Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə17/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   13   14   15   16   17   18   19   20   ...   124

Fəsil 3. Kollizion normalar 
aşağıdakı variaııtlannı müəyyən etmişdir: I) şəxsin vətəndaşı olduğu 
ölkənin hüququ; 2) şəxsin daha sıx əlaqəli olduğu ölkənin hüququ; 3) 
şəxsin  daimi  yaşadığı  ölkənin  hüququ;  4)  qaçqının  sığınacaq  aldığı 
ölkənin hüququ. 
Problemin  belə  həlli  müasir  beynəlxalq  xüsusi  hüququn 
xarakterindən  irəli  gələrək,  omın  səmərəliliyinin  artırılmasına 
yönəlib. 
2.
 
Hüquqi  şəx.sin  qanunu  (lex  societatis).  Bəzən  bu  formula 
"hüquqi  şəxsin  şəxsi  qanunu",  "hüquqi  şəxsin  milli  qanunu"  və  s. 
Formalarda verilir, Azərbaycan Respublikasının “Beynəlxalq xüsusi 
hüquq  haqqında”  Qanununda  "hüquqi  şəxsin  istinad  etdiyi  qanun" 
ifadəsindən  istifadə  edilib.  Hüquqi  şəxsin  bu  və  ya  digər  dövlətə 
mənsub olması, yəni onun dövlət mənsubiyyətinin müəyyən edilməsi 
üçün  bu  kollizion  bağlanmadan  istifadə  edilir.  Məhz  hüquqi  şəxsin 
qanunu  ilə  hüquqi  şəxsin  statusu,  onun  mülki  hüquq  qabiliyyəti,  o 
cümlədən  onun  hüquqi  şəxs  statusuna  malik  olması,  onun 
fəaliyyətinin  yaranması  və xitamının  əsasları,  onun təşkilati hüquqi 
fomıaları,  hüquq  qabiliyyətinin  həcmi,  hüquqi  şəxsin  daxilində 
münasibətlərin qurulması və s. məsələlər müəyyən edilir. 
Hüquqi şəxsin qanununu müəyyən edərkən müxtəlif meyarlardan: 
hüquqi  şəxsin  təsis  edildiyi  yer  (inkorporasiya  prinsipi),  hüquqi 
şəxsin  inzibati  aparatının  yerləşdiyi  yer  (oturaqlıq  prinsipi),  hüquqi 
şəxsin fəaliyyət göstərdiyi yer və s. istifadə edilir. 
Xarici  hüquqi  şəxsin  dövlət  mənsubiyyətinin  müəyyən 
edilməsində 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyində 
inkorporasiya  prinsipindən  (“Beynəlxalq  xüsusi  hüquq  haqqında” 
Qanunun 12-  ci maddəsi) istifadə edilmişdir. Bu barədə 6-cı  fəsildə 
daha ətraflı söhbət ediləcəkdir. 
3.
 
Əşyanın  olduğu  yerin  qanunu  (lex  rei  sitae).  Bu  kollizion 
bağlanma ilə əşya hüquqlarının həcmi, onun əmələ gəlməsi, digərinə 
keçməsi  və  xitamı  qaydaları  müəyyən  edilir.  Əşyanın  mülkiyyət 
hüququnun obyekti olması, onun hüquqi təsnifatı (əşyanın da 
52 


§ 3. Kollizion bağlanmanın əsas formulları 
şınar  və  ya  daşınmaz  olması,  bölünən  və  ya  bölünməyən  olması, 
özgəninkiləşdirilən və ya özgəninkiləşdirilməyən əşyalar və s.), əşya 
hüququnun məzmunu və s. məsələlər xarici elementi i xüsusi hüquq 
münasibətləri zamanı əşyanın olduğu yerin qanunu ilə həll edilir. 
Beynəlxalq  adət  kimi  hələ  qədim  dövrlərdə  tətbiq  edilən  bu 
kollizion  bağlanma  hazırda  əksər  ölkələrdə  qanunvericilik  yolu  ilə 
təsbit  edilmişdir.  Azərbaycan  Respublikasının  “Beynəlxalq  xüsusi 
hüquq haqqında” Qanununun 20-ci maddəsinin birinci hissəsində əşya 
hüquqlarının  müəyyən  edilməsi  üçün  əmlakın  yerləşdiyi  ölkənin 
hüququna istinad edilir. 
Lakin həmin qaydadan bir sıra istisnalar mövcuddur. Azərbaycan 
Respublikasının  Qanunu  ilə  üç  istisna  nəzərdə  tutulub.  Onlar 
aşağıdakılardır:  1)  “Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Qanunun 
21-ci  maddəsinə  görə  əmlak  üzərində  əşya  hüquqlarının  əmələ 
gəlməsi və xitamı, Azərbaycan Respublikası qanunvericiliyi ilə başqa 
hallar  nəzərdə  tutulmayıbsa,  əşya  hüquqlarının  əmələ  gəlməsi  və 
xitamı  üçün  əsas  olan  hərəkət  və  ya  digər  hallar  baş  verdiyi  zaman 
həmin  əmlakın  yerləşdiyi  ölkənin  hüququ  ilə  müəyyən  edilir.  Yəni 
sonradan  əşyanın  digər  dövlətə  keçməsi  sadalanan  məsələlərin  həlli 
zamanı onun olduğu yerin qanununa deyil, həmin hallar baş verdiyi 
zaman  yerləşdiyi  ölkənin  qanununa  üstünlük  verilir;  2)  nəqliyyat 
vasitələrinə  əşya  hüquqları  onların  olduğu  yerin  qanunu  ilə  deyil, 
onların qeydiyyatdan keçdikləri ölkənin hüququ ilə müəyyən olunur; 
3)  yolda  olan  daşınar  əmlaka  mülkiyyət  və  digər  əşya  hüquqları, 
tərəflərin  razılığı  ilə  başqa  hal  müəyyən  edilməyİbsə,  əmlakın 
göndərildiyi ölkənin hüququ ilə müəyyən olunur (“Beynəlxalq xüsusi 
hüquq haqqında” Qanunun 22-ci maddəsi). 
4.
 
Əqdi bağlayan tərəflərin seçdiyi qanun (lex voiuntatis). 
Bu kollizion bağlanmaya görə tərəflər arasında bağlanan əqdin statusu 
onların  seçdiyi  dövlətin  hüququ  ilə  müəyyən  edilir.  Əqdi  bağlayan 
tərəflər öz iradələrini ortaya qoyaraq qarşılıqlı razılaşma 
53 


Fəsil 3. Kollizion nonnalar 
əsasında  əqdə  tətbiq  ediləcək  hüququ  seçirlər.  Beynəlxalq  xüsusi 
hüquqda  "iradələrin  muxtariyyəti"  adlanan  bu  prinsip  müqavilə 
öhdəlikləri üçün xarakterikdir. 
Meydana gəlməsi XIX əsrin axırlarına təsadüf edİlən "iradələrin 
muxtariyyəti"  fonmılu  hazırda  ümumqəbulcdilmiş  kollizion 
bağlanmalardan  biri  kimi  həm  dövlətdaxili,  həm  də  beynəlxalq 
müqavilələrdə  təsbit  olunmuşdur.  Tərəflərin  seçdiyi  qanun  formulu 
müqavilə  iştirakçılarının  razılığı  ilə  hüququn  seçilməsi  adı  altında 
Azərbaycan  Respublikasının  “Beynəlxalq  xüsusi  hüquq  haqqında” 
Qanununun 24-cü maddəsində verilmişdir. Orada deyilir ki, müqavilə 
ilə  bağlı  aşağıdakı  məsələlər  tərəflərin  razılığı  ilə  seçilən  ölkənin 
hüququ  ilə  tənzimlənir;  tərəflərin  hüquq  və  vəzifələrinin  müəyyən 
edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi 
qaydada  icra  edilməməsinin  və  etibarsızlığının  nəticələri,  tələbin 
güzəşti,  borcun  köçürülməsi.  Müqavilə  tərəfləri  həm  bütövlükdə 
müqavilə üçün, həm də onun ayrı-ayrı hissələri üçün tətbiq olunmah 
hüququ seçə bilərlər. 
5.
 
Əqdiıı  bağlandığı  yerin  qanunu  (lex  loci  actus).  Kollizion 
bağlanmanın  bu  növünün  müxtəlif  formalarına  rast  gəlinir:  a) 
müqavilənin bağlandığı yerin qanunu (lex loci contraktus); b) əqdin 
formasına  onun  bağlandığı  yerİn  qanununun  tətbiqi  (locus  regit 
actus);  c)  müqavilənin  icra  olunduğu  yerin  qanunu  (lex  loci 
solutionis);  ç)  nikahın  bağlandığı  yerin  qanunu  (lex  loci 
celebrationis);  d)  ziyanın  vurulduğu  yerin  qanunu  (lex  loci  delicti 
conımissi). 
Müqavilənin  bağlandığı  yerin  qanunu  müqavilənin  bağlandığı 
ölkənin  hüququnun  tətbiqini  nəzərdə  tutur.  Müasir  dövrdə  elmi 
texniki  tərəqqinin  inkişafı  ilə  əlaqədar  müqavilənin  bağlandığı  yeri 
müəyyən  etmək  bir  sıra  hallarda  çətinliklər  yaradır.  Məsələ 
burasındadır  ki,  poçt,  teleqraf,  faks,  internet  vasitəsilə  bağlanan 
müqavilələrin bağlandığı yerlə bağlı dövlətlərin qanunvericiliklərində 
müxtəlif mövqelər var. Anqlosakson hüquq sistemli ölkələrdə istifadə 
edilən "poçt qutusu" konsepsiyasına görə belə müqavilələrdə akseptin 
göndərildiyi yer müqavilənin bağlandığı yer hesab edilir. Qitə hüquq 
sistem 
54 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə