Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

O,  yenə  buyurur:  “(Firon  əhli)  Bizi  qəzəbləndirdiyi  zaman  Biz  onlardan 

intiqam aldıq...” (Zuxruf, 43/55). 

O, yenə buyurur: “...Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə 

də (cihada çıxmaqlarına) mane oldu...”  (Tövbə, 9/46). 

O,  yenə  buyurur:  “Etməyəcəyiniz  bir  şeyi  demək  Allah  yanında  böyük 

qəzəbə səbəb olar” (Saff, 61/3). 

O  buyurur:  “Yoxsa  onlar  Allahın  bulud  kölgələri  içində  mələklərlə 

gəlməsini  və  işin  tamam  olmasını  (özlərinin  məhv  edilməsini)  gözləyirlər?” 

(Bəqərə, 2/210). 

O,  yenə  buyurur:  “(Məkkə  müşrikləri)  özlərinə  yalnız  mələklərin,  yoxsa 

Rəbbinin,  yaxud  da  Rəbbinin  bəzi  qiyamət  əlamətlərinin  gəlməsinimi 

gözləyirlər?..” (Ənam, 6/158). 

O, yenə buyurur: “Xeyr!  Yer  dağılıb  parça-parça  olacağı;  Rəbbinin  gəlib, 

mələklər səf-səf duracağı zaman...” (Fəcr, 89/21-22). 

O,  yenə  buyurur:  “Göyün  buludla  parçalanacağı,  mələklərin  bölük-bölük 

(yerə) endiriləcəyi gün...” (Furqan, 25/25). 

O buyurur: “Ancaq  əzəmət  və  kərəm  sahibi  olan  Rəbbinin  Üzü  əbədidir” 

(Rəhman, 55/27). 

O  yenə  buyurur:  “...Onun  Üzündən  başqa  hər  şey  məhv  olacaqdır...” 

(Qəsəs, 28/88). 

O  yenə  buyurur:  “(Allah)  dedi:  “Ey  Đblis!  Sənə,  Mənim  iki  əlimlə 

yaratdığıma səcdə etməyə mane olan nə idi?” (Sad, 38/75). 

O  yenə  buyurur:  “Yəhudilər  dedilər:  “Allahın  əli  bağlıdır!”  Onların  öz 

əlləri  bağlandı  və  dedikləri  sözə  görə  lənətə  gəldilər.  Əksinə,  Onun  hər  iki  əli 

açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir...” (Maidə, 5/64). 

O  buyurur:  “Sən  öz  Rəbbinin  hökmünə  səbir  et!  Həqiqətən,  sən  Bizim 

Gözlərimiz önündəsən (himayəmiz altında)...” (Tur, 52/48). 

O  yenə  buyurur:  “Biz  onu  taxtalardan  pərçimlənib  mismarlanmış  gəmidə 

daşıdıq.  Đnkar  edilmiş  (peyğəmbərə)  mükafat  olaraq  o  gəmi  Gözlərimiz  önündə 

(himayəmiz altında) üzüb gedirdi” (Qəmər, 54/13-14). 

O  yenə  buyurur:  “...Gözlərim  önündə  boya-başa  çatdırılasan  deyə,  Öz 

tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım” (Ta ha, 20/39). 

O buyurur: “Əri  barəsində  səninlə  mübahisə  edən  və  Allaha  şikayət  edən 

qadının  sözünü  Allah  eşitdi.  Allah  sizin  söhbətinizi  eşidir.  Həqiqətən,  Allah 

Eşidəndir, Görəndir” (Mucadilə, 58/1). 

O  yenə  buyurur:  “Allah  kasıbdır,  biz  isə  varlıyıq!”  -  deyənlərin  sözünü 

Allah eşitdi...” (Ali-Đmran, 3/181). 

O yenə buyurur: “Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və 

gizli  danışıqlarını  eşitmirik?  Xeyr!  Yanlarında  (əməllərini)  yazan  elçilərimiz 

vardır” (Zuxruf, 43/80). 

O  buyurur:  “(Allah  buyurdu:)  “Qorxmayın,  Mən  sizinləyəm,  (hər  şeyi) 

eşidirəm və görürəm!” (Ta ha, 20/46). 

O yenə buyurur: “Məgər o bilmir ki, Allah görür?” (Ələq, 96/14).   



O yenə buyurur: “O, səni (namaza) duranda da görür, səcdə edənlər içində 

hərəkət edəndə də. Həqiqətən də O, Eşidəndir, Biləndir!” (Şuəra, 26/218-220). 

O  yenə  buyurur:  “De:  “Đşinizdə  olun!  Allah,  Onun  Elçisi  və  möminlər 

əməllərinizi görəcəklər...” (Tövbə, 9/105). 

O buyurur: “...Allahın cəzası şiddətlidir” (Rəd, 13/13).  

O yenə buyurur: “Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə 

quranların ən xeyirlisidir”

 

(Ali-Đmran, 3/54). 



O yenə buyurur: “Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar 

(bunu) hiss etmədilər” (Nəml, 27/50). 

O  yenə  buyurur:  “Həqiqətən,  (kafirlər)  hiylə  qururlar.  Mən  də  hiylə 

qururam” (Tariq, 86/15-16). 

O buyurur: “Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya 

bir  pisliyi  bağışlasanız,  (bilin  ki,)  Allah  əfv  edəndir,  (hər  şeyə)  Qadirdir”  (Nisa, 

4/149).

20

 



O  yenə  buyurur:  “...Qoy  əfv  edib  bağışlasınlar.  Məgər  siz  Allahın  sizi 

bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir” (Nur, 24/22). 

O buyurur: “...Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə 

məxsusdur...” (Munafiqun, 63/8). 

O  Đblis  haqqında  da  buyurur:  “(Đblis)  dedi:  “Sənin  qüdrətinə  and  olsun  ki, 

onların hamısını yoldan çıxaracağam” (Sad, 38/82). 

O yenə buyurur: “Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər 

mübarəkdir” (Rəhman, 55/78). 

O buyurur: “...Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç 

Ona oxşarını tanıyırsanmı?!” (Məryəm, 19/65). 

O  yenə  buyurur:  “...Onun  heç  bir  tayı-bərabəri  (bənzəri)  də  yoxdur!” 

(Đxlas, 112/4). 

O yenə buyurur: “...bilə-bilə (heç kəsi) Allaha tay tutmayın” (Bəqərə, 2/22). 

O  yenə  buyurur:  “Đnsanlardan  elələri  də  vardır  ki,  Allahdan  qeyrilərini 

(Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər...” (Bəqərə, 2/165). 

O yenə buyurur: “De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir 

şəriki  olmayan,  aciz  qalmamaqdan  ötrü  (Özünə  kömək  edəcək)  heç  bir  dosta 

möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək Uca tut” (Đsra, 17/111). 

O  yenə  buyurur:  “Göylərdə  və  yerdə  olanların  hamısı  Allahın  şəninə 

təriflər  deyir.  Hökm  Onundur,  həmd  Ona  məxsusdur.  O,  hər  şeyə  qadirdir” 

(Təğabun, 64/1). 

O yenə buyurur: “Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq 

üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah 

nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti 

bol  və  daimidir!)  O  Allah  ki,  göylərin  və  yerin  hökmü  (səltənəti)  Onundur.  O 

(Özünə)  heç  bir  övlad  götürməmişdir;  mülkündə  heç  bir  şəriki  yoxdur.  O,  hər 

                                                 

20

 Ibn Useyminin Vasitiyyəyə yazdığı şərhdə Nisa surəsinin 149-cu ayəsi ilə Nur surəsinin 22-ci ayəsi 



arasında Əhzab surəsinin 54-cü ayəsi yazılıb. (R.H.)  


Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə