Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   8   9   10   11   12   13   14   15   ...   107

3
Əsrlərlə davam edən bu müharibələrin son mərhələsi Sasani hökmdarı
Xosrov Pərvizin (591-628) 603-cü ildə hücumu ilə başlandı. 25 il davam edən
müharibədə Qüds qarət edildi, oradakı müqəddəs xaç Şahənşahın sarayına
gətirildi, Misir tutuldu və Konstantinapol təhlükə qarşısında qaldı. Lakin 623-cü
ildən müharibənin gedişində vəziyyət Bizansın xeyrinə dəyişdi. 120 minlik ordu
ilə hücuma keçən Bizans imperatoru II İrakli (610-641) Dəbili, Naxçıvanı qarət
edib, Azərbaycanın paxtaytı Qazakaya gəldi, atəşpərəstlərin buradakı baş
məbədini dağıtdı. Xəzərlərin köməyi ilə sasanilərin paytaxtı Mədain şəhərində
Şah Sarayı yandırıldı, 628-ci ildə Xosrov Pərviz hakimiyyətdən salındı və edam
olundu. Müharibə Bizansın qələbəsi ilə başa çatdı. 629-cu ildə bağlanan sülh
müqaviləsinin şərtlərinə görə, Ərməniyyə  əsasən Bizansın hakimiyyəti altında
qaldı, İberiya müstəqil dövlətə çevrildi, Albaniya sasanilərin hakimiyyəti altında
qaldı.
Beləliklə, ərəblərin hücumu ərəfəsində Azərbaycan sasanilərin
hakimiyyəti altında qalmaqla imperiyanın şimal canişinliyi deyilən inzibati
vahidin tərkibinə daxil idi. Bununla belə, Albaniya hər il xəzərlərə müəyyən
miqdar xərac verirdi. Azərbaycanın cənub hissəsi irandan tam asılı vəziyyətdə
olsa da, ölkənin şimal hissəsi yarımasılı vəziyyətdə idi, istiqlalını qismən
saxlaya bilmişdir. Ərəblərin Azərbaycana hücumu məhz belə bir dövrə təsadüf
edirdi.
Azərbaycan Şah hakimiyyətinə tabe olduğundan burada inzibati idarə
qaydaları, vergi sistemi, torpaq sahibliyi, dini ayinlər ümumimperiya qanunları
əsasında idarə olunurdu.
Ərəb qəbilələrinin Ərəbistanın hüdudlarından kənarda – Sasanilərin və
Bizansın tabeliyində olan ərazilərdə də yaşaması islamı  ərəblər arasında
yaymağı qarşılarına məqsəd qoymuş müsəlman başçılarını öz qoşunlarını qonşu
ölkələrə – Şama, Suriyaya və İrana göndərməyə məcbur etdi.
Həm də yeni yaranmış  ərəb dövlətinin yaşaması üçün o dövrdə məhz
hərbi qənimətlər əsas vəsait idi. Həmçinin bir-birini didən ərəbləri vahid


4
hakimiyyətin qüdrətinə inandırmaq vacib idi. Beləliklə, ərəb cəmiyyətində baş
vermiş ictimai-iqtisadi çevriliş  ərəb işğalları üçün zəmin hazırlamış, yaxın
Şərqdə (xüsusilə – İran və Bizansda) yaranmış hərbi-siyasi vəziyyət isə məhz
ərəblərin xeyrinə inkişafı üçün təkan olmuşdur.
İlk xəlifə  Əbubəkrin (632-634) dövründə islam dini Ərəbistanda
sabitləşdi, Suriya və İraqın istilasına başlandı.
Ondan sonra Ömərin (634-644) onillik xəlifəliyi islamın qalibiyyətlə
yayılması və möhkəmlənməsi dövrü kimi xarakterizə olunur. Onun dövründə
İraq, Suriya, Misir istila olunur. Xilafət qoşunu 634-636-cı illərdə Yərmuq
döyüşündə Bizanslıları məğlub edərək Suriyanı ələ keçirdi. Bu qələbə ərəblərin
İrana yolunu açmış oldu. Xəzər xaqanı və Bizans imperiyası ilə aparılan
müharibələr, ölkə daxilindəki ziddiyyətlər nəticəsində sarsılmış olan sasanilər
imperiyası  ərəblərə ciddi müqavimət göstərə bilmədi. 637-ci ildə imperiyanın
paytaxtı Mədain, ilin sonuna isə Babilistan fəth olundu.
Xilafət ordusu Qadsiyyə (638) döyüşündən sonra bir-birinin ardınca
zərbələr endirərək İran ordusunu əzdi. Onlar 642-ci ildə Nahəvənd döyüşündə
İran qoşunları üzərində parlaq qələbə qazandılar. Sərkərdə Rüstəmin başçılığı ilə
Azərbaycandan 80 min nəfərlik ordu və bu vuruşda iştirak edirdi. Rüstəm
öldürüldü.
İran ordusu ilə birlikdə Cavanşir də  ərəblərə qarşı 7 ildən artıq igidliklə
vuruşmuş və dəfələrlə qələbə çalmışdır. Artıq o, dərk edirdi ki, sasanilər bir
daha özünə gələ bilməyəcək. Cavanşir Albaniyaya qayıtdı və düşmənə qarşı
mübarizəni burada davam etdirməli oldu.
Ərəblərlə döyüşü uduzan İran feodalları qarətçilik məqsədilə Albaniyaya
soxularaq, Cavanşirin anasını və qardaşlarını  Əsir götürdülər. (639). Cavanşir
onları azad etdi. 652-ci ildə Sasani imperiyası tamamilə dağıldı.
Xilafət qoşunları İranın Rey və Qəzvin şəhərini işğal etdikdən sonra 639-
cu ildə sərkərdə Züzeyfənin başçılığı ilə Azərbaycana daxil olur. Azərbaycan
qonşularına Mərzban İsfəndiyar ibn Fərruxzad başçılıq edirdi. O, əsir düşür,


5
ərəblər qəlib gəlir. Əl-Bəlazurinin məlumatına görə, İsfəndiyar 644-cü ildə əhali
adından ərəblərlə müqavilə bağlayır, onlara tabe olur.
Mənbələrin məlumatına görə  ərəblər getdikdən sonra 645-ci ildə ölkə
əhalisi üsyan qaldırıb, müqavilənin şərtlərindən imtina edir.
646-cı ildə  ərəb ordusu Valid İbn Ukbənin başçılığı ilə yenidən
Azərbaycana hücum edir, əhalinin müqavimətini qırır. Ərəblərə veriləcək illik
xəracın miqdarı 800 min dirhəm məbləğində idi.
Ərəb tarixçisi Əl-Bəlazuri Azərbaycanın Şimal hissəsində  ərəb
qoşunlarının əməliyyatları haqqında ətraflı məlumat verir. Düşmən 642-ci ildə
çətinliklə muğanı işğal edərək əhali ilə müqavilə bağladı. A.Bakıxanov adı
çəkilən ərəb müəlliflərinə istinad edərək qeyd edir ki, ərəblər Şirvana çatınca
hökmdar Şəhriyar aman istədi və sülh etdi, bu şərtlə ki, xərac və cizyə verməsin,
türkləri və s. din sahiblərini dəf etmək üçün saxlanacaq qoşuna sərf etsin. Xəlifə
Ömər ibn Xəttab bu şərtlə razılaşdı.
Ömər Əbdürrəhman ibn Rəbiəni Dərbənd yaxınlığındakı sərhəd
qoşunlarına sərkərdə təyin etdi və xəzərlərlə vuruşmağı tapşırdı, lakin 643-cü il
Bələncər yaxınlığında o öldürüldü. Dərbənddən şimala ilk hücum uğursuzluqla
nəticələndi.
Azərbaycana ilk basqından 7 il sonra, 646-cı ildə Arrana hücum edən ərəb
ordusuna sərkərdə Salman ibn Rəbiə başçılıq edirdi. Onun ordusu Naxçıvan,
Gorus istiqamətinə hərəkət edib Beyləqana soxuldu. Sonra Qəbələ, Şəki, Şirvan,
Şabran talandı. 653-cü il Bələncər döyüşü xəzərlərin parlaq qələbəsi ilə sona
yetdi. Salman başda olmaqla 4 min ərəb əsgəri öldürüldü. 10 il əvvəl onun
qardaşı da məhz burada öldürülmüşdür.
Beləliklə, 643-644-cü illərdə  ərəblər Azərbaycan ərazisinin yalnız cənub
və Dərbəndətək Xəzərsahili hissələrini tuta bildilər.
644-cü ildə Ömər bir iranlı xristian tərəfindən öldürüldü.
Cavanşir (616-680) 21 yaşında Albaniyanı idarə etməyə başladı. Onun
hakimiyyətinin ilk dövrü mürəkkəb siyasi şəraitdə, ərəblərin hücumu ərəfəsinə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə