Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə19/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   15   16   17   18   19   20   21   22   ...   124

Fosil 3. Kolüzion normalar 
döviətdaxili qanunvericilikdə tapır. Beynəlxalq kolüzion norma isə iki 
və  daha  çox  dövlətin  iradəsinin  razılaşdırılması  yolu  İlə  yaranır  və 
beynəlxalq müqavilələrdə ifadəsini tapır. 
Bəşəriyyət  hələ ki,  kolüzion  hüququn vahid  universal  sisteminə 
nail olmamışdır. Bu yalnız bütün dünya dövlətləri üçün məcburi olan 
kolüzion  hüquq  nonrıalarıni  özündə  ehtiva  edən  çoxtərəfli  saziş 
bağlamaq yolu ilə mümkündür. Bu istiqamətdə mövcüd olan sazişlər 
isə  (Bustamant  məcəlləsi,  konkret  məsələlər  üzrə  müəyyən  sazişlər, 
məsələn, 1930-cu il “Köçürmə və adi veksel barədə qa- mmlann bir 
sıra  kolliziya  məsələlərinin  həlli  haqqında”  Konvensiya  və  s.)  ya 
məhdud sayda dövlətləri özündə birləşdirir, ya da kol- lizion hüququn 
bütün məsələlərini əhatə etmir. 
Bu  gün üçün kolüzion  hüquq daha çox milli xarakter daşıyır və 
beynəlxalq 
müqavilələrlə 
müqayisədə 
döviətdaxili 
qanunvericiliklərdə  geniş  təsadüf  edilir.  Yənİ,  universal  səviyyədə 
kolüzion  hüququn  unifikasiyasına  nail  olunmadığından,  hələ  ki, 
Azərbaycan,  Rusiya,  Almaniya,  Fransa  və  s.  dövlətlərin  kolüzion 
hüququndan  danışılır.  Mənsub  olduğu 
hüquq  sisteminin 
xüsusiyyətindən  irəli  gələrək  kolüzion  hüquq  mənbə  etibarı  ilə 
müxtəlif  xarakterli  aktlarda  (müqavilə,  qanun,  qanunqüvvəü  akt, 
məhkəmə presedenti və s.) ifadə oluna bilər. 
Bir sıra dövlətlər kolüzion hüququ məcəllələşdirməyə cəhd etmiş 
(Almaniya, Avstriya, Azərbaycan, Çexiya, Macarıstan, Polşa, Türkiyə 
və  s.)  və  müəyyən  mənada  buna  nail  olsalar  da,  əksər  dövlətlərin 
qanunvericiliyində  bu  proses  getməmişdir.  Bu  sahədə  mə- 
cəllələşdinnə  işinə  cəhd  edən  dövlətlərin  çoxunda  isə  həmin  proses 
uğurlu  aparılmamış,  nəticədə  milli  hüquqda  kolüzion  hüquq 
normaların vahid aktda cəmləşdirilməsinə nail olunmamışdır. 
Kolüzion hüququ məcəllələşdirən nonnatİv hüquqi aktın adı, bir 
qayda olaraq, "beynəlxalq xüsusi hüquq" qanunu adlandırılır ki, bu da 
təsadüfi  deyildir.  Beynəlxalq  xüsusi  hüquq  tarixən  kolüzion  hüquq 
kimi  meydana  gəlmiş  və  ona  sinonim  anlayış  kimi  işlədilmişdir. 
Müasir dövrdə beynəlxalq xüsusi hüquq normaların kütləsi xeyli 
58 


§ 4. Kollizion lıüququn özəllikləri və inkişaf tendensiyası 
artdığından,  o,  kollizion  hüququn  dar  çərçivəsindən  kənara  çıxaraq, 
Ö
2
dindo kifayət qədər maddi hüquq nonnalarını da cəmləşd imi işdir. 
Bu  mənada  milli  qanunvericiliklərdə  kollizion  hüquq  normalarının 
məcəllələşdirilməsinin  nəticəsi  kimi  peyda  olan  aktın  adının 
"beynəlxalq  xüsusi  hüquq"  adlandın  imasını  şərti  qəbul  etmək 
lazımdır. Belə normativ hüquqi akt "kollizion hüquq haqqında" qanun 
adlan-  dırılsaydı,  fikrimizcə,  mahiyyəti  daha  düzgün  əks  etdirmiş 
olardı. 
Kollizion  hüquq  norması  maddi  hüquq  nonnasından  yalnız 
stmktur  baxımından  fərqlənmir.  Bu  növ  nomıaların  tətbiqi  ilə 
müşayiət  olunan  kollizion  hüquqi  tənzimləmə  bir  sıra  özəlliklərə 
malikdir. Bu istiqamətdə tez-tez müşahidə olunan situasiyalardan biri 
də elmi ədəbiyyatda "kollizion kolliziya"' adlandırılır. Məlumdur ki, 
müxtəlif  dövlətlərin  maddi  hüquq  nonnaları  arasında  fərq  hüququn 
kolliziyasını  yaradır.  "Kollizion  kolliziya"  isə  ayrı-ayrı  dövlətlərin 
oxşar  münasibətləri  tənzimləyən  kollizion  hüquq  normalarının 
arasında olan fərqdən irəli gəlir, yəni koüiziyon hüquq normalarının 
kolliziyasına,  başqa  sözlə,  kolliziyaların  kolliziyasına  deyilir.  Belə 
fərq  də,  bir  qayda  olaraq  kollizion  normasının  bağlanma  hissəsində 
(təhkimetmə formullarında) özünü büruzə verir. 
"Kollizion kolliziya" vəziyyəti bir sıra neqativ faktorlar (məsələn, 
geriyə  istinad  və  s.)  doğurur.  Təsadüf  edilən  situasiyalardan  biri  də 
"axsıyan  münasibətlər"^  adlandırılan  vəziyyətdir.  Belə  halda  bir 
dövlətin  hüququna  görə  hüquqa  uyğun  hesab  edilən,  hüquqi 
əhəmiyyət  kəsb  edən,  hüquqi  baxımdan  müdafiə  olunan  münasibət 
digər dövlətin hüququna görə hüquqa zidd hesab edilir, hüquqi qüvvə 
kəsb etmir və ya hüquqla müdafiə olunmur. 
"Kollizion  kolliziya"nın  müsbət  və  mənfi  növləri  fərqləndirilir. 
Müsbət "kollizion  kolliziya" zamanı tətbiq  edilməyə iddialı olan  iki 
dövlətin kollizion normalarınm hər İkisi konkret hala münasibətdə 
1
 
AııyfJıpııcHii .n.n. Me^aynapoaııoc sacTiıoe ııpaso: B 3-x 
T
.
 
T
OM
 1. 
OCmaa 
HÜCTI
..
 
M. 
2002, C. 213 
2
 
/lyHU Jl.A. Kypc MeacuynapoıiHono qacrııoro  npana:  B 3 
T
.  M. 
2002. c.244 
59 


Fəsil 3. Kollizion normalar 
Özünün  tətbiqini  qanuni  hesab  edir.  Mənfi  "kollizion  kolliziya" 
zamanı  isə  iddialı  hüquq  sistemlərin  heç  biri  konkret  münasibəti 
tənzimləmək  üçün  özünü  səlahiyyətli  hesab  etmir.  Müxtəlif  şəxsi 
qanun  formuluna  malik  dövlətlərin  qanunvericilikləri  baxımından 
bunun  sadə  izahını  vennək  olar.  Məlumdur  ki,  şəxsi  qanunun  İki 
fonnulu mövcuddur: 1) şəxsin vətəndaşı olduğu ölkənin qanuni (lex 
pftriae);  2)  şəxsin  daimi  yaşadığı  ölkənin  qanunu  (lex  domicilii). 
Roman-german  hüquq  sistemli  ölkələrdə  fiziki  şəxsin  vətəndaşı 
olduğu  ölkənin  qanunu,  ümumi  hüquq  sistemli  ölkələrdə  isə  onun 
daimi yaşadığı yerin qanunu şəxsi qanun hesab edilir. Bu prinsipdən 
çıxış  etsək  Böyük  Britaniyada  daimi  yaşayan  Fransa  vətəndaşının 
şəxsi  hüquqları  ilə  bağlı  məsələlər  Böyük  Britaniya  hüququna  görə 
daimi  yaşadığı ölkənin, Fransa hüququna görə isə vətəndaşı olduğu 
ölkənin  hüququ  ilə  müəyyən  ediləcəkdir.  Şəxsİ  statusun 
tənzimlənməsi zamanı qeyd edilən hər iki hüquq özünü səlahiyyətli 
hesab edəcəkdir. Bu müsbət mənada "kollizion kolliziya"dır. Amma 
ingilis  təbəəsi  Fransada  daİmi  yaşayacağı  təqdirdə  bunun  tam  əksi 
olan  situasiyanın  şahidi  olacağıq.  Bu  zaman  sözü  gedən  hüquq 
sistemlərin  heç  biri  şəxsi  statusla  bağlı  məsələnin  həllində  özünü 
səlahiyyətli hesab etmir. Belə ki, ingilis hüququna görə fiziki şəxsin 
şəxsi statusu ilə bağlı məsələlər onun daimi yaşadığı ölkənin (konkret 
halda  Fransanın),  Fransa  hüququna  görə  isə  onun  vətəndaşı  olduğu 
ölkənin  (yəni  Böyük  Britaniyanın)  hüququ  ilə  tənzimlənir.  Belə 
vəziyyətə mənfi mənada "kolliziyon kolliziya" deyilir ki, axınncı da 
münasibətin  tənzimləmə  baxımından  həllini  tap-  mamasına,  başqa 
sözlə desək "axsayan münasibətə" gətirib çıxanr. 
Təcrübədə kollizion hüququn tətbiqi ilə bağlı təsadüf edilən digər 
bir  situasiya  müxtəlif  dövlətlərin  hüququna  məlum  olan  müvafiq 
terminlərin zahirən oxşar olmasına baxmayaraq, məzmun baxımından 
müxtəlif  məna  vermələri  ilə  bağlıdır.  Elmi  ədəbiyyatda  bu  "tövsif 
konflikti", bəzən isə "gizli kolliziya"' adlandırılır. 
McjtuyııapojiHoe qacTNoe lıpaso: yHCÖHiiK a'iü Byjoo/rioii pex H.H.MapbnucBoti. 
M. 
20(10. C. 71
 
60 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə