Zərdəpər Barbus capito Güldenstaedt, 1773



Yüklə 0,62 Mb.
səhifə1/10
tarix10.01.2023
ölçüsü0,62 Mb.
#98418
  1   2   3   4   5   6   7   8   9   10
qırmızı kitab


Zərdəpər Barbus capito
Güldenstaedt, 1773
Dəstə/ Çəkiyəbənzərlər - Cypriniformes
Fəsilə/ Çəkikimilər – Cyprinidae
Kateqoriyası və statusu: CR; II.2, IV.1. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış növdür.
Qısa təsviri: İki cüt bığı var. Ağızı aşağıda yerləşir və aypara şəkillidir. Dodaqları yaxşı
inkişaf etmişdir. Rostrumu uzunsovdur. Bel üzgəcində 4 şaxəsiz, 8 (nadir hallarda 7) şaxəli,
anal üzgəcində 3 şaxəsiz, 5 (nadir hallarda 6) şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı
56 - 68, yan xəttdən yuxarıda yerləşən pulcuqların sayı 8 - 12, aşağıda olan pulcuqların sayı
isə 5 - 8 arasında dəyişir.
Yayılması: Azərbaycan ərazisi daxilində Xəzərin orta və cənub hissəsində və ona tökülən
çaylarda, o cümlədən Kür və Araz çaylarında və onların qollarında yayılmışdır. Samurla
Xudat arasındakı çaylarda, Lənkəran zonası çaylarında, Mingəçevir və Varvara su
anbarlarında təsadüf edilir. Azərbaycandan kənarda Kür boyu Borjomidə, Araz boyu Kars
çayına qədər, İran ərazisindən Cənubi Xəzərə tökülən çaylarda (Səfidrud, Qorqan, Atrek),
Şimali Qafqazda — Rubas çayda, Qayakənd, Terek və Sulak çaylarında yayılmışdır.
Yaşayış yeri və həyat tərzi: Dənizdə yaşayan keçici və çaylarda yaşayan şirin su
populyasiyaları mövcüddür. Keçici zərdəpər Xəzər dənizindən çıxıb çoxalmaq üçün
Terekdən başlamış cənuba doğru yerləşən, nisbətən iri çayların əksəriyyətinə girir. Kür
çayına keçici zərdəpərin miqrasiyası aprel ayında başlayır sentyabıra qədər davam edir.
Miqrasiyanın qızğın vaxtı iyun-iyul aylarında olur. Zərdəpər gec yetişən balıqdır. Erkəklər 4
yaşında, dişilər isə 5 yaşında cinsi yetginliyə çatır.
Dənizdən Kür çayına keçən zərdəpərin cinsi məhsulları yetişmiş halda olur və kürüsünü
çaylarda az müddət qaldıqdan sonra — yayın əvvəllərində tökür. Yay zamanı çaya girən
balıqların cinsi məhsulları III inkişaf mərhələsində olur və qışı çayda keçirdikdən sonar tam yetişmiş vəziyyətdə olurlar. Belə balıqlar kürüsünü aprel-may aylarında tökür. Kürü tökmələri yayda hissə-hissə olur. Zərdəpərin qidasını müxtəlif su cücülərinin sürfələri və detrid təşkil edir.
İri balıqların mədəsində bitgi qalıqları, xironomid sürfələri, gündəcə, quru cücülərinin qalıqları, kiçik balıqlar tapılır. Çayda qaldığı müddətdə keçici zərdəpər qidalanmır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə