Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   12   13   14   15   16   17   18   19   ...   107

16
Harun-Ər-rəşidin dövründə Azərbaycanın cənub hissəsindən ildə 4
milyon dirhəm, Muğandan isə 300 min dirhəm alınırdı.
İnsanın mənfəətləndiyi bütün sahələrdən, müharibə zamanı  əldə olunan
qənimətlərdən daşına bilən əmlakdan Xüms (beşdə bir) dnyilən vergi alınırdı.
Bundan başqa mal-qaradan əkin və meyvədən, qızıl və gümüşdən Zəkat
(sədəqə) vergisi alınırdı. Bakının neft və duz mənbələrinin bir hissəsi vəqf
şəklində Dərbənddəki ərəb əsgərlərinin istifadəsinə verildi. Xilafətin
Azərbaycandan topladığı vergilərin ümumi miqdarı təxmini hesablamaya görə,
ildə 8 milyon dirhəmə yaxın idi.
Xilafətin əsaslandığı xərac sistemindən – Benefisiyanın Şərq forması –
iqta əmələ gəldi ki, bu da Səlcuqilər dövləti dağılan zaman feoda çevrildi.
Ərəblərin hakimiyyəti dövründə Azərbaycanda torpaq üzərində
mülkiyyətin aşağıdakı beş forması mövcud idi.
1. Sultan (xəlifə) mülkləri (Diya əl-Sultaniyyə).
2. İqta torpaqları.
3. Mülk torpaqları.
4. Vəqf torpaqları.
5. İcma torpaqları.
1-ci. Sultan torpaqları  Əməvilərdən Abbasilərə keçmişdir. Bu torpaqlar
alqı yolu ilə, ya da ölən, vəzifədən kənar edilən məmurların mülklərini müsadirə
etmək yolu ilə tədricən artırdı.
2. İqta torpaqları. Şərti torpaq sahibliyi iqti mənsəb sahiblərinə, bəzən
yerli əyanların nümayəndələrinə ömürlük və ya müvəqqəti olaraq verilirdi.
Adətən divan torpaqlarından verilirdi, bəzi hallarda hərbçilərə vəqf
torpaqlarından da verilə bilərdi. Bir sıra ölkələrdən fərqli olaraq iqti sahibi
məcburi hərbi mükəlləfiyyət daşımır, xəzinəyə müəyyən miqdar vergi verirdi.
İqti torpaqları nəzəri cəhətdən iki kateqoriyaya bölünürdü ki, bu da iqti
torpağına hansı hüquqa görə sahib olmaqdan asılı idi.


17
1. Bağışlanan iqta (təmlik). Şəxsin mülkiyyətinə çevrilə bilərdi və irsi
olaraq keçirdi. Bu dövlət qarşısında xüsusi xidmətlərə görə verilirdi. Məsələn,
xürrəmilər hərəkatını yatırdığına görə Azərbaycan və ərməniyyə ərəb sərkərdəsi
Afşinə bağışlanmışdır.
2. İcarə edilən iqta (icarə). İrsən keçmirdi, adətən hərbçilərə verilirdi,
lazım gəldikdə geri alınırdı. Xərac torpaqları da bunların sırasında idi.
Sahibinin vəziyyətindən asılı olaraq iqtanın aşağıdakı növlərindən bəhs
edə bilərik:
1. Mülki (şəxsi) iqta. 2. Xüsusi (xass) iqta. 3. Hərbi iqta. 4. Xəlifə iqtası.
1. Mülki iqta – birisi vəzifəyə təyin edildikdə ona verilir, vəzifədən çıxan
kimi əlindən alınırdı.
2. Xüsusi iqta – şairlərdən başqa xüsusi xidmət və ya istedadı olan
şəxslərə verilirdi. O, torpağın tam sahibi olub, onu irsən verə bilərdi. Məs.
Xəlifə Mütəvəkkil 851-ci ildə Məhəmməd ibn Məzyədə Gəncə  şəhərini
«Xalidiyyə adoanan məşhur malikanələrlə birlikdə bağışlamışdır.
3. Hərbi iqta – xəzinə torpaqları hesabına verilirdi. Lakin qoşuna vəqf
torpaqlarından da iqti verilirdi. Bu iqta sahibinin mülkiyyəti deyildi.
İqta təsisatı X-XIII əsrlər arasında inkişaf edərək «tədriclə benefisiyadan
irsi Zenə keçmişdir.
İ.A.Belyayev qeyd etdiyi kimi, «iqta sisteminin tətbiqi Abbasilər
dövlətinin siyasi cəhətdən dağılması ilə bir zamanda baş vermişdir.
3. Mülk torpaqları. Bunun mənbələrindən biri müxtəlif şəxslərə və
icmalara bağışlanan xəlifə iqtası idi. Digər mənbəyi dövlət torpaqlarının satın
alınması idi. Bu torpaqları almaq-satmaq, irsən vermək olardı. Onun sahibi hərbi
xidmətdə olmurdu.
4. Vəqf torpaqları. Bu təsisatlara təhkim edilən torpaq mülkləri idi. Bu
torpaqlar müqəddəs yerlər üçün (Məkkə, Mədinə) Qazilər (din uğrunda
mübarizlər) məscid və qalalar tikmək və b. ehtiyaclar üçün ayrılırdı.


18
Bunların içərisində Beytül-Mal (xəzinə) üçün saxlanmış, sonra qanunsuz
icarə yolu ilə icarəyə verilmişdir ki, torpaq sahibləri onları becərib proporsiyalı
xərac (Müqasimə) versinlər. Bu isə ÜŞR – adı  ilə məlumdur. Vəqf «Allahın
mülkiyyətidir» və adamlar bu mülkiyyətdən, ancaq istifadə edə bilərdilər, lakin
onların bunun üzərində heç bir şəxsi hüquqları yox idi. Bir vaxt bütün
Azərbaycan vəqf torpağı hesab olunurdu, çünki bu ölkə zora tutulmuşdur. Sülh
müqaviləsi əsasında müsəlmanların əlinə keçən torpaqlar da sonralar daimi vəqf
olmuşdur.
5. İcma torpaqları. Kəndlərdə  əhaliyə məxsus torpaqlar, biçənəklər, mal-
qara otarılan, yanacaq toplanan yerlər, qəbristanlıq və s. icma torpaqları idi.
Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb
xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərəkatıdır. Bir sıra orta
əsr müəllifləri onları məzdəkilərin ideya davamçıları hesab edirdilər.
Məzdəkilər V əsrin sonu və VI əsrin I qərinəsində feodal istismarına,
xürrəmilər isə daha çox xilafətin milli əsarətinə qarşı mübarizə aparmışlar.
Xürrəmilər islamın ehkamlarını rədd edir və Azərbaycan ayinlərini ona qarşı
qoyurdular. Xürrəmilər tarixdə ilk dəfə olaraq yadelli zülmkarlara qarşı azadlıq
rəmzi kimi qırmızı bayraq qaldırmış və qırmızı paltar geymişlər.
Xürrəmilər hərəkatı özünün elmi və obyektiv qiymətini akademik
Z.Bünyadovun çoxillik zəhmətinin bəhrəsi olan «Azərbaycan VII-IX əsrlərdə»
adlı fundamental monoqrafiyasında və problemlə  əlaqədar digər elmi
məqalələrində tapa bildi. Müəllif yüzlərlə mənbəni dərindən araşdıraraq
mübahisəli məsələləri elmi cəhətdən düzgün dəqiqləşdirdi.
«Xürrəm» termini haqqında, IX-X əsr ərəb müəlliflərində bu adın
mənşəyi haqqında 3 rəvayət mövcuddur.
1-ci versiyaya görə bu ad Ərdəbil yaxınlığında olan Xürrəm yaşayış
məntəqəsinin adı ilə bağlıdır. Guya üsyan ilk dəfə burada başlanmış, onun
iştirakçıları da xürrəmilər adlanmışdır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə