Vilayət bağçası yeddİncİ cİld


Elmi və alimi uca tutmaq və özünəinam7



Yüklə 0,79 Mb.
səhifə6/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   2   3   4   5   6   7   8   9   ...   21

Elmi və alimi uca tutmaq və özünəinam7

Bismillahir-Rəhmanir-Rəhim.


Elmin inkişafı üçün ən yaxşı həvəsləndirici

Əvvəla, bu məclisi hər şeydən çox simvolik cəhətindən ötrü istədik. Mən istəyirəm ki, müəllimə və alimə ürəkdən və candan tanıdığım hörmət cəmiyyət miqyasında əks olunsun. Bizim alim və müəllimlərimizin cəmiyyətdə hörmət duymalarına ehtiyacımız var. Elmi inkişaf etdirmək üçün ən yaxşı həvəsləndirici elm adamına hörmət etməkdir. Siz əziz dostlar, qardaş və bacılar bilin ki, mən alimə və elmə hörmət və üstünlük tanıyıram, öz qəlbimdə təzim edirəm və bütün ölkədə hamımızın – məmurların, adi camaatın və idarəçiliyin müxtəlif səviyyələrinin bu hissə malik olmalarını və onu əməldə də göstərmələrini istəyirəm; sözsüz ki, görsənir də. Lakin bunun kənarında bu məqsəd də var ki, bu məclisdə bizim elmi nümunələrimizin və görkəmli şəxslərimizin müxtəlif sahələrdə elm, təlim və tərbiyə məsələləri haqda fikirləri ümumi bir yerdə ortaya qoyulsun.

Bu gün deyilənlər mənim üçün çox səmərəli idi; xüsusən də bəzi dostlar çox əhəmiyyətli məsələlərə toxundular. Onlara əməl etmək lazımdır. Bu məsələlər açıq bir mühitdə elm adamlarının, həmçinin elm və tədqiqat mərkəzlərinin müdirlərinin və məsul şəxslərinin, eləcə də sonradan efirdə yayımlandıqda bütün xalq səviyyəsində elmi işlərlə maraqlananların qarşısında və mühakiməsində olacaq.
Elmi inkişaf ölkənin həyati zərurəti kimi

Mən nəzərdə tutduğum məsələlərin yalnız bəzisini deməliyəm, çünki vaxt yoxdur. Bir məsələ budur ki, biz nə deyiriksə, hamısına bəzi önfərziyyələrlə baxılmalıdır. Bizim bir neçə önfərziyyəmiz var. Biri budur ki, elmi inkişaf müxtəlif fənlərdə ölkənin həyati zərurətidir. Elmlərin dərəcə ilə sıralanmasını sonra deyəcəyik. Bu, mühüm işlərdən biridir.


Elm öyrənəndən sonra elmin istehsalı

İkinci önfərziyyə budur ki, bu elmi inkişaf mütərəqqi elm mərkəzlərindən öyrənməklə hasil olsa da, elmi öyrənmək bir məsələdir, onun istehsalı başqa bir məsələ. Biz elm işində vaqonumuzu Qərbin lokomotivinə bağlaya bilmərik. Düzdür, bu asılılıq yaransa, bəzi inkişaflar əldə olunacaq; buna şübhə yoxdur. Lakin belə inkişafın qəti nəticələrindən biri də başqasının ardınca getmək, yaradıcılığın olmaması və mənəvi cəhətdən asılılıqdır. Bu isə yolverilməzdir. Buna görə də elmi biz özümüz istehsal etməliyik. İnsanın elmi rütbələrdə ucaldığı hər bir pillə onu sonrakı addımı atmağa və bir pillə yüksəlməyə hazırlayır. Biz bu hərəkəti özümüzdən, öz daxilimizdən, düşüncə əsaslarımızdan və mədəni irsimizdən istifadə ilə davam etdirməliyik.


Elmi inkişaf və cihadabənzər hərəkət

Üçüncüsü budur ki, bu elmi inkişaf əvvəla, özünəinamla, ikincisi, müvəfəqiyyətə ümidlə, üçüncüsü, cihadabənzər hərəkətlə yanaşı olmalıdır. Çünki elmi inkişaf yerli baxışla və öz mədəniyyətimizə arxalanmaqla, - bizim mədəniyyətimiz dini və milli irslərimizdir - həmçinin ölkənin ehtiyaclarına hesablanmış olmalıdır. Bu bizim elmi fəaliyyətimizin əsasını təşkil etməlidir. Bəzi adamlar etiraz edə bilərlər ki, məgər bu, mümkündür?! Burada bəzi natiqlərin buyurduğu kimi, biz bacardığımıza inanmalı, bilməliyik ki, hərəkətə başladıqda müvəfəqiyyətə ümid də olur.


Tənbəllik və rahatlıq istəyi

Dördüncüsü budur ki, bu hərəkətdə tənbəllik, rahatlıq istəyi və işi bir-birinin üstünə atmaq yolverilməzdir. Cihadabənzər hərəkət etmək lazımdır. Cihad yalnız döyüşə aid deyil, həyatın bütün sahələri kimi elmdə də cihad lazımdır. Cihad ağlın qəbul etdiyi həddə təhlükəyə atılmaqla yanaşı olan davamlı fəaliyyət, inkişaf və gələcəyə ümiddir.

Bunlar bizim önfərziyyələrimizdir. Bunlar barədə çox söhbət etdiyimizdən, dəfələrlə danışdığımızdan alim və müəllimlər tərəfindən qəbul olunmuş sayılır. Bu onu göstərir ki, elmin bu inkişafı, elmdə yeni zirvələr fəth etmək, elm sərhədlərində yenilik və inkişaf yaratmaq bir təfəkkür kimi bizim bugünkü elmi toplumumuzun fikirlərindəndir. Buna şübhə yoxdur.
Elmi inkişafda müəllimin rolu

İndi buna əsasən, müəllimin rolu nədir? Buna diqqət yetirmək lazımdır. Müəllimin rolu var. Universitetlərdə və tədqiqat mərkəzlərində müəllimin böyük rolu var; necə ki, icraçı və dövlət qurumlarının da rolu böyükdür. Biz nə yalnız dövlət qurumlarına müraciət edib səhnədə hazır olan qüvvə kimi müəllimin rolunu unuda bilərik, nə də müəllimə, təhsil, yaxud kafedra müdirinə müraciət edib böyük elm və elmi inkişaf layihəsinin əslində, podratçısı olan icra orqanlarının rolunu. Ölkədə möhtəşəm bir layihə icra olunmalıdır və bu, elmin inkişafından, elmdə yüksəlişdən ibarətdir. Onun podratçısı dövlət orqanlarıdır: Ali təhsil nazirliyi, Səhiyyə nazirliyi və aidiyyətli elmi orqanlar. Bunlar işi təhvil almalı, onun üçün proqram hazırlamalı, işə şərait yaratmalıdırlar. Buna əsasən, hər birinin bir rolu var. Mən indi müəllimin, yaxud icraçı orqanlarının rolunu izah etmək istəmirəm, çünki söhbət uzanar. Sadəcə, bu barədə bəzi tövsiyələr vermək istəyirəm.


Milli özünəinam

Bir tövsiyə budur ki, həm müdiriyyət, həm də müəllimlər universitetlər daxilində özünəinamı təbliğ etsinlər. Sizin tərbiyə və təliminiz altında olan gəncin özünəinamı olmalıdır; qeyd etdiyimiz milli özünəinamı. Söhbət bundan getmir ki, bir şəxsin özünə etimadı olsun, söhbət bundan gedir ki, bizim öz milli xislətlərimizə, milli imkanlarımıza, mədəni irsimizə ümumi bir güvənimiz olsun. Biz buna milli özünəinam deyirik. Bu inam bizim gənclərimizin hər birində olmalıdır. Yəni bizim gəncimiz burada qalxıb danışdıqda milli özünəinamla danışmalıdır. Çünki gənc ümidin tərənnümüdür. Bir neçə gündən sonra mənim tələbələrlə də görüşüm olacaq. Gənclər burada qalxır və danışırlar. Bu sözlərdə heç bir məyusluq və məqsədlərə çatmaqda tərəddüd əlaməti duyulmamalıdır. Gərək ümidlə dolu olsun. Neçə ki, reallıqlar da bunu təsdiqləyir. Siz bunun üçün məsuliyyət daşıyırsınız. Düzdür, bunun müxtəlif amilləri var: siyasi amillər, ictimai amillər və s. Lakin sinifdə, laboratoriyada, yaxud təhsil yerində müəllimin olduqca böyük təsiri var. Siz gəncə özünəinam və gələcəyə ümid aşılamalısınız.

Mənim tövsiyə kimi demək istədiyim ikinci məsələ budur ki, elmi ehtiyac və prioritetləri özümüz təyin edək və bunu təhsil proqramlarımıza salaq. Humanitar, fundamental və təcrübi elmlərin müxtəlif sahələrində, yaxud tədqiqatın müxtəlif səviyyələrində ciddi mütaliə və araşdırma nəticəsində bəzi prioritetlər təyin etmək mümkündür. Bunlar nəzərə alınmalı və proqramlara salınmalıdır. Biz məhdud imkan və çoxlu ehtiyaclarla özümüzə icazə verməməliyik ki, prioritet olmayan bir işə düşüncə, pul, zaman və insan sərmayəsi ayıraq. Bu da bir məsələdir.
Təhsil sistemində dəyişikliyin zəruriliyi

Bir məsələ tələbədə tədqiqat və araşdırma hissini gücləndirməkdir... Təhsil sistemində yeniliyə dair vacib işlərdən biri budur: təhsil sistemi elə tənzim olunmalıdır ki, bizim gəncimiz tədqiqata, dərin elm və biliyə həvəs göstərsin, əzbərləməyə can atmasın. Təəssüf ki, hələ də universiterlərimizdə müəllimin birsaatlıq dərsə bir neçə yüz səhifəlik kitab təyin etdiyini görürük. Nə üçün? Nə qədərinin faydalı olduğu bəlli olmayan sözləri əzbərlətdirmək və gəncin beynini lazımsız məlumatlarla doldurmaq nəyə lazımdır? Bu, nə qədərinin faydalı olduğu bəlli olmayan söz və yazıları əzbərləmək və gəncin beynini lazım olmayan işlə məşğul etməkdir. Düşünmək lazımdır. Gərək aidiyyətli şəxslər gənclərimizi tədqiqata, dərin elm və araşdırmaya sövq edən mexanizm hazırlasınlar. Bizim gənclərimizin istedadı doğrudan da yüksəkdir. Ölkənin orta istedad əmsalı çox yaxşıdır.


Qədim müəllimlə gənc müəllimdən bəhrələnmək

Fikrimcə, daha vaxt bitdi. Bizdə geniş yayılmış mövzulardan biri qədim və yeni müəllim məsələsidir. Bunun mübahisəli bir məsələyə çevrilməsinə qoymamalıyıq. Əgər məndən soruşulsa, deyərəm ki, bizim qədim və təcrübəli müəllimə də ehtiyacımız var, gənc, yeni və həvəskar müəllimə də. Onların hamısına ehtiyacımız var. Əlbəttə, mən tədris məsələsində bunun tərəfdarı deyiləm ki, köhnə müəllimlərin övladları olan və işə başlamaq istəyən gənclərə yol verilməsin. Xeyr, Elmi şura səviyyəsində belə hallara mane olmaq, gənclərin gəlməsinə imkan yaratmaq lazımdır. Lakin qədim və təcrübəli müəllimlər, müxtəlif sahələrdə stajı olanlar quruluşun ehtiyatlarıdır. Onlardan maksimum istifadə etmək lazımdır. İllərlə bu fəndə işləyib bişmiş, çoxlu təcrübə toplamış və ölkənin sərvəti sayılan təcrübəli müəllimdən, həmçinin dəyərli bir universitetdə doktorantura pilləsini yenicə bitirib uyğun fənn üzrə həvəslə və aktiv şəkildə dərs deməyə hazır olan təzə nəfəsli gəncin heç birindən keçmək olmaz. O təcrübəli, stajlı və qədim qocaya da ehtiyacımız var, elmi fəallığa və həvəskarlığa malik olan və işləyib çalışmaq istəyən bu yeni gəncə də. Çalışıb hər ikisindən bəhrələnməliyik. Bizim insan kapitalına ehtiyacımız var. Mənim fikrimcə, təhsil və tədqiqat mərkəzlərini inkişaf etdirmək üçün hər iki qrupdan istifadə etməliyik. Bundan əlavə, işə hazır olan tələbələr üçün də elmi iş yerləri açmaq və elmi nümunələri cəlb etmək olar. Bu da işlərdən biridir.

Yəqin ki, indiyə azan verilmiş olmalıdır. Mən eşitmədim, amma mütləq olub, daha bundan artıq davam etdirmək olmaz.

Bu gün buraya təşrif buyurub bu yaxşı məclisi keçirən əziz dostlara, qardaş və bacılara təşəkkür edirik. Ofisimizin əməkdaşları çıxış edənlərin fikirlərini qeyd etdilər. Bizə aid olanları biz təhvil almalıyıq, icraçı orqanlara aid olanlar da onlara verilməlidir ki, inşallah, məşğul olsunlar.

Allahın salamı və rəhməti olsun sizə!



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə