Zərdəpər Barbus capito Güldenstaedt, 1773


Yaşayış yeri və həyat tərzi



Yüklə 0,62 Mb.
səhifə7/10
tarix10.01.2023
ölçüsü0,62 Mb.
#98418
1   2   3   4   5   6   7   8   9   10
qırmızı kitab

Yaşayış yeri və həyat tərzi: Şirinsu balığıdır. Meşəlik yerlərdəki bataqlığa bənzər bulaq
sularında yaşayır. Dibi lili, içərisində qamış bitən, zəif sürətlə axan çayları çox sevir.
Su cücülərinin sürfələri və detridlə qidalanır. Uzunluğu 9.6 sm-ə qədər olur. Bir yaşı tamam
olduqda uzunluğu 2.8 —5.7 sm, orta hesabla 4.5 sm, 2 yaşı tamam olduqda 5.9 —8.0 sm,
orta hesabla 6.9 sm olur. İki-üç ilə qədər yaşayır.
Sayı: Az saylı balıqdır.
Məhdudlaşdırıcı amillər: Arealın məhdudluğu, antropogen təsirlər (yayıldığı sahələrin
çirkləndirilməsi, qurudulması və s.).
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri: Şirvan külməsinin endem növ olmasını
və məhdud sahədə yayılmasını nəzərə alaraq onun yayıldığı ərazi xüsusi mühafizə olunan
ərazi elan olunmalıdır.

Xəzər şirbiti Barbus brachycephalus
Kessler, 1877
Dəstə/ Çəkiyəbənzərlər - Cypriniformes
Fəsilə/ Çəkikimilər – Cyprinidae
Xəzər dənizində Barbus brachycephalus caspius yarımnövü yaşayır.
Kateqoriyası və statusu: CR; II.2, II.3, IV.1. Nəsli kəsilmək üzrədir.
Qısa təsviri: İki cüt bığı var. Ağızı aşağıda yerləşir və aypara şəkillidir. Dodaqları yaxşı
inkişaf etmişdir. Rostrumu uzunsovdur. Başının ucu kütdür. Bel üzgəcində 3 - 4 şaxəsiz, 7
şaxəli, anal üzgəcində isə 3 şaxəsiz, 5 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 65 - 77,
yan xəttdən yuxarıda olan pulcuqların sayı 12 - 14, aşağıda olan pulcuqların sayı isə 7 - 10
arasında dəyişir.
Yayılması: Xəzər şirbiti dənizin cənub və qərb hissəsində yayılmışdır. Buradan çaylara,
başlıca olaraq Kür və Terekə girir. Çox nadir hallarda Volqa və Ural çaylarına girir. Dənizdə
ancaq dayaz yerlərdə, 13 - 24 m dərinliklərdə şirbitə təsadüf edilir. Mingəçevir su anbarında
yerli populyasiyası formalaşmışdır.
Yaşayış yeri və həyat tərzi: Keçici balıqdır. Çoxalmaq üçün əsasən Kür və Araz çaylarına
girir. Kür boyu Varvara bəndinə qədər, Araz çayı boyu isə Bəhrəmtəpə bəndinə qədər,
xüsusilə Qaradonluya qədər qalxır. Kür çayına miqrasiyası mart ayında başlayır, aprel ayında
maksimum dərəcəyə çatır, may ayında zəifləyir, sonra isə avqust ayında yenidən güclənir.
Bu zaman suda temperatur 25.2 —27.2 dərəcəyə çatır. Çoxalmaq üçün Kür çayına girən
şirbitlərin uzunluğu 45 sm-dən 103 sm-ə qədər olur. Xəzər şirbitinin ən böyüyünün uzunluğu
120 sm, kütləsi 20 kq olur. Çayda ovlanan şirbitin yaş tərkibi 4 - 13 yaşlı balıqlardan ibarət
olur. 6 - 7 yaşlı balıqlar çoxluq təşkil edir. Dişilərin yaşı 5 - 13 il, erkəklərinki 4 - 10 il arasındadəyişir. Xəzər şirbiti gec böyüyən balıqdır. 4 yaşa qədər nisbətən sürətlə böyüyür, sonra
cinsi yetginliyə çatması ilə əlaqədar böyümə sürəti zəifləyir və bu zəifləmə 5 yaşdan sonra
daha kəskin nəzərə çarpır. Cinsi yetginliyə erkəklər 4, dişilər 5 yaşında, əksəriyyəti 6 - 8
yaşında çatır. Uzunluğu 56 - 103 sm, kütləsi 2875 - 12882 q olan balıqların kürüsünün sayı
115 mindən 1259 minə qədər olur, orta hesabla 455 min ədəd təşkil edir. Şirbitlərin çayda
qidasını heyvan mənşəli qidalar təşkil edir, dənizdə isə əsasən uzunayaq xərçəngkimilərlə
qidalanırlar.
Sayı: əvvəlki illərdə (1930 - 1970) ovu 0.2 - 3.6 min sentner arasında olmuşdur. Lakin son
illərdə ehtiyatı kəskin sürətdə azaldığından vətəgə ovu aparılmır və statistikada göstərilmir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə