1. FƏNNİn məQSƏDİ, VƏZİFƏLƏRİ, ƏHƏMİYYƏTİ



Yüklə 286,23 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix07.04.2018
ölçüsü286,23 Kb.
#36305
1   2   3   4   5   6   7   8   9   10   11

 

qalınlıqla  ölçülür.  Çökmə  süxurlardan  təşkil  olunmuş  açılışı  təsvir  etdikdə,  onun 



laylanma  xüsusiyyətinə  mütləq  fikir  vermək  lazımdır.  Əgər  dağ  süxurları  üfüqi 

yatmırlarsa,  onda  dağ  kompası  vasitəsilə  onların  yatımını  –  yəni  uzanma 

istiqamətini, yatımını və layın yatım bucağını təyin etmək lazımdır. Bundan sonra 

müəyyən  qalınlığa  malik  olan  laylardan  nümunələr  götürülür  ki,  bunlarında 

etigetkasında  təşkilatın  adı,  açılışın  nömrəsi  və  yeri,  layın  hərflərlə  işarəsi, 

nümunənin  adı  və nömrəsi  (gil,  qum,  gillicə  və s.),  geoloji  yaşı,  tədqiqatçının adı 

və ayın tarixi yazılmalıdır 

Geoloji  tədqiqatlarda  çökmə  süxurların  nisbi  yaşını  təyinində  əsasən 

paleontoloji  –  biostratiqrafik  üsul  mühüm  rol  oynayır.  Mütləq  yaşı  hesablama 

üsulu  isə  əsasən  maqmatik  və  metamorfik  süxurlara  tətbiq  olunur  ki,  burada  da 

radioaktiv  metoddan  istifadə  edilir.  Hazırda  ən  geniş  yayılmış  üsul  kaliy  –  arqon 

metodudur.  Süxurların  mütləq  yaşını  bu  üsulla  təyin  etdikdə,  əsasən  tərkibində 

kalium, kalium şpatı, biotit, amoribol olan minerallardan istifadə olunur. Bu zaman 

götürülən  nümunənin  çəkisi  25  qramdan  az  olmamalıdır.  Dördüncü  dövr 

çöküntülərinin yaşının təyinində isə radio – uqlerod üsulundan istifadə olunur. 

Qeyd  etdiyimiz  kimi  geoloji  tədqiqatların  üçüncü  mərhələsi  əldə  edilmiş 

geoloji  müşahidələrin  və  toplanmış  materialların  ümumi  hesabatını  yazmaqdan 

ibarətdir. Hesabata aşağıdakı fəsillər daxil olmalıdır: 1.Giriş işin təşkili; 2.Rayonun 

coğrafi şəraiti, relyefi, çay şəbəkəsi; 3.Geoloji quruluşu; 4.Yeraltı sular və yaşayış 

məntəqələrinin su ilə təchizatı; 5.Faydalı qazıntılar, onların istismarı və işlənilməsi; 

6.Geoloji inkişafı və tektonika; 7.Geoloji obyektlərin adları və  maraqlı marşrutlar 

üzrə ekskursiyaların təşkili; 8.İstifadə olunmuş ədəbiyyatların siyahısı. 

Qrafiki materiallara isə faktiki materiallardan tərkib olunmuş xəritə, açılışların 

və  ən  xarakterik  yatağın  kəsilişi,  tam  stratiqrafik  kəsiliş,  sxematik  geoloji  xəritə, 

geoloji – geomorfoloji kəsiliş, litoloji – paleoekoloji kəsiliş daxildir. 

behruzmelikov.com




7.GÖLLƏRİN, BATAQLIQ, QAR ÖRTÜYÜNÜN TƏDQİQİ 

Çaylardan  fərqli  olaraq,  göllər  ən  mürəkkəb  obyektlərdən  biri  olub, 

özünəməxsus geoloji – geomorfoloji birləşmələrlə, iqlim, hidroloji xüsusiyyətlərlə 

və  təbiətin  digər  əlamətləri  ilə  seçilir.  Göllərin  öyrənilməsinin  böyük  elmi  və 

təcrübi əhəmiyyəti vardır. 

Göllərlə ilk tanışlıq ədəbiyyat və xəritə materialları ilə başlanır ki, burada da 

göl  haqqında  ümumi  anlayışlar  və  onun  sutoplayıcı  hissəsinin  coğrafi  vəziyyəti, 

koordinatları,  dərinliyi  və  digər  morfometrik  göstəriciləri  verilir.  Çöl  işlərinin 

aparılması üçün ilk növbədə gölün sutoplayıcı sahəsinin, sonra isə gölün nisbətən 

iri  miqyaslı  xəritəsi  hazırlanır.  Gölün  dərinliyini  təyin  etmək  üçün  exolotlardan, 

onun  dib  hissəsindəki  qruntdan  nümunə  götürmək  üçün  xüsusi  dəmir  borulardan, 

suyun temperaturasını təyin etmək üçün elektrotermometrdən, su nümunələri üçün 

batometrdən və meodolitdən istifadə edilir. 

Gölün  tədqiqinə  onun  ətraf  sahəsinin  geomorfoloji  xəritəsinin  tərtibi  ilə 

başlamaq lazımdır ki, həmin xəritə də göl çökəkliyinin bütün elementləri (yamac, 

göl terrasları, sahil zonası, göl ətrafı ərazi) öz əksini tapmalıdır. Göl çökəkliyində 

isə  əsasən  yamacın  əsas  elementləri  (yüksəkliyi,  meylliyi,  parçalanma  dərəcəsi, 

süxurların  litoloji  tərkibi),  göl  terrasları,  pillələr,  sahil  tirələri  və  bitki  örtüyü 

öyrənilir.  Sahil  zonası  qruntun  tipinə,  dalğalanma  ilə  əlaqədar  olaraq  sahil 

proseslərinin xarakterinə və onun parçalanması nöqteyi  -nəzərindən öyrənilir. Göl 

çökəkliyində  isə  görünən  sualtı  yamacı,  onun  süxurlarının  litoloji  tərkibi  və 

dərinliyi yamacın meylliyi, sualtında mövcud olan bitki aləmi öyrənilir. 

Gölün  dərinliyini ölçmək  üçün, ilk növbədə gölün  sahil xətti üzrə  bir-  birilə 

bağlanan  stvorlar  götürülməlidir  ki,  bunlarda  sahil  zonanın  xəritəsi  üzərində  öz 

əksini tapmalıdır. Bundan sonra isə qrunt götürmək üçün stansiyaların yeri və digər 

müşahidə  nöqtələri  qeyd  edilməlidir.  Çox  böyük  dərinliklərdən  qrunt  nümunələri 

götürmək  üçün  Voronkovun  dərinlik  ölçən  cihazından  istifadə  edilir.  Dib 

çöküntüləri  daxilində  iri  daşlı,  qayalı,  çaqıl  daşlı,  qumlu  və  gilli  süxurlar  ayrılır. 

Çöl  işləri  zamanı  ölçülər  aparıldıqdan  sonra  gölün  planı  üzərində  izobatlar 

göstərilir.  Bundan  sonra  batimetrik  xəritə  tərtib  edilir  və  gölün  suyunun  həcmi 

behruzmelikov.com



 

hesablanır. Bunun üçün planimetrdən istifadə edilir. Gölün tədqiqatı zamanı onun 



su rejiminin öyrənilməsi də vacibdir ki, buraya da il boyu səviyyənin dəyişməsi, ən 

yüksək  və  aşağı  səviyyələrin  yaranma  müddəti,  onların  təkrarı,  qış  dövründə 

səviyyənin dəyişməsi, gölün qida mənbəyi və su sərfi daxildir ki, bunun üçün də 

daimi  fəaliyyətdə  olan  stansiyaların,  postların  məlumatlarından  istifadə  edilir. 

Bununla  yanaşı  göl suyu  səthinin  temperaturasının  aylar  üzrə dəyişməsini, suyun 

temperaturasının  şaquli  paylanmasını,  onun  dərinliyini  də  təyin  etmək  lazımdır. 

Suyun  kimyəvi  tərkibi  və  onun  qaz  rejimi  xüsusi  laboratoriyalarda  təyin  edilir. 

Gölün  suyunu  həmçinin  onun  içmək  üçün  nə  qədər  yararlı  olması  nöqteyi  – 

nəzərdən  də  öyrənirlər.  Bunun  üçün  suyun  şəffaflığı,  rəngi,  dadı,  çirklənmə 

dərəcəsi təyin edilir və nəticədə  gölün təsərrüfat əhəmiyyəti göstərilir ki, bunlara 

da suyun keyfiyyəti, gölün sənaye əhəmiyyəti, qış və yay fəsillərində göldən enerji 

mənbəyi kimi istifadə edilməsit kimi məsələlər aiddir. 

Çöl  işləri  zamanı  tərtib  edilmiş  xəritə  və  kəsilişlər,  analiz  materialları  üzrə 

hesabat  verilir  ki,  onun  məzmunu  bu  cürdür:  1.Çay  sistemləri  hövzəsində  gölün 

coğrafi  vəziyyəti;  2.Relyef  və  geoloji  quruluşun  əsas  xüsusiyyətləri;  3.Göl 

çökəkliyinin  morfometrik  göstəriciləri;  4.Gölün  hidroloji  rejimi;  5.Gölün 

əmələgəlməsi; 6.Gölün təsərrüfat əhəmiyyəti və onun mühafizəsi. 

Qar örtüyünün öyrənilməsi. 

Qar  örtüyü  təbiətin  formalaşmasında  ən  vacib  amillərdən  biridir.  Qar 

örtüyünün  öyrənilməsi  həm  elmi  nöqteyi  nəzərdən  və  həmdə  praktiki  cəhətdən 

böyük əhəmiyyətə malikdir. Qar örtüyünün vəziyyəti, onun toplanması ilə əlaqədar 

olan  məsələlərin  öyrənilməsi,  onun  müxtəlif  tipli  sahələrə  təsirinin 

aydınlaşdırılması fiziki – coğrafi tədqiqatlarda əsas yer tutur. 

Qar  üzrə  müşahidələr  reyka,  qar  ölçən  və  termometr  vasitəsilə  aparılır.  Qar 

ölçən cihaz vasitəsilə müəyyən xətt üzrə qar götürülür və onun miqdarı təyin edilir. 

Qar ölçənin əsas hissəsi sahəsi 50 sm

2

 olan dəmir  silindrdən ibarətdir ki, onun da 



aşağı hissəsində qalın qar qatına kəsmək üçün kəsici material yerləşdirilmişdir. 

Qarölçmə  işlərini  müxtəlif  tip  yerlərdə  aparmaq  olar:  meşədə,  bataqlıqda, 

çəmənlikdə və s. Hər bir yerdə qarölçmə sahəsi 20 x 20m olur ki, burada da daimi 

behruzmelikov.com




Yüklə 286,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə