Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   2   3   4   5   6   7   8   9   10   ...   15

 

ALLAHIN QURANDA ADLARI VƏ SĐFƏTLƏRĐ 

 

 

Quranın  üçdə  bir  hissəsinə  bərabər  olan  Đxlas  surəsində  Allahın  Özünü  vəsf 



etdiyi sifətlər öz əksini tapmışdır. Allah buyurur: “De: O Allah birdir; Allah möhtac 

deyildir!  O,  nə  doğmuş,  nə  də  doğulmuşdur!  Onun  heç  bir  tayı-bərabəri  də 

yoxdur!” (Đxlas, 112/1-4). 

O,  Kitabının  ən  əzəmətli  (əl-Kürsi)  ayəsində  Özünü  belə  vəsf

 

etmişdir: 



“Allahdan  başqa  heç  bir  haqq  məbud  yoxdur.  Əbədi,  əzəli  varlıq  Odur.  O  nə 

mürgü,  nə  də  yuxu  bilər.  Göylərdə  və  yerdə  nə  varsa,  Onundur.  Allahın  izni 

olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət edə bilər? O, bütün 

yaranmışların  keçmişini  və  gələcəyini  bilir.  Onlar  (yaranmışlar)  Allahın 

elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun 

kürsüsü  göyləri  və  yeri  əhatə  etmişdir.  Bunları  mühafizə  etmək  Onun  üçün  heç 

də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!” (Bəqərə, 2/255). 

Beləliklə, gecələr bu ayəni oxuyanı Allahın göndərdiyi mühafizəçi qoruyar və 

heç bir şeytan səhərə qədər ona yaxın gələ bilməz. 

O, buyurur: 

“Əvvəl  də,  axır  da,  zahir  də,  batin  də  Odur.  O,  hər  şeyi  biləndir!...” 

(Hədid, 57/3). 

“Ölməz, həmişə diri olana (Allaha) təvəkkül et ...” (Furqan, 25/58). 

O buyurur: 

“O (hər şeyi) biləndir, hikmət sahibidir!” (Təhrim, 2) 

“O,  hikmət  sahibidir,  (bəndələrinin  bütün  əməllərindən)  xəbərdardır!” 

(Səba, 1)

19

  



“Yerə  daxil  olanı  da,  (yerdən)  çıxanı  da,  göydən  enəni  də,  (göyə)  qalxanı 

da O bilir.” (Səba, 34/2). 

O  buyurur:  “Qeybin  açarları  Allahdadır.  Onları  ancaq  O  (Allah)  bilir. 

(Allah)  suda  və  quruda  nə  varsa  bilir.  Yerə  düşən  elə  bir  yarpaq  yoxdur  ki, 

(Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru 

elə  bir  şey  yoxdur  ki,  açıq-aydın  kitabda  (lövhi-məhfuzda)  olmasın!”  (Ənam, 

6/59). 

O buyurur: “...O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə 



qoymaz...” (Fatir, 35/11). 

O yenə buyurur: “...Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm 

(Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz...” (Talaq, 65/12). 

O,  yenə  buyurur:  “Şübhəsiz  ki,  ruzi  verən  də,  qüvvət  sahibi  də,  yenilməz 

olan da Allahdır!” (Zariyat, 51/58). 

O, yenə buyurur: “...Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, 

(hər şeyi) görəndir!” (Şura, 42/11). 

                                                 

19

 Ibn Useyminin Vasitiyyəyə yazdığı şərhdə Səba surəsinin 1-ci ayəsinin əvəzinə Təhrim surəsinin 3-



cü ayəsi yazılıb. (R.H.) 


O, yenə buyurur: “...Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də 

gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!” (Nisa, 4/58). 

O  buyurur:  “Bağına  girdiyin  zaman  barı:  “Maşallah,  qüvvət  (və  qüdrət) 

yalnız Allaha məxsusdur!” – deyəydin!..” (Kəhf, 18/39). 

O,  yenə  buyurur:  “...Əgər  Allah  istəsə  idi,  onlar  bir-biriləri  ilə 

vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!” (Bəqərə, 2/253). 

O,  yenə  buyurur:  “...Đhramda  olarkən  ov  sizə  qadağan  edilməklə,  adları 

çəkiləcək  heyvanlar  müstəsna  olaraq,  qalanları  sizə  halal  edildi.  Şübhəsiz  ki, 

Allah istədiyini hökm edər!” (Maidə, 5/1). 

O,  yenə  buyurur:  “Allah  kimi  düz  yola  yönəltmək  istəsə,  onun  köksünü 

islam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb 

sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar...” (Ənam, 6/125). 

O buyurur: “... yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir” (Bəqərə, 

2/195). 


O,  yenə  buyurur:  “...insafla  hərəkət  edin.  Şübhəsiz  ki,  Allah  insaflıları 

sevər!” (Hücurat, 49/9). 

O, yenə buyurur: “...Onlar sizinlə doğru-düzgün davrandıqca siz də onlarla 

doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri sevir!” (Tövbə, 9/7). 

O,  yenə  buyurur:  “...Allah  tövbə  edənləri  və  pak  olanları  sevər!”  (Bəqərə, 

2/222). 


O, yenə buyurur: “De:  “Əgər  siz  Allahı  sevirsinizsə,  mənim  ardımca  gəlin 

ki, Allah da sizi sevsin...” (Ali Đmran, 3/31). 

O,  yenə  buyurur:  “...Allah  (onun  yerinə)  elə  bir  tayfa  gətirər  ki,  (Allah) 

onları, onlar da (Allahı) sevərlər...” (Maidə, 5/54). 

O,  yenə buyurur: “Şübhəsiz  ki,  Allah  Öz  yolunda  möhkəm  divar  kimi  səf 

çəkib döyüşənləri sevər!” (Saff, 61/4). 

O, yenə buyurur: “Çox bağışlayan, çox sevən də Odur” (Buruc, 85/14). 

O, buyurur: “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” (Fatihə, 1). 

O,  yenə  buyurur:  “Ey  Rəbbimiz!  Sənin  rəhmin  və  elmin  hər  şeyi  əhatə 

etmişdir...” (Mumin (Ğafir), 40/7). 

O, yenə buyurur: “...Allah möminlərə rəhm edəndir!” (Əhzab, 33/43). 

O, yenə buyurur: “...Mərhəmətim hər şeyi ehtiva etmişdi...” (Əraf, 7/156). 

O,  yenə  buyurur:  “...Rəbbiniz  Özü-Özünə  rəhmli  olmağı  yazmışdır 

(bəndələrinə  qarşı  rəhmli  olmağı  əzəldən  Özü  Özü  üçün  müəyyən  etmişdir)...” 

(Ənam, 6/54). 

O, yenə buyurur: “...O, bağışlayandır, rəhm edəndir” (Yunus, 10/107). 

O, yenə buyurur: “...Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən 

rəhmlisidir!” (Yusuf, 12/64). 

O  buyurur:  “...Allah  onlardan,  onlar  da  Allahdan  razıdırlar...”  (Maidə, 

5/119).  

O, yenə buyurur: “Hər  kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası 

əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər...” (Nisa, 4/93). 

O, yenə buyurur: “Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə uymaları 

və (Allaha) xoş gedən şeyi bəyənmədiklərinə görədir...” (Muhəmməd, 47/28). 




Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə