Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   13   14   15   16   17   18   19   20   ...   107

19
2-ci versiya: guya onlar kef çəkən, əyyaşlıq edən adamlar olduğu üçün
xürrəmilər adlanmışdır. Bu versiya qeyri-elmi olduğuna görə mən bunun
üzərində dayanmaq istəmirəm.
Nəhayət «xürrəm» termininin mənşəyi haqqında üçüncü ənənəvi rəvayət
bu termini Məzdəkin arvadının adı ilə  əlaqədar edir. Nizam Əl-Mülk bu
təsəvvürü belə  əks etdirir. «Məzdəkin arvadı və Fadənin qızı Xürrəmə iki
adamla Mədaindən qaçıb Rey mahalına gəlmişdir və orada adamları öz ərinin
dini təliminə dəvət edirdi. Müxtəlif camaat bu dinə daxil oldu və adamlar onları
xürrəmidinli adlandırırdılar.
Məzdəkilərin və xürrəmilərin atəşpərəst olması haqqında orta əsr
müəlliflərinin əksəriyyətinin fikri yekdildir. Ona görə də akademik Bünyadov
«Xürrəm» sözünü pəhləvi dilində «od-xürr» və «xvar»-günəş anlamında
mənalandırmışdır.
Səid Nəfisinin yazdığına görə, Bəzz dağlarında və ona yaxın ərazilərdə
xürrəmilərə rəhbərlik etmək üstündə Cavidan və  Əbu İmran arasında kəskin
mübarizə gedirdi. Cavidan Bəzz qalasının sahibi və xürrəmilər icmasının başçısı
idi.
Mənbələrin məlumatına görə xürrəmilərin azadlıq mübarizəsi 61 il davam
etmişdir. 816-cı il döyüşlərinin birində Cavidan Əbu İmranı öldürdü, 3 gün
sonra aldığı yaradan özü də öldü. Bu zaman Babəkin 18 yaşı vardı. Cavidanın
dul qalmış gözəl qadını ona vuruldu. Beləliklə, Babək Cavidan mülkünün sahibi
və xürrəmilər icmasının rəhbəri oldu.
Cəmisi 40 il ömür sürmüş Babək 798-ci il (Bəzi mənbələrdə 795) Ərdəbil
yaxınlığında Bilalabad kəndində doğulub. Anası Bərumənd, atası Abdulla bir
yaşında yetim, əsil adı Həsən.
Mənbələrdən məlumdur ki, xürrəmilər Babəkə qədər xilafətə qarşı iki dəfə
üsyan etdilər. Birinci üsyan 778-ci ildə baş verdi. S.Nəfisi siyasətnamədən
iqtibas gətirərək göstərir ki, Xəlifə Mehdi zamanında «Qızıl bayraqlılar»


20
xürrəmilərlə birləşərək Reyə qədər gəldilər. Mehdi hər yana məktub yazdı ki,
onunla döyüşə girin.
Bu hadisədən 30 il sonra 808-ci ildə xürrəmilərin ərəblərə qarşı daha
böyük üsyanı baş verdi. İsfahandan başlanan bu üsyan bir çox əraziləri bürüdü.
Üsyançıların sayı yüz mini ötmüşdür. Üsyan haqqında xəbəri Xorasanda eşidən
xəlifə Harun Ər-Rəşid sərkərdi Abdulla ibn Malikin başçılığı ilə xürrəmilərə
qarşı güclü qoşun göndərdi. Üsyan yatırıldı. Bütün mənbələr təsdiq edir ki,
Babəkə qədər Xürrəmilər xilafət üçün ciddi narahatlıq yarada bilmirdilər. Babək
rəhbərliyi ələ aldıqdan sonra vəziyyət dəyişdi. Döyüşlərə xürrəmilərin görkəmli
sərkərdələri müaviyə, Abdulla (Babəkin qardaşları), Tərxan, Adin, Rüstəm,
İsma Əl-Kurdi və s. başçılıq edirdi.
Xürrəmilər nə istəyirdilər
Onlar Allah naminə kütlələrin məhkum vəziyyətini qanuni hala salan
islamı və onun ehkamlarını rədd edirdilər. Yerli Azərbaycan ayinlərini islama
qarşı qoyurdular. Vahid Allahı inkar edir, dünyanın daimiliyi kimi, ruhun
əbədiliyinə inanırdılar. Onlar inanırdı ki, xeyir və  şərin mübarizəsində
mərhəmətli ruh qalib gələcək.
Bütün ədalətsizliklərin kökünü torpaq üzərində xüsusi mülkiyyətdə və
ictimai bərabərsizlikdə görür, bütün becərilən torpaqları azad kənd icmalarına
verməyi irəli sürürdülər. Kəndliləri əsarətdən qurtarmağı, dövlət verdi və
mükəlləfiyyətlərin ləğv edilməsini və «ümumi bərabərlik» yaradılmasını irəli
sürüdülər. F.Engels göstərir ki, bütün orta əsrlər boyu feodalizmə qarşı inqilabi
müxalifət davam edir. Bu müxalifət zamanın şəraitinə uyğun olaraq gah mistika
şəklində, gah açıq bidət, gah da silahlı üsyan şəklində çıxış edir.
Azadlıq ordusunun hərəkətverici qüvvələrini kəndlilər təşkil etsələr də,
orada şəhər yoxsuları, sənətkarlar, orta və xırda feodallar da iştirak edirdilər.
Ərəb tarixçisi Bağdadinin məlumatına görə Azərbaycanın cənubunda və
Deyləndə Babək tərəfdarlarının sayı 300 min nəfərə çatırdı.


21
819-cu ilə qədər xəlifə xürrəmilərə qarşı nizami ordu göndərmədi.
Üsyançılara qarşı Azərbaycandakı hərbi hissələrdən istifadə etdi.
Xəlifə Məmun 819-cu ildə sərkərdə Yəhya ibn Müazın başçılığı ilə
Babəkə qarşı ilk nizami ordu göndərdi. Babək onları  əzdi. 819-cu ildən 827-ci
ilə qədər xürrəmilər xilafətin altı ordusunu darmadağın etmişdilər. 822-ci ildə
xəlifə Məmun (813-833) İsa ibn Məhəmmədin komandanlığı altında
Azərbaycana qoşun yeritdi. Bərdə yaxınlığındakı döyüşdə üsyançılar düşməni
darmadağın etdilər, ərəb sərkərdəsi öldürüldü. Sünik, Arsax, Uti, Arranın bir sıra
əyalətləri azad olundu.
824-cü ildə Xürrəmilər yeni bir düşmən ordusunu məğlub edərək sərkərdə
Əhməd ibn Cüneyidi  əsir aldılar. Bərdə, Ərdəbil, Naxçıvan, Beyləqan və
Şirvan düşməndən təmizləndi. Arranın azad olunmuş torpaqlarını idarə etmək
Babəkin sərkərdəsi Rüstəmə tapşırıldı.
827-ci ildə Məhəmməd ibn Hümeydin başçılığı ilə Azərbaycana böyük
ordu göndərildi.
829-cu il iyunun 3-də Həştadsər dağında 150 minlik Ərəb ordusunun 30
mini məhv edildi. Sərkərdə Məhəmməd ibn Hümeyid nizə ilə vurulub
öldürüldü.
Xürrəmilər 830-cu ildə strateci əhəmiyyəti olan Həmədanı tutdular. Bu
xilafət üçün ağır zərbə idi. Bağdadı imperiyanın şərq torpaqları ilə birləşdirən
yeganə yol buradan keçirdi.
Ərəb mənbələri xürrəmilərin uğurlarını xilafət sarayındakı çəkişmələr,
döyüşlərin ərəblərin vərdiş etmədiyi dağlarda, keçilməz dar yollarda və soyuq
hava şəraitində aparılması ilə izah etməyə çalışırdılar. Bunlar heç biri real əsas
deyil. S.Nəfisi bu mübarizəni milli azadlıq mübarizəsi kimi qiymətləndirərək
yazır: «Babəkin uğurunun əsas səbəbini xalqın birliyində, ərəb istilaçılarına və
onların hakimiyyətinə qatlaşmaqda axtarmaq lazımdır.
Bir tərəfdən Babəkin uğurları, digər tərəfdən xilafətdə hakimiyyət
uğrunda daxili çəkişmələr, Cəzirdə Nəsr ibn Şəbsin, Suriyada ərəb tayfalarının,


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə