Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 2. Geriyə istinad və yä üçüncü dövlətin hüququna istinad



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə22/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   18   19   20   21   22   23   24   25   ...   124

§ 2. Geriyə istinad və yä üçüncü dövlətin hüququna istinad 
Nəzərdə tutulan hərəkətlər nəticə vermədikdə və ya həddən çox 
xərc  tələb  etdikdə  və  proses  iştirakçısı  olan  tərəflərdən  heç  biri  öz 
tələb  və  etirazİannı  əsasİandımıaq  üçün  istinad  etdikləri  hüquqi 
normaları  təsdiqləyən  sənədlər  təqdim  edə  bilmədikdə  məhkəmə 
Azərbaycan  Respublikası  qanunvericiliyini  tətbiq  edir  (“Beynəlxalq 
xüsusi  hüquq  haqqında”  Qanunun  2-ci  maddəsinin  ikinci  hissəsi). 
Analoji  qayda  Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  156-cı 
maddəsində də nəzərdə tutulmuşdur. 
Beləliklə,  xarici  hüququn  məzmununun  müəyyən  edilməsi  ilə 
bağlı  Azərbaycan  qanunvericisinin  mövqeyi  ilə  tanış  olduq.  Qitə 
hüquq sistemli digər Ölkələr üçün də eyni mövqe xarakterikdir. 
Anqlosakson  hüquq  sistemli  ölkələrdə  isə  xarici  hüququn 
məzmununun müəyyən edilməsi məsələsi başqa qaydada həll edilir. 
İngilis-amerikan  beynəlxalq  xüsusi  hüquq  doktrinasına  görə 
məhkəmə  yalnız  öz  hüququnu  tətbiq  etməlidir.  Lakin  işdə  xarici 
elementin  mövcudluğu  müəyyən  subyektiv  hüquqların  tanınmasına 
gətirib  çıxara  bilər.  Xarici  hüquqda  nəzərdə  tutulan  belə  subyektiv 
hüquqlar həmin xarici  hüquqla bərabər iş  üzrə  sübut  kimi  çıxış  edə 
bilən faktiki hallar hesab edilir. Sübutlan, o cümlədən xarici hüququn 
məzmunu  ilə  bağlı  bütün  materialları  məhkəməyə  maraqlı  tərəflər 
təqdim etməlidirlər. Məhkəmə sübutları, o cümlədən xarici hüququn 
məzmunu ilə bağlı təqdim edilən materialları sadəcə, qiymətləndirir. 
Bu  zaman  xarici  hüquq  xarici  eiementli  işdə  diqqət  yetirilməli  olan 
fakt kimi çıxış edir. Məhkəmə xarici hüququ tətbiq etmir, amma onu 
fakt kimi nəzərə alır'. 
§ 2. Geriyə istinad və ya üçüncü dövlətin 
hüququna istinad 
Xarici hüququn tətbiqi ilə əlaqədar meydana çıxan problemlərdən 
biri də "geriyə istinad" adlandırılır. Yuxarıda qeyd etdik ki
I Bax: Meıuwp A*., Hopı tl. Me*.uynapo
4
ii(x; 
sacTiıoc 
npano. M., 1982. c 24-25 
69 


Fəsil 4. Xarici hüququn tətbiqi ilə əlaqədar problemlər 
kollizion  problem  xarici  hüququn  xeyrinə  həll  edildikdə  məhkəmə 
xarici  hüququ  bütövlükdə  nəzərdən  keçirməlidir.  Bu  zaman  xarici 
hüquq sistemində qüvvədə olan kollizion norma məhkəməni təzədən 
geriyə  və  yaxud  da  üçüncü  dövlətin  hüququna  göndərə  bilər. 
Meydana gələn belə bir vəziyyətə beynəlxalq xüsusi hüquqda geriyə 
istinad və ya üçüncü dövlətin hüququna istinad deyilir. 
Geriyə istinad xarici elementli xüsusi hüquq münasibətinə tətbiq 
ediləcək hüququn seçilməsi prosesini çətinləşdirir. Onun mahiyyətini 
dərindən dərk etmək üçün institutun tarixinə nəzər salmaq vacibdir. 
İlk dəfə belə bir problem 1841-cİ ildə ingilis məhkəmə təcrübəsində 
meydana çıxmışdır. Ömrünün son illərini Belçikada  yaşayan ingilis 
təbəəsi  dünyasım  dəyişərkən  forma  etibarilə  ingilis  hüququnun 
tələblərinə  cavab  verən  vəsiyyətnamə  tərtib  edir.  Onun  ölümündən 
sonra qanuni vərəsələrinin qaldırdığı iddiaya baxan Böyük Britaniya 
məhkəməsi  vəsiyyətnamənin  fonna  baxımından  etibarlı  olmasını 
müəyyən etmək məsələsi ilə üzləşir. Tərtib edildiyi yerin (Belçikanın) 
hüququnun  forma  ilə  bağlı  tələblərinə  cavab  verməyən 
vəsiyyəmaınəyə hansı hüquq tətbiq edilməlidir. O vaxt qüvvədə olan 
ingilis  kollizion  hüquq  normasına  görə  vəsiyyətnamənin  forması 
vəsiyyət edənin son daimi yaşadığı yerin qanunu İlə (lex donıicilii), 
yəni  Belçika  qanunu  ilə  müəyyən  edilir.  Lakin  Belçika  hüquq 
sistemində  olan  kollizion  norma  isə  vəsiyyətnamənin  fonoasım 
vəsiyyət edənin milli qanununa (lex patriae) tabe olmasını göstərirdi. 
Məhkəmə  ingilis  hüququna  edilən  geriyə  istinadı  qəbul  etmiş  və 
vəsiyyətnaməni etibarlı hesab etmişdir. 
Geriyə istinadla bağlı elmi ədəbiyyatda "renvoi" termini işlədilir. 
Fransız  dilində  olan  həmin  terminin  meydana  gəlməsi  1878-ci  ildə 
Fransa  məhkəmə  təcriibəsində  baxılan  işlə  əlaqələndirilir.  Bütün 
ömrü  boyu  Fransada  yaşayan,  nikahdan  kənar  doğulan  Bavariya 
təbəəsinin  Fransa  bankında  kapitalı  qalmış,  bununla  bağlı 
vəsiyyətnamə  tərtib  edilməmişdir.  Əmlaka  Bavariyada  yaşayan  qan 
qohumları iddia etmişlər. Fransa hüququna görə miras qalan daşınar 
əmlakın hüquqi statusu miras qoyanın milli qanunu (lex patriae), 
70 


§ 2. Geriyə istinad və ya üçüncü dövlətin hüququna istinad 
yəni  Bavariya  hüququ  ilə  müəyyən  edilir.  Bavariya  maddi  hüquq 
normalan belə vəziyyətdə qan qohumlarının vərəsəliyini tanıyırdı və 
iddia da təmin edilməliydi. Lakin Bavariya hüququnda olan kollizion 
norma  isə  daşınar  əmlaka  vərəsəliyi  miras  qalanın  faktiki  yaşadığı 
yerin qanununa, yəni Fransa hüququna tabe edirdi. Fransa hüququ isə 
qan  qohumlarının  vərəsəliyini  tanımırdı  və  kapitalın  sahibsiz  əmlak 
kimi dövlət xəzinəsinə keçməsini nəzərdə tuturdu. Fransa məhkəməsi 
geriyə istinadı qəbul etmiş, məsələni dövlət xəzinəsinin xeyrinə həll 
etmişdir. 
Çəkilən misallardan  göründüyü kimi  geriyə istinad vəziyyətinin 
yaranmasının əsasən iki səbəbi mövcuddur; 1) milli qanunvericilikdə 
olan kollizion hüquq normasının bütövlükdə xarici hüquq sisteminin, 
orada  olan  kollizion  hüquq  normalan  da  daxil  olmaqla  tətbiqini 
nəzərdə tutması; 2) ayrı-ayn milli hüquq sistemlərində olan kollizion 
hüquq  normalarının  məzmununun  müxtəlifliyi.  Həmin  səbəblərin 
aradan  qaldırılacağı  təqdirdə  geriyə  istinad  vəziyyəti  də  tamamilə 
aradan qalxacaqdır. Beləliklə, geriyə İstinad milli hüquq sistemlərinə 
mənsub  olan  kollizion  hüquq  normalarının  kolliziyası  nəticəsində 
meydana gəlir. 
Üçüncü dövlətin hüququna istinad (ikinci dərəcəli renvoi) zamanı 
da oxşar proses baş verir. Lakin bu vaxt geriyə deyil, üçüncü dövlətin 
hüququna istinad edilir. Nəzəri baxımdan belə bir misal çəkmək olar: 
baş iqamətgahı Azərbaycanda yerləşən, İtaliyada təsis edilmiş, əsasən 
Fransada  fəaliyyət  göstərən  hüquqi  şəxsin  "milli  mənsubiyyətinin" 
müəyyən  edilməsi  ilə  bağlı  məsələyə  Azərbaycan  məhkəməsi 
baxarkən,  bu  haqda  qüvvədə  olan  kollizion  normanı  tətbiq  edir. 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan  Respublikası 
Qanununun 12-ci maddəsinə görə hüquqi şəxsin "milli mənsubiyyəti" 
onun  təsis  edildiyi  ölkənin  hüququ  ilə  müəyyən  edilir  (əgər  həmin 
Qanunun  3-cü  maddəsinin  tələbini  nəzərə  almasaq).  Hüquqi  şəxs 
İtaliyada  təsis  edildiyindən  məhkəmə  İtaliya  hüququna  müraciət 
etməli olur.  İtaliyada qüvvədə olan kollizion  hüquq  normasına  görə 
isə hüquqi şəxsin "milli mənsubiyyəti" onun 
71 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə