Vilayət bağçası yeddİncİ cİld


İnqilabın mübarizəsi və gənclərin vəzifəsi40



Yüklə 0,79 Mb.
səhifə20/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   13   14   15   16   17   18   19   20   21

İnqilabın mübarizəsi və gənclərin vəzifəsi40

Bismillahir-Rəhmanir-Rəhim.


Siz əziz gənclərin, tələbələrin, şagirdlərin və hörmətli şəhid ailələrinin hamısına xoşgəldin deyirəm.
13 Aban - qlobal hegemonizmə qarşı mübarizə günü

13 Aban (4 noyabr) gününə bizim xalqımız, məmurlarımız ad qoydular: Qlobal Hegemonizmə qarşı Milli Mübarizə Günü. Mübarizə mühüm və mürəkkəb işdir. Hər bir məsələyə qarşı bir növ mübarizə aparmaq olar; sərhədlərdən ölkəyə hücum edən düşmənə qarşı bir növ mübarizə aparılmalıdır, düşmən kəşfiyyatına qarşı bir növ, bir cəmiyyətin, bir ölkənin əsasını təhdid edən, bir xalqa qarşı qatı düşmənçilik edən düşmənə qarşı da bir növ.


Düzgün və qətiyyətli mübarizənin şərtləri

Düzgün, məntiqli və eyni zamanda qətiyyətli mübarizənin bir neçə şərti var: Biri imandan qaynaqlanan maraqdır. Bir xalqı və gəncləri əmrlə ağır bir müqavimətə vadar etmək olmaz; ürəkdən, özü də imandan qaynaqlanan maraq olmalıdır. Bu bizim gənclərimizdə bu gün yetərincə mövcuddur. Mən məlumat əsasında, gənc nəslimizlə tanışlığa görə deyirəm: Bu gün bizim gənclərimizin uyğun maraqları ABŞ-ın muzduru olan Pəhləvi rejiminin 79-cu ildə bu küçələrdə gənclərimizə hücum etdiyi və qanlarını tökdüyü zamandan az deyil, daha artıqdır.


Gəncin ayıq zehni və inqilabın məqsədləri

Bu gün bizim gənclərimizin maraqları bir qrup gəncin inqilab əleyhinə təxribatların mərkəzi olan ABŞ səfirliyini tutduğu zamandan çox olmasa da, az deyil. Səbəb də aydındır. Çünki bu xalqın tarixinə otuzillik təcrübə əlavə olunmuşdur. Gəncin ayıq zehni və açıq gözü o günləri görməsə də, bu təcrübələri götürür. Bir xalqın təcrübələri nəsil-nəsil zənginləşir, dərinləşir və daha effektiv olur. Deməli, maraq baxımından bugünkü gənclərimizin çatışmazlığı yoxdur. Müxtəlif dəlillərə görə rahat həyatı və sülhü tərcih edən, yaxud düşmənin havasına oynamağı eyib bilməyən bir qrup yorğun və peşman inqilabçıdan başqa ölkə gəncliyində və əksəriyyətini gənclərin təşkil etdiyi xalqda bu dərin maraq var. Əgər bu gün ölkəmizdə səksəninci ildə baş verən məcburi müharibə kimi bir hadisə baş versə, gənclərin cəbhəyə getməsi, düşmənlə üz-üzə gəlmək üçün könüllülüyü 80 və 81-ci ildən dəfələrlə çox olacaq.


Ayıqlıq

Başqa bir vacib amil ayıqlıqdır. Mən gənclərlə, tələbələrlə və xalqın müxtəlif təbəqələri ilə görüşdə müntəzəm olaraq ayıqlıq üzərində təkid göstərirəm. Bu ona görədir ki, dünyanın bugünkü çox mühüm vəziyyətində və bizim əziz ölkəmizin dünyadakı üstün və müstəsna mövqeyində hər bir ümumi hərəkətin ümumi bir ayıqlığa ehtiyacı var. Əlbəttə, bunu da deyim: bu gün gənclərimizin ayıqlığı da inqilabın əvvəlindəki və inqilab ərəfəsindəki gənclərdən şübhəsiz, artıqdır. Siz bu gün çox şey bilirsiniz. Bu gün çox şey sizin üçün aydın məsələlərdəndir, lakin o zaman gənclərə izah etməli və danışmalı idik. Bu gün bizim gənclərimiz bunları bilirlər, ayıqlıq səviyyəsi yüksəkdir. Eyni zamanda mən ayıqlıq üzərində israrlıyam.


Hegemonizm nədir?

Ayıqlığın birinci işi mübarizə aparmağın lazım olduğu hegemonizmin mənasını bilməkdir. Hegemonizm dünyada güc mərkəzidir. Onlar özlərinə baxıb pul, silah və təbliğat imkanlarına malik olduqlarını görür və bu səbəbdən digər ölkələrin işlərinə amiranə müdaxiləni öz haqları bilirlər. Hegemonizmin mənası budur. İnqilabdan öncə ABŞ hegemoncasına bu böyük ölkəyə, zəngin tarixə malik olan bu böyük xalqa pəncə atmışdı, ölkəmizin mühüm və əsaslı işlərinə müdaxilə edirdi. Səbəb də bu idi ki, ölkənin başçıları fəsada uğramışdılar, xalq arasında yerləri yox idi, dayaq axtarır və ABŞ-a söykənirdilər. ABŞ da heç kəsə havayı bir şey vermir; onları dəstəkləməyi ölkələrinin işlərinə tam müdaxiləyə qarşılıq etmişdi. Sizin üçün bəlkə də təəccüblü olar, amma bilin ki, Şah Məhəmmədrza bir Baş naziri işdən çıxarıb başqasını təyin etmək üçün ABŞ-a gedib iki-üç həftə orada qalmağa və onların razılığını qazanmağa məcbur olurdu. Bizim ölkəmizin vəziyyəti bu həddə çatmışdı. Pəhləvi hakimiyyətinin son illərində bundan da pis olmuşdu, daha ABŞ-a getmək söhbəti yox idi. ABŞ və İngiltərənin səfirləri burada şahın sarayına gedir və ona deyirdilər ki, neft işində belə edin, beynəlxalq münasibətlərdə belə edin, xalqla belə rəftar edin, mübarizlərlə belə rəftar edin; əmr edirdilər, şah da qəbul edirdi. Bir dövlət başçısı əcnəbilər qarşısında bu qədər zəif, zəbun və müti olduqda digərlərinin vəziyyəti bəllidir. Bizdə belə idi.


Hegemonizm və hərbi bazalar

ABŞ tam bir hegemondur. Bu yalnız bizim sözümüz deyil, bütün dünyanın və İslam dünyasının sözüdür. Amerikalılar bütün dünyaya qarşı hegemon ruha malikdirlər. İkinci dünya müharibəsində Yaponiyanı məğlub etdikdən sonra orada hərbi baza yaratdılar. Bu baza hələ də durur. Yaponlar bütün bu elmi inkişaflarla yanaşı hələ Amerikanın bazasını ölkələrindən çıxara bilməyiblər. Orada hərbi bazası var, xalqa zülm edirlər, əziyyət verirlər, qəzetlərə də çıxır, xəbər agentliklərində də deyirlər; zorlama və digər əməllər törədirlər, amma hələ də oradadırlar. Cənubi Koreyada da Amerikanın hərbi bazaları var. İraqda Amerikanın planı budur ki, baza qursun və 50-100 il orada qalsın; Əfqanıstanda da həmçinin. Əfqanıstan elə bir yerdir ki, orada hərbi bazaları olsa, Cənub-Qərbi Asiya ölkələrinə, Rusiyaya, Çinə, Hindistana, Pakistana və İrana nəzarət edə bilərlər. Onlar orada daimi qalmaq üçün bütün səylərini göstərirlər. Hegemonizmin mənası budur.


İran inqilabı və hegemonizmin təxribatları

İran xalqı ABŞ-ın muzdur rejimini devirib ölkədən qovdu. Amerikalılar inqilabdan dərhal sonra özlərinə gəlib görə bilərdilər ki, bu xalq belə güclüdür, Şərqin və Qərbin dəstəklədiyi bir rejimi yerindən qopara, 2500 illik tarixə malik bir şahlığı devirib tullaya bilir. Onlar İran xalqından üzr istəyə, xalqımıza vurduqları ziyanları imkan həddində aradan qaldıra bilərdilər. Əgər bu işi görsəydilər, İranla problemləri həll olunardı. Baxmayaraq ki, İslam Respublikası hələ də İslam dünyasına edilən zülmlərə görə etirazçı qalardı, lakin onlarla İslam Respublikası və İran xalqı arasında olan bu güclü ədavət bu formada olmazdı. Amma onlar bu işi görmədilər. Onlar nə üzr istədilər, nə şah üsul-idarəsinin süqutundan ibrət aldılar, hətta ilk aylardan düşmənliyə başladılar, səfirlikləri İslam Respublikasını çökdürmək və məğlub etmək üçün təxribat mərkəzi, casus yuvası, onu-bunu təhrik etmək üçün şübhəli əlaqələr mərkəzi oldu. Amerikalılar bu böyük səhvi, sonra da İslam Respublikasına, bizim əziz xalqımıza və ölkəmizə qarşı bacardıqlarını etdilər. Onun bir nümunəsi Təbəsə hücumdur; bir nümunəsi Fars körfəzində üç yüzə yaxın insanın ölümünə səbəb olan sərnişin təyyarəmizi vurmalarıdır; sərnişin təyyarəsini vurub suya saldılar. Bir nümunəsi bizim neft platformalarımıza hücumdur; Reyqanın dövründə Fars körfəzindəki neft platformalarımıza hücum etdilər. Bir nümunəsi xəbis Səddama hərtərəfli yardımlardır; müharibədə onu qalib etmək və İslam Respublikasına zərbə vurmaq istəyirdilər. Əgər ABŞ-ın cinayətlərinə dair bu növ işlərin listini yazsaq, bir kitab olar. Bir dəfə ABŞ-ın Müdafiə nazirlərindən biri onların ürək sözünü dedi; dedi ki, biz İran xalqının kökünü kəsməliyik. Diqqət yetirirsiniz?! İran hökumətinin, İslam Respublikasının yox, İran xalqının. O düzgün anlamışdı ki, İslam Respublikası xalqdır, İslam Respublikasının məmurları bütün İran xalqıdır. Amerikalıların üsulu belədir. Onlar əllərindən gələn hər bir işi gördülər.


İmam ABŞ-ın qarşısında

Tarixin həqiqətən, müstəsna şəxsiyyəti olan Böyük İmamımız bunların hamısının qarşısında dedi: “Nə qədər təxribat hazırlasanız, öz zərərinizə olacaq. İslam Respublikası geri çəkilməyəcək və Amerika heç bir qələt edə bilməyəcək”. İslam Respublikası heç bir dövlətdən utanıb-çəkinmir, əli ölkənin böyük maddi və insani qaynaqlarından kəsilən və bacardığı qədər təxribat aparan isə ABŞ dövləti idi. ABŞ dövləti İslam Respublikası quruluşu və İran xalqı əleyhinə otuz il təxribat aparmış, zərbə vurmuş, müxtəlif tədbirlər düşünmüş və bacardığı hər bir işi görmüşdür. Elə bir iş yoxdur ki, siz amerikalıların bacardığını, lakin etmədiyini düşünəsiniz. Onlar mümkün olan hər bir işi görmüşlər. İndi görürsünüz ki, bu qarşıdurmanın nəticəsi İran xalqının daha artıq çiçəklənməsi, İslam Respublikasının daha artıq inkişafı, bu ölkənin və quruluşun günbəgün güclənməsi olmuşdur, ziyan çəkən isə onlardır. Bu müddətdə hərdən zahirən barışıqçı olan bəzi sözlər də dedilər, amma nə zaman İslam Respublikası məmurlarının üzünə təbəssüm etdilərsə, diqqət edəndə arxalarında bir xəncər gizlətdiklərini, təhdiddən əl çəkmədiklərini və niyyətlərinin dəyişmədiyini gördük. Taktiki gülüş, təbəssüm və gülərüzlülük isə yalnız uşaqları aldadır. Bu qədər təcrübəli olan böyük bir xalq və belə bir xalqın seçilmiş məmurları aldansalar, gərək çox sadəlövh olsunlar; ya gərək sadəlövh olsunlar, ya da nəfslərinin əsiri olub rahat, xoş və sağlam həyat arzulasınlar, düşmənlə razılaşmaq istəsinlər. Əks təqdirdə, yəni dövlət məmurları sayıq, diqqətli, təcrübəli və püxtələşmiş olsalar, bütün varlıqları ilə xalqın mənafeyinə könül versələr, təbəssümə aldanmazlar. Amerikanın bu yeni prezidenti gözəl sözlər dedi, bizə də bir-birinin ardınca şifahi və yazılı xəbərlər yolladı ki, gəlin səhifəni çevirək, gəlin yeni vəziyyət düzəldək, gəlin dünya problemlərinin həllində bir-birimizlə əməkdaşlıq edək - hətta bu həddə. Biz də dedik ki, öncədən mühakimə yürütmürük, biz əmələ baxacağıq. Dedilər ki, dəyişiklik yaratmaq istəyirik. Dedik ki, çox gözəl, dəyişikliyi görək. Fərvərdin ayının birində (21 martda) Məşhəddəki çıxışımda dedim ki, əgər dəmir pəncə üzərindən məxmər əlcək geyib əlinizi uzatsanız, biz əlimizi uzatmayacağıq. Mən orada bu xəbərdarlığı etdim. İndi səkkiz ay ötür. Bu səkkiz ayda bizim gördüyümüz bunların dildə bildirdiklərinin əksi olmuşdur. Məsələnin zahiri budur ki, gəlin müzakirə aparaq, lakin müzakirənin kənarında təhdid var: əgər müzakirə filan ideal nəticəyə çatmasa, belə olsun, elə olsun. Bu, müzakirədir?! Bu, canavar və siçan münasibətidir. İmam dedi ki, canavar və siçan münasibətini istəmirik. Gəlin bizimlə bir stol arxasında oturub hansısa mövzu, məsələn, nüvə məsələsi barədə müzakirə aparın, lakin şərti bu olsun ki, bu müzakirə müəyyən nəticəyə çatsın, məsələn, ölkə nüvə fəaliyyətindən əl çəksin; əgər bu nəticəyə çatmasa, belə olsun, elə olsun?! Bu, təhdiddir.


İslam Respublikası və dünyanın supergücləri

Mən təəccüb edirəm ki, nə üçün keçmişdən ibrət almırlar, nə üçün xalqımızı tanımaq istəmirlər. Məgər bilmirlər ki, bu xalq dünyada iki böyük gücün olduğu və yalnız İslam Respublikası ilə düşmənlikdən başqa təxminən bütün məsələlərdə bir-birinə müxalif olduqları zaman onların qarşısında duruş gətirmiş və hər ikisini diz çökdürmüş xalqdır?! Siz nə üçün ibrət almırsınız?! Siz indi ozamankı kimi qüdrətli deyilsiniz, İslam Respublikası isə ozamankından dəfələrlə qüdrətlidir, amma yenə bu dillə danışırsınız. Hegemonizm budur: bir xalqla təkəbbürlü mövqedən danışmaq, təhdidlə işlərini görmək; “əgər elə etməsəniz, belə olacaq”. Bizim xalqımız da deyir ki, biz müqavimət göstərəcəyik. İslam Respublikasının istədiyi onun məntiqli hüququndan artıq deyil. İslam Respublikası öz müstəqilliyini, azadlığını, özünün milli maraqlarını, ölkədə elm və texnologiyanın inkişafını istəyir. Bunlar bu xalqın hüquqlarıdır. Kim bu hüquqa əl uzatsa, İran xalqı bütün vücudu ilə qarşısında dayanacaq və onu diz çökürdəcək.


ABŞ-ın tamahkarlığı və İranın mövqeyi

ABŞ hegemonluqdan, xalqların işlərinə yersiz müdaxilələrdən əl çəkəcəyi və digər dövlətlər kimi bir dövlət olacağı gün bizim üçün digər dövlətlər kimi bir dövlət olacaq. Amma nə qədər ki hələ də İrana qayıtmaq, keçən günləri qaytarmaq, tarixi dəyişdirmək və zamanı geri qaytarmaq tamahındadırlar, bizim ölkəyə hakim olmaq istəyirlər, bizim xalqımızı heç bir vasitə ilə geri çəkilməyə vadar edə bilməyəcəklər; bunu bilsinlər. Seçkilərdən sonra baş verən hadisələrlə könüllərini xoş etməsinlər. İslam Respublikası bu məsələlərdən güclü, dərin və köklüdür. İslam Respublikası olduqca daha ağır hadisələrlə üzləşmiş və hamısına üstün gəlmişdir. Ya sadəlövh, ya pis və çirkin niyyəti olan, ya da o qədər də pis niyyəti olmayan, lakin sadəlövhlük edən və məsələləri səhv anlayan üç-dörd nəfər İslam Respublikasına qarşı çıxmışdır. Bunlar bizim ölkəmizdə ABŞ üçün qırmızı xalça sərə bilməzlər. Bunu bilsinlər ki, İran xalqı möhkəm dayanmışdır.


Gənclərin ölkə qarşısında vəzifəsi

Əziz gənclər! Bu ölkə, bu tarix sizinkidir. Bizim işimiz bitdi. Bizim nəslimiz və bizə bənzər toplum bildiyi və Allahın nəsib etdiyi işləri gördü. Bu gün ölkə sizə təhvil verilir, sizinkidir; həm bu gün sizə məxsusdur, həm sabah. Möhkəm iradənizlə ölkəni möhkəm qorumalısınız. Bu ölkə sizin dini inancınızdan qaynaqlanan möhkəm iradə və əzmkarlığınızla günbəgün daha qüdrətli ola bilər. Ölkənizi elə həddə çatdırmalısınız ki, heç kim onu hədələməyə cürət etməsin. Bu, sizin iradə və əzmkarlığınız sayəsində baş verəcək.


Gənclər, elmi vəzifə və dini maraq

Gənclər elmlə məşğul olmalıdırlar. Mən dəfələrlə demişəm, yenə də təkrar edirəm ki, bir xalqın həqiqi iqtidarı elmdən asılıdır. Digər iqtidar amillərini ölkəyə bəxş edən elmdir. Elmi unutmayın; istər şagirdiniz, istər tələbəniz və hansı dərəcədə olursunuzsa-olun. Elm və tədqiqat məsələsi dini marağın kənarında mühüm məsələdir. Din çox dəyərlidir. Din yalnız axirəti abadlaşdırmaq üçün deyil. Din sizin dünyanızı da abadlaşdırır. Din sizə həvəs, fəallıq, təravət və yenilik bəxş edir. Din sizə bu rihiyyəni bəxş edir ki, bütün bu maddi güclər gözünüzdə kiçik, dəyərsiz olsunlar, onların təhdid və əməlləri sizə təsir etməsin. Bilin ki, qələbə sizinlədir, ilahi yardım sizinlədir. Təhdid edən supergüclərin, hegemon və təhdid mərkəzlərinin qüdrətli və imanlı bir xalq qarşısında geri çəkilməkdən başqa yolları yoxdur. Allah-Taalaya etimad edin, Ona nikbin olun. Allah təkidlə buyurur: “Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!”41 Şəksiz və şübhəsiz, Allah-Taala Onun dininə və məqsədlərinə kömək edənlərə kömək edəcək. Bu, doğru sözdur, düzgün vəddir. Buna güvənin və qüdrətlə, yetərli əzmkarlıqla, mənəvi paklıqla, həm elmi və həm əxlaqi baxımdan özünüzü islah etməklə irəliləyin. İnşallah, sizin zəhmətləriniz sayəsində ölkəniz şöhrət və qüdrət zirvəsinə ucalacaq.

Ümidvarıq Allah-Taala sizin hamınızı salamat etsin, sizə yardım etsin, o şirin və işıqlı günləri inşallah, hamınız görəsiniz!

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə