Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   ...   7   8   9   10   11   12   13   14   15

varmı,  Mən  ona  verim.  Məndən  bağışlanma  diləyən  kimsə  varmı,  Mən  onu 

bağışlayım. (əl-Buxari və Müslim). 

Digər hədis: 

“Həqiqətən,  Allah,  tövbə  etmiş  mömin  qulunun  tövbəsinə,  sizlərdən  hər 

hansı  birinizin  miniyinə  olan  fərəhindən  daha  çox  fərəhlənir.”  (əl-Buxari  və 

Muslim). 

Hədis: 

“Allah, biri-digərini öldürüb sonra hər ikisi Cənnətə girən iki nəfərin halına 



gülür.”

26

 (əl-Buxari və Muslim). 



Hədis: 

“Allah  bəndələrinin

 

(ibad)  ümidsiz



 

olmalarına

 

təəccüblənir,  halbuki 



vəziyyətlərinin  pisdən  yaxşıya  dəyişməsi  onlara  tamamilə  yaxındır;  O  sizin 

düşdüyünüz çətinliyə və  ümidsizlik içində olmanıza  baxır və gülür, çünki bilir ki, 

sizin sıxıntıdan qurtaracağınız vaxt çox yaxındadır”. Həsən isnadlı hədisdir. 

Hədis:  “Qiyamət  günü,  kafirlər  Cəhənnəmə  atıldıqca  O,  “yenə  də  varmı?” 

deyəcək və bu, Qüdrətli Rəbb Öz ayağını (bəzi rəvayətlərdə: qədəmini) onun üstünə 

qoyanadək  davam  edəcəkdir.  Bu  zaman  Cəhənnəm  (içində  öz  əhlinin 

yerləşəcəyindən əlavə yer qalmayıncaya qədər) yığılaraq deyəcək: “Bəsdir! Bəsdir!” 

(əl-Buxari və Muslim). 

Hədis: 

“Uca  Allah  buyurur:  “Ey  Adəm!”  O  da  cavab  verir:  “Sənin  əmrini 



gözləyərək  qarşında  durmuşam!”  Onda  səs  onu  çağıracaq:  Doğrudan  da!  Allah 

sənə  əmr  edir  ki,  zürriyyətindən  Cəhənnəmə  düşəcək  bir  dəstəni  çıxarasan”  (əl-

Buxari və Muslim). 

Hədis: 


“Allah sizin hər birinizlə aranızda  tərcüməçi olmadan danışacaq” (əl-Buxari 

və Muslim). 

Peyğəmbər  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  xəstəni  ovsunla  müalicə 

etmək haqqında buyurmuşdur: 

“Ey göydə olan Rəbbimiz Sənin adın ucadır, Sənin Rəhmətin göydə olduğu 

kimi,  hökmün  də  göydə  və  yerdədir,  Öz  rəhmətini  yerdə  də  göstər.  Bizim 

səhvlərimizi  və  günahlarımızı  bağışla.  Sən  xeyirxahların  Rəbbisən,  bizə  Öz 

Rəhmətindən mərhəmət, bu ağrımıza şəfa nazil et ki, onunla sağalaq.” (Bu hədisin 

isnadı həsəndir

.

 Onu Əbu Davud və başqaları rəvayət etmişlər). 



Hədis: 

“Siz  mənə  etibar  etmirsiniz?  Mən,  göydə  olanın  (Allahın)  etibar  etdiyi 

insanam” (Səhih səhihdir. Onu əl-Buxari və Muslim rəvayət etmişdir). 

Hədis: 


                                                 

26

  Bu hədisin mənası ondan ibarətdir ki, mömin kafirlə müharibəyə gedir və kafir müsəlmanı öldürür 



və buna görə də müsəlman həyatını Allah naminə fəda edərək Cənnətə daxil olur, lakin bundan sonra 

kafir Đslamı qəbul edib müsəlman olur, daha sonra o, həqiqi müsəlman kimi ölür və öz növbəsində, 

Cənnətə daxil olur və beləliklə, həm öldürülən və həm də öldürən – hər ikisi Cənnətə girirlər. Bu, 

Allahın Öz məxluqların olan Rəhmliliyini, Đltifatını, Alicənablığını bizə göstərir. 




“Ərş  suyun,  Allah  isə  Ərşin  üzərindədir.  O  sizin  nə  etdiklərinizi  bilir.” 

(Həsən hədisdir. Onu Əbu Davud və b. rəvayət etmişdir). 

Hədis: 

Peyğəmbər  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  kölə  qadından:  “Allah 



haradadır?”  –  deyə  soruşduqda,  o  belə  cavab  vermişdi:  “Göydə”.  Rasulullah  (ona 

Allahın  salavatı  və  salamı  olsun!)  ondan:  “Mən  kiməm?”  –  deyə  soruşduqda  isə,  o: 

“Sən,  Allahın  Elçisisən”  –  demişdi.  Peyğəmbər  (ona  Allahın  salavatı  və  salamı 

olsun!) də buyurmuşdu: “Onu azadlığa burax, o mömin qadındır.” (Muslim). 

Hədis: 

“Ən  əfzəl  iman,  harada  olsan  Allahın  səninlə  olmasını  bilməndir”  Həsən 



hədisdir. 

Hədis: 


“Sizlərdən kimsə namaza duranda, nə qarşısına, nə sağ tərəfinə tüpüməsin, 

çünki  Allah  sizin  qarşısındadır;  ancaq  sol  tərəfə,  ya  da  ayağının  altına  tüpürsün” 

(əl-Buxari və Muslim). 

Hədis: 


“Ey Allah! Yeddi göyün və yerin Rəbbi, möhtəşəm Ərşin Rəbbi, bizim 

və hər şeyin Rəbbi, bitkiləri və çəyirdəyi cücərdən, Tövratı, Đncili və Quranı 

nazil edən; nəfsimin şərindən və ixtiyarı Sənin əlində olan bütün canlıların 

şərindən  Sənə  sığınıram;  Sən  –  Əvvəlsən,  Səndən  əvvəl  heç  nə  olmamışdır. 

Sən  –  Sonuncusan,  Səndən  sonra  heç  nə  olmayacaq.  Sən  –  Zahirsən, 

Səndən  ucada  heç  nə  yoxdur.  Sən  –  Batinsən,  Səndən  yaxında  heç  nə 

yoxdur. Məni borclardan qurtar və kasıblığı məndən uzaqlaşdır” (Muslim). 

Hədis: 


Səhabələr  yüksək  səslə  zikr  etdikləri  zaman  Peyğəmbər  (ona  Allahın  salavatı 

və salamı olsun!) onlara buyurmuşdur: 

“Ey  insanlar!  Özünüzü  ələ  alın.  Siz  eşitməyənə  və  sizlə  olmayana  dua  et-

mirsiniz; Əksinə siz Eşidənə, görənə və yaxın olana dua edirsiniz. Həqiqətən, sizin 

dua  etdiyiniz  hər  birinizə  miniyinizin  boynundan  da  yaxındır”.  (əl-Buxari  və 

Muslim). 

Hədis: 

Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: 



“Siz  Rəbbinizi,  ayı  bədirləndiyi  gecədə  gördüyünüz  kimi  görəcəksiniz;  sizə 

Ona baxmağa heç nə mane olmayacaq; əgər siz günəş çıxmazdan öncə (yəni, sübh) 

və batmazdan öncə (yəni, ilkindi) qılınan namazlara riayət etməyi bacarsanız, bunu 

edin” (əl-Buxari və Muslim). 

Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) öz Rəbbi haqda xəbər 

verdiyi bu kimi digər hədislərə də iman gətirmək vacibdir. 

Nicat  tapan  firqə,  Əhli  sünnə  və  camaat  tərəfdarları  Allahın  Öz  Kitabında 

(yəni, Quranda) xəbər verdiklərinə iman gətirdikləri kimi, bu hədislərə də (Allahın ad 

və  sifətlərini)  təhrif  və  inkar  etmədən,  necəliyinə  varmadan  və  (məxluqatlara) 

bənzətmədən  iman  gətirirlər.  Đslam  ümməti  digər  ümmətlər  arasında  orta  (haqq)  yol 

tutduğu  kimi,  Əhli  sünnə  və  camaat  tərəfdarları  da  firqələr  arasında  orta  (haqq)  yol 

tutmuşdur.

 



Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə