Zərdəpər Barbus capito Güldenstaedt, 1773



Yüklə 0,62 Mb.
səhifə3/10
tarix10.01.2023
ölçüsü0,62 Mb.
#98418
1   2   3   4   5   6   7   8   9   10
qırmızı kitab

Məhdudlaşdırıcı amillər: Kür-Araz çayı axınları tənzim edildikdən sonra təbii kürüləmə
yerlərinin sıradan çıxması, son illərdə qeyri qanuni ovun intensiv aparılması, eləcə də süni
artırılmasının miqyasının azalması, Xəzərə tökülən çayların və dənizin çirkləndirilməsi.
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri: Ehtiyatını bərpa etmək üçün iki süni
balıqartırma zavodu təşkil olunmuşdur —Çaykənd və Qəbələ zavodları. Süni artırmanın
miqyası genişləndirilməli, bu məqsədlə Kür populyasiyasından törədici kimi istifadə olunmalı,
mühafizə tədbirləri gücləndirilməlidir.

Dəniz sıfı Sander marinus
Cuvier, 1828
Dəstə/ Xanıyabənzərlər - Perciformes
Fəsilə/ Xanıkimilər – Percidae
Kateqoriyası və statusu: CR; II.2. Nəsli kəsilmək üzrədir, antropogen təsirlərə həssasdır.
Qısa təsviri: Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin
üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulcuqlarla tam örtülüdür. Rostrumu uzun
və enlidir. Bədəninin rəngi açıq bozdur, üzərində tünd rəngli 12 - 13 kondələn ləkələr olur.
Birinci bel üzgəcində 12 - 14 şaxəsiz, ikinci bel üzgəcində 1 - 3 şaxəsiz, 14 - 16 şaxəli,
anal üzgəcində isə 2 şaxəsiz, 11 - 12 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 78 - 84
arasında dəyişir.
Yayılması: Xəzər dənizinin orta və cənub hissələrində yayılmışdır. Həmişə dənizdə yaşayır,
şirin suya girmir. Dənizin qərb hissəsində Azərbaycan sularında yayıldığı sahə Sumqayıtdan
Astaraya qədərdir. ən çox Jiloy, Artyom, Bakı arxipelaqı, Kürdaşı rayonlarında yayılmışdır.
Dənizin şərq sahillərində isə ən çox Manqışlaqda, Ogurçu adasına qədər olan sahələrdə
təsadüf edilir.
Yaşayış yeri və həyat tərzi: Dəniz balığıdır, dənizdə oturaq həyat keçirir, ancaq qışlamaq
və çoxalmaq üçün sahildən dərinliyə və əksinə yaxın məsafələrə miqrasiya edir. Qışda
dənizin 100 m dərinliyinə qədər hərəkət edir və orada daşlar arasında dolanır. Dəniz sıfı
oturaq həyat keçirdiyindən müxtəlif rayonlarda (Sara, Jiloy, Manqışlaq, Tarta) bir-birindən
başının əlamətlərinə və üzgəclərin böyüklüyünə görə fərqlənən yerli populyasiyalar əmələ
gətirir.
Dəniz sıfı cinsi yetginliyə 2 - 4 yaşında çatır. Uzunluğu 26 - 47 sm olan balıqlar 13 mindən
126 minə qədər, orta hesabla 45 min kürü verirlər. Kürüsünü aprel-may aylarında dənizdəki
qayaların üzərinə tökür. Kürü tökmənin qızğın vaxtında suyun temperaturu 15 - 16 dərəcə
olur. Kürü tökmə yerlərinin dərinliyi 3 - 12 m-ə çatır. Kürülər daşlara yapışır və orada
inqubasiya dövrünü keçirirlər. 10 ilə qədər yaşayır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə