Zərdəpər Barbus capito Güldenstaedt, 1773


Sayı: Az saylı balıqdır. Sayı kəskin surətdə azalmışdır. Məhdudlaşdırıcı amillər



Yüklə 0,62 Mb.
səhifə2/10
tarix10.01.2023
ölçüsü0,62 Mb.
#98418
1   2   3   4   5   6   7   8   9   10
qırmızı kitab

Sayı: Az saylı balıqdır. Sayı kəskin surətdə azalmışdır.
Məhdudlaşdırıcı amillər: Mingəçevir su anbarı yaradıldıqdan sonra təbii çoxalma yerlərinin
sıradan çıxması, su hövzələrinin çirkləndirilməsi.
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri: Zərdəpərin genetik fondunun mühafizəsi
üçün ehtiyatının təbii yolla bərpası istiqamətində tədbirlər həyata keçirilməli, süni
artırılmasının biotexniki normaları işlənib hazırlanmalı və tətbiq olunmalı, su hövzələrinin
çirkləndirilməsinin qarşısı alınmalıdır.



Xəzər qızılbalığı Salmo trutta caspius
Kessler, 1870
Dəstə/ Qızılbalığabənzərlər - Salmoniformes
Fısilə/ Qızılbalıqkimilər – Salmonidae
Xəzər hövzəsində yarımnövü (Salmo trutta caspius) yayılmışdır.
Kateqoriyası və statusu: CR; II.2, IV.2. Nəsli kəsilmək üzrədir, antropogen təsirlərə
həssasdır.
Qısa təsviri: Ağızı böyük olub ucda yerləşir. Çənəsində dişlər olur, bu dişlər iri balıqlarda
yaxşı, körpələrdə isə zəif inkişaf etmişdir. Bel üzgəcindən arxada piy üzgəci yerləşir. Bel
üzgəcində 3 - 4 şaxəsiz, 8 - 10 şaxəli, anal üzgəcində 2 - 3 şaxəsiz, 7 - 9 şaxəli şüa vardır.
Yan xətt pulcuqlarının sayı 119 - 132 arasında dəyişir.
Yayılması: Növün ümumi arealı Atlantik okeanının şimal hissəsindən başlamış Barens,
Ağ, Baltik, Qara və Xəzər dənizlərinin hövzələrini əhatə edir. Xəzər yarımnövü əsasən
dənizin qərb sahillərində: Səfidrud çayı hövzəsindən Terek hövzəsinə qədər yayılmışdır.
Az miqdarda Mingəçevir su anbarında təsadüf edilir. Nadir hallarda Volqa çayına girir. Areal
daxilində Xəzərə tökülən çayların (Kür, Terek, Samur, Yalama, Keyrançay, Lənkəran, Astara
və Xəzərin İran sahillərində) hövzələrində bir neçə sürü (populyasiya) əmələ gətirir.
Yaşayış yeri və həyat tərzi: Xəzər qızılbalığı keçici balıqdır. Çoxalmaq üçün Xəzərə tökülən
çaylara girir. Körpələr ömrünün ilk iki ilində çayda yaşayır, sonra dənizə miqrasiya edir və
orada böyüyərək cinsi yetginliyə çatdıqdan sonra yenə çoxalmaq üçün çaylara girir. Cinsi
yetginliyə çatmış balıqların Kür çayına girmələri suda temperatur 12.4 —4.1 0C olduqda
oktyabrdan başlayaraq marta qədər davam edir. Çaya girmənin qızğın dövrü yanvar ayına
təsadüf edir. Bu zaman suda temperatur 12.5 —5.8 0C olur. Çaya girən balıqların əvvəlki
illərdə ən kiçiyinin kütləsi 7.9 kq, ən böyüyünkü 14.1 kq, orta hesabla 13.5 kq olurdu. Hal
hazırda Kürə girən qızıl balıqların kütləsi 8-10 kq arasında dəyişərək, orta hesabla 9 kq
olur. Xəzər qızılbalığının Kür populyasiyası dunya sularında yaşayan qızılbalıqlar arasında
ən nəhəngi hesab olunur. Keçmişdə kütləsi 36 kq və hətta 51 kq olan qızılbalıq ovlanmışdır. Kür qızılbalığı 3 - 9 yaşında cinsi yetginliyə çatır. Xəzər qızılbalığının Kür populyasiyası ömru boyu yalnız bir dəfə nəsl verir. Balıqlar çoxalma miqrasiyası edərkən 1000 km-dək çayın əksinə hərəkət edir və kürü vermə yerinə çatdıqda həddindən artıq arıqlayır və kürü verdikdən sonra ölürlər. Digər çaylara (Yalama, Terek, Lənkəran və d.) çoxalma miqrasiyası edən populyasiyalar isə 6 dəfəyədək nəsl verirlər. E.A. Dorofeyeva (1978) bu populyasiyaları Kür qızılbalığının önqafqaz yarımnövü (Salmo truttaciscaucasicus) adlandırır. Onların kürüləri 1.9 —7.0 kq arasında olur.
Sayı: Kür qızılbalığı keçmişdə çoxsaylı balıqlardan olub. Kür çayı axınının tənzim
olunmasından sonra ehtiyatı kəskin surətdə azalmışdır, təbii çoxalması praktiki olaraq baş
vermir və ehtiyatı yalnız süni artırma yolu ilə saxlanılır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə