1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu



Yüklə 10,11 Mb.
səhifə9/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   5   6   7   8   9   10   11   12   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

30.Sisterna-çənli vaqonlar
Sisternlər (çən vaqonu) – dəmiryol nəqliyyatında maye, sıxılmış qazşəkilli və tozvari (ovuntu) formalı yükləri daşımaq üçün tətbiq olunur. Sistern vaqonları da universal və xüsusi təyinatlı olmaqla iki növə bölünürlər.Universal sisternalar daşınan yüklərin xarakterinə, aparıcı elementlərin konstruksiyasına və kalibrləmə tipinə görə təsnif olunurlar.
Sistern vaqonlarda daşınan maye yükün kütləsini təyin etmək üçün ölçmə-kalibrləmə üsulundan istifadə edirlər. Bu üsulda qazanda olan maye yükün hündürlüyü ölçülür və yükün sıxlığı nəzərə alınaraq xüsusi kalibrləmə cədvəlinin köməyi ilə yükün kütləsi hesablanır. Xüsusi kalibrləmə cədvəlində hündürlükdən asılı olaraq qazanın həcmini təyin etmək olar. Hal-hazırda istismar olunan sisternlərin 65-dən çox kalibrləmə tipi mövcuddur. Kalibrləmə tipi metallik rəqəm formasında qazanın silindrik hissəsinin hər iki tərəfində işarə olunur.
Daşınan yüklərin xarakterindən asılı olaraq ssternlər iki qrupa bölünürlər: I qrupa çox saylı nomenklaturada ümumi təyinatlı neft məhsullarını daşımaq üçün istifadə olunan sisternlər; II qrupa xüsusi təyinatlı (ayrı-ayrı növ) yükləri daşımaq üçün istifadə olunan sisternlər daxildir.
Bütün sisternlərin konstruksiyaları aparıcı elementlərin növünə görə iki qrupa bölünür: vaqonuna təsir edən bütün yüklər çərçivə vasitəsi ilə qəbul olunan sisternalar və vaqonuna təsir edən bütün yüklər qazan vasitəsi ilə qəbul olunan sisternalar. Bundan başqa sistern vaqonları oxlarının sayına (4 və 8 oxlu), yükgötürməsinə, qazanın həcminə, qazanın materialına və hazırlanma üsuluna görə də təsnif olunurlar.

3 1.İzotermik hərəkət vasitələri



32.Vaqonların əsas hissələri və onların təyinatı


33.Sərnişin vaqonları haqqında ümumi məlumat
Dəmir yolunun bütün vaqonları yük (qablaşdırılmış, tökülmüş yüklərim daşınması), transporter (həddindən artıq ölçüsü çox və ağır olan yüklərin daşınması), refrijerator (müəyyən olunmuş temperaturda tez xarab olan yüklərin daşınması) və sərnişin kimi vaqonlara bölünür. Sərnişin vaqonları təsnifatına görə sərnişin daşıma, baqaj, poçt, vaqon-restoran, texniki xidmət və xüsusi təyinatlı vaqonlara bölünür.
Sərnişin vaqonlarının müxtəlif dövlətlərdə və müxtəlif vaqon quraşdırma zavodlarda istehsal olunmasına baxmayaraq onların konstruksiyalarında və istismarlarında ümumi cəhətlər çoxdur. Sərnişin vaqonlarının əsas texniki-iqtisadi göstəriciləri: yerlərin sayı, tara, baza (ox mili arasındakı məsafə) və uzunluqdur.
Bütün plaskart tipli vaqonlarda 54 yataq yeri və ümumi oturacaq qaydada istifadə olunduqda isə 81 yer vardır. Yataq yeri 4 nəfər olan kupe tipli kondisioneri olan və olmayan vaqonlarda 36 yer vardır. Bütün sərnişin vaqonlarında 2 nəfərlik xidməti kupe vaqon bələdçiləri üçün nəzərdə tutulmuşdur.
Vilayətlərarası vaqonlarda ilin fəsillərindən və zavod istehsalından asılı olaraq 68 və yaxud 72 yer olur.
SV tipli vaqonlarda zavod istehsalından asılı olaraq yerlər 18-20 nəfərlik olur və 2 yerlik kupe vaqon bələdçisinin xidməti kupesi kimi müəyyənləşdirilir. Qatarın uzunluğunu müəyyən etmək üçün vaqonlar arasındakı məsafə nəzərə alınmalıdır. Vaqonun uzunluğu avtoqoşquların qoşulma oxu da daxil olmaqla 24750 mm təşkil edir. Vaqonların eni və hündürlüyü vaqonun əndazəsinə görə müəyyən edilir.


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə