Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 4. Kollizion hüquqim özəllikləri və inkişaf tendensiyası



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə20/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   16   17   18   19   20   21   22   23   ...   124

§ 4. Kollizion hüquqim özəllikləri və inkişaf tendensiyası 
Kollizion  norma  hər  bir  hüquq  norması  kimi  müxtəlif  hüquqi 
anlayışlardan  və  hüquqi  texnika  baxımından  konstruksiyalardan 
İbarətdir. Məsələn, kollizion normanın həcmi hissəsində "fiziki şəxsin 
adı",  "hüquqi  şəxsin  hüquq  qabiliyyəti",  "əqdin  forması",  "iddia 
müddəti",  "daşınar  və  daşınmaz  əmlaka  mülkiyyət  və  dİgər  əşya 
hüquqları" və s., bağlanma hissəsində isə "fiziki şəxsin şəxsi qanunu", 
"hüquqi  şəxsin  şəxsi  qanunu",  "əqdin  bağlandığı  yerin  qanunu", 
"müvafiq  münasibəti  tənzimləyən  ölkənin  qanunu",  "əmlakın 
yerləşdiyi ölkənin qanunu" və s. bu kimi anlayış və konstruksiyalara 
rast gəlinir (bu anlayışlar 6 iyun 2000-ci il tarixli "Beynəlxalq xüsusi 
hüquq 
haqqında" 
Azərbaycan 
Respublikası 
Qanunundan 
götürülmüşdür). Kollizion hüquq normasının tətbiqi ilə əlaqədar ilk 
növbədə  bu  anlayışlara  aydınlıq  gətirilməli,  tənzimlənməsi  ehtiyac 
duyulan 
faktiki 
halla 
onların 
nə 
dərəcədə 
uyğunluğu 
aydınlaşdırılmalı,  başqa  sözlə,  kollizion  norma  təfsir  edilməli  və 
hüquqi tövsi- fini tapmalıdır. Lakin məsələ bununla bitmir. 
Səlahiyyətli hüquq norması seçilərkən bu proses xarici hüququn 
xeyrinə  həll  edilə  bilər.  Hədər  yerə  kollizion  nomıanı  milli  hüquq 
sistemlərini  birləşdirən  korpü  adlandırmırlar.'  Bu  zaman  birincidən 
daha  mürəkkəb  olan  yeni  bir  məsələ  meydana  çıxır:  istinad  edilən 
xarici  hüquqda  mövcud  olan  hüquqi  anlayışların  təfsiri  və  tövsifi. 
Nəzərə almaq lazımdır ki,  hətta hər iki hüquq sistemində (kollizion 
normanın mənsub olduğu və kollizion normanın istinad etdiyi) eyni 
formada  yazılan  və  səslənən  anlayışlar  arasında  belə  fərqin  olması 
mümkündür. 
Məlumdur ki, hər bir dövlətin hüquq sistemi özünəməxsus bir yol 
keçməklə formalaşır. Bu prosesdə həm hüquqyaratma, həm də hüquq 
tətbiqetmə  praktikasının  rolu  əvəzsizdir.  Məhz  buna  görə  də  hətta 
bir-birinə  zahirən  çox  yaxın  olan  hüquq  sistemləri  arasında  hüquq 
normalannın  tövsifi  və  təfsiri  baxımından  ciddi  fərqlər  aşkara  çıxm 
Məsələn,  Fransa  və  Belçikada  mülki  qanunvericilik  sahəsində  eyni 
mənbə - Napoleon Mülki Məcəlləsi qüvvədədir. Lakin təcrü- 
McAiiyHapojiHoc 
MacTHoc 
npaao. yHcÖHHK / noii peii. r.K.AMHTpncBoii. M. 2001. c.l34 
61 


Fəsil 3. Kollizion nonnalar 
bədə  həmin  aktın  ayrı-ayrı  anlayışlarının  məna  və  məzmun 
baxımından  müxtəlif  şəkildə  izahı  və  tətbiqi  ilə  bağlı  ciddi  fərqlər 
mövcuddur.  Əgər  eyni  hüquq  mənbəyinə  malik  olan  dövlətlərin 
praktikasında vəziyyət belədirsə, bir-birindən köklü şəkildə fərqlənən 
hüquq sistemləri arasındakı fərqi anlamaq o qədər də çətin deyil. 
Elmi ədəbiyyatda bu problemin izahı ilə bağlı, bir  qayda olaraq 
"iddia  müddəti"  institutu  üzərində  dayanırlar.  Məlumdur  ki,  roman- 
gennan  hüquq  sistemli  ölkələrdə  "İddia  müddəti"  institutu  maddi 
hüquq institutu, anqlosakson hüquq sistemli ölkəidərdə isə prosessual 
hüquq  institutudur.  Əgər  Fransa  məlıkəməsİndə  Böyük  Britaniya 
hüququna tabe edilən iş üzrə iddia müddəti ilə bağlı məsələ meydana 
çıxırsa, bu zaman məhkəmə necə hərəkət etməlidir. O, "iddia müddə- 
ti"ni  maddi  hüquq  kimi  nəzərdən  keçirərsə,  yəni  mənsub  olduğu 
hüquq  sistemi  baxımından  onu  qiymətləndirərsə,  ingilis  hüququnu 
tətbiq  etməlidir,  yox,  əgər  onu  prosessual  hüquq  baxımından  tövsif 
edərsə,  yəni  münasibətin  tabe  edildiyi  ingilis  hüququ  baxımından 
məsələyə yanaşarsa, onda məhkəmə ingilis hüququnun bu normasım 
onun prosessual norma olduğuna görə tətbiq edə bilməyəcəkdir. Belə 
ki, məhkəmə, ümumiyyətlə, xarici prosessual qanunları tətbiq etmir.' 
Beləliklə,  kollizion  normaların  tətbiqi  prosesində  həm  kollizion 
noırnasınm  özünün,  həm  də  onun  istinad  etdiyi  hüququn  izahı  və 
tövsifı ilə bağlı məsələlər meydana çıxır. Bu prosesdə ilkin və sonrakı 
tövsif  fərqləndirilir.  Əgər  münasibədə  xarici  element  mövcuddursa, 
deməli  o,  milli  hüquq  sistemində  mövcud  olan  kollizion  normanın 
tətbiqini  şərtləndirir.  Milli  hüquq  sistemindəki  kollizion  normaya 
yanaşan zaman məhkəmə mənsub olduğu hüquq sistemi baxımından 
ona  məlum  olan  kateqoriyalardan  istifadə  edir.  Başqa  sözlə  ifadə 
etsək,  bu  zaman  məhkəmə  lex  fori  əsasında  ilkin  tövsi-  fı  həyata 
keçirir. Bunun nəticəsi kimi məhkəmə icraatında olan iş üzrə konkret 
münasibətin  xarici  hüquqla  tənzimlənməsi  əsasını  müəyyən  edərsə, 
onda sonrakı bütün məsələlər seçilən xarici hü- 
I Jlyım jl.A. 
Kypt- MCXAyııapoaııoro 4aL-Tiıoro npaaa: 
B 3 
T
.
 
M. 2ÜÜ2. c.248
 
62 


 


Fəsil 3. Kollizion nomiüUu 
mişdir.  Məsolo  ilə  bağlı  Rusiya  Federasiyası  qanunvericiliyinin 
mövqeyi  maraq  doğurur.  Rusiya  Federasiyası  Mülki  Məcəlləsinin 
1187-ci maddəsində tətbiq edilən hüququn müəyyən edilməsi zamanı 
hüquqi anlayışların hansı qanunvericilik əsasında tövsif edilməsi ilə 
bağlı məsələsi özünün normativ təsbitini tapmışdır. Həmin nomıaya 
görə  tətbiq  edilən  hüququn  müəyyən  edilməsi  zamanı  hüquqi 
anlayışlar,  əgər  qanunda  başqa  hal  nəzərdə  tutulmayıbsa,  Rusiya 
hüququna  uyğun  tövsif  edilir.  Tətbiq  edilən  hüququn  müəyyən 
edilməsi  zamanı  tövsifı  tələb  olunan  hüquqi  anlayışlar  Rusiya 
hüququna məlum olmadıqda və ya başqa məzmunda məlum olduqda 
və Rusiya hüququna uyğun onların tövsifı mümkün deyildirsə, onda 
onların tövsifı zamanı xarici hüquq tətbiq edilə bİlər. Göründüyü kimi 
Rusiya qanunvericiliyində "tövsif konflikti" ilə bağlı məsələnin daha 
çox Rusiya hüququnun xeyrinə həll edilməsinə üstünlük verilmiş və 
təklif  edilən  İkinci  üsüla  (xarici  hüquqa)  dispozitiv  münasibət 
göstərilərək,  məsələnin  müəyyən  şərtlər  daxilində  xarici  hüququn 
xeyrinə həll edilməsi hüquq tətbiqedənin ixtiyarına buraxılır'. 
Eyni zamanda nəzərə almaq lazımdır ki, qeyd edilən norma ilkin 
tövsiflə, yəni tətbiq edilməyə iddialı olan kollizion normada nəzərdə 
tutulan anlayışların tövsifı  İlə bağlıdır.  Səlahiyyətli  kollizion  norma 
əsasında  seçim  edildikdən  sonra  bütün  tövsif  məsələləri  (sonrakı 
tövsif) seçilən hüquq əsasında həll edilməlidir. 
Kollizion hüquq müəyyən inkişaf tarixinə malikdir. Bu prosesdə 
o,  xeyli  təkmilləşmiş,  struktur  baxımından  mürəkkəb  forma  almış, 
tarixən yaranan təhkim etmə formullarının (kollizion normanın tipləri) 
siyahısı xeyli genişlənmişdir. 
Müasir  dövrdə  kollizion  hüququn  inkişafında  daha  çox  iki 
tendensiya  müşahidə  edilir.  Onlardan  birincisi,  yeni  təhkimetmə 
formullarının yaranması ilə xarakterizə olunur. Məsələn, son illərdə 
Daha otrallı bax: KoM.McuTapııiı x rpaacuaııcKOMy Koiiexcy PoccııfıcxoH Oe.acpamııı 
'lacTit TpcTi.eii (iıocTaTCHUwin /O
TB
. püfl, H.H.MapLitueBa. K.B,JlpmııenKo. M. 2004
351
 
64 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə