Zərdəpər Barbus capito Güldenstaedt, 1773


Yaşayış yeri və həyat tərzi



Yüklə 0,62 Mb.
səhifə5/10
tarix10.01.2023
ölçüsü0,62 Mb.
#98418
1   2   3   4   5   6   7   8   9   10
qırmızı kitab

Yaşayış yeri və həyat tərzi: Çay qızılxallısı qədim və əsil şirin su balığıdır. Bəzi alimlərin
fikrincə ondan qızılbalıq (kumja) törəmişdir, digərlərinin fikrinə görə qızılxallı (forel)
qızılbalıqdan törəmişdir. O, başlıca olaraq dağ çaylarında və soyuq sulu göllərdə, dibi daşlı,
təmiz, sərin və şəffaf sulu düzənlik çaylarında yaşayır. Bu sularda illik orta temperatur 8.9
—13.7 0C olur. Qızılxallının əlamətləri çox dəyişkən olduğundan müxtəlif çaylarda, hətta
eyni çayın müxtəlif hissələrində (yuxarı və aşağı) yaşayan fərdlərini müqayisə etdikdə onlar
arasında çoxlu fərqlər olduğu meydana çıxır. Cinsi yetginliyə erkək fərdlər iki, dişi fərdlər üç
yaşında çatır. Kürü tökmək üçün çayların daha yuxarılarına daşlı-qumlu və suyu təmiz olan
yerlərə qalxır.
Uzunluğu 29 - 43 sm olan Göygöl qızılxallısının mütləq məhsuldarlığı 644 - 2341 ədəd
arasında dəyişərək, orta hesabla 900 kürü olur. Çay qızılxallısının məhsuldarlığı 230 – 832 ədəd kürü olmaqla, orta hesabla 560 kürü təşkil edir.
Sayı: İntensiv ovlandığı üçün hazırda az saylı balığa çevrilmişdir. Sayı son dərəcə azalmış
və bəzi çaylarda hətta nəsli kəsilmişdir.
Məhdudlaşdırıcı amillər: Qızılxallı balıqların Azərbaycanın dağ və dağətəyi çaylarında sayını
tənzim edən əsas amil yerlərdə qadağan olunmuş ov alətləri və usulları ilə kütləvi sürətdə
ovlanmaları və muhafizə olunmaları sahəsində nəzarətin olmamasıdır.
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri: Qızılxallı balığın körpələrini süni artırma yolu
ilə əldə edərək dağ çaylarına və göllərinə buraxılması və bu çay və göllərdə idman balıq
ovunun təşkil olunması faydalı olar.


Qılıncbalıq Pelecus cultratus
Linnaeus, 1758
Dəstə/ Çəkiyəbənzərlər - Cypriniformes
Fəsilə/ Çəkikimilər – Cyprinidae
Kateqoriyası və statusu: CR; II.2. Nəsli kəsilmək üzrədir.
Qısa təsviri: Bədəni uzunsov və yanlardan basıqdır. Yan xətti əyri-üyri şəkildədir. Ağızı
üstdə yerləşir. Qəlsəmə dəliyi çox enlidir. Döş üzgəcləri çox uzun, bel üzgəci qısa, quyruq
üzgəci isə dərin haçalıdır. Bel üzgəcində 3 şaxəsiz, 7 - 8 şaxəli, anal üzgəcində 2 - 3 şaxəsiz,
25 - 31 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 111 - 128 arasında dəyişir.
Yayılması: Xəzər dənizində, xüsusilə onun şimal hissəsində geniş yayılmışdır. Azərbaycanda
az miqdarda Kür çayında və Kürətrafı su hövzələrində, Varvara bəndinə qədər Kürün aşağı
hissələrində, Qızılağac körfəzinin şortəhər sularında, Səfidrud və Lənkəran çaylarında
təsadüf edilirdi.
Qılıncbalıq Azərbaycandan kənarda Qara dəniz, Baltik və Aral dənizləri hövzələrində
yayılmışdır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə