Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə38/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

Uzun Həsənin Qaraqoyunlular, Teymurilər və Ərdəbil hakimliyi ilə münasibətləri 

Ağqoyunlular  Azərbaycanda möhkələnmək üçün Qaraqoyunlular və  Teymurilərlə mübarizə aparmışdılar. 

Azərbaycanı  qüdrətli  mərkəzləşmiş  dövlətə  çevirmək  siyasəti  yeridən  Uzun  Həsən  1467-ci  ildə  Muş  döyüşündə 

Qaraqoyunlu  Cahan  şahı  məğlub  etdi  və  1468-ci  ildə  Təbriz  paytaxt  olmaqla  geniş  ərazili  Agqoyunlu  dövlətini 

yaratdı.  Çox qısa  zamanda  Kürdən cənubdakı  Azərbaycan torpaqlarına, Şərqi Anadolu,  İraq,  Qərbi  İran və 

Şərqi Gürcüstana sahib olaraq dövləti imperiyaya çevirdi. Uzun Həsən hakimiyyəti dövründə Tiflis daxil olmaqla 

Şimal-şərqi Gürcüstanı da ələ keçirdi. 

 1467-ci ildə Teymuri hökmdarı Əbu Səid (1460-1469) Muş döyüşündə Qaraqoyunlu hökmdarı Cahanşahın 

ölümünü eşidən Ağqoyunlulara qarşı müharibəyə  (1468-1469-cu illərdə) başladı. Mharibə nəricəsində Uzun Həsən 

Teymuri Əbu Səidi məğlub etdi və Teymurilər dövlətini özündən asılı vəziyyətə saldı.  

Mərkəzləşdirilmiş güclü Azərbaycan dövləti yaratmağa çalışan Uzun Həsən ölkədə  odlu silahlar istehsalına 

başlamaq  istəyirdi.  Bunun  üçün  qərb  ölkələrinə  müraciət  etmişdi.  Uzun  Həsən  uzaqgörən  dövlət  xadimi  kimi 

qızılbaş  hərəkatının  gücləndiyini  görürdü.  O,  ölkədə  dini  parçalanmanın  qarşısını  almaq  üçün  bacısını  Ərdəbil 

hakimi olan  Şeyx Cüneyd Səfəviyə, qızını isə onun oğlu Şeyx Heydər Səfəviyə vermişdi. 

Xeyli mübarizədən sonra  Uzun Həsən feodalları mərkəzi hakimiyyətə tabe etmək, dövlətin siyasi vəziyyətini 

və xarici müdafiəsini möhkəmləndirmək  məqsədi ilə isə aşağıdakı tədbirləri həyata keçirdi: 

 

Nizami ordu yaratdı 



 

Odlu silah istehsal etməyə təşəbbüs etdi 

 

Feodalların müqavimətini qırdı 



 

Feodal özbaşınalığına da son qoydu  

Bütün bunlar imperiyanın güclənməsinə səbəb oldu. 

 

Ağqoyunluların  Osmanli müharibələri və onun nəticələri 

Trabzon  hadisəsi  Osmanlı-Ağqoyunlu  münasibətini  pozdu.  Osmanlı  dövlətinə  zərbə  endirmək  məqsədi  ilə 

özünə müttəfiq axtaran Uzun Həsən Avropa dövlətlərinə üz tutdu. Avropa dövlətləri ilə ticarət əlaqələrini Osmanlı 

dövlətinin  iştirakı  olmadan  qurdu.  Uzun  Həsən  Osmanlılara  qarşı  mübarizədə  aşağıdakı  dövlətlərlə  Osmanlılara 

qarşı vahid cəbhədə birləşdirməyə çalışırdı: 



1.

 

Qaraman bəyliyini. 

2.

 

Kipr krallığını. 

3.

 



Rodos feodal dövlətini. 

Avropa  dövlətləri  iki  türk  dövlətinin  yaxınlaşmasını  istəmir    və  onlar  arasında  ziddiyyət  salmağa  çalışırdı. 

Osmanlı  imperiyasının  getdikcə  güclənməsindən  qorxuya  düşən  qərb  ölkələri  öz  niyyətinə  çatdı.    Belə  ki, 

Ağqoyunlu-Osmanlı  müharibəsi  başlayarkən  Venesiya  və  digər  qərb  dövlətləri  müttəfiqlik  borcunu  yerinə 

yetirmədilər və  iki türk ölkəsini qarşı qarşıya qoydular. 

Trabzonu  fəth  etdikdən  bir  qədər  sonra  II  Mehmet  Azərbaycanı  ələ  keçirmək  üçün  Ağqoyunlulara  qarşı 

müharibəyə  başladı.  Beləliklə  Ağqoyunlu-Osmanlı  müharibəsi  başladı.  1473-cü  il  avqustun  1-də  Malatiya 

döyüşündə Ağqoyunlularla II Mehmetin qoşunları Malatyada üz-üzə gəldilər. Döyüş Ağqoyunluların qələbəsi ilə 

nəticələndi. II Mehmet sülh təklif etsə də, Uzun Həsən onunla razılaşmadı. Malatya döyüşündən düz 10 gün sonra 

Otluqbeli  adlı  yerdə  rəqiblər  arasında  növbəti  döyüş  oldu.  1473-cü  il  avqustun  11-də  Otluqbeli  (Tercan) 

döyüşündə  Ağqoyunlular  üstünlük  təşkil  etsələr  də  döyüş  Osmanlların  qələbəsi  ilə  başa  çatdı.  Otluqbeli 

döyüşündə Ağqoyunluların məğlub olmasının əsas səbəbi Osmanlıların odlu silahla yaxşı təmin olunması idi. 

Beləliklə,  1472-1473-cü  illərdə  Ağqoyunlu-Osmanlı  müharibəsi  

ümumtürk  birliyi  üçün  mənfi  nəticələri  oldu.  Müharibənin 

Osmanlılar üçün nəticəsi belə oldu: 

 



Osmanlı sultanı Cənubi Qafqazı və Azərbaycanı tuta bilmədi. 

 



Osmanlıların Avropanın içərilərinə doğru yürüşü ləngidi. 

Müharibənin Ağqoyunlular üçün nəticəsi  isə aşağıdakı kimi oldu: 

 

Ağqoyunlular  müharibədə  məğlub  oldu  və  dövlətin 



süqutu sürətləndi. 

 

Malatiya döyüşü, rəsm əsəri (Milli 

Azərbaycan dövlət Tarix muzeyi) 

 

 




 

Uzun  Həsənin  vahid  və  mərkəzləşdirilmiş  Azərbaycan 



dövləti yaratmaq planı yarımçıq qaldı. 

 



Ağqoyunlu  dövlətinin  daxilində  hakimiyyət  uğrunda 

mübarizəni gücləndi.  

 



Ölkədə bir sıra qiyamlar baş qaldırdı. 

 

Ağqoyunlularla Osmanlılar arasında baş vermiş döyüşlər 



 

 

 

 

 

 

 

 



Sultan Yaqubun hakimiyyəti (1478-1490) 

Osmanlılarla  müharibədə  məğlubiyyət  Ağqoyunlu  dövlətinin  daxilində  hakimiyyət  uğrunda  mübarizəni 

gücləndirdi. Ölkədə bir sıra qiyamlar baş qaldırdı. Uzun Həsən vəziyyəti sabitləşdirmək üçün  hərbçilərə torpaqlar 

payladı1478-ci ildə onun ölümü daxili ziddiyyətləri artırdı. 

Uzun  Həsəndən  sonraonun  oğlu    Sultan  Yaqub  (1478-1490)  hakimiyyətə  gəldi.  Yaqub  Mirzə  atasının 

siyasətini davam etdirərək Şirvanla dostluq əlaqələri saxlamaqla yanaşı Sirvanşah Fərrux Yasarın qızı ilə evlənərək 

bu  əlaqələri  daha  da  möhkəmləndirdi.  Lakin  Yaqub  Mirzə  atasının  Səfəvilərin  Ərdəbil  hakimliyinə  olan  müsbət 

meylini qoruyub saxlamadi. Bunun səbəbi getdikcə güclənən Ərdəbil hakimliyinin hakimiyyətini özü üçün təhlükə 

hesab  etməsi  idi.  Yaqub  Mirzənin  hakimiyyəti  dövründə  Səfəvilərin  Ərdəbil  hakimliyi  ilə  Ağqoyunlular  arasında 

ziddiyyətlər  başladı.  Şeyx  Heydərin  Şirvana  və  Dağıstana  uğurlu  yürüşləri  qonşu  dövlətləri  Yaqub  padşahı 

qorxuya saldı. Buna görə də 1488-ci ildə Səfəvilər Şeyx Heydərin başçılığı ilə növbəti dəfə Şirvana yürüş edərkən 

Yaqub Mirzə bu dəfə Şirvanşah I Xəlilullaha kömək etdi. Birləşmiş  Ağqoyunlu  və Şirvan qoşunları ilə qızılbaşlar 

Yaqub Mirzə 

(1478-1490) 

 

Əlvənd Mirzə 



(1497-1501) 

Baysunqur  

(1490-1492) 

 

Rüstəm Mirzə 



(1492-1497) 

 

Gödək Əhməd 



(1497) 

 

Murad Mirzə 



(1497-1503) 

 

Uzun Həsəndən sonra Ağqoyunlu dövlətini idarə edən hökmdarlar 

 

Şərqi Gürcüstanı Ağqoyunlu 



dövlətinə birləşdirdi 

 

 



 

 

 



 

Paytaxtı Təbriz olan Ağqoyunlu 

dövlətinin əsasını qoydu 

 

 



 

 

 



Sara xatun vasitəsilə Osmanlılarla 

diplomatik danışıqlar apardı 

 

 

 



 

Osmanlılara qarşı Venesiya ilə 

hərbi ittifaq bağladı 

 

 



Trabzon imperatoru və Səfəvilərlə 

qohumluq əlaqəsi qurdu  

 

 

 



 

 

 



Şirazda Uğurlu Məhəmmədin 

üsyanını yatırtdı 

 

 

 



 

Venesiya ilə Osmanlıya qarşı hərbi 

ittifaq yaratdı 

 

 



 

 

Muş döyüşündə Qaraqoyunlu 



Cahanşahı məğlub etdi 

 

 



 

Odlu silah əldə etmək üçün Avropa 

ölkələri ilə əlaqələr qurdu 

 

 



 

 

Feodal özbaşınalığına qarşı 



 Qanunnamə qəbul etdi, 

 nizami ordu yaratdı 

 

 

 



 

 

Teymuri Əbu Səid ilə 



müharibədə onu  

 məğlub etdi 

Malatiya, Otluqbeli döyüşlərində 

Osmanlılarla toqquşdu 

 

 

 



 

 

 



Uzun Həsənin 

hakimiyyəti  

(1453-1478) 

 

 

1473 

1473 

Malatiya

 

 

Otluqbeli 

 

Ağqoyunlular qalib gəldilər 

Ağqoyunlular məğlub oldular

 

 



 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə