Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 4. Xarici hüququn tətbiqi ilə əlaqədar problemlər



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə23/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   19   20   21   22   23   24   25   26   ...   124

Fəsil 4. Xarici hüququn tətbiqi ilə əlaqədar problemlər 
fəaliyyət  göstərdiyi  yerə görə müəyyən edildiyindən İtaliya hüququ 
məsələnin  həlli  üçün  Fransa  hüququnun  tətbiqini  təklif  edir. 
Azərbaycan  hüququ  İtaliyanın  hüququna,  sonuncu  da  Fransanın 
(üçüncü  dövlətin)  hüququna  istinad  edir.  Belə  vəziyyətə  üçüncü 
dövlətin hüququna istinad deyilir. Nəzəri olaraq bu prosesin ardı kimi 
dördüncü, beşinci və s. dövlətin hüququna İstinad mümkündür. 
Geriyə  istinad  və  ya  üçüncü  dövlətin  hüququna  istinad 
məsələsinin  həllində  milli  hüquq  sistemləri  müxtəlif  mövqedə 
dayanırlar.  Bir  qrup  dövlətlər  bu  institutun  tam  həcmdə  tətbiqini 
qəbul  edir.  Bura  Avstriya,  Polşa,  Finlandiya  və  s.  dövlətlər  aiddir. 
1978-ci il beynəlxalq xüsusi hüquq haqqında Avstriya qanununa görə 
hətta  üçüncü,  dördüncü  və  s.  dövlətlərin  hüququna  istinad  etmək 
mümkün hesab edilir. 
İkinci qrup dövlətlər geriyə istinad institutunu müəyyən şərtlərlə 
tanıyırlar. Onlardan bir qismi belə şərt kimi "əgər bu kollizion hüquq 
normasının  mahiyyətinə  zidd  deyilsə"  (AFR),  əgər  bu  "həmin 
münasibətin  ədalətli  həllinə  cavab  verirsə"  (Çexiya)  tələbləri  irəli 
sürürsə,  bir  qismi  yalnız  Öz  hüququnun  tətbiqinə  gətirib  çıxaran 
geriyə  istinadı  (İspaniya,  İran,  Macarıstan,  Lixtenşteyn,  Rumıniya, 
Venesuela,  Vyetnam,  Yaponiya  və  s.)  qəbul  edir,  digər  qismi  isə 
geriyə  istinadı  yalnız  qanunda  nəzərdə  tutulan  hallarda  mümkün 
hesab edir (İtaliya, Portuqaliya, İsveçrə, İsveç, Azərbaycan və s.). 
Üçüncü  qrup  dövlətlər  bu  instituta  neqativ  münasibət  bildirir, 
onun tətbiqinə yol vemıir (Braziliya, Yunanıstan, Misir, Penı və s.). 
Həmin dövlətlərin hüquq sistemində təxminən aşağıdakı məzmunda 
nomıa  nəzərdə  tutulur;  xarici  hüquqa  istinad  yalnız  onun  maddi 
hüquq  nonnalarının  tətbiqini  nəzərdə  tutur  (Braziliya  MM-inə  Giriş 
Qanunun  16-cı  maddəsi)  və  yaxud  istinad  edilən  xarici  hüquq 
kollizion  və  ya  beynəlxalq  xüsusi  hüquq  nomıaları  istisna  olmaqla 
tətbiq edilməlidir (Misir MM-in 28-ci maddəsi) və s. 
Dördüncü  qrupa  isə  öz  qanunvericiliklərində,  ümumiyyətlə, 
geriyə istinad institutuna münasibət bildimıəyən dövlətləri aid etmək 
olar  (Əlcəzair,  Argentina,  Bolqarıstan,  Çin  və  s.).  Yaxın  keçmişə 
qədər Azərbaycan Respublikası da bu qrupa aid idi. 
72 


§ 2. Geriyə istinad və ya üçüncü dövlətin hüququna istinad 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Qanun  qəbul  edilməklə 
Azərbaycan hüquq sistemində bu institut ilk dəfə olaraq öz normativ 
hüquqi  təsbitini  tapdı.  Adi  çəkilən  qanunun  3-cü  maddəsinə  görə 
Azərbaycan məhkəmələri aşağıdakı məsələlərlə bağlı geriyə istinadı 
və ya üçüncü dövlətin hüququna istinadı qəbul etməlidirlər: 1) fiziki 
şəxsin şəxsi qanunu müəyyən edilən zaman
2)
 
fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti müəyyən edilərkən
3)
 
ailə hüquq münasibətlərinə xarici hüquq tətbiq edilərkən; 4) xarici 
elementli vərəsəlik münasibətlərinə baxılarkən. 
Qalan  bütün  hallarda  xarici  hüquqa  hər  hansı  istinad  müvafiq 
xarici ölkənin maddi hüququnun tətbiqini nəzərdə tutur. 
Beləliklə, Azərbaycanda geriyə istinad institutu  yalnız qanunda 
nəzərdə  tutulan  hallarda  tətbiq  edilir.  Bu  istiqamətdə  “Beynəlxalq 
arbitraj  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  28-ci 
maddəsi  də nəzər-diqqəti  cəlb  edir. Arbitraj  prosesi  zamanı baxılan 
mübahisənin  mahiyyəti  üzrə  tətbiq  edilən  normaları  müəyyən  edən 
həmin maddənin birinci hissəsində göstərilir ki, tərəflərin “hər hansı 
dövlətin  hüququna  və  ya  hüquq  sisteminə  istənilən  göstərişi  həmin 
dövlətin kolliziya normalarına deyil, onun maddi hüququna bilavasitə 
istiqamətləndirən  göstəriş  kimi  təfsir  olunmalıdır”.  Bununla  qanun 
beynəlxalq arbitraja geriyə istinadı və ya üçüncü dövlətin hüququna 
istinadı qadağan edir. Məsələnin belə qoyuluşu beynəlxalq arbitrajın 
baxdığı  məsələlərin  xarakterindən  irəli  gəlir.  Bildiyimiz  kimi 
beynəlxalq  arbitraj  əsasən  müqavilə  öhdəliklərindən  doğan 
mübahisələrə  baxır.  Müqavilə  öhdəlikləri  sahəsində  əsas  kollizion 
bağlanma kimi "iradələrin muxtariyyəti" prinsipinə əsasən tərəflərin 
seçdiyi  qanun  çıxış  edir.  Tərəflərin  seçdiyi  qanunun  çərçivəsinə 
kollizion nonnalann daxil edilməsi belə seçimi mənasız etmiş olardı. 
Ona  görə  də  tərəflərin  seçdiyi  qanun  zamanı  istinad  edilən  xarici 
hüquq, yalnız onun maddi hüquq normalarının nəzərdə tutulması kimi 
tövsif olunur. 
Müqavilə 
öhdəlikləri 
sahəsində 
bağlanan 
beynəlxalq 
müqavilələrdə  də  geriyə  istinad  institutuna  neqativ  münasibət 
mövcuddur. 
73 


Fəsil 4. Xarici hüququn tətbiqi ilə əlaqədar problemlər 
Məsələn,  1986-cı  il  “Əmtəələrin  beynəlxalq  alqı-satqısma  tətbiq 
edilən  hüquq  haqqında”  Konvensiyanın  15-ci  maddəsinə  görə 
Konvensiyada  işlədilən  "hüquq"  anlayışı  altında  kollizion  normalar 
istisna  olmaqla  qüvvədə  olan  hüquq  başa  düşülməlidir.  Tətbiq 
edilməli  olan  hüquq  sistemində  kollizion  normanı  İstisna  etmək 
geriyə  istinadı  tanımamaq  deməkdir.  Çünki  yalnız  kollizion 
normalann tətbiqi nəticəsində geriyə istinad mümkündür. 
Eyni  zamanda,  geriyə  istinadı  özündə  ehtiva  edən  beynəlxalq 
müqavilələr də mövcuddur. 1930-cu il “Veksellər haqqında”, 1931-ci 
il  “Çek  haqqında”  konvensiyalarda  şəxsin  fəaliyyət  qabiliyyəti  ilə 
bağlı məsələnin həlli zamanı geriyə istinad mümkün hesab edilir. 
Müasir  inteqrasiya  prosesləri  istər  beynəlxalq,  istərsə  də  milli 
hüquq sistemləri səviyyəsində geriyə istinad institutu ilə bağlı vahid 
mövqenin  foımalaşdırılmasmı  zəruri  edir.  Bunun  üçün  universal 
çərçivədə  geriyə  istinad  İnstitutunun  tətbiqi  qaydalarının  unift- 
kasiyası  vacib  şərtdir.  Beynəlxalq  Hüquq  İnstitutu  da  1999-cu  ildə 
qəbul etdiyi qətnaməsində belə bir çağırışla çıxış etmişdir. 
§ 3. Ümumi qayda haqqında qeyd-şərt 
Öz ərazisində xarici hüququn tətbiqini nəzərdə tutan hər hansı bir 
dövlət  eyni  zamanda  həmin  hüququn  tətbiqi  dairəsini  müəyyən 
etməkdə  də  maraqlıdır.  Xarici  hüququn  tətbiqi  milli  hüququn 
"icazəsi"  ilə  baş  verir.  Yəni  xarici  hüquq  milli  hüquqda  nəzərdə 
tutulan ikitərəfli kollizion hüquq norması vasitəsilə tətbiq edilir. Digər 
tərəfdən milli hüquq tərəfindən verilən belə "icazə" mütləq deyildir. 
Xarici  hüququn  tətbiqi  özünəməxsus  "qoruyucu  qapaq"'  vasitəsilə 
məhdudlaşdırılır, buna da beynəlxalq xüsusi hüquqda ümumi qayda 
haqqında qeyd-şərt deyilir. 
hado 
M.,X.
Babayevə məxsusdur. 
Daha 
ətraflı bax; MeauynapojHoc MacTiıoe npa- iHt: 
eoBpcMCHiıwe npottıeMi.ı, 
M., 1994. 
c. 
462-475
 
74 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə