Vii siNİf azərbaycan tariXİ


Səlcuqların Şirvanı işğal etməsinin nəticələri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 

Səlcuqların Şirvanı işğal etməsinin nəticələri 

 

 

 

Bizans, erməni və gürcü feodallarının qəsbikarlıq planlarının boşa çıxması 

 

Səlcuq-oğuz türklərinin axınları  dövründə Bizans imperiyasından, erməni  gürcü feodallarından ibarət 



vahid xristian bloku yaranmışdı. Bu bloka qarşı mübarizənin taleyi Azərbaycan cəbhəsində həll olunurdu. Xilafət 

parçalandığından  Bizansa  qarşı  İslam  dünyasının  mübarizəsində  əsas  rol  türklər    həlledici  hərbi-siyasi  amilə 

çevrildi. Bu amilin də əsas istinadgahı* Azərbaycan idi. 

Səlcuq  türklərinin  soydaşları  olan  Azərbaycan  türkləri  və  Cəbuni  Qafqazın  bütün  müsəlman  əhalisi  Bizans, 



erməni  və  gürcü  feodallarının  birləşmiş  qüvvələrinin  təcavüzünə  qarşı  mübarizə  üçün  səlcuqlara  özlərinin 

müttəfiqi kimi baxırdılar. Odurki, səlcuqlar Azərbaycanın şimal hissəsində möhkəmləndikdən sonra Bizans, erməni 

və  gürcü  feodallarının  birləşmiş  qüvvələrinə  ağır  zərbələr  vurdu.  Belə  ki,  Azərbaycanın  şimalında  möhkəmlənən 

səlcuqlar  burada  Şəddadilər  dövlətinin  hərbi  qüvvələri  ilə  birləşərək  Bizans,  erməni  və  gürcü  feodallarının 

birləşmiş qüvvələrinə qarşı ağır zərbə endirdilər. 

 

Uzun müddət müxtəlif türk tayfaları Anadoluda möhkəmlənməyə çalışmışlar. Azərbaycan isə həmin 



tayfalar üçün arxa cəbhə olmuşdur. Səlcuq türkləri də əsas hücum hədəfi kimi Bizans torpaqlarını seçmişdilər. 

Səlcuqun nəvəsi Çağrı bəy kəşfiyyat yürüşünə çıxdı və Bizans qoşunlarına qalib gəldi. Səlcuqlar Van gölü 



hövzəsini tutdular. Beləliklə, Naxçıvan və onun ətrafındakı Azərbaycan-türk torpaqlarının Bizans və erməni 

feodallarının hücumuna qarşı təhlükəsizliyi təmin olundu.  

Səlcuq sərkərdəsi Həsənin başçılığı ilə səlcuqlar Azərbaycanın cənub əyalətlərini ələ keçirdikdən sonra Şərqi 

Anadoluda birgə hərbi əməliyyatlara başlayan Səlcuq – Azərbaycan türk qoşunları 1048-ci il sentyabrın 18-də 

Bizans və onun müttəfiqləri olan xristian blokuna (erməni və gürcü feodallarına ) qarşı ağır zərbə vurdular. 

Bundan sonra Bizans səlcuqlarla sülh bağlamağa məcbur oldu.  



 

Səlcuq axınlarının Cənubi Qafqaz və Azərbaycan üçün nəticələri 

Azərbaycan ən qədim zamanlardan türk tayfalarının yaşadığı ərazilərdən biridir. Bu ölkə digər türk tayfaları 

ilə  yanaşı,  oğuz  türklərinin  də  vətəni  idi.  Xilafətin  zəiflədiyi  dövrdə  Azərbaycanda  islam-türk  etnik-siyasi  amili 

daha  da  qüvvətləndi.  Səlcuq  imperiyasının  yaranması  ümumdünya  tarixinə,  o  cümlədən  Azərbaycanda  siyasi 

hadisələrin  gedişinə  çox  böyük  təsir  göstərdi.  Xalqımızın  taleyinin,  tarixi  müqəddəratının  həllində,  müstəqil 

dövlətçilik ənənələrinin qorunub saxlanmasında mühüm rol oynadı. XI əsrdə Cənubi Qafqaz və Azərbaycana oğuz-

səlcuqtürklərinin  axınları nəticəsində: 

 



Türk tayfalarının yeni dəstələri Azərbaycanda məskən saldılar 

 



Səlcuq türkləri ilə qədim Azərbaycan türkləri qaynayıb-qarışdılar. 

 



Azərbaycan xalqının formalaşması prosesi qəti olaraq başa çatdı. 

 



Azərbaycan İslam dünyasında türklüyün başlıca istinadgahına çevirildi. 

 



Türk -  İslam amili Cənubi Qafqaz və Azərbaycanda qəti olaraq möhkəmləndi. 

 



Azərbaycan-oğuz-türk tayfaları Cənubi Qafqaz və Ön Asiyada başlıca etnik siyasi amilə çevirildi. 

 



Gürcü və ermənilərin Azərbaycanın qərb ərazilərinə yiyələnmək planlarının qarşısı alındı. 

 



Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmaq planı baş tutmadı. 

 



Azərbaycanın  Bizans  imperiyası  və  onun  müttəfiqləri  tərəfindən  işgal  olunması  təhlükəsi  tamamilə 

aradan qaldırıldı. 

 



Xristian  blokuna  qarşı  mübarizə  asanlaşdı,  Bizans  imperiyası  və  onun  əlaltılarının  qəsbikarlıq 

planları puça çıxdı. 

 

 



1066-cı il 

Şirvanşahlar səlcuqlardan asılı 

vəziyyətə düşdü

 

Səlcuqlar Azərbaycanın  işğalını başa 



çatdırdı 

 

Şirvanşahlar səlcuqlara tabe 



oldu

 

 



I Fəribürz şah titulundan məhrum 

edildi


 


Səlcuqlar dövründə torpaq mülkiyyət formaları 

 

Səlcuq imperatorluğunun yaranması ilə Yaxın və Orta Şərqin, o cümlədən Azərbaycanın torpaq mülkiyyəti və 



vergi sistemində bəzi dəyişikliklər baş verdi. Səlcuqlar dövründə iki torpaq mülkiyyət forması mövcud idi: 

 



İqta torpaqları 

 



Uc torpaqları 

İqta  torpaq  mülkiyyəti  forması  Ərəb  xilafəti  dövründə  meydana  gəlsə  də  Səlcuqlar 

dövründə  müəyyən  dəyişikliklərə  məruz  qalmışdı.  Səlcuq  sultanları  mərkəzi  hakimiyyət  üçün 

hərbi-siyasi  dayaq  yaratmaq  məqsədi  ilə  hərbi  xidmət  əvəzində  səlcuq  əmirlərinə  iqta 

paylayırdılar.  Səlcuq  türklərinin  axınları  dövründə  iqta  Azərbaycanda,  Yaxın  və  Orta  Şərqdə 



başlıca  torpaq  mülkiyyət  formasına  çevirildi.  Zaman  keçdikcə  iqta  irsən  keçməyə  başlayır, 

mülk torpaqlarından elə də fərqlənmirdi. 

Səlcuqlar dövründə meydana gələn torpaq mülkiyyət forması isə  uc torpaqları idi. Uc 

torpaqları  –  Səlcuq  imperatorluğunun  sərhədlərini  qoruyan  səlcuq  sərkərdələrinə  verilən  

torpaqlara  deyilirdi.  İstər  iqta,  istərsə  də  uc  torpaqları  ölkəmizə  yeni-yeni  axınlar  edən  türk 

tayfalarının bu ərazidə daimi məskunlaşmasına şərait yaradırdı. 



 

 

Azərbaycan xalqının təşəkkülü (formalaşması) prosesi 

 

Xalqının formalaşması üçün zəruri olan şərtlər



 

Hər bir xalqın formalaşması  zəruri olan şərtlər yarandıqda mümkün  olur. Həmin şərtlər bunlar idi:  



1.

 

Ərazi birliyi. 

2.

 

Dil birliyi. 

3.

 

Mədəniyyət birliyi. 

4.

 

İqtisadi əlaqələrin  ümumiliyi. 

5.

 

Milli-mənəvi dəyərlərin eyni olması. 

QEYD: Din birliyi bu şətlərə daxil deyildir. 

Ərazi bütövlüyü. Xalqın və onun  dilinin təşəkkülündə mühüm  amillərdən biri ərazi birliyidir. Azərbaycan 

qədimdən  geniş  əraziyə  malik  idi.  Ərəblər  dövründə  Azərbaycanda  sərhədlər  dəqiqləşdirildi.  Bu  dövrdə 

Azərbaycanın  şimal    sərhədi  Dərbənd,  cənub  sərhədi  Həmədan    şəhəri  müəyyən  edildi.  Ümumiyyətlə  tarixi 

Azərbaycanın sərhədlərinə aşağıdakı ərazilər daxil idi: 

 

Şimalda - Qafqaz dağlarından Dərbənd ətrafı əraziləri əhatə edirdi. 



 

Cənubda  - Həmədan-Zəncan Qəzvin bölgələri daxil olmaqla  Qızılüzən çayını əhatə edirdi. 

 

Qərbdə Oğuz yurdu olan - İrəvan şəhəri daxil olmaqla indiki Ermənistan  ərazisini əhatə edirdi. 



 

Şərqdə  -  Xəzər    dənizinə,    şimal-qərbdə  -  Tiflis  şəhəri  ilə  birgə  Şərqi  Gürcüstanı  (tarixi  Borçalı 



mahalını) əhatə edirdi. 

Dil birliyi. 

Qədim tayfaların etnik  mənsubiyyətini sübut edən əsas amillərdən biri də  dil  sayılır. Dil qədim 

tayfaların  etnik  mənşəyini  sübut  edən  əsas  amillərdən  biridir.  Xalqımızın  və  müasir  Azərbaycan  dilinin 

formalaşmasında  ölkəmizin  ən  qədim  sakinləri  olan  çoxsaylı  türk  tayfalarının  yüksək  rolu  olmuşdur.  Azərbaycan 

ərazisində  məskunlaşmış  tayfalar  içərisində  türk  tayfaları  üstünlük  təşkil  edirdi.  Azərbaycan  ərazisinin  ən  qədim 

sakinləri: lullubilər, kutilər, turukkilər, hürrilər və başqaları tarixi hadisələrdə yaxından iştirak edirdilər. Qədim və 

Orta  Əsr  mənbələrində  Azərbaycanda  yaşayan  çoxsaylı  türk  tayfalarının  da  adları  çəkilir.  Onların  içərisində 

kimmerlər, iskitlər, saklar, hunlar, sabirlər, xəzərlər, oğuz və qıpçaq soyundan olan türk tayfaları və qeyri-türk 

etnosları  mühüm  rol  oynamışlar.  Ayrı-ayrı  tarixi  dövrlərdə  Əhəmənilər,  Sasanilər  və  Xilafət  tərəfindən  ölkəmizə 

köçürülmüş  qeyri-türk  əhali  də  xalqımızın  tərkibinə  daxil  olmuşdur.  Bugünkü  Azərbaycan  türkləri  onların 

varisləridir. 

Sasani və Ərəb xilafəti dövründə Atropatena və Albaniya eyni imperiyaların tərkibinə daxil olmuşdu. Bu da 

tayfaların ərazi və dil etibarilə birləşməsini zəruri edirdi. 



Səlcuq canişinlərinin 

Azərbaycanda 

kəsdirdikləri mis pullar 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə