YeniLƏŞDİRİLMİŞ layiHƏ Az



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix20.09.2018
ölçüsü1,23 Mb.
#70100
1   2   3   4   5   6   7   8   9   ...   21

10 

 

19.



 

Eyni  zamanda,  vacib  məsələlərin  müəyyənləĢdirilməsi,  müzakirəsi  və  onların  həlli  üçün 

ümumi  əsasların  tapılması  məqsədilə  bütün  nəzarətedici  təĢkilatların  istehlakçıların 

müdafiəsi  departamentləri/cavabdeh  rəsmiləri  maliyyə  sektorunda  fəaliyyət  göstərən 

assosiasiyalar və istehlakçı təĢkilatları ilə müntəzəm Ģəkildə qeyri-formal kommunikasiya 

mexanizmi  yaratmalıdırlar.  Sektor  özünü-tənzimləməni  həyata  keçirə  bildikdə  bu  cür 

məsləhətçi  panellər  çox  effektiv  olur  və  nəzarətedici  təĢkilatlar  özünü-tənzimləmənin 

onların  öz  iĢlərini  daha  səmərəli  etdiyi  üçün  özünü-tənzimləmənin  gücləndirilməsinə 

çalıĢmalıdırlar.  

 

Tədbir: Əsas maraqlı tərəflərlə qeyri-formal kommunikasiya mexanizmi yaratmaq   



Təsviri:  Ortaya  çıxan  məsələlər,  təklif  olunmuş  qanunvericilik  və  biznes  davranışına 

nəzarətin nəticələrini müzakirə etmək və bütün maraqlı tərəflərə yeni hadisələr barədə 

məlumat  vermək  və  istehlakçıların  müdafisənin  təkmilləşdirilməsi  ilə  bağlı  onlarla 

əməkdaşlığın stimullaşdırılması məqsədilə nəzarətedici təşkilatlar, maliyyə sektorunda 

fəaliyyət  göstərən  təşkilatlar  və  istehlakçı  təşkilatları  arasında  rüblük  görüşlər  təşkil 

etmək     

Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK və MN müvafiq assosiasiyalar və istehlakçı 

QHT-ləri ilə birlikdə  

Son icra tarixi: 2010-cu ilin 3-cü rübünədək  və sonra isə rüblük əsasda  

 

20.



 

Effektiv  nəzarətçilər  istehlakçılar  üçün  potensial  təhlükələrin  aydınlaĢdırılması  üçün 

kifayət  qədər  alətlərə  malik  olmalıdırlar.  Tənzimləyici  nəzarət  alətlərindən  savayı  (yəni, 

daxili və xarici yoxlamaların nəticələri, nəzarətedici təĢkilatlar verilmiĢ Ģikayətlərin təhlili, 

digər  maraqlı  tərəflərlə  kommunikasiya)  nəzarətedici  təĢkilatlar  xüsusilə  potensial 

müĢtərilərin  düzgün  məlumatlandırılması  və  bütün  müvafiq  məlumatların  açıqlanması 

nöqteyi  nəzərindən  satıĢ  proseslərinin  dərhal  nəzarəti  üçün  rəsmi  alət  kimi  virtual  (sirli) 

alıĢ-veriĢdən  istifadə  etmək  hüququna  malik  olmalıdırlar.  Hüquqi  normalar  elə  formada 

qəbul  olunmalıdır  ki,  virtual  (sirli)  alıĢ-veriĢin  nəticələrindən  maliyyə  institutuna  qarĢı 

sanksiya  tədbirlərində  istifadə  oluna  bilsin.  Virtual  (sirli)  alıĢ-veriĢ  nəzarətedici  təĢkilat 

tərəfindən  qəbul  olunmuĢ  Ģikayətlərin  bəzilərinin  yoxlanılması  üçün  səmərəli  Ģəkildə 

istifadə oluna bilər. 

 

21.


 

Bundan baĢqa, maliyyə institutlarının müĢtəriyə qarĢı ədalətsiz davranıĢ halları və ya digər 

maliyyə  institutları  tərəfindən  istehlakçının  ehtiyacına  uyğun  olmayan  maliyyə 

məhsullarının satıĢı ilə bağlı məlumat öyrəndiyi təqdirdə nəzarətedici təĢkilatlara hesabat 

vermələri hüquqi cəhətdən tələb olunmalıdır. 

 

Tədbir: Virtual (sirli) alış-veriş və hesabatlılığa dair tələblər  tətbiq etmək 



Təsviri:  Virtual  (sirli)  alış-verişin  (nəzarətedicilər  özlərini  müntəzəm  müştərilər  kimi 

göstərərək)  nəzarət  metodlarına  daxil  etmək  və  maliyyə  təşkilatlarının  istehlakçılara 

qarşı  onlara  məlum  olan  pis  rəftar  halları  ilə  bağlı  hesabat  vermələrinin  tələb 

edilməsini təmin etmək, onlar belə etmədiyi təqdirdə sanksiyalar tətbiq etmək.    

Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK və MN birgə əməkdaşlıq şəraitində 

Son icra tarixi: 2011-cu ilin 2-ci rübünədək 

 

22.



 

Nəzarətedici  təĢkilatlar  və  onların  cavabdeh  olduqları  sahələr  üzrə  ictimai  məlumatlılıq 

səviyyəsinin  artırılması  üçün  bəzi  ölkələr  bütün  maliyyə  institutlarından  onların 

nəzarətedici  təĢkilatlarını  bütün  ictimai  kommunikasiyalarda,  o  cümlədən  elanda 

(reklamda) göstərmələrini tələb edir.  

 



11 

 

Tədbir:  Maliyyə  institutlarının  bütün  ictimai  kommunikasiyalarında  müvafiq 



nəzarətedici təşkilatın adının göstərilməsini tələb etmək  

Təsviri:  Maliyyə  institutlarının  bütün  ictimai  kommunikasiyalarında  (reklamlarda, 

reklam  vərəqələrində,  veb-saytlarda  və  s.)  müvafiq  nəzarətedici  təşkilatın  adının 

göstərilməsini  hüquqi  cəhətdən  tələb  etmək    və  bunun  yerinə  yetirilmədiyi  təqdirdə 

sanksiyalar tətbiq etmək   

Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK və MN birgə əməkdaşlıq şəraitində 

Son icra tarixi: 2010-cu ilin 4-cü rübünədək 

 

23.



 

Qaydaları pozanlara qarĢı tədbirlərin görülməsi üçün ictimai tələb olduqda nəzarət həmiĢə 

daha  effective  olur.  Medianın  diqqəti  ilə  yanaĢı,  ictimai  tələb  istehlakçıların  müdafiəsi 

üzrə  təsirli  təĢkilatlarının  olması  ilə  güclənir.  Bununla  belə,  maliyyə  məhsulları 

mürəkkəbləĢdikcə  nəzarətedici  təĢkilatlar  istehlakçıların  müdafiəsi  təĢkilatlarına  maliyyə 

məsələlərini öyrətməklə və maliyyə institutlarının pis rəftar edilmiĢ müĢtərilərinə effektiv 

yardım edilməsi ilə bağlı biliklərin əldə edilməsinə Ģərait yaratmaqla onların potensialının 

formalaĢdırılmasına köməklik göstərməlidir.  

 

Tədbir: İstehlakçı təşkilatlarının potensialını formalaşdırmaq   

Təsviri:  İstehlakçı  təşkilatlarının  və  medianın  maliyyə  institutları  üçün  effektiv  əks 

tərəf  ola  bilmələri  məqsədilə  onların  nümayəndələrinə  maliyyə  məhsulları  və 

istehlakçıların hüquqları haqqında təlim keçmək  

Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK və MN birgə əməkdaşlıq şəraitində 

Son icra tarixi: 2010-cu ilin 3-cü rübündən başlamaqla davamlı şəkildə   

 

24.



 

Ġstehlakçıların müdafiəsi üzrə effektiv institusional çərçivəsinin yaradılmasında son addım 

kimi  digər  ölkələrdə  əlaqələr  Ģəbəkəsinin,  o  cümlədən  seminarlar  və  heyətin  təcrübə 

mübadiləsinin  inkiĢaf  etdirilməsidir.  Azərbaycanın  dövlət  təĢkilatları  maliyyə  xidmətləri 

istehlakçılarının müdafiəsi sahəsində həm artıq formalaĢmıĢ təcrübəyə malik ölkələr (məs. 

BirləĢmiĢ  Krallıq  və  ya  Ġrlandiya),  həm  də  bu  yaxınlarda  bu  sahəni  inkiĢaf  etdirməyə 

baĢlamıĢ və hələ ilkin biliklərə malik ölkələri (Avropa Ġttifaqının bəzi  yeni üzv ölkələri, 

məs. Slovakiya, Macarıstan və ya Çexiya Respublikası) nəzərdən keçirməlidir. 

 

Tədbir: Beynəlxalq əlaqələrin və şəbəkənin yaradılması 

Təsviri:  İstehlakçıların  müdafiəsi  üzrə  məsul  rəsmilərin  xaricə  səfər  etməsi  və  digər 

ölkələrində istehlakçıların müdafiəsi və bazar davranışına nəzarət alətlərini öyrənməsi 

üçün imkanlar yaratmaq  

Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK, MN   

Son icra tarixi: 2010-cu ilin 2-ci rübündən başlamaqla davamlı şəkildə 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə