0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə24/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   73

64 
 
induksiya elektrik hərəkət qüvvəsi (EHQ) adlanan fiziki kəmiyyətlə xarakterizə edilir 
(bax:1.9 mövzusu).  Sabit  cərəyan  mənbələrində  də  kənar  qüvvələrin  təsiri  elektrik 
hərəkət qüvvəsi adlanan kəmiyyətlə xarakterizə olunur. 
 Cərəyan mənbəyinin elektrik hərəkət qüvvəsi – elektrik yükünü qapalı dövrə 
boyunca hərəkət etdirən zaman kənar qüvvələrin gördüyü işin həmin yükün miqda-
rına olan nisbətinə bərabər olan kəmiyyətdir
=
ə
.
. (1) 
Tam  dövrə  üçün  Om  qanunu.  Yuxarıda  deyilənlərdən  belə  nəticəyə  gəlmək 
olar ki, sabit elektrik cərəyanı yalnız mənbə olan qapalı dövrədə mövcuddur. Qapalı 
dövrə (və ya tam dövrə) 2 hissədən – xarici və daxili hissədən ibarətdir. Xarici hissə 
birləşdirici naqil, elektrik işlədiciləri, elektrik ölçü cihazları ola bilər. Daxili hissə 
isə  cərəyan  mənbəyidir.  Dövrənin  xarici  hissəsinin  müqaviməti  xarici müqavimət 
( ), cərəyan mənbəyinin müqaviməti isə daxili müqavimət ( ) adlanır. Ona görə də 
dövrənin tam müqaviməti bu iki müqavimətin cəminə bərabərdir: 
=
. (2) 
Qapalı dövrədə  cərəyan mənbəyinin EHQ onun xarici və daxili hissəsindəki 
gərginliklər düşküsünün cəminə bərabərdir
=
. (3) 
(3) ifadəsindən tam dövrədəki cərəyan şiddəti üçün alınar: 
=
. (4) 
Sonuncu düstur tam dövrə (qapalı dövrə) üçün Om qanununun riyazi ifadəsidir. 
 Tam dövrədəki cərəyan şiddəti mənbəyin EHQ ilə düz, dövrənin tam müqavi-
məti ilə tərs mütənasibdir
Tam dövrə üçün Om qanununu riyazi şəkildə belə də ifadə etmək olar: 
=
. (5) 
Burada 
− dövrə qapalı olduqda mənbəyin qütblərindəki gərginlikdir. 
Sabit  cərəyan  dövrəsi  açıq  olarsa 
( → ∞),  = 0 və  =  olar 
(e)
.  
Deməli, cərəyan mənbəyinin EHQ-ni 
ölçmək üçün voltmetri dövrənin açıq 
vəziyyətində  mənbənin qütblərinə 
(sıxaclarına) birləşdirmək lazımdır
Əgər  cərəyan  mənbəyinin  qütbləri 
qısa qapanarsa 
( = 0), dövrədəki cərəyan şiddəti yalnız cərəyan mənbəyinin daxili 
müqaviməti ilə təyin olunar. Ona görə də bu cərəyan şiddəti qısaqapanma cərəyan 
şiddəti adlanır (bax: 
e
): 
= . (6) 
Cərəyan mənbəyinin daxili müqaviməti kiçik olduğundan qısaqapanma cərəyan 
şiddəti çox böyük qiymət alır və bu zaman cərəyan mənbəyi yanıb sıradan çıxa bilir.
 
 
 
(e)
 
  LAYİHƏ


 
65 
 
 
(5) ifadəsindən qapalı dövrənin xarici müqavimətindəki gərginlik düşküsünü təyin etmək 
olar: 
= − . (7) 
Dövrənin xarici müqavimətindəki güc (buna bəzən faydalı güc də deyilir): 
=
=
(
)
. (8) 
 R = r olduqda R müqavimətində ayrılan faydalı güc maksimum olur. 
Dövrənin tam gücü isə: 
=
=
. (9) 
Dövrənin faydalı gücünün tam gücə nisbəti tam dövrənin FİƏ-si adlanır: 
 =
∙ 100% =
∙ 100% =
∙ 100% 
və ya 
 =
∙ 100%. 
(10)
 
 
 
NƏ ÖYRƏNDİNİZ? 
Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “tam dövrə 
üçün Om qanunu”, “kənar qüvvələr”, “cərəyan mənbəyi”, “qısa qapanma 
cərəyan şiddəti”, “Qapalı dövrədə EHQ”, “tam dövrənin FİƏ-si”. 
ARAŞDIRMA 
2
 
TƏTBİQETMƏ 
 
Tam dövrə üçün Om qanununun riyazi ifadəsini təsdiqləyin. 
Məsələ 2. İsbat edin ki, tam dövrədə cərəyan şiddəti 
=
düsturuna bərabərdir. 
İpucu. 1. Tam dövrədən cərəyan keçdikdə həm naqildən, həm də cərəyan mənbəyindən 
Coul–Lens istiliyinin ayrılmasını nəzərə alın. 2. Hər iki hal üçün Coul–Lens düsturunu 
və enerjinin saxlanması qanununu tam dövrə üçün yazın. 
Nəticənin müzakirəsi: 
 Tam dövrə və dövrə hissəsi üçün Om qanunları nə ilə fərqlənir? 
Həyatla əlaqələndirin:  
 Nə üçün batareyanın qütblərini mis naqillə birləşdirdikdə naqil dərhal qızır, batareya 
isə yararsız hala düşür? 
Özünüzü qiymətləndirin: 
№ 
Suallar 
Bilirəm 
zəif  orta  yaxşı 

Şəkildə tam dövrə üçün 
( ) asılılığının 
qrafiki təsvir edilmişdir. Buna görə təyin 
edin: a) mənbəyin EHQ-ni;  
b) qısaqapanma cərəyan şiddətini;  
c) mənbəyin daxili müqavimətini;  
d) cərəyan şiddətinin 
= 4  qiymətində 
dövrənin xarici müqavimətini. 
   
 
 

Xarici müqavimət 3 Om olduqda dövrədə cərəyan şiddəti 2 A, 
xarici müqavimət 6 Om olduqda isə 1,5 A oldu. Təyin edin:  
a) mənbəyin daxili müqavimətini; b) mənbəyin EHQ-ni. 
 
 
 
U, V
20
0    3
I, A
  LAYİHƏ


66 
 
2.4. VAKUUMDA ELEKTRİK CƏRƏYANI 
 Elektronların yüksək temperatura qədər qızdırılan metalı tərk etməsi 
hadisəsi  termoelektron  emissiyası  adlanır.  Əgər  qapalı  elektrik 
dövrəsinə termoelektron emissiyası baş verən qurğu qoşub metaldan 
buxarlanan  elektronlara  istiqamətlənmiş  hərəkət  verilərsə,  o,  döv-
rədən biristiqamətli çərəyan keçməsini təmin edər.  
 İş prinsipi termoelektron emissiyasına əsaslanan, katod və anod-
dan  ibarət  ikielektrodlu  vakuum  balonu  ikielektrodlu  elek-
tron lampası və ya vakuum diodu adlanır. 
Vakuum diodunun başlıca xüsusiyyəti ondan ibarətdir ki, ora-
da elektronlar yalnız bir istiqamətdə – katoddan anoda doğru 
hərəkət edə bilir. 
Belə ki, qızdırılan katodun səthindən emissiya edən elektronlar onun ətrafında elektron 
buludu yaradır. Katod cərəyan mənbəyinin mənfi, anod isə müsbət qütbünə birləşdirilərsə, 
bu elektrodlar arasında yaranan elektrik sahəsinin təsiri ilə elektronlar anoda doğru nizamlı 
hərəkət edir. Onlar anoda çatdıqda dövrə qapanır, ondan cərəyan keçir. 
  Nazik  elektron  selini  sürətləndirməklə  elektrik  siqnallarını  işıq  siqnallarına  çevirən 
vakuum cihazı – elektron-şüa borusudur. 
Elektron-şüa  borusu uzun  illər  kompüter,  ossiloqraf,  elektron  mikroskopu,  televizor  və 
başqa cihazların mühüm hissələrindən biri olmuşdur. 
 
 
 
 

 
Lenor  şəhərinin  (ABŞ,  Kaliforniya  ştatı)  yan-
ğınsöndürmə  hissələrinin  birində  dünyada  ən 
“uzunömürlü”  lampa  işıqlanır.  “Ginnesin  re-
kordlar” kitabına düşmüş, “Yüzillik lampa” ad-
landırılan  və  demək  olar,  heç  vaxt  söndürül-
məyən 4 Vt gücündə olan bu lampa 1901-ci il-
dən bu günə qədər işıqlanmaqda davam edir 
(a)
.
 
 Sizcə bu lampanın “uzun-
ömürlü”yünün səbəbi nədir? 
 Şüşəsi sınmış, lakin spiralı 
zədələnməyən elektrik lampası 
yenə də əvvəlki kimi uzun 
müddət işıqlana bilərmi 
(b)

Niyə? 
 
 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –9
 
 Vakuum nədir? 
 Vakuum insanın 
“dostudur”, yoxsa 
“düşməni”?  
Cavabınızı misallarla 
əsaslandırın. 
 
(a) 
(b)
R
1
 
Katod  Anod 
Kondensatorlar  
sistemi 
Vakuum balonu 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə