Zərdəpər Barbus capito Güldenstaedt, 1773



Yüklə 0,62 Mb.
səhifə9/10
tarix10.01.2023
ölçüsü0,62 Mb.
#98418
1   2   3   4   5   6   7   8   9   10
qırmızı kitab

Məhdudlaşdırıcı amillər: Kür və Araz çayları axınlarının tənzim olunması ilə əlaqədar
çoxalma yerlərinin sıradan çıxması. Eləcə də porunun qidalandığı sahələr olan dənizin sahil
zonasının sahəcə kiçilməsi, həmin ərazilərin mütəmadi olaraq çirkləndirilməsi.
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri: Porunun zavod usulu ilə artırılmasının
biotexniki normaları hazırlanmalı və süni artırılma tədbirləri həyata keçirilməlidir.

Qaya balığı Acipenser nudiventris
Lovetsky, 1828
Dəstə/ Nərəyəbənzərlər - Acipenseriformes
Fəsilə/ Nərəkimilər – Acipenseridae
Kateqoriyası və statusu: CR; II.3. Nəsli kəsilmək üzrədir.
Qısa təsviri: Bədənin üzərində beş sırada yerləşən sümük lövhələr (pilək) olur. Quyruq
gövdəsinin üst payı üzərində rombşəkilli pulcuq vardır. Quyruq üzgəci heteroserkaldır.
Rostrumu uzunsovdur. Ağzı aşağıda yerləşir. Alt dodağı bütövdür, bığcıqları saçaqlıdır.
Yayılması: əsas növ Azov, Aral dənizləri hövzələrində yayılmışdır. Xəzər dənizində Acipenser
nudiventris derjavini yarımnövü yaşayır və əsasən dənizin cənub hissəsində yayılmışdır.
Oradan Kür, Səfidrud və Ural çaylarına girir. Az miqdarda Volqanın deltasında təsadüf edilir.
Mingəçevir bəndi çəkilənə qədər Alazan (Qabırrı) çayının ağız hissəsinə, Araz çayında isə
Bəhrəmtəpə bəndinə qədər qalxırdı. Hazırda Kür boyu Varvara bəndinə qədər gəlib çıxır.
Yaşayış yeri və həyat tərzi: Qaya balığı dənizin sahilə yaxın dayaz zonalarında (20 -
25 m) yaşayır və bu yerlərdə qidalanır, qumlu, lilli-qumlu və qumlu-lilli əraziləri daha çox
sevir. Keçici balıqdır, çaya girməsi əsasən yazda (mart-apreldə) suda temperatur 7.4 —16.4
dərəcə olduqda, az miqdarda isə payızda suda temperatur 17.9 — 12.1 dərəcə olduqda
(oktyabr-noyabr aylarında) baş verir. Bəzən körpələr dənizə qayıtmayıb çayda qalaraq cinsi
yetginliyə çatır.
Qaya balığının erkəkləri 9, bəzən 6 - 8 yaşında, dişiləri 14, bəzən 12 - 13 yaşında cinsi
yetginliyə çatır. Kürüsünü aprelin axırlarından iyulun əvvəllərinə qədər çayın nisbətən sürətli
axan yerlərindəki daşlar üzürinə tökür. Bu zaman suda temperatur 12 - 24 dərəcə olur. Kürülər
mayalandıqdan sonra daşlara yapışır. Qaya balığının cinsi məhsuldarlığı 280 mindən 1390
minə qədər olur. Kür kələmosu dənizdə, əsasən, balıqlarla (xullarla) və molyuskalarla, az
miqdarda xərçəngkimilərlə qidalanır. Sayı: Kür çayı axını tənzim olunduqdan sonra qaya balığının ovu intensiv olaraq azalmağa
başlamışdır. Hal-hazırda ovu aparılmır və o nəsli kəsilmək təhlükəsində olan balığa
çevrilmişdir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə