Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   9   10   11   12   13   14   15   16   ...   107

6
təsadüf etmişdir. «Ağvan tarixi»nin müəllifi hökmdar və sərkərdə kimi
Cavanşirin hünəri haqqında iftixarla danışaraq qeyd etdi ki, o, Qafqazın vəhşi
kimi yaşayan tayfalarını ağıl ilə haqq yoluna gətirdi. Beləliklə, İver
sərhədlərindən Hun qapılarına və Araz çayına kimi parlaqcasına mütləq
hökmranlıq edirdi.
Ərəblərlə mübarizədə Cavanşir Bizans imperatoru II Konstant (641-668)
ilə ittifaqa girdi. (654) onların ikinci görüşü 660-cı ildə olmuşdur.
Əsas düşməndən yaxa qurtarmamış, xəzərlər 662-ci ildə Bələncər
yaxınlığında ərəbləri məğlub etdikdən sonra Albaniyaya soxuldular. Cavanşir
Kür sahilində onları sıxışdırıb qaytara bildi.
665-ci ildə Xəzərlər Kürü keçib Araz sahillərinə irəlilədilər. Cavanşir
ağılla hərəkət edərək xəzərlərlə ittifaq bağlayaraq, Xəzər xaqanının qızı ilə
evləndi. Əslində bu qohumluq xəzərlərdən asılılığa işarə idi. VII əsrin 60-cı
illərində Cavanşir ərəblərə münasibətdə siyasətini dəyişdi. O, sövq təbii duyurdu
ki, Bizans ərəblərə nisbətən çox zəifdir, hətta öz müstəqilliyini saxlamaq
iqtidarında deyil. Ərməniyyə  ərəblərə təslim olandan sonra Bizansla Albaniya
arasında hərbi-siyasi əlaqəni davam etdirən çətinləşdi.
Digər tərəfdən Şimaldan xəzərlərin, cənubdan İran feodallarının
hüdumundan qorunmaq üçün Azərbaycana xilafət kimi güclü bir dövlətin
himayəsi zəruri idi.
VII əsrin 60-cı illərində xilafət daxilində bir sıra dəyişikliklər baş verdi.
661-ci ildə xəlifə Əli ibn Əbutalib (656-661) Kufə şəhərində islamın müxalifətçi
cərəyanlarından birinin nümayəndəsi Əbdürrəhman ibn Mülcəm tərəfindən
öldürüldü. Xilafətdə hakimiyyət Əməvilər sülaləsinin (661-750) əlinə keçdi. Bu
sülalənin nümayəndələri Müəviyyə (661-680) və oğlu I Yəzidin (680-683)
dövründə ərəblərin işğalları şiddətlənir, paytaxt Mədinədən Dəməşqə köçürülür.
Cavanşir 667 və 670-ci illərdə Müəviyyə ilə görüşür, məqsəd ərəblərdən vassal
asılılığı qəbul edib, ərəblərin qarətindən ölkəni xilas etmək idi. İkinci görüşündə
Cavanşir Bizans və xilafət arasındakı danışıqlarda vasitəçilik etmişdir. Xəlifə


7
Cavanşirə hədiyyələr verərək, Sünik knyazlığını ona tabe etdi. Xəlifə onu
məcbur edirdi ki, Atropatakanın hakimliyini öhdəsinə götürsün, lakin Cavanşir
bununla razılaşmayaraq xəlifədən xahiş edir ki, onun ölkəsi üzərinə qoyulan
vergiləri azaltsın, vergi 1/3-ə qədər azaldılır, ölkənin daxili müstəqilliyinə
toxunulmur.
Göründüyü kimi xəlifə Müəviyyə hələ Cavanşirin nüfuzu ilə hesablaşıb,
xilafətin şimal sərhədlərində Arranın strateci mövqeyini, həmin sərhədləri
Bizans və xəzərlərin hücumundan müdafiə etmək üçün onun silahlı
qüvvələrindən istifadə etmək imkanını nəzərə alaraq, Arranın daxili
müstəqilliyinə toxunmamış və oradakı əvvəlki qaydaları saxlamışdır.
Daxildə mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün Cavanşir iri feodal
əyanlara qarşı uzun müddət ciddi mübarizə aparmalı oldu və nəticədə bu
mübarizənin qurbanı oldu. 681-ci ildə ölkə daxilində Bizanspərəst feodalların
gizli qəsdi nəticəsində o, öldürüldü. Onun ölümü Albaniyanın siyasi taleyinə
ağır təsir göstərdi. Əyanların kəskin mübarizəsi şəraitində hakimiyyət
Cavanşirin qardaşı oğlu Varaz Trdatın əlinə keçdi. (680-699) xəlifə I Yəzid
(680-683) Varazı şərq vilayətlərinin hökmdarı kimi tanıdı.
Albaniya adı artıq Dağlıq Qarabağın ərazisinə  şamil edilirdi. Ölkə
bütövlükdə Arran adlandırılırdı.
Həmin il ölkəyə ikinci bədbəxtlik üz verdi. Xaqan kürəkəni Cavanşirin
qatillərindən qisas almaq məqsədilə Albaniyaya hücum etdi. Cavanşirin ölümü
ilə ölkə vassallıq hüququna itirdi, əslində onu xəlifənin canişinləri idarə edirdi.
684-cü ildə birləşmiş alban, erməni, gürcü qoşunları Albaniyaya
soxulmuş xəzərləri darmadağın etdilər. 685-ci ildə xəzərləri darmadağın etdilər.
685-ci ildə xəzərlərin gələcək basqınlarının qarşısı almaq üçün xəzərlərlə
müqavilə bağlanır.
705-ci ildə Məhəmməd ibn Mərvanın başçılığı ilə  ərəb qoşunları
Azərbaycana gəldi, mehranilərin son nümayəndəsi Şeruyyə Dəməşqə aparılaraq
edam edildi.


8
VIII əsrdə xəlifə I Validin (705-715) dövründən etibarən Azərbaycan
uğrunda ərəb-Xəzər müharibələri mütəşəkkil və uzun sürən xarakter alır.
Türk tayfalarının oğuz-qıpçaq qrupuna mənsub olan xəzərlər şimali
Qafqazın şərqində güclü xaqanlıq yaradaraq erkən orta əsrlərdə (VII-X) böyük
nüfuz qazandılar. Qonşu dövlətlərə meydan oxuyan xəzərlər bir vaxt Krımı və
Dneprə qədər Şimali-Qara dəniz sahillərini ələ keçirmişdilər.
706-cı ildə yerli feodal və  əyanlar Naxçıvana dəvət olunmuş və bu
feodalların 800 nəfəri ərəblər tərəfindən diri-diri yandırılmışdır. Ərəblərlə
mübarizədə xəzərlər Diyarbəkr və Mosula qədər gedib çatdılar. Lakin Van gölü
sahilində ərəblər onların hücumlarını dayandıraraq əks-hücumla bütün Arrandan
qovdular. Xaqan ərəblərlə sülh bağladı və islam dinini qəbul etdi.
VIII əsr 90-cı illərin axırlarında xəlifə Harun ər-Rəşidin hakimiyyəti
dövründə 100 minlik Xəzər ordusu Arranı talayıb, qayıdarkən 100 min nəfəri
əsir apardı. Bu onların son hücumları oldu. 90 illik kəskin mübarizədən sonra
xilafət orduları Azərbaycanın istilasını başa çatdıra bildi. Əksəriyyəti köçəri olan
istilaçı  ərəblərin özləri hələ islam dinini yaxşı mənimsəmədiyindən ilk vaxtlar
işğal olunmuş yerlərində xalqı yeni dinə itaət etməyə məcbur etmirdilər.
Ərəblərin hücumlarına qədər Azərbaycan əhalisi Bizans-İran
müharibələrindən, Şimal tayfalarının hücumlarından çox zərər çəkmişlər. Ona
görə də islam dini zəminində onlara səadət vəd edən yeni istilaçıya – ərəblərə
inam və ümid bəsləyirdilər. Ərəblər böyük iqtisadi və strateci əhəmiyyəti olan
Azərbaycanda öz hakimiyyətlərini möhkəmləndirməkdə islam dinindən çox
kəsərli vasitə kimi istifadə edirdilər. Ərəblər Allahın vahidliyini və böyüklüyünü
iqrar və onun göndərdiyi müqəddəs dini kitabları (Quran, İncil, Tövrat, Zabur)
şəksiz qəbul edən dinlərə və onun tərəfindən hörmətlə yanaşır, müqəddəs
kitabları olmayan, dinlərə və təriqətlərə qarşı təzyiq və təqib mövcud idi.
«Əksəriyyəti köçəri olan istilaçı  ərəblərin özləri hələ islam dinini yaxşı
mənimsəmədiklərindən ilk vaxtlar işğal olunmuş yerlərdə xalqı yeni dinə etiqad
etməyə məcbur etmirdilər».


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə