Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   10   11   12   13   14   15   16   17   ...   107

9
Azərbaycanda əsas din atəşpərəstlik idi. Bu din II Şapurun dövründən
sasanilər imperiyasının rəsmi dövlət dini elan edilmişdir.
Albaniyada həm xristianlıq («Kitab əhli»), həm də bütpərəstlik dinləri
mövcud idi. Əməvilərin hakimiyyəti dövründə istila olunmuş ölkələrdə  əhali
etiqad məsələsində sərbəst idi. Lakin islamı qəbul etməyənlər xəracdan əlavə
cizyə deyilən vergi verməli idilər. Azərbaycanda islamın yayılması xəritəsinə
nəzər saldıqda görürük ki, yeni din atəşpərəstliyin, bütpərəstliyin təmsil
olunduğu Azərbaycanda, Muğanda, Mildə Xəzər sahilində, Kür və Araz çayları
boyunda, xüsusən şəhərlərdə nisbətən sürətlə yayılırdı.
Xristianlığın sabitləşdiyi dağlıq və dağətəyi yerlərdə, xüsusilə kəndlərdə
islam dininə müqavimət güclü idi. Əhalinin müxtəlif təbəqələrinin yeni dinə
münasibəti də müxtəlif idi. İslam dininin etnik əxlaqi tərbiyəvi əhəmiyyətini
düzgün dərk edən hakim təbəqə öz əmlak və imtiyazını əldə saxlamaq xatirinə
bu dini tərəddüdsüz qəbul etdi. Xilafətin ticarətə və sənətə rəğbətini nəzərə alan
tacirlər və sənətkarlar da yeni dini qəbul etməkdə ləngimədilər. Yoxsullara
gəlincə, ağır dini vergi olan cizyədən canını qurtarmaq üçün onlar bu işə razı
oldular.
V.V.Bartold qeyd etmişdir ki, «xristianlıqdan fərqli olaraq, islam dini
fərdi missionerlərdən istifadə etmirdi və yalnız istila yolu ilə yayılırdı:
Müsəlman torpaqlarının sərhədləri ilə islamın yayılan sərhədləri bir-birinə
uyğun gəlirdi. Həm də islam dini zorakılıqla yayılmırdı və nə xristianlar, nə də
zərdüştlər təqib olunmurdular.
İslam dini 100 il ərzində zərdüştlüyü tamailə sıxışdırdı.
Bütün islam tədqiqatçıları qeyd edirlər ki, ərəblərin itaət altına aldıqları
ölkələrin xalqları yeni dini kütləvi şəkildə qəbul edirdilər, çünki Rozenin
dediyinə görə «ərəblər öz sadəliyi və bəsitliyi ilə  əzəmətli, yeni bir din
gətirmişdilər. Və dini təqib və didişmələrin təzyiqi altında haldan düşüb əzilən
kütlələrin zövqünə bu yeni din xüsusən ona görə uyğun gəlmişdir ki, demək


10
olar, hər yerdə yadellilərin ağır iqtisadi zülmündən kütlələri azad edən xilaskar
kimi göstərirdi».
Krımski düzgün olaraq qeyd etmişdir ki, «xristianlıqda hər bidəti
amansızlıqla təqib edən qonşu xristian Bizansa nisbətən, islam dini qanunu hətta
Ömərin nəzəriyyəsində kifayət qədər liberal qanun idi. Xəlifə Ömər ibn Xəttab
isə Məhəmmədin özündən daha ardıcıl müsəlman idi.
Ərəblər Azərbaycanda özlərinə tabe etdikləri əhalinin mədəni
səviyyəsindən aşağıda olaraq, Azərbaycana islam dini və öz dillərindən başqa
heç bir şey gətirmədilər. Bundan əlavə, ərəblər özlərindən əvvəl bu öokələrdə
mövcud olan qayda və  ənənələri öz ehtiyaclarına uyğunlaşdırmağa başladılar,
xüsusilə ona görə ki, ərəblərdən əvvəlki dövlət mexanizmi yaxşı qurulmuşdur».
Ərəblərin hakimiyyəti dövründə Azərbaycan vahid bir dövlətin tərkibinə daxil
olmuşdur ki, bu da obyektiv olaraq ölkənin əhalisinin birləşməsi, onun cənub və
şimal vilayətlərinin iqtisadi və mədəni cəhətcə daha çox yaxınlaşması üçün
əlverişli şərait yaratmışdır. Azərbaycanda islamın zorla yayılması, Zərdüşt,
xristian və bütpərəstlik dinlərinin sıxışdırılması da ölkənin müxtəlif etnik
ünsürlərinin dini birliyi üçün imkan yaratmışdır. Sasani və  ərəb işğalçılarının
əsarətinə qarşı istiqlaliyyət uğrunda gedən uzun mübarizə, işğalçıların
iradəsindən asılı olmayaraq, azərbaycanlıların daha sıx birləşməsi, onların etnik
birliyinin təşəkkülünü sürətləndirmişdir.
2-ci sual: Ərəb istilasından sonra istər Azərbaycanda, istərsə də Arranda
idarə aparatı Sasanilər dövründə olduğu kimi saxlanıldı. Çünki siyasi və dövlət
təşkilatı cəhətdən ərəblər Bizans və sasanilərdən geridə idi.
İşğal olunmuş  əraziləri idarə etmək üçün Sasani mərzbanlığına bənzər
canişinlik sistemi yaratdı. Əvvəlcə 5 belə vilayət var idi. Azərbaycan, Arran,
Gürcüstanın bir hissəsi, Ermənistan, Əl-Cəzirə vilayəti və Kiçik Asiya ərazisinin
bir hissəsi birlikdə 4-cü vilayət idi. 1-ci və 4-cü xəlifənin dövründə xilafətin
inzibati bölgüsü belə idi. Əməvilər sülaləsi dövründə xilafət sasanilərdə olduğu
kimi 9 vilayətə bölündü ki, sonra onların sayı 5-ə endirildi. Əl-Cəzirə adlanan 3-


11
cü vilayətə – Azərbaycan, Arran, Ermənistan və Kiçik Asiyanın Şərq hissəsinin
bir hissəsi daxil idi.
Abbasilərin dövründə xilafət 83 quradan (əyalət) ibarət olan 14 əmirliyə
bölündü. Bunlar da daha kiçik inzibati vahid olan nahiyyələrə (mahallara)
bölünürdü. Nahiyyə 12 rustakdan (rayon) ibarət olub, hər birinə 12 kənd daxil
idi.
Ərəblərin hücumu zamanı Azərbaycanın şimal hissəsi olan Arran və
Sünik Gürcüstanın bir hissəsi ilə birlikdə xəzərlərin əlində idi. Azərbaycan və
Arran istila edildikdən sonra, bu ölkələrin ərazisi mahiyyətcə dəyişilməz
qalmışdır, yalnız bu ərazinin inzibati adı dəyişdirildi.
Hər bir vilayətin başında xəlifənin canişini olan əmir dururdu ki, o da öz
vilayətində qoşunların komandanı idi. O həm də vilayət inzibati idarəsinin
rəhbəri idi.
Bütün mülki və hərbi hakimiyyət ona məxsus idi. Vilayət əmirin rəhbərlik
etdiyi və vilayətin baş şəhərində yerləşən Divan tərəfindən idarə olunurdu.
Əmirin rəhbərliyi altında xüsusi tapşırıqları icra edən məmurlar – Amil
(mülki hakim, vergi toplanışına baxan) və Qazı (məhkəmə idarəsinin rəisi)
dururdu, Qazı Vəqf işlərinə nəzarət edir və Amilin işindən gələn şikayət və
narazılıqları ayırd edirdi.
Canişinlik mərkəzindən başqa, inzibati və hərbi aparatların vilayət və
mahallarda öz şöbələri var idi. Ərəblər burada oturan kadrları birdən-birə özləri
təmin edə bilməzdilər. Onlar dövlət idarələrinin mürəkkəb iş formalarına əsla
hazır deyildi. Buna görə də Xəlifə  Əbdülmalikin dövrünə qədər yerli əhali
nümayəndələrinə müxtəlif inzibati vəzifə tutmaq qadağan edilməmişdir.
Ərəb dilində yazı işləri, hələ I Ömər tərəfindən təşkil edilən iki divanda –
Xərac və Cund divanlarında – görülürdü, çünki bu divanlara xəlifənin özü
nəzarət edirdi. Azərbaycanda və Arranda olan divanlara gəldikdə, burada yazı
işləri pəhləvi dilində, Arranda isə yunan dilində idi, yəni keçmişdə Sasanilər və


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə