Zərdəpər Barbus capito Güldenstaedt, 1773


Yaşayış yeri və həyat tərzi



Yüklə 0,62 Mb.
səhifə6/10
tarix10.01.2023
ölçüsü0,62 Mb.
#98418
1   2   3   4   5   6   7   8   9   10
qırmızı kitab

Yaşayış yeri və həyat tərzi: Qılıncbalıq yarımkeçici balıqdır. Dənizin şortəhər sularında
yaşayır, kürü tökmək üçün şirin sulara girir. Kürü tökdükdən sonra yenidən dənizə qayıdır.
Kürüdən çıxmış körpələr dənizə qayıtmağa imkan tapmadıqda şirin sularda, o cümlədən
Kürdə və Kürətrafı göllərdə yerli populyasiyalar əmələ gətirir.
Qılıncbalıq 3 yaşında cinsi yetginliyə çatır. Kürülərini hissə-hissə tökür. Kürü tökmələri
aprelin axırlarında suyun temperaturu 16 —17 dərəcə olduqda başlayır. Kürü tökmənin
qızğın dövrü mayın əvvəllərində suda temperatur 18 —22 dərəcə olduqda baş verir.
Sayı: Həmişə az saylı balıq olub, ovlanması barədə statistik məlumat göstərilməyib, «sair
balıqlar» qrafasında qeyd edilib.
Məhdudlaşdırıcı amillər: Kür çayı axını tənzim edildikdən sonra daşqınların aradanqaldırılması ilə əlaqədar Kürətrafı göllərnən əlaqənin kəsilməsi, kürüvermə sahələrinin
sıradan çıxması, Xəzər dənizinin səviyyəsinin kəskin sürətdə aşağı düşdüyü dövrlərdə
qılıncbalığın qidalandığı sahil zonanın əsaslı sürətdə kiçilməsi və bu zonanın
çirkləndirilməsi.
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri: Azərbaycanın su hövzələrində qılıncbalığın
ehtiyatını bərpa etmək məqsədilə Kür çayı ilə Kürətrafı göllər arasındakı keçmiş əlaqə bərpa
olunmalı, onların səviyyəsinin sabit qalması təmin olunmalı, Şimali Xəzərdən qılıncbalığın
körpələri gətirilərək bu su hövzələrinə buraxılmalı və onların mühafizəsi təmin olunmalıdır.


Şirvan külməsi Rutilus atropatenus
Derjavin, 1937
Dəstə/ Çəkiyəbənzərlər - Cypriniformes
Fəsilə/ Çəkikimilər – Cyprinidae
Kateqoriyası və statusu: DD; II.2, IV.1, IV.2. Sayı azalmaqda olan endem növdür,
antropogen təsirlərə həssasdır.
Qısa təsviri: Ağızı uc tərəfdə çəpəki yerləşir. Bədəni yoğun, alını enli, pulcuqları isə girdə
olur. Bel üzgəcində 3 şaxəsiz, 7 - 8 şaxəli, anal üzgəcində isə 3 şaxəsiz, 7 şaxəli şüa
vardır. Yan xətt tam deyildir. Yan xətt pulcuqlarının sayı 37 - 39, yan xəttdən yuxarıda olan
pulcuqların sayı 5 - 7, aşağıda olan pulcuqların sayı 3 - 4 arasında dəyişir.
Yayılması: Azərbaycanda Qəbələ rayonunun Türyançay sistemindəki bulaq sularında (Nic
və Çuxur Qəbələ kəndlərində olan bulaqlarda) yayılmışdır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə