

Əgər  humus  horizontunun  qalınlığı  cüzüdürsə  və  yaxud  yoxdursa,  onda  bu  cür 

torpaqlar podzol adlanır. 

behruzmelikov.com



Yüklə 286,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə