Xəbər bülleteni №11


Nazir ucuzlaşmadan danışıb



Yüklə 479,53 Kb.
səhifə6/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   2   3   4   5   6   7   8   9   ...   21

Nazir ucuzlaşmadan danışıb


13.10.2015

shahin_mustafayev_11

“Bu ilin doqquz ayında ümumi daxili məhsul 3,7 faiz artıb”. Bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktaybrın 12-də Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında deyib.

Nazirin sözlərinə görə, şaxələndirmə siyasəti nəticəsində qeyri-neft sektorunun real artım tempi 6,4 faiz olub. Şahin Mustafayev bildirib ki, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artıb: “Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68,8 faizə çatıb. Sənaye 2,1 faiz, o cümlədən qeyri-neft sənayesi 10,2 faiz, kənd təsərrüfatı 6,7 faiz, informasiya və rabitə xidmətləri 8,8 faiz, pərakəndə ticarət 11,4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 6,2 faiz artıb, inflyasiya 3,7 faiz təşkil edib. Əhalinin gəlirlərində artım meylləri davam edib və ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz, hər nəfərə düşən gəlirlər 4,5 faiz artıb. Yanvar-avqust ayları ərzində orta aylıq əməkhaqqı 4,4 faiz artaraq 460 manata yüksəlib, 87 min yeni iş yeri açılıb”.

Şahin Mustafayevin bildirdiyinə görə, doqquz ayda dövlət büdcəsinin mədaxili 12,1 milyard manat və ya proqnozun 99,6 faizi, xərcləri isə 11.7 milyard manat və ya proqnozun 74,3 faizi səviyyəsində olub: “Daxilolmaların 68,4 faizi qeyri-neft sektorunun payına düşür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,6 faiz çoxdur. Bu müddətdə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 11,8 milyard manat əsas kapitala investisiya yönəldilib. Dövlət İnvestisiya Proqramı çərçivəsində yol-nəqliyyat, enerji, qaz infrastrukturunun, sosial obyektlərin tikintisi, su və kanalizasiya təminatının yaxşılaşdırılması və digər layihələr üzrə işlər davam etdirilib.

Böyük iqtisadi və siyasi potensiala malik olan Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi bu imkanlardan daha səmərəli istifadə olunmasını, bu sahədə gəlirləri artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcək.

Bu ilin 8 ayında ölkənin xarici ticarəti müsbət saldo ilə yekunlaşıb, qeyri-neft ixracı 8,7 faiz artıb. İxrac imkanlarının artırılması məqsədilə Aktau şəhərində logistik mərkəzin inşası başa çatdırılıb”.

Nazir dərmanların və aviabiletlərin qiymətlərinin tənzimlənməsindən də danışıb: ”2200-dək, yəni dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 25 faizdən çoxunun qiyməti təsdiq edilib. Vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanan qiymət tənzimlənməsi nəticəsində bu dərmanların qiyməti əvvəlki qiymətlərlə müqayisədə endirilib. Dərmanların üzərində qiymətlərin göstərilməsi, internet resurslarında və KİV-lərdə yerləşdirilməsi qiymət intizamına ictimai nəzarəti təmin etməklə yanaşı, vətəndaşa dərmanları bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan verir və süni qiymət artımının qarşısı alınır. İslahat vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq, dövlət büdcəsinin xərcləri azalacaq, bu sahədə sığorta sisteminin inkişafına töhfə verəcək. Proses dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv davam etdirilir”.

Şahin Mustafayev qeyd edib ki, dövlət başçısının aviabiletlərin qiymətləri ilə bağlı verdiyi tapşırığın icrasını təmin etmək məqsədilə bütün beynəlxalq uçuşlar üzrə ekonom xidmət sinfinin tarifləri 20-30 faizədək aşağı salınıb, təyyarələrdə ən ucuz yerlərin sayı 30 faizədək artırılıb, tələbat çox olan istiqamətlər üzrə aşağı büdcəli reyslərin təşkilinə başlanıb: “Hazırda AZAL-ın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə müvafiq işlər aparılır”.


Ekspert: “Maliyyə amnistiyası elan olunmalıdır”


13.10.2015

qubad-ibadoglu1.jpg-21

İqtisadçı ekspert Qubad İbadoğlu oktyabrın 12-də Nazirlər Kabinetinin prezidentin sədrliyi ilə keçirilən iclasını şərh edib.

Transparency.az-a danışan ekspert bildirib ki, iclasda büdcə vəsaitinin qənaətlə işlədilməsi və sahibkarlara təzyiqlər məsələsi diqqəti daha çox cəlb etdi: “Hər iki məsələ indiki situasiyada əhəmiyyətlidir. Hazırda hökumətin qarşısında duran başlıca vəzifələrdən biri daxildə əlavə maliyyə qaynaqlarının tapılması və xaricdən birbaşa investisiyaların cəlb edilməsi üçün əlverişli biznes mühitinin yaradılmasıdır. Çünki qənaət özlüyündə ictimai vəsaitlərin istifadəsində rasionallığı və səmərəliliyi artırsa da, bu, sonzuluğa qədər davam edə bilməz. Biznesin fəaliyyət imkanlarının genişləndirilməsi isə əlavə maliyyə qaynaqlarının təmini üçün çox vacibdir. Davos İqtisadi Forumu qlobal rəqabətlilik qabiliyyətinə görə Azərbaycanı 40-cı yerdə qərarlaşdırıb və ölkəmiz dünyanın 40 ən rəqabətli ölkəsi ilə bir qrupdadır. Bu halda xarici investisiyaların təşviqi vasitəsilə sahibkarlığın inkişafına yönəlmiş dövlət siyasəti dayanıqlı iqtisadi artımın təmin edilməsini şərtləndirə bilər.

İnvestorlar Azərbaycan qanunvericiliyinin, xüsusilə də vergi və gömrük rejiminin dəyişdirilməsindən qaynaqlanan təsirlərdən sığortalanmalı və onlara bununla bağlı bəzi təminatlar verilməlidir. Çünki son zamanlar vergi qanunvericiliyi qeyri-əlverişli şərtlərlə sərtləşdirilib. Nəticədə hökumət orqanlarının əsassız yoxlamalarına, haqsız cərimələrinə daha da yol açılıb, bir qrupun başqa bir qrupun mülkiyyətini qəsb etməsi güclənib, kiçik və orta sahibkarların bir sinif kimi sıradan çıxarılması təhlükəsi yaranıb”.

Qubad İbadoğlunun sözlərinə görə, hakimiyyət artıq Azərbaycanda post-neft dövrünün başlandığını etiraf edir: “Hakimiyyətin keçid dövrü üçün ilk addımlarından biri maliyyə amnistiyası olmalıdır. Ölkəyə neft gəlirlərinin sürətlə və iri həcmdə daxil olduğu son illərdə gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə olunan maliyyə resursları tam və ya qismən leqallaşdırılmalıdır. Xaricə aparılan kapitalın geri qaytarılması, getdikcə artan vergi borc öhdəliklərinin həlli üçün hazırkı şəraitdə maliyyə amnistiyasının elan olunması zərurətə çevrilib. Bu tədbir yeni iqtisadi situasiyada çətinliklərlə üzləşən biznes qurumlarına kömək edərdi. Həmçinin Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı üçün vacibliyi getdikcə artan investisiya qoyuluşlarına töhfə verərdi.

Azərbaycanda büdcə gəlirlərinin formalaşmasında, ölkəyə xarici sərmayələrin cəlb olunmasında müşahidə olunan çətinlikləri nəzərə alaraq hökumət bu istiqamətdə müzakirələrə başlamalı, ümumi vergi amnistiyası elan olunmalı, vergi ödəyicilərinə münasibətdə “təmiz səhifə”dən başlanmalıdır. Bunun üçün xüsusi proqram qəbul edilməlidir”.



Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə