YeniLƏŞDİRİLMİŞ layiHƏ Az



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix20.09.2018
ölçüsü1,23 Mb.
#70100
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

16 

 

səviyyəsinə  malik  adamların  asanlıqla  aldadılması  ilə  reallıqdan  uzaq  olan  daha  üstün 



Ģərtlər  təklif  edən  reklamlardan  istifadə  edən  institutları  sərt  Ģəkildə  cəzalandırmalıdır. 

Aldadıcı  davranıĢla  bağlı  ictimai  xəbərdarlıqlar  nəzarətedici  təĢkilat  tərəfindən 

edilməlidir. 

2

   



 

Tədbir:  Ədalətsiz  praktik  məsələlər  və  digər  müvafiq  materiallar  üzrə  2005/29/AK 

direktivini araşdırmaq və hüquqi düzəlişlər üçün uyğun  hissələrdən istifadə etmək 

Təsviri:  Nəzarətedici  təşkilatlar  ədalətsiz  praktik  məsələlərə  dair  qaydaların  tətbiqi 

üçün  ən  yaxşı  üsul  seçməli  və  digər  təşkilatlarla  müzakirələr  aparmaqla  qaydaların 

bütövlükdə  iqtisadiyyata  və  yalnız  maliyyə  xidmətlərinə  şamil  edilməsini 

müəyyənləşdirməlidir  (Reklam  haqqında  Qanun,  İstehlakçı  Hüquqlarının  Müdafiəsi 

haqqında  Qanun  və  Ədalətsiz  Rəqabət  haqqında  Qanundan  istifadə  edərək.  Qərarın 

nəticəsindən asılı olmayaraq, məcburiyyət tədbirləri maliyyə məhsullarını anlayan və 

maliyyə xidmətləri sahəsində ümumi qaydalar tətbiq edən maliyyə sektoruna nəzarəti 

həyata keçirən təşkilatlar tərəfindən həyata keçirilməlidir.   

Məsuliyyət daşıyan tərəflər: İstehlakçı assosiasiyaları və maliyyə sektorunda fəaliyyət 

göstərən assosiasiyalar və həmçinin digər dövlət təşkilatları ilə əməkdaşlıq şəraitində 

AMB, QKDK, MN   

Son  icra  tarixi:  2010-cu  ilin  4-cü  rübünədək  birinci  icra  təklifi,    2011-ci  ilin  1-ci 

rübünədək hüquqi düzəlişlərin  (Reklam haqqında Qanun, İstehlakçıların Müdafiəsinə 

dair Qanun, Ədalətsiz Rəqabətə dair Qanun) tətbiqi, 2011-ci ilin 3-cü rübünədək yeni 

qaydalara nəzarət prosesinin başlanılması  

 

37.



 

Bir  çox  yurisdiksiyalarda  qeyri-leqal  hal  kimi  nəzərdə  tutulan  iĢgüzar  münasibətlər  üzrə 

digər  praktik  məsələ  əlaqəli  satıĢlarla  bağlı  təcrübədir  (məs.  bir  məhsulun  satıĢı  digər 

məhsulun  da  alınması  üçün  Ģərt  kimi  qoyulur  –  məs.  avtomobilin  kreditə  alıĢı  zamanı 

əvvəlcədən  seçilmiĢ  sığorta  Ģirkətindən  avtomobil  sığortası).  Belə  siyasət  rəqabəti 

əhəmiyyətli  dərəcədə  məhdudlaĢdırır  və  maliyyə  məhsullarının  qiymətini  azad  rəqabət 

Ģəraitində olandan yüksək səviyyədə saxlayır. 

 

Tədbir:  Əlaqəli  satışin  istifadə  olunduğu  sahələri  təhlil  etmək  və  arzu  olunandır  ki, 



mövcud  anti-inhisar  qanunvericiliyi  çərçivəsində  onların  qanundan  kənar  elan 

edilməsi üçün alətlərn hazırlanması 

Təsviri: Nəzarətedici təşkilatlar Anti-inhisar departamenti və istehlakçı təşkilatları ilə 

əməkdaşlıq şəraitində bazarda vəziyyəti təhlil etməli, əlaqəli satışın istifadə olunduğu 

sahələri təsvir etmək və bu cür halları  qadağan etmək və məhkəməyə cəlb etmək üçün 

ya  mövcud  qanunvericilikdən  (İstehlakçıların  Müdafiəsinə  dair  Qanun,  Ədalətsiz 

Rəqabətə dair Qanun) və ya düzəlişlərin layihəsindən istifadə etmək. 

Məsuliyyət  daşıyan  tərəflər:  AMB,  QKDK,  MN  və  istehlakçı  QHT-lərinin  təhlil  və 

tövsiyələrinə əsaslanmaqla Anti-inhisar departameti  

Son  icra  tarixi:  2010-cu  ilin  4-cü  rübünədək  təhlil  və  təklif  olunmuş  həll  variantı, 

2011-ci ilin 2-ci rübünədək həll variantının tətbiqi və rəqabətin stimullaşdırılması  

38.


 

Maliyyə  sektorunun  tənzimlənməsində  (ümumi  olaraq  özünü-tənzimləmə  aləti  olan) 

davranıĢ kodeksi düzgün və yanlıĢ istifadə baxımından müəyyən olunmalıdır. Həmçinin, 

davranıĢ  kodeksi  müvafiq  nəzarətedci  təĢkilatlar  tərəfindən  bəyənilməli  və  ictimaiyyətin 

müxtəlif  kodekslər  arasında  mümkün  qədər  asan  oriyentasiyasını  formalaĢdırmaq 

məqsədilə  ümumi  sektorla  bağlı  çarpaz  qaydalar  da  nəzərə  alınmaqla  hər  sektor  üzrə 

ayrıca  davranıĢ  kodeksi  olmalıdır.  Eyni  zamanda  belə  bir  qayda  olmalıdır  ki,  kodekslər 

                                       

2

 Ədalətsiz  praktik  məslələrə  aid  nümunələr  və  web-əsaslı  kommunikasiya  vasitəsi  üçün  Avropa 



Komissiyasının 

http://isitfair.eu/unfair_en.html

 web-saytına baxmanız xahiş olunur. 



17 

 

maliyyə  institutları  və  maliyyə  vasitəçiləri  tərəfindən  kodeksin  pozulması  hallarında 



görülmüĢ iĢlər və hesabatlılıq üzrə mexanizmi daxil etsin.   

 

39.



 

DavranıĢ kodeksinin həmiĢə verilmiĢ bazarda olan maliyyə xidmətlərinin səviyyəsini əks 

etdirməli olduğunu nəzərə alaraq, BirləĢmiĢ Krallıq və Ġrlandiyada mövcud olan davranıĢ 

kodeksləri həm  məzmun,  həm  də təqdimat  nöqteyi nəzərindən  etalon kimi  istifadə oluna 

bilər.    BK-nın  davranıĢ  kodeksi  Maliyyə  Xidməti  Ġdarəsi  (MXĠ)  tərfindən  hazırlanmıĢ 

izahedici  qaydalar  vasitəsilə  daha  da  təkmilləĢdirilir.  Belə  ki,  bu  qaydalar  davranıĢ 

kodeksinin müxtəlif vəziyyətlərdə tətbiqinə dair Ģərhləri özündə əks etdirir. Beləliklə, sadə 

alətə malik olmaqla MXĠ bazar iĢtirakçılarının davranıĢına nəzarəti həyata keçirə bilər. 

 

Ġrlandiyanın davranıĢ kodeksi üçün aĢağıdakı web-səhifəyə və oradakı sənədlərə baxın:  



http://www.financialregulator.ie/processes/consumer-protection-code/pages/codes-of-

conduct.aspx

   

 

MXĠ-nin məlumat kitabçası üçün aĢağıdakı web-səhifəyə: 



http://fsahandbook.info

,  


biznes fəaliyyəti üçün yüksək səviyyəli prinsiplərlə baĢlayan aĢağıdakı səhifəyə baxın: 

http://fsahandbook.info/FSA/html/handbook/PRIN

   

 

40.



 

Bazarda artmıĢ rəqabətə Ģərait yaratmaq üçün “əməl etmə və ya izah etmə” siyasəti də bu 

sahədə  də  istifadə  olunmalıdır ki,  beləliklə də    kənarlaĢma üçün təsirlər və  səbəblər izah 

olunmaqla maliyyə institutlarına sektor üzrə müəyyənləĢdirilmiĢ kodeksdən kənarlaĢması 

üçün imkan yaradılmıĢ olsun. 

  

Tədbir: Sektor miqyaslı davranış kodekslərini hazırlamaq 



Təsviri:  Bank,  qiymətli  kağızlar,  sığorta,  kredit  ittifaqları,  mikromaliyyə  institutları, 

lizinq    fəaliyyəti  üçün  sektor  miqyaslı  davranış  kodekslərini  hazırlamaq  və  onları 

nəzarətedici  təşkilatlara  təqdim  etmək  (Mərkəzi  Bank  kedit  ittifaqları,  mikromaliyyə 

təşkilatları  və  lizinq  şirkətləri  üçün  davranış  kodekslərinin  uyğun  olduqda  bank 

sektoru üçün davranış kodeksinin kredit hissəsinə oxşarlığını təmin etməlidir) 

Məsuliyyət  daşıyan  tərəflər:  İstehlakçı  QHT-ləri  ilə  əməkdaşlıq  şəraitində  maliyyə 

müəssisələrinin bütün assosiasiyaları     

Son icra tarixi: 2010-cu ilin 4-cü rübünədək 

 

Tədbir:  Davranış  kodekslərinin  son  versiyasını  və  “əməl  etmə  və  ya  izah  etmə” 

siyasəti üçün qaydaların müəyyənləşdirilməsi 

Təsviri: Təqdim olunmuş davranış kodekslərinin layihələrini nəzərdən keçirmək və son 

versiyası üzrə razılaşmaq, “əməl etmə və ya izah etmə” siyasəti üçün qaydalarını və 

nəzarət proseslərini müəyyənləşdirmək  

Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK və MN. Birgə əməkdaşlıq arzuolunandır  

Son icra tarixi: 2011-ci ilin 1-ci rübünədək son versiya üzrə razılaşmaq, 2011-ci ilin 

3-cü  rübünədək  satış  proseslərinə  tətbiq  etmək  və    məlumatlılıq  kampaniyasına  

başlamaq  

41.


 

Əksər aldadıcı satıĢ insidentləri (fırıldaqçı maliyyə məhsulları ilə müqaisədə) satıĢ yerində 

baĢ  verir  və  gücləndirilmiĢ  təzimləmə  satıĢ  prosesləri  ətrafında  formalaĢdırılmalıdır. 

Satılmaqda  olan  maliyyə  məhsulunun  uyğunluğunun  yoxlanılması  üçün  “Öz  MüĢtərini 

Tanı” yanaĢması ilə bağlı vəzifələr və məsuliyyət orada maliyyə məhsullarını satan fərdlər 

üçün  giriĢ  qaydaları,  treyninq  tələbləri  və  qiymətləndirmə  qaydaları  olmalıdır  (müəyyən 

təhsil  səviyyəsi,  peĢəkar  bilik  səviyyəsinin  periodik  olaraq  yoxlanılması,  təmiz  kriminal 

tarixçə və s.)  




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə