1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Vaqonlar haqqında ümumi məlumat, vaqonların təyinatı və təsnifatı



Yüklə 10,11 Mb.
səhifə6/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   2   3   4   5   6   7   8   9   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

24.Vaqonlar haqqında ümumi məlumat, vaqonların təyinatı və təsnifatı
VAQON – dəmir yolunun hərəkət tərkibi olub, sərnişin və yüklərin daşınmasında istifadə olunur. Hərəkət xarakterinə görə vaqonlar iki böyük qrupa bölünürlər: lokomotivlərin köməyi ilə hərəkətə gətirilən vaqonlara özü hərəkət etməyən, özünün sərbəst hərəkəti üçün enerji qurğusu olan hərəkətli (avtovaqon adlanan) vaqonlar. Sərbəst enerji qurğusu olan avtovaqonlara dizel qatarı vaqonları, kontakt şəbəkəsindən enerjini qəbul edən elektrik qatarı, metro qatarı və s. aiddir. Müxtəlif təyinatlı vaqonlar vaqon parkını təşkil edib, dəmir yolunun əsas hərəkət tərkib hissələrindən biri hesab olunurlar. Vaqon parkı yük və sərnişin vaqonlarından ibarətdir.
Vaqonlar müxtəlif şəraitlərdə istismar olunduğundan, onlar daimi olaraq dəmir yolunun müxtəlif qurğuları və texniki vasitələri, körpülər və digər süni qurğular, qatar və manevr lokomotivləri, yükləmə-boşaltma maşınları və mexanizmlərlə qarşılıqlı əlaqədə olurlar. Vaqon parkının formalaşdırılması və onun təkmilləşdirilməsi bir çox faktorlardan asılıdır: daşınan yükün növü, həcmi və strukturu; lokomotivin tipi və gücü; dəmir yolunun və süni qurğuların texniki vəziyyəti; yükləmə-boşaltma işlərinin yerinə yetirilmə üsulu; qatarın hərəkət sürəti və kütləsi; yüklərin və sərnişinlərin daşıma uzaqlığı. Bu amillərin dəyişməsindən asılı olaraq dəmir yolunun vaqon parkı daimi olaraq dəyişir, təkmilləşir, nəqliyyat işini təhlükəsiz və vaxtında yerinə yetirir. Bundan başqa vaqon parkı sərnişinlərin və xidmət heyətinin sağlamlığını qoruyan tələbatları ödəməlidir: sərnişinlərin rahatlığını təmin etməli; bir çox yükləri atmosfer təsirindən qorumalı; refrijerator vaqonlarında daşınan tez xarab olan məhsulları keyfiyyətli saxlamalı və s. bütün bu tələbatlar vaqonların ölçülərinin, tiplərinin və konstruksiyasının müxtəlifliyini təyin edir.
Vaqonlar təyinatına görə iki əsas qrupa: sərnişin və yük vaqonlarına bölünürlər. Vaqonlar texniki xarakteristikasına görə aşağıdakı kimi təsnif olunurlar:

  • oxların sayına görə - 2,4,6,8 və çox oxlu;

  • arabacıqlı və arabacıqsız vaqonlar;

  • kuzovun materialına və istehsal texnologiyasına görə bütöv metallik, metal-ağac örtüklü, plastik materiallardan, alüminium ərinti materiallarda və s.;

  • yükgötürmə qabiliyyətinə görə 60-70 t, 90-96 t,120-132 t;

  • koleyanın eninə görə: enli 1600, 1665 və 1766; normal 1435 və 1520; qısa 750, 1000 və 1067;

  • hərəkət vasitəsinin qabaritinə görə.

Istismar şəraitinə və ya yerinə görə vaqonlar ümumi şəbəkə (magistral), şəhər nəqlıiyyatı və sənaye nəqliyyatı növlərinə bölünürlər. Ümumi şəbəkə vaqonları bütün magistral və sənaye dəmir yolları sistemində hərəkətə buraxılır. Sənaye nəqliyyatı vaqonları isə sənaye dəmir yollarında hərəkətetmə qabiliyyətinə tələblərinə və normalarına cavab verirsə,onda onun magistral dəmiryol şəbəkəsinə buraxılmasına icazə verilir.
Şəhər nəqliyyatı vaqonlarına tramvay və metro qatarı vaqonları daxildirlər. Şəhər nəqliyyatı vaqonları sərnişinlərin rahatlığı və hərəkətin səlistliyini təmin etməklə bərabər, konstruksiyasına görə daha mürəkkəb quruluşlara malikdirlər.

25.Vaqonların əsas hissələri və onların təyinatı



Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə