1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Əyləc sistemləri və onların idarə olunması



Yüklə 10,11 Mb.
səhifə18/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

48.Əyləc sistemləri və onların idarə olunması
Havapaylayıcılarının və maşinist kranlarının tipindən asılı olaraq pnevmatik əyləclər üç qrupa bölünür: birbaşa təsir edən qeyri-avtomatik, birbaşa təsir etməyən avtomatik və birbaşa təsir edən avtomatik. Sərnişin qatarlarında pnevmatik əyləcləmənin birbaşa təsir edən qeyriavtomatik və birbaşa təsir etməyən avtomatik əyləcləmə novlərindən istifadə olunur. Birbaşa təsir edən qeyri-avtomatik əyləclər lokomotivlərdə də geniş tətbiq olunur. Belə əyləcləmədə sıxılmış hava kompressor (1) vasitəsilə hasil olunaraq birbaşa çənlərə (2) verilir. Əyləclənmə prosesində sıxılmış hava qidalandırıcı magistraldan (3) və maşinist kranından (4) keçərək əyləc magistralına (5) magistralına daxil olur. Əyləc magistralından sıxılmış hava əyləc silindrinə (6) daxil olaraq porşenini (7) ştoku (8) vasitəsilə birlikdə hərəkətə gətirir. Nəticədə dayağın (9) hesabına sağa hərəkət edən ştok əyləc qəlibini (10) sola, yəni təkərin profilinə sıxır. Əlaqə kəsmə (mövqe II) prosesində əyləc magistralı (5) qidalandırıcı (3) və əyləc silindrini (6) kran (4) vasitəsilə atmosferlə əlaqələndirir. Bu zaman əyləc silindrlərində təzyiq dəyişməz qalır. Buraxılma rejimində (mövqe III) əyləc silindrlərindəki hava maşinist kranı vasitəsilə atmosferə verilir. Əyləc silindrlərinin yayı porşeni ştokla birlikdə buraxılma vəziyyətinə qaytarır və əyləc qəlibləri təkərdən aralanır. Bu əyləclənmə ona görə birbaşa təsir edən əyləc adlanır ki, əyləclənmə zamanı hava birbaşa əsas çəndən əyləc silindrlərinə daxil olur. Bu əyləcləmə ona görə qeyri-avtomatik sayılır ki, hava xətləri qırılan zaman hərəkət tərkibində əyləclənmə baş vermir. Belə əyləclər lokomotivlərin əyləclənməsində geniş istifadə olunur. Birbaşa təsir etməyən avtomatik əyləc birbaşa təsir edən qeyri-avtomatik əyləcdən onunla fərqlənir ki, burada hər bir hərəkət heyətində ayrılıqda havapaylayıcı və ehtiyat hava çənləri olur.


4 9.Qatara təsir edən qüvvələr



5 0.Lokomotivlərdə dartı qüvvəsinin yaranma prosesi


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə