Zərdəpər Barbus capito Güldenstaedt, 1773



Yüklə 0,62 Mb.
səhifə8/10
tarix10.01.2023
ölçüsü0,62 Mb.
#98418
1   2   3   4   5   6   7   8   9   10
qırmızı kitab

Məhdudlaşdırıcı amillər: Kür çayı axınının tənzim olunması ilə əlaqədar təbii kürüləmə
şəraitinin pozulması, su hövzələrinin çirkləndirilməsi, balıq mühafizə tədbirlərinə əməl
olunmaması, süni balıqartırma tədbirlərinin həyata keçirilməməsi.
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri: Süni artırılmasının biotexniki normaları işlənib
hazırlanmalı və süni artırılma tədbirləri həyata keçirilməlidir.


Poru Abramis sapa
Pallas, 1814
Dəstə/ Çəkiyəbənzərlər - Cypriniformes
Fəsilə/ Çəkikimilər – Cyprinidae
Kateqoriyası və statusu: CR; II.2, II.3. Nəsli kəsillmək üzrədir.
Qısa təsviri: Bədəni yanlardan basıqdır. Pulcuqları sıx yerləşir. Ağızı aşağıda yerləşir. Bel
üzgəcində 3 şaxəsiz, 7 - 8 şaxəli, anal üzgəcində isə 3 şaxəsiz, 32 - 42 şaxəli şüa vardır.
Yan xətt pulcuqlarının sayı 42 - 55 arasında dəyişir.
Yayılması: əsas növ (Abramis sapa) Avropa sularında yaşayır. Xəzərdə sahil boyu Terekdən
başlayaraq cənuba doğru Səfidruda qədər yarımnövü (Abramis sapa bergi) yayılmışdır. Kürü
tökmək üçün Xəzərə tökülən bütün çaylara girir. Kür çayına girən poru əvvəllər Qanıx və
Qabırlı çaylarının aşağılarına qədər qalxırdı, hazırda isə Varvara bəndinə qədər qalxa bilir.
Araz çayı boyu Qaradonlu və Bəhrəmtəpə bəndinə qədər qalxır. Mingəçevir su anbarında
yerli populyasiya əmələ gətirmişdir.
Yaşayış yeri və həyat tərzi: Keçici balıqdır, Kür çayına çoxalma miqrasiyası noyabr ayında
suda temperatur 9 —10 dərəcə olduqda başlayır, martın axırlarında qurtarır. Miqrasiyanın
qızğın vaxtı dekabr ayında muşahidə edilir. Miqrasiyada iştirak edən balıqların bədən
uzunluğu 14 - 33 sm, o cümlədən erkəklərin uzunluğu 14 - 27 sm, orta hesabla 20.8 sm,
dişilərinki 20 - 33 sm, orta hesabla 26.2 sm olur. Kütlələri müvafiq olaraq 82 - 267 (180) q,
185 - 630 (337) q olur.
Erkək poru cinsi yetginliyə 3 yaşında, dişi porular isə 4 yaşında çatır. Kürülərinin hamısı bir
vaxtda yetişir. Poru kürüsünü adətən aprel ayında suda temperatur 12 —16 dərəcə olduqda
daşlar üzərinə tökür. Porunun cinsi məhsuldarlığı 7.3 min ilə 29.3 min arasında olur. Kürü
vermədə iştirak edən balıqların çoxunun 3 - 4 yaşı olur. Sayı: əvvəlki illərdə Kür çayında Bankə balıq vətəgəsində il ərzində 2.0 —6.2 min sentner
poru ovlanırdı. Hazırda ehtiyatı demək olar ki, tükənmişdir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə