Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   11   12   13   14   15   16   17   18   ...   107

12
Bizansa tabe olan ərazidə inzibati idarə apparatı  əvvəlki kimi qalmış və bütün
siyahılar həmin dillərdə yazılırdı.
Ölkənin bəzi vilayətləri hələ də yerli feodalların hakimiyyəti altında
qalmaqda idi. Şirvanı  Şirvanşahlar, ondan cənubda Beşbarmaq dağı
yaxınlığındakı Xirs qalası Xursanşahların mərkəzi idi.
Buradan qərbə doğru liranşahların mülkləri yerləşirdi. Onların iqamətgahı
Şamaxı idi. Bütün bu feodallar, xəlifələrdən asılı olub, ərəb dövləti nəfinə vergi
toplanması üçün cavabdeh idilər. Lazım gəldikdə onlara xilafətə qoşun da
verirdi.
Azərbaycanda, xüsusilə Arranda ərəblərin inzibati siyasətində, xilafətin
Şimal sərhədlərində olan əsas şəhər və məntəqələrdə ərəb hərbi qarnizonlarının
təşkili əhəmiyyətli yer tuturdu. Bu qarnizonları saxlamaq ağır bir yük kimi yerli
əhalinin üzərinə düşürdü.
Əlavə qeyd: Ərəblər çox vaxt üç ölkəni – Azərbaycanı, Arran və
Ermənistanı bir inzibati vahiddə birləşdirərək, bir canişinlik yaradır və bunu
bəzən Erməniyyə, bəzən də Azərbaycan adlandırırdılar. Bu hal da Azərbaycan
böyük ölkə olub, cənubda Həmədan, Şimalında isə Dərbənd yerləşirdi.
Ərəb istilasından əvvəl Azərbaycanın paytaxtı  Ərdəbil idi və Sasani
mərzbanının rezidensiyası burada yerləşirdi. X əsrədək baş  şəhər Marağa idi,
Yusif ibn Əbu-əs-Sac yenidən paytaxtı Ərdəbilə köçürdü.
Arran müəyyən vaxtlar da Azərbaycanın tərkibinə daxil olmuşsa, onun
sərhədlərinin dəqiqləşdirməyə ehtiyacı var. Əl-Müqəddəsi yazır: Arran, bütün
vilayətin (Azərbaycan) B-i təşkil edir. Dəniz ilə Araz çayı arasında bir yarım
Cəzirəyə bənzəyir. Malik çayı (Kür) ərazini uzununa 2-yə bölür. Paytaxtı Bərdə
şəhərləri isə bunlardır: Beyləqan, Şəmkir, Cənzə, Baric, Şamaxı, Şirvan, Bakı,
Şabran, Babül-Əv-Bab, Zahican, Qəbələ, Şəki, Malazkeş-Tebla.
Köçürmə siyasəti


13
İslamın başlanğıc dövründə hər hansı  ərəb tayfasının Azərbaycana
gəlməsi haqqında ərəb tarixçiləri məlumat vermir. Deməli, həmin dövrdə
istilaçılar üçün yeni olan ölkədə onların vəziyyəti möhkəm olmadığına görə
ərəblərin yerləşdirilməsi haqqında danışıq ola bilməzdi.
İstila olunmuş ölkələrə  ərəblərin köçməsi həmin ölkələr tamamilə işğal
olunub, ələ keçirilmiş  ərazilərdə  ərəb hakimiyyəti möhkəmləndikdən sonra
başlandı.
Əməvi xəlifələri ilk ərəb müstəmləkələrinə Azərbaycanda torpaq verib
onları oturaq həyat tərzinə keçirməklə iki məqsədə nail olurdular:
Birincisi, xəzinəni-təqaüd vermək xərclərindən azad edir.
İkincisi, tutulmuş vilayətlərdə  ərəblərin hakimiyyətini gücləndirirdilər.
Əvvəllər köçmə fərdi xarakter daşıdığı halda, sonra bütöv tayfalar yeni
torpaqlara köməyə başladı. Aydındır ki, Azərbaycana köçən tayfalar müəyyən
bir qrupa mənsub olmayıb, Şimal, orta Ərəbistan və Cənub tayfalarından, yəni
qeysilər, Nizarilər, Qəhtanilərdən ibarət idi.
Yəqubinin dediyinə görə, Abbasilər hakimiyyəti başına keçməzdən əvvəl,
Azərbaycana yalnız Şimal tayfalarından Rəbi əvə Mudar nizariləri köçürdülər.
Əl-Əşas Azərbaycan hakimi olanda «təqaüd alan ərəblərdən müəyyən qədərini
Ərdəbilə köçürdü».
Ərəb tayfalarının Arrana köçürmək məsələsində isə vəziyyət başqa cür
oldu. Buraya soxulan ərəb orduları xristianlarla rastlaşdılar. Ərəblərin onlarla
münasibəti başqa cür qurulurdu. Bundan əlavə, ərəblər Arranı istila edərkən
qüdrətli düşmən olan xəzərlərlə qarşılaşdılar.
Ərəblər Bizans və xəzərlərin hücumunu dəf etmək üçün strateci
əhəmiyyəti olan Ərdəbil, Beyləqan, Dərbənd, Bərdə, Naxçıvan kimi şəhərlərdə
möhkəmləndirilmiş hərbi məskənlər (Rəbatlar) yaratmağa başladılar.
Məsləmə Babül-Əvbab şərəfinə Suriya əhalisindən iyirmi dörd min əsgər
köçürdü və onlara müəyyən maaş təyin etdi.


14
Əməvilər sülaləsinin süqutundan sonra şimal tayfalarının imtiyazları yoxa
çıxır. Abbasilər onları tədricən Azərbaycan və Arran məskənlərindən çıxarmağa
başladı.
I Abbasi hakimi Yəzid ibn Xatəm Mükəlləbi yəmənliləri Azərbaycana
köçürməyə başladı.
Görünür Abbasilər Suriyalıları möhkəm Dərbənd istehkamlarından
sıxışdırıb çıxara bilmədikləri üçün onları özbaşına buraxdılar. Çox keçmədən
Dərbənd rayonundakı  ərəb tayfaları bu vəziyyətdən istifadə edərək xilafətdən
ayrılıb, müstəqil Sülamilər əmirliyini yaratdılar və bu əmirlik monqol
istilasınadək davam etdi. Azərbaycan və Arranda şimal və cənub tayfalarının
köhnə ədavəti yaxşı torpaq və biçənəklər üstündə bərk qızışdı. Harun ər-Rəşidin
dövründə Azərbaycan və Arrana köç axını kəskin surətdə azaldı. Bu qrupp
Arrana köçüb bərdə rayonunda məskən salan ərəblərin son qrupu idi. O zaman
Bərdə Rəbii əmirləri Məzyədilərin iqamətgahı idi, çünki Harun-ər-Rəşidin
dövründə başlanıb Məlunun hökmranlığı dövründə  ən yüksək nöqtəyə çatmış
Xürrəmilər üsyanı, habelə bütün Ərəbistan yarımadasının və bir çox digər
torpaqların xilafətdən ayrılması  ərəblərin Zaqafqaziyaya müraciətinə təsir
göstərmiş və tamamilə dayandırılmışdır.
Azərbaycan və Arranın yerli əhalisi ilə  ərəblər arasında tədricən əmələ
gəlmiş siyasi və mədəni yaxınlaşma, məsələn, İspaniyada baş verdiyi kimi,
mədəniyyət sahəsində qarşılıqlı  əməkdaşlığa keçmədi, çünki bu yaxınlaşma
prosesi əvvəlcə Səlcuqların, sonra da monqolların hücumu ilə çox tez
dayandırılmışdır.
Azərbaycan Respublikası  ərazisində  ərəblərlə bağlı kənd adları
aşağıdakılardır:
Qubada – Ərəbli, Ərəbkeymuraz, Ərəb-Dəhnə, Ərəbhacı.
Şamaxı – Ərəblər, Ərəbuşağı, Ərəbqədim, Ərəb Şamil, Ərəb Şahverdi.
Kürdəmir – Ərəbqiyaslı, Ərəbçəltikçi, Ərəbsarvan.
Göyçay – Ərəbcərbirli, Ərəbxana, Ərəbmehdibəy, Ərəbşahverdi.


15
Salyan – Ərəbbəbirxan, Ərəbqardaşxan.
Lənkəran – Ərəb, Ağdaş – Ərəb, Ərəbkukel, Ərəbbəsrə, Ərəbocaq,
Ərəbşəkil, Ərəbşeyx.
Laçın – Ərəb, Ərəbli, Gədəbəy-Ərəbli və başqaları.
Torpaq və vergi siyasəti
Ərəblər sasanilərin vergi qaydasını da bəzi dəyişikliklər etməklə qüvvədə
saxladı. Mənbələrdən məlum olur ki, 1-ci və 4-cü xəlifənin dövründə vergilər
xeyli yüngül idi. Azərbaycanda əhalinin bir qismi xristian olduğuna görə
xəlifənin xəzinəsinə 2 adda vergi – xərac və cizyə verirdi. Müsəlmanlar cizyə
vergisindən azad idilər. Xristianları itaət altında saxlamağa kömək etdiyinə görə
keşişlər və kilsə vergidən azad edilir və dövlət tərəfindən himayə olunurdu.
Hişamin dövründə rahiblərdən də vergi alınırdı. Hişamın dövründə  əhali, mal-
qara, torpaq siyahıya alındı, vaxtilə ləğv edilmiş bəzi vergilər bərpa edildi. Bir
sıra yeni sənət məmulatı, kəbin kağızı və s. adda vergilər tətbiq olundu.
Əgər Əməvilər öz fəaliyyətində yalnız ərəblərə arxalandıqları halda 750-
ci ildə onu əvəz edən Abbasilər Mövliya silki (islamı qəbul etmiş yerli feodalar)
vasitəsilə təbəələrə rəhbərlik etməyə başladılar.
Əməvilər dövründə vergilər nəqd pulla ödənilirdisə, Abbasilər dövründə
vergilərin yalnız bir hissəsi nəqd pulla ödənilirdi. Vergiyə nəzarətdə port
idarəsinin (Bərid) xüsusi rolu vardı.
Abbasilərdən «ən pis, ən qatı qəddar» Musa əl-Hadinin qısa hökmranlığı
dövründə (785-786) Azərbaycan, Arran və Ermənistanda baş verən üsyanları
yalnız xəlifə Harun ər-Rəşidin (786-809) Azərbaycan, Arran və Ermənistanda
baş verən üsnyanları yalnız xəlifə Harun ər-Rəşidin (786-809) dövründə
yatırmaq mümkün oldu.
Hüquqşünas Əbu Yusif xəlifə Harunun dövründə vergilərlə bağlı «xərac
haqqında kitab» yazmışdır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə