Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   2   3   4   5   6   7   8   9   ...   15

Bu, Qiyamət  Gününə qədər məğlubedilməz qalacaq xilas olunmuş

 

tayfanın



15

,

 



əhli  Sünnə  və  camaat

16

 tərəfdarlarının  əqidəsidir.  O,  Allaha,  Onun  mələklərinə, 



kitablarına,  elçilərinə,  ölümdən  sonra  dirilməyə,  qədərin  xeyrinə  və  şərinə  iman 

gətirməkdən ibarətdir

17



Allaha  imanın  bir  hissəsi  də  Onun  Kitabında  Özünü  və  həmçinin  elçisi 



Məhəmmədin -ona Allahın salavatı və salamı olsun- Onu vəsf etdiyinə təhrifsiz, inkar 

etmədən, necəliyinə varmadan və bənzətmədən iman gətirməkdir. 

Əhli  Sünnə  və  camaat  tərəfdarları  Allah  barəsində  etiqad  edirlər  ki:  “...Ona 

bənzər  heç  bir  şey  yoxdur.  O,  (hər  şeyi)  eşidəndir,  (hər  şeyi)  görəndir!”  (Şura, 

42/11). 

Onlar,  Allahın  Özünü  vəsf  etdiyini  inkar  etmir,  sözlərin  yerini  dəyişdirmir, 

Allahın adlarından və ayələrindən üz döndərmir, Onun sifətlərinin keyfiyyətinə varmır 

və  məxluqlarının  sifətlərinə  bənzətmirlər.  Çünki  nöqsansız  Allahın  adını  daşıyan, 

bənzəri və tayı-bərabəri olan başqa birisi yoxdur. Məxluqatından heç kim pak və uca 

Allahla müqayisə edilə bilməz. O, Özünü və başqalarını hamıdan yaxşı tanıyır; Onun 

kəlamı  gerçəkdir  və  yaratdıqlarının  sözündən  gözəldir.  Allahdan  sonra  ən  doğru 

danışan və dedikləri təsdiq olunan Onun elçiləridir. Bu həqiqət Onun haqqında heç bir 

məlumatı olmayan kəslərin dediklərinə ziddir. 

                                                                                                                                            

 

Buna  görə  də,  məxluqatın  kamilləşməsi  –  bu  məqsədə  nail  olmaqdır  və  insan  Allahın  qulu 



olmağa nə qədər çox can atarsa, onun kamilliyi də bir o qədər artar və onun vəziyyəti daha da yüksələr 

və  məhz  buna  görə  Allah  Öz  Elçisinə  (ona  Allahın  salavatı  və  salamı  olsun!) o,  ən  yüksək  və  layiqli 

səviyyələrdə  olduqda,  məsələn,  əl-Đsra  (Məkkədən  əl-Qüdsə  gecə  səyahəti)  ona  abd  (qul,  xidmətçi, 

ibadət edən)  fəxri adını  vermişdir. Həmçinin bir səhih hədisdə Allahın Elçisi (ona Allahın salavatı və 

salamı olsun!) demişdir:  

 

“Xristianlar  Məryəm  oğlu  Đsaya  ibadət  etdikləri  kimi,  siz  də  mənə  ibadət  etməyin,  mən 



ancaq bir insanam, ona görə mənə: “Allahı qulu və Onun Elçisi” deyin””. 

15

 Xilas  olunmuş  tayfa,  Allahın  Elçisinin  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  sözlərinə  görə, 



məğlubedilməz qalacaqdır:  

 

“Mənim ümmətimdən olan bir qrup haqdan möhkəm yapışacaq və məğlubedilməz qalacaq 



və ona xəyanət etmişlərdən heç kim Qiyamət gününədək ona ziyan vura bilməyəcək” (Əl-Buxari və 

Müslim). Onun (ona Allahın salavatı və salamı olsun!) aşaqıdakı sözləri də buna dəlildir: 

 

“Bu ümmət 73 hissəyə bölünəcək və mənim və səhabələrimin bu gün getdikləri yolla gedən 



bir qrupdan başqa, onların hamısı Cəhənnəmə gedəcək” (Ət-Tirmizi) 

16

 Sünnə  -  Allahın  Elçisi  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  və  onun  səhabələri  bidətlər  (dinə 



əlavələr) meydana gələnə qədər yaşadıqları həyat tərzidir. 

17

 Bu altı bənd – imanın sütunlarıdır və hər bir həqiqi mömin onları Qurana və Sünnəyə müvafiq olaraq 



qəbul  etməlidir.  Dinin  bu  əsasları  Cəbrail  haqqında  olan  hekayədə  xatırlanır.  O  (əleyhissalam),  səhra 

ərəbi simasında Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına gələrək ondan Đslam, 

iman və ehsan (Allahı görürmüşük kimi Ona ibadət etmək, çünki biz Onu görməsək də, O, bizi görür) 

nədir?  deyə  sual  verdikdə,  Allahın  Elçisi  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  buyurmuşdur: 

“Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə və ölümdən sonra Dirilməyə və qədərin xeyrinə və 

şərinə iman gətirmək.”. 

 

Elçilər: Quranda onlardan ancaq iyirmi beşinin adı çəkilmişdir, yerdə qalanlarına gəldikdə isə, 



biz  onların  hesabına  varmadan,  adlarını  bilmədən  onların  varlığına  inanmalıyıq,  çünki  Allah  onlar 

haqqında məlumatı, Quranda bildirdiyi kimi, Özündə saxlamışdır: 

 

“Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər 



vermiş, kimisi haqqında xəbər verməmişik...” (Mömin, 40/78). 


Buna  görə  də  əzəmətli  Allah  buyurur:  “Sənin  Rəbbin  –  yenilməz  qüvvət 

sahibi  (mülkündə  hər  şeyə  qalib)  olan  Rəbbin  (müşriklərin)  Ona  aid  etdikləri 

sifətlərdən tamamilə uzaqdır! Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan 

Allaha həmd olsun!” (Saffat, 37/180-182). 

Bu  ayədə  uca  Allah,  Elçilərinə  müxalif  olanların  Onun  haqqında 

söylədiklərindən  uzaq  olduğunu  bəyan  etmiş,  sonra  isə  eyibsiz  və  nöqsansız  sözlər 

söylədiklərinə görə elçilərinə salam demişdir. 

Nöqsansız  Allah  Özünün  ad  və  sifətlərini  bildirərkən  isbat  və  inkar 

formalarından istifadə etmişdir. 

18

. Elə buna görə də, əhli Sünnə və camaat tərəfdarları 



elçilərin gətirdiklərindən uzaqlaşmamalıdırlar; həqiqətən, bu doğru yoldur, Allahın Öz 

lütfkarlığı  ilə  mükafatlandırdığı  kəslərin  -  peyğəmbərlərin,  siddiqlərin,  şəhidlərin  və 

saleh insanların yoludur. 

 

                                                 



18

 Đki növ inkar vardır: ümumi və xüsusi. Ümumi inkar – Onun Kamilliyini çatışmazlıqlar və qüsurlarla 

inkar  edən  hər  şeyi  Allahdan  kənarlaşdırmaqdır.  Bununla  əlaqədar  O  buyurur:  “Onun  heç  bir  tayı-

bərabəri (bənzəri) də yoxdur!” və “Heç Allahın özündən başqa Onun adını daşıyan başqa birisini 

görmüsənmi?”  və  “Allahı,  onların  aid  etdiklərindən  uca  tutub  şöhrətləndirin”.  Xüsusi  inkar  – 

Allahı  –  atası  və  ya  oğlu,  arvadı  və  ya  şəriki  və  yaxud  da  Ona  bərabəri  olmaması  ilə,  biliksiz,  zəif, 

unutqan,  mürgüləyən  və  ya  yuxulayan  və  yalançı  olmaması  ilə  şərəfləndirmək.  Bütün  bu  inkarlar 

bunların özünə görə deyil, lakin onların əleyhinə olanları təsdiq etmək üçün zəruridir. Belə ki, şərikin 

və Ona bərabər olanın inkarı Onun mütləq Əzəmətini təsdiq edir və s. 

 

Təsdiq  də  iki  növdür:  ümumi  və  xüsusi.  Ümumi  təsdiq  Onun  Mütləq  Kamilliyini,  Mütləq 



Tərifəlayiqliyini və Mütləq Calalını və s.-ni təsdiq edir, çünki Allah buyurur: 

 

“Həmd olsun Allaha – aləmlərin Rəbbinə” (Fatihə, 1/1). 



 

Həmçinin: 

 

“Əlbəttə,  doğru  olan  xəbər  budur.  Allahdan  başqa  heç  bir  tanrı  yoxdur.  Şübhəsiz  ki, 



Allah yenilməz qüvvət, hikmət sahibidir!” (Ali-Đmran, 3/62). 

 

Quranda və  Sünnədə xatırlanan hər bir sifətin adı özündə xüsusi təsdiqi ehtiva edir. Bu adlar 



çoxsaylıdır  və  onların  hamısını  burada  qeyd  etmək  çətindir,  amma  istəyənlər  onları  Quranda  və 

Sünnədə tapa bilərlər. 




Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə