Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   14   15   16   17   18   19   20   21   ...   107

22
Misirdə yəmənilər və Qeysilərin üsyanları, Bizans ilə daimi müharibələr xəlifə
məmunu böhranlı vəziyyətə saldı. Xəlifə Məmun 833-cü il avqustun 7-də öldü.
O, öz qardaşı Mötəsimi vəliəhd təyin edərək, ona vəsiyyət etdi ki, «Xürrəmilərə
gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhmsiz bir adam göndər, ona
səbrlə, pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər xürrəmilərlə müharibə
uzun çəksə, sən özün öz tərəfdarların və yaxın adamların ilə onların üstünə get.
(Təbəri).
833-cü il avqustun 10-da Mötəsim xəlifə elan edildi. (1833-842).
833-834-cü ildə Həmədan yaxınlığında Babəkin qoşunları ilə  İshaq ibn
İbrahimin komandanlığı ilə  ərəb ordusu arasında qanlı döyüş baş verdi.
Təbərinin yazdığına görə bu döyüşdə Xürrəmilər 60 min itki verdi. Döyüşdən
sonra Xürrəmilərin bir hissəsi Bizansa gedərək xristianlığı qəbul etdi.
Xəlifə Mötəsim Bizansla mübarizəni dayandırıb bütün qüvvələri Babəklə
mübarizəyə cəld etdi. Bizansla mübarizədə məharətini göstərmiş istedadlı
sərkərdə Afşin Heydər ibn Kavusu 835-ci il iyunun 3-də xürrəmilər əleyhinə
vuruşan orduya ali baş komandan təyin etdi. Afşin hər ata minəndə gündə 10
min hərbi əməliyyat olmayanda isə 5 min dirhəm pul alırdı. Əz-Zəhəbi bildirir
ki, təkcə 837-ci ildə Mötəsim Babək ilə müharibəyə bir milyon dirhəm
xərcləmişdir. Babək 834 və 836-cı illərdə Bizans imperatoru Feofilə  ərəblər
əleyhinə çıxmaq xahişi ilə müraciət etdi. 837-ci ildə Bizans ordusunun hücumu
Azərbaycanda mübarizəsinin gedişinə təsir edə bilmədi.
Babəkin müttəfiqləri içərisində Təbriz və  Şahi qalası hökmdarı
Məhəmməd ibn Əl Bais də var idi. Bu adam Babəkin sərkərdəsi İsma əl
Kurdinin qızı ilə evlənmişdir. Məhəmməd ibn Əl Bais xəyanət edərək gecə onun
mülkündə qalan İsmanı və onun qoşun başçılarını tutub xəlifənin hüzuruna
apardı. Bundan sonra Babək ikinci məğlubiyyətə uğradı. O, öz komandirlərindən
birindən məhrum oldu.
836-cı ildə üsyançılara ağır itki üz verdi. Onlar ərəb xilafətini lərzəyə
salan sərkərdə Tərxan itirdilər. Afşinin göndərdiyi casus qonaq sifətilə onun


23
evinə getdi, gecə yatarkən başını kəsdi. Afşinin köməyinə göndərilmiş Buğa əl-
Kəbirlə 836-cı il Həştadsər döyüşündə 15 minlik qüvvəyə qarşı cəmi 2 min
nəfərlə Babəka qəfildən arxadan hücum etdi. Ərəblər bu zərbəyə tab
gətirməyərək geri çəkildilər.
Son iki ildə Afşinin xürrəmilərə qarşı qətiyyətsiz və soyuqqanlı
münasibəti ciddi mübahisələr səbəb oldu.
Bunun əsas səbəbini bəzi mənbələr mərkəzdən xəlifənin Afşinə
göndərdiyi ziddyyətli göstərişlərlə, digər mənbələr haqlı olaraq Afşin,
Təbəristan hakimi Məzyər və Babək arasında xilafət hakimiyyətini devirmək
haqqında o zaman gizli danışığın aparılması ilə bağlayır. Babəkin edamından
sonra bu qəsdin üstü açılmışdır. Afşin özünü tamamilə ifşa etməmək üçün Bəzzə
hücum əmrini verməyə məcbur oldu. Afşin şəhərə neft atanlar dəstəsini gətirdi
və bunların köməyi ilə Bəzz qalası 837-ci il avqustun 26-da alındı. Babəkin
oğulları və ailə üzvləri tutuldu. Nizam ül-Mülkün verdiyi məlumata görə Bəzz
alınarkən 80 mindən artıq xürrəmi öldürüldü. Qalanın müdafiəsinə Babəkin
sərkərdəsi Adin başçılıq edirdi. Ərəblər 100 mi itki verdi. Afşinin göstərişi ilə
şəhəri üç gün yandırdılar. Qala müdafiəçilərindən 7600 nəfər əsir götürüldü.
Onların içində Babəkin 17 oğlu, 23 arvadı qızı və gəlini vardı.
Bəzzin süqutundan sonra Babək qardaşı Abdulla ilə birlikdə Arazdan
keçib Arrana gəldi. Məqsədi Bizans imperatorunun yanına getmək və yeni
qüvvə ilə mübarizəni davam etdirmək idi.
Xəlifə Babəki diri gətirənə iki milyon başını gətirənə isə bir milyon
dirhəm mükafat vəd etdi. Babək Darvaza təpə dağının üstündə  Şəki qalasında
alban sahibkarlarından Səhl ibn Sumbatla rastlaşdı. Səhl Afşinə xəbər verdi ki,
Babək onun yanındadır. Səhlin düzəltdiyi ovda Babək tutuldu. Afşinin tələbi ilə
İbn Ustifanus Babəkin qardaşı Abdullahı da təslim etdi. Bu xidmətlərinə görə
Ermənistan, İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi (səhl
Sənbata).


24
838-ci il yanvarın 4-də Babək və qardaşı Samirəyə gətirildi. Mötəsimin
hökmü ilə Babək əzabla edam olundu. Onun başını Xorasana göndərdilər,
bədənini isə Samirədə böyük bir ağacdan asdılar.
Mübarizədə xalqın imtiyazlı təbəqəsinin dönüklüyü, ərəblərə nisbətən
daha döyüşkən türk sərkərdələrin eyni və digər mənşəli üsyançılara qarşı
səfərbərliyə alınması, ən başlıcası erməni naxarlarının xəyanəti və  ərəblərə
kömək etməsi azadlıq mübarizəsinin məğlubiyyətinə səbəb oldu.
Müharibə xilafətin yarımmilyondan artıq döyüşçüsü öldürülmüş, onlarla
görkəmli sərkərdəsi əsir götürülmüşdür. Bu hərəkatın əzəmətini etiraf edən ərəb
müəllifi ibn Təğribirdi yazır ki, «Babək öz zəmanəsinin qəhrəmanı və xilafəti
dəhşətə gətirən bir igid idi.
Əl Müqəddəsi yazır ki, «Babəkin üzərində çabnan qələbə islam dövlətinin
ən böyük qələbəsi idi. Onun əsir alındığı gün müsəlmanların bayram günü idi.
Nizam-ül-Mülkün «Siyasətnamə» əsərində deyilir: «Mötəsimin üç
qələbəsi olmuşdur. Hamısı da islamın şöhrəti idi. 1-cisi, Rum üzərindəki qələbə,
2-cisi, Babək üzərindəki qələbə, 3-cüsü, Təbəristanlı Məzyər Gəbr üzərindəki
qələbə. Bu üç qələbədən biri baş tutmasaydı, islam məhv olardı.
20 il davam etmiş hərəkat şərqdə  ərəb despotizminə ciddi zərbə vurmuş,
xilafətin əsaslarını laxlatmış, onun dağılması prosesini xeyli sürətləndirmişdir.
IX əsrin II yarısından etibarən xilafətdən asılı ölkələrdə, o cümlədən
Azərbaycanda bir sıra müstəqil feodal dövlətlər meydana gəldi.
M.Kazımbəyin sözlərinə görə, «Abbasilər xilafətində xalq üsyanlarının
müvəffəqiyyəti qısa müddətli və keçici olsa da, heyrətli idi».
Bir neçə kəlmə Babəkin müttəfiqi Təbəristan hakimi Məzyərin taleyi
haqqında o, ərəb hökmranlığı  əleyhinə yönəldilən siyasi üsyan təşkil etməkdə
ittiham olundu. 840-cı il sentyabrın 24-də onu Afsinlə üzləşdirdilər. Lakin o, heç
nəyi boynuna almadı. Bu zaman ona 450 çubuq vurdular. O, öldü. Babəkin
meyidi yanında dara çəkildi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə