Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

şeyi  yaratmış  və  onu  (onun  nə  cür  olacağını)  təqdir  (əzəldən  müəyyən)  etmişdir”. 

(Furqan, 25/1-2). 

O yenə buyurur: “Allah (Özünə) heç bir övlad götürməmişdir. (Nə Đsa Onun 

oğlu,  nə  də  mələklər  Onun  qızlarıdır.  Əksinə,  onların  hamısı  Allahın  qüdrətindən 

yaranmış  məxluqatlardır).  Onunla  yanaşı  (ibadət  ediləcək)  heç  bir  tanrı  yoxdur. 

Əgər  belə  olsaydı,  onda  heç  bir  tanrı  əlahiddə  öz  yaratdıqları  ilə  gedər,  (öz 

məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə 

üstün  olmağa  çalışardı.  Allah  müşriklərin  (Ona)  aid  etdikləri  sifətlərdən 

tamamilə kənardır! O, qeybi də, aşkarı da bilir. Allah (müşriklərin) Ona qoşduğu 

şəriklərdən çox ucadır!” (Muminun, 23/91-92). 

O  buyurur:  “Heç  kəsi  Allaha  oxşatmayın.  Həqiqətən,  Allah  bilir,  siz  isə 

bilmirsiniz” (Nəhl, 16/74). 

O  yenə  buyurur:  “De:  “Rəbbim  həm  aşkar,  həm  də  gizli  (törədilən) 

yaramaz  əməlləri,  hər  cür  günahı,  haqsızcasına  zülm  etməyi,  Allahın,  haqqında 

heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri 

Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur” (Əraf, 7/33). 

O buyurur: 

“Ər-Rəhman  Ərşin  üzərinə  ucaldı”    (Ta  ha,  20/5)  və  “Sonra  da  Ərşə 

ucalan Allahdır” (Əraf, 7/54). 

Allah bu mövzunu Quranda altı dəfə təkrar etmişdir.

21

 

O  buyurur:  “Doğrudan  da,  Rəbbiniz  göyləri  və  yeri  altı  gündə  yaradan, 



sonra da Ərşə ucalan Allah...” (Əraf, 7/54). 

O  yenə  buyurur:  “Doğrudan  da,  Rəbbiniz  göyləri  və  yeri  altı  gündə 

yaradan, sonra da Ərşə ucalan Allah ...” (Yunus, 10/3). 

O  yenə  buyurur:  “Gördüyünüz  göyləri  dirəksiz  ucaldan,  sonra  da  Ərşə 

yüksələn... Allahdır” (Rəd, 13/2). 

O yenə buyurur: “Ər-Rəhman Ərşə ucaldı”  (Ta ha, 20/5). 

O yenə buyurur: “...sonra da Ərşə ucaldı. Ər-Rəhman...” (Furqan, 25/59). 

O yenə buyurur: “Allah - göyləri, Yeri və onların arasındakıları altı gündə 

yaratmış və sonra da Ərşində qərar tutmuşdur” (Səcdə, 32/4). 

O  yenə  buyurur:  “Göyləri  və  yeri  altı  gündə  yaradan,  sonra  da  Ərşinə 

ucalan Odur...”

22

 (Hədid, 57/4 ). 



                                                 

21

 Bu ifadə əlyazma və “Fətavalar” əsərində varid olmuşdur. Lakin çap edilmiş şərhlərdə isə aşağıdakı 



kimidir: “O buyurur: “Ər-Rəhman Ərşə ucaldı”  (Taha, 20/5). Yeddi

 

dəfə təkrar edilmişdir.” 



Əgər Đbn Teymiyyə məhz Əraf surəsində buyurulan ayənin altı dəfə təkrar edilməsini nəzərdə 

tutursa,  bu  doğurdan  da  belədir.  Çünki  Ta  ha  surəsinin  5-ci  ayəsindən  fərqli  olaraq  yerdə  qalan  digər 

altı ayədəki ifadə tələffüz baxımından eynidir. Yox əgər yeddi yerdə təkrarlanıb ifadəsini əsas götürsək 

onda bu, ya mənaya, ya da istiva kəliməsinə görə söylənilmişdir. Quranın ərəb orijinalında müqayisə et. 

Red. 

22

 Đstəvə aləl-Ərş (O, Ərşə ucaldı). Bu, imam Malikin dediyi kimi qəbul edilməlidir:  



Onun qərar tutması məlumdur, amma bunun “necəliyi” məlum deyil. Başqa sözlə, Allahın Ərşdə qərar 

tutması bir fakt  kimi,  “necə”  sualı verilmədən, qəbul olunmalıdır. Yaxşı olar  ki,  müsəlman öz vaxtını 

müsəlmanların  və  bütün  bəşəriyyətin  vəziyyətinin  yaxşılaşdırılmasına  həsr  etsin,  nəinki  onu  cavabı 

olmayan mübahisələrdə itirsin. Đmanın müəyyən müddəaları var ki, onlara aid suallara cavab təkcə Uca 

Allaha məlumdur. Ona görə bunu Onun ixtiyarına verək”. 



 

O yenə buyurur: “Ey Đsa! Mən səni öldürüb Özümə tərəf qaldıracağam...” 

(Ali-Đmran, 3/55). 

O  yenə  buyurur:  “Əksinə,  Allah  onu  Özünə  tərəf  qaldırmışdır”  (Nisa, 

4/158). 

O  yenə  buyurur:  “...Gözəl  söz  Ona  tərəf  yüksəlir  və  onu  ucaldan  yaxşı 

əməldir...” (Fatir, 35/10). 

O yenə buyurur: “Firon dedi: “Ey Haman! Mənim üçün bir uca qala tik ki, 

bəlkə,  yollara  çatım  -  göylərin  yollarına  çatım  və  Musanın  Đlahını  görüm. 

Həqiqətən, mən onu yalançı sayıram!” (Ğafir, 40/36-37). 

O yenə buyurur: “Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi? O 

zaman  yer  hərəkətə  gəlib  titrəyəcəkdir.  Ya  da  ki,  göydə  Olanın üstünüzə  daşlar 

yağdırmayacağına  əminsinizmi?  Siz,  Mənim  xəbərdarlığımın  necə  nəticələr 

verdiyini biləcəksiniz” (Mulk, 67/16-17). 

O  yenə  buyurur:  “Göyləri  və  yeri  altı  gündə  yaradan,  sonra  da  Ərşinə 

ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı 

da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür” 

(Hədid, 57/4). 

O yenə buyurur: “...Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur 

ki,  onların  dördüncüsü,  beş  nəfərin  də  altıncısı  O  olmasın.  Đstər  bundan  az, 

istərsə  də  çox  olsunlar  –  harada  olursa  olsunlar,  O  yenə  də  onlarladır.

 

Sonra 



Qiyamət  günü  onlara  nə  etdiklərini  xəbər  verəcəkdir.  Allah  hər  şeyi  bilir” 

(Mucadilə, 58/7). 

O yenə buyurur: “...Qəm yemə, Allah bizimlədir!...” (Tovbə, 9/40). 

O yenə buyurur: “...Mən sizinləyəm, eşidirəm və görürəm!” (Ta ha, 20/46). 

O  yenə  buyurur:  “Həqiqətən  də,  Allah  Ondan  qorxanlar  və  yaxşı  işlər 

görənlərlədir” (Nəhl, 16/128). 

O yenə buyurur: “...Səbr edin, Allah səbr edənlərlədir” (Ənfal, 8/46). 

O  yenə  buyurur:  “Neçə-neçə  az  saylı  dəstələr  Allahın  izni  ilə  çox  saylı 

dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir” (Bəqərə, 2/249). 

O buyurur: “...Allahdan daha doğru danışan kim ola bilər?!” (Nisa,4/87). 

O  buyurur:  “...Sözündə  Allahdan  daha  doğruçu  kim  ola  bilər?”  (Nisa, 

2/122).  

O  yenə  buyurur:  “Allah  deyəcəkdir:  “Ey  Məryəm  oğlu  Đsa!..”  (Maidə, 

5/116). 


O  yenə  buyurur:  “Rəbbinin  kəlamı  doğru  (düzgün)  və  ədalətli  şəkildə 

tamam oldu” (Ənam, 6/115). 

O  yenə  buyurur:  “...Allah  Musa  ilə  sözlə  (arada  heç  bir  başqa  vasitə 

olmadan) danışdı” (Nisa, 4/164). 

O  yenə  buyurur:  “...Allah  onlardan  (peyğəmbərlərdən)  bəzisi  ilə 

danışmışdır” (Bəqərə, 2/253). 

O  yenə  buyurur:  “Musa  təyin  etdiyimiz  vaxtda  gəldikdə  Rəbbi  onunla 

(arada heç bir vasitə olmadan) danışdı...” (Əraf, 7/143). 




Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə