Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   15   16   17   18   19   20   21   22   ...   107

25
V.V.Bartoldun dediyinə görə, ərəblərin orta Asiyada son böyük
əməliyyatı 822/23-cü ildə olmuşdur. O zaman usurşana hakimi Afşin Kavus idi.
Ailə ixtilafları ucundan onun oğlu Heydər ibn Kavuş Afşin Bağdada xəlifə
məmunun yanına qaçmalı olur. Bu həmin sərkərdə Afşin idi. O, 840-cı ildə
xəlifənin şəxsi qvardiyasının komandanı vəzifəsindən kənar edilir, çox
keçmədən Afşin 841-ci ilin may-iyun ayında həbsdə acından öldü, cəsədi
çarmıxa çəkildi. Meyidi yandırıb, külünü Dəclə çayına atdılar.
Afşinin sarayında tapılan müxtəlif bütlər onun atəşpərəstliyə, xürrəmilərin
sitayiş etdikləri dinə tərəfdar olduğunu təsdiq edir.
Xürrəmilər və Babək təliminin göstərdiyi təsirin izi çox sonralar – IX
əsrdə də qalmışdır.
Alban hökmdarı  Əbu Musanın dövründə  Ərəblərə qarşı azadlıq hərəkatı
davam etmişdir. Onların möhkəmləndiyi Qarabağdamkı Ktiç qalasına ərəblər 1
il ərzində 28 dəfə uğursuz həmlə etdi. Son anda xəyanət nəticəsində Buğanın
qoşunları bu üsyançıları darmadağın etdilər.
F.Engelsin dediyi kimi, «xalq hərəkatlarının dini zəng almasına səbəb «nə
insan qəlbinin xassələridir, nə də onun dini tələbatıdır. Buna səbəb bütün orta
əsrlərin əvvəlki tarixidir ki, orada ideologiyanın yalnız bir forması: din və
ilahiyyat mövcud idi».


- 1 -
MÖVZU:AzərbaycanIX-XII yuzilliklərdə
P L A N
1.Mustəqil feudal dövlətlərinin yaranmasini şərtləndirən əsas amillər
2.Şirvanşah Məzyədilər Sacilər, Salarilər, Rəvvadilər. Şəddadilər
dövlətləri
3.Ruslarin Azərbaycana qarətçi yurusləri
4. Azərbaycan Səlcuq imperatorluğunun tərkibində
5. Şirvanşah Kəsranilər dövləti
6.Azərbaycan Atabəylər dövləti
7.IX-XII yuzilliklərdə Azərbaycanin iqtisadi və mədəni həyati
Ədəbiyyat
1. Azərbaycan tarixi, 7 cilddə, II cild, Bakı,2007.
2. Azərbaycan tarixi, Z.Bünyadovun redaktorluğu ilə, Bakı 1994,
səh.273-322.
3.  Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti, Bakı, 1985, səh.185-
220.
4. Şərifli M.X. IX əsrin II  yarısı – XI əsrlərdə Azərbaycan feodal
dövlətləri, Bakı 1978-ci il. səh.258-343.
5. Vəlixanlı N. IX-XII  əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan
haqqında. Bakı, 1974.
             6.Faruq Sumər Oğuzlar Bakı 1992
IX-X əsrlərdə Azərbaycanda və başqa şərq ölkələrində feodal torpaq
mülkiyyəti möhkəmlənir və onların siyasi cəhətdən müstəqil olmaq meylləri
artırdı.
Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda feodal
dövlətləri yaranır və inkişaf edirdi. Hələ xilafətin tərəqqisi dövründə
Azərbaycanda, xüsusilə Arranda ərəblərdən asılı olan Sünik, Varsan, Beyləqan,
Qəbələ, Şəki və s. knyazlıqlar var idi. Lakin onlar müstəqil deyildi.
Müstəqil Azərbaycan dövlətlərinin yaranması ilə paytaxt və qala kimi
şəhərlərin önəmi artır. IX-XI əsrlərdə sənətkarlığın və ticarətin inkişafı ilə


- 2 -
əlaqədar şəhərlər çoxalır və böyüyürdü. Azərbaycanda hər birində 10 minə
qədər əhali yaşayan Ərdəbil, Sərab, Miyanə, Təbriz, Marağa, Bərzənd, Səlmas,
Xoy, Mərənd, Əhər, Naxçıvan, Bərdə, Gəncə, Şəmkir, Beyləqan, Şəki, Şamaxı,
Şabran, Bakı, Dərbənd və onlarca başqa şəhərlər vardır.
Bunlardan Təbriz, Ərdəbil, Əhər, Bərdə, Gəncə, Şamaxı, Naxçıvan, Şəki
müxtəlif vaxtlarda feodal dövlətlərin və ya vilayət hakiminin paytaxtı olmuşdur.
Adları çəkilən paytaxt şəhərləri eyni zamanda iri mədəniyyət və ticarət
mərkəzləri idi. Sənətkarlıq sahəsində ixtisaslaşmanın sürətlənməsi, peşələrin
çoxalması, yerli sənətkarlar tərəfindən müxtəlif çeşiddə və formada
məmulatların istehsalı iri şəhərlərdə böyük bazarların yaranmasına səbəb olurdu.
Dərbənd – iki adı var. Dəmir qapı və «Babül-Əb-Vab. Bir rəvayətə görə
Makedoniyalı  İskəndər tərəfindən salınıb. Lakin daha inandırıcı Xosrov
Nuşirəvan tərəfindən inşa olunmuşdur. Məqsəd xəzərlərə qarşı müdafiə səddinin
yaradılması idi. «Dərbəndnamədə» şəhər haqqında müxtəlif rəvayətlər qeyd
olunur.
Ərəb müəlliflərindən Əl-Müqəddəsi, Məsudi, Dərbənd və onun çeşidli-
qapıları haqqında məlumat verir. Dərbəndin Şimalında paytaxtı Səməndər
(Tarxu) olan Xəzər (Curcan) xaqanlığı yerləşirdi.
Yaqut Həməvi və Övliyyə Çələbi şəhərin qapıları və oradakı heykəllər
haqqında maraqlı məlumat verirlər.
Azərbaycan orta əsrlərdə dünyada ipəkçiliyin əsas vətənlərindən biri idi.
Şəkidə, Şirvanda, Bərdədə hazırlanan xam ipəyə, ondan hazırlanmış parçalara
böyük maraq vardı. Azərbaycandan dünya bazarına çıxarılan mallar içərisində
pambıq-parçalar və boyaq maqqəsinin adları çəkilir.
IX-XI əsrlərdə Azərbaycanda feodal münasibətlərinin inkişafı və kifayət
qədər möhkəmlənməsi sayəsində feodalların və kəndlilərin formalaşması
sabitləşdi.


- 3 -
Cəmiyyətin ən böyük sinfi olan kəndlilər iki hissədən ibarət idi. 1-cisi.
Uluc adlanan – asılı kəndlilər, 2-cisi, dağ yerlərində yaşayan azad kəndlilər.
Uluclar əksəriyyət təşkil edirdi.
Torpaq üzərində aşağıdakı mülkiyyət formalar mövcud idi.
Divani-dövlətə məxsus olan torpaqlar. Buradan gələn gəlir xəzinəyə
daxil olurdu.
Əmlakı-Xasse-Hökmdara və onun sülaləsinə mənsub olan torpaqlar.
Mülk (Əmlak) – iri feodalların və onların vassallarının əlində olan
torpaqlar. Xilafət dövründə mülk sahibləri məlik adlanır və dövlətə xərac
deyilən vergi verirdi.
Geniş yayılmış mülkiyyət formalarından biri-dövlətə göstərdiyi xidmətə
görə verilən iqta idi. Bu mülkiyyət irsi xarakter daşımırdı. Şəraitdən və yerindən
asılı olaraq «iqta»ya torpaq şəklində, ya da torpaqdan götürülən gəlirin
bölüşdürülməsi şəklində tətbiq edilirdi.
Vəqf – məscidlərə müqəddəs yerlərə, ruhani  idarələrinə, xeyriyyə
cəmiyyətlərinə məxsus torpaqlar. Bu orta əsrlərdə nüfuzlu və toxunulmaz
mülkiyyət hesab edilirdi.
İcma – becərilmək üçün kənd icmasının istifadəsinə verilən torpaqlar.
Kəndlilər torpağı bölür, becərir və xərac adlanan vergini toplayıb dövlətə təhvil
verirdilər. Bu forma XX əsrin əvvəllərinə kimi yaşamışdır. Vergilər içərisində
ən ağırı torpaq vergisi adlanan xaric idi. XI əsrin 60-cı illərinin əvvəllərində
Şirvanda, Təbrizdə, Səlmasda, Xoyda xalq kütlələrinin feodal zülmünə qarşı baş
vermiş çıxışları xəracın ağırlığı ilə bağlı idi.
Şirvanşahlar dövləti
Hələ VI yüzillikdə Azərbaycanın Şimal torpaqlarında Şirvanşahlar
dövləti yaranmışdır. 642-643-cü illərdə Şirvanşahlar dövləti xilafətin hücumuna
məruz qalmış və ondan asılı vəziyyətə düşmüşdür. Şirvan ərazisi dəfələrlə
xəzərlərin və digər türkdilli tayfaların hücumlarına məruz qalmışdır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə