Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   2   3   4   5   6   7   8   9   ...   15

Ondan nəyisə götürüb, nəyisə kənara atmazlar. Đslam bütünlüklə və tamamı ilə qəbul 

edilməlidir. Đbadətin əsası da elə budur! 

Đbn Teymiyyə yorulmadan elmə yol göstərmişdir. O yazırdı: “Peyğəmbər (ona 

Allahın  salavatı  və  salamı  olsun!)  dinin  əsaslarını  və  tətbiq  edilməsi  yollarını,  onun 

məqsədini və necə izah edilməsini, onun ağılla bağlılığını və təsirini göstərmişdir. Bu, 

bütün təməl biliklərin və imanın əsasıdır və kim bu prinsiplərə sadiq qalırsa, həqiqəti 

hamıdan çox bilməyə və düzgün əməl etməyə layiqdir. 

Həyatının  bütün  dönüklüyünə  baxmayaraq,  Đbn  Teymiyyə  Đslam  elmlərinin 

bütün istiqamətlərində çoxlu kitab və məqalələr yazmışdır. Onun şagirdi Đbn Qəyyim 

əl-Cəvziyyə  Đbn  Teymiyyənin  işlərinin  siyahısını  tərtib  etmişdir,  onlar  350  –dir. 

Burada onlardan bir-neçəsini göstərək: 

I. Quran elmləri və Təfsir                      

 1.Ət-Təbiyyən fi nuzul əl-Quran 

2.Təfsir Surət ən-Nur 

3.Təfsir əl-Muəvizəteyn (113-cu və 114-cü surələr) 

4.Təfsir Surət əl-Đxlas (112-ci surə) 

5.Muqəddimə fi Usul ət-Təfsir 

 

II. Fiqh (Đslam hüququ) 



1.Məcmuat əl-Fətəva əl-Kubra. 5 cild 

2.Məcmu əl-Fətəva Đbn Teymiyyə. 37 cild 

3.Əl-Qavaid ən-Nuraniyə əl-Fiqhiyyə 

4.Kitab Mənasik əl-Həcc 

5.Risalə fi əl-Uqud əl-Muhərrəmə 

6.Kitab əl-Farq əl-Mubin beynə ət-Talaq vəl-Yəmin 

7.Kitab fi Usul əl-Fiqh 

8.Risalə fi Rəf əl-Hənəfi Yədeyhi fi əs-Salə 

9.Risalə fi Sucud əs-Sahv 

10.Məsələt əl-Həlf bi ət-Talaq 

 

III. Təsəvvüf (Süfizm) 



1.Əl-Furqan beynə Ovliya ər-Rahmən və Ovliya əş-Şeytan 

2.Əmrad əl-Qulub və Şifauhə  

3.Ət-tuhfa əl-Đraqiyyə fi Amal əl-Qulub 

4.Əl-Ubudiyyə 

5.Ər-Risalə ət-Tadmuriyyə        

6.Dəracət əl-Yəqin 

7.Baqiyət əl-Murtəd (əs-sabiniye) 

8.Đbtal Vəhdət əl-Vucud 

9. Ət-Təvəssul vəl-Vasatiyya 

10.Risalə fi əs-Səma vər-Rəks 

11.Əl-Đbadət əş-Şəriyyə 

 

IV.Usul əl-Din və Đlm əl-Kalam 




1.Risalə fi Usul əd-Din 

2.Risalə fi əl-Đhticac bi əl-Qədər 

3.Cavab əhl əl-Đlm vəl-Đman 

4.Əl-Đkliki fi əl-Mutəşabi və ət-Təvil 

5.Ər-Risalə əl-Mədəniyyə 

6.Minhəc əs-Sunnə ən-Nəbəviyyə fi Nəqdi Kəlam əş-Şiə -əl-Qədəriyyə  

7.Əl-Muntaqa min Axbar əl-Mustafa 

8.Şərh əl-Əqidə əl-Əsfahaniyyə 

9.Məəric  əl-Usul  ilə  Mərifat  ənnə  Usulə  əd-Din  və  Fataahu  qadd  beyyənəha 

ər-Rəsul 

10.Əqvamu  mə  qilə  fi  əl-Məşiəti  və-Hikməti  vəl-Qadai  vəl-Qədəri  və  ət-Təlili 

və Butlani əl-Cəbri və ət-Tətil 

11.Risalə fi əl-Qadai vəl-Qədər 

12.Kitab əl-Đman 

13.Əl-Furqan beynə əl-Haqqi vəl-Batil 

14.Əl-Vəsiyyə əl-Kubra 

15.Nəqdi Təsis ət-Təqdis 

16. Ər-Rədd alə əl-Nusayriyyə 

 

V. Əl-Rədd alə Əshab əl-Miləl: (Başqa dinlərin ardlcıllarına cavab) 



1.Əc-Cavab əs-Səhih limənb bəddələ din əl-Məsih 

2.Ər-Rədd alə əl-Nəsərə 

3.Təxcil əhl əl-Đncil 

4.Ər-Risalə əl-Kubrusiyyə 

5.Đktida əs-Sirat əl-Mustəqim Muxaləfət əhsab əl-Cəhm 

 

VI. Əl-Məntiq vəl-Fəlsəfəh (Məntiq və Fəlsəfə) 



1.Ər-Rədd alə əl-Məntiqiyyin 

2.Ər-Risalə əs-Səfədiyyə 

3.Naqd əl-Məntiq 

4.Ər-Risalə əl-Ərşiyyə 

 

VII. Əl-Əxlak vəl-Siyasə vəl-Đctima: (Davranış, Đdarəetmə və Sosiologiya) 



1.Əl-Həsənə vəl-Saiyə 

2.Əl-Vəsiyə əl-Cəmiyə li xayr əd-Dünya vəl-Əxirə 

3.Şərh hədis “Đnnəmə əl-əl-Əməlu bin-Niyyət” 

4.Əs-Siyasə əş-Şəriyə fi Đslah ər-Rəi və ər-Raiyyə 

5.Əl-Hizbə fi əl-Đslam 

6.Əl-Məzalim əl-Muştərəkə 

7. Əş-Şətrənc 

 

VIII. Hədis  



1.Əhadis əl-Qassas 

 



 

Đbn Teymiyyənin ölümü haqında 

 

Đbn Teymiyyə bilirdi ki, elminə görə həbsxanaya salınması ona əlavə sərbəstlik 



verir  və  o,  düşünmək  və  işləmək  imkanı  yaratdığı  üçün  həbsə  alınarkən  sevinirdi. 

Lakin  həbsxanada  ondan  kitablarını  alanda  və  ona  yazmağa  icazə  verməyəndə  (bu 

onun son dəfə həbsə alındığı zaman baş vermişdi) bu ona ən ağır cəza təsiri bağışladı. 

Đbn Teymiyyə 728-ci hicri ili Zülqədə ayının iyirmisində (26-27 sentyabr 1328-ci m.) 

Dəməşqdə

9

 bazar günü gecəsindən bazar ertəsinə keçəndə həbsxanada vəfat etmişdir. 



Ona  ehtiram  bəsləyənlər  çox  möhtəşəm  bir  izdihamla  onu  dəfn  etdilər. 

Hesablamalara  görə  bu  mərasimdə  200  min  kişi  və  150  qadın  iştirak  etmişdi.  O, 

Dəməşqdə anasının basdırıldığı sufi qəbristanlığında basdırılmışdır. 

Öz düşmənlərinin ona qarşı hücumlarını şərh edərək, Đbn Teymiyyə demişdir: 

“Bu  həyatda  əvvəlcə  Cənnətə  düşmək  lazımdır  ki,  həyata  sevinə  biləsən:  mənim 

düşmənlərim  mənimlə  nə  edə  bilərdilər?  Mənim  Cənnətim  mənim  qəlbimdədir;  hara 

getsəm  də  o  həmişə  mənimlədir.  Mənim  həbsxanaya  salınmağım  –  bu  ancaq  öz-

özümlə  tənha  qalmaq  imkanıdır;  mənim  öldürülməyim  –  bir  şəhidlikdir;  mənim 

ölkədən sürgün edilməyim – məzuniyyətdir”. 

Özünün son dəfə həbsxanaya salınması zamanı Taqiyəddin Đbn Teymiyyə dua 

ilə  Əzəmətli  və  Uca  Allaha  belə  müraciət  etmişdir:  “Qüdrətli  Allah,  mənə  yardım  et 

ki, Sənin xeyirxahlığını xatırlaya bilim, Sənə həmd edim, Sənə ixlasla ehtiram göstərə 

bilim, Đnşallah! 

 

                                                 



9

 Đbn Teymiyyənin dəfninin təsviri. Bax. Đbn Kəsir, səh. 141-145. 




ƏL-ƏQĐDƏ ƏL-VASĐTĐYYƏ

10

 



(Orta əqidə) 

 

Mərhəmətli və Rəhimli Allahın adı ilə!



11

 

 



Həmd  Allaha  məxsusdur

12

.  Onu  (islamı)  bütün  dinlərdən  üstün  etmək  (onun 



bütün  dinlərdən  üstün  olduğunu  göstərmək)  üçün  Öz  Peyğəmbərini  hidayət  və  haqq 

dinlə  göndərən  Odur.  (Ya  Rəsulum!  Sənin  peyğəmbərliyinin  həqiqiliyinə)  Allahın 

şahid olması kifayət edər! 

Şəhadət verirəm ki, Allahdan başqa 

heç bir haqq

 

ilah yoxdur və Onun şəriki



13

 

də yoxdur; mən Allahın təkliyini qəbul edir və inanıram.   



Şəhadət  verirəm  ki,  Muhəmməd  Onun  qulu  və  Elçisidir

14

;  ona,  onun  ailəsinə 



və səhabələrinə Allahın salavatı və salamı olsun!  

                                                 

10

 Bu  dini  əqidənin  qələmə  alınmasının  səbəbi.  Đbn  Teymiyyə  demişdir:  “  Adı  Hacc  Radiyyəddin  əl-



Vasiti  olan  Vasitdən  (Đraqda  yerləşir)  bir  şafii  hakimi  həccə  (ziyarətə)  gedən  yolda  yanıma  gəldi.  Bu 

şeyx  xeyirxah  və  iman  sahibi  olan  bir  insan  idi.  O  mənə  bu  ölkədəki  (yəni,  Đrakdakı)  tatar-monqol 

idarəçiliyi altında olan xalqın vəziyyətindən, cəhalətdən, ədalətsizlikdən, imanın və elmin yadırğanma-

sından giley-güzar etdi. 

O  məndən  xahiş  etdi  ki,  onun  həmvətənləri  üçün  bir  əqidə  kitabı  yazım.  Mən  ona  demək 

fikrindəydim ki: “Artıq çoxsaylı əqidə kitabları yazılmışdır”.  Sünnə alimlərinə isinad etdim. Lakin o, 

öz xahişində inad edərək belə dedi: “Mən sənin yazdığından başqasının əqidəsini istəmirəm”. Beləliklə 

də, mən bunu onun üçün günün ikinci yarısı ərzində yazdım. 

Onun  çoxlu  surətləri  Misirdə,  Đraqda  və  başqa  əyalətlərda  yayıldı.  (Məcmu  əl-Fətava  Đbn 

Teymiyyə, VIII, s. 164). 

11

 Alimlərin  (üləmaların)  “bismillah”  sözü  barədə  fikirləri  müxtəlifdur:  o,  hər  sürənin  başlanğıcı  olan 



bir ayədir və yaxud o müstəqil ayə kimi surələri bir-birindən ayırmaq üçün nazil edilmişdir və onunla 

başlamaq xeyirlidir. Đkinci rəy daha üstün tutulur. 

12

 Əl-Həmdu  lil-Ləhi  (Həmd  Allaha  məxsusdur):  Allahın  Elçisindən  (ona  Allahın  salavatı  vı  salamı 



olsun!) rəvayət edilir ki, o demişdir: 

“Hər bir söhbət Allaha həmdlə və mənə salavat  duası ilə başlanmırsa, naqisdir və mübarək 

sayılmır”(Ər-Rəhavi). Eyni hədis “Bismillah” haqqında da rəvayət edilişdir (Đbn Hibban). 

13

 Lə  iləhə  illəllah  (“Allahdan  başqa  haqq  ilah  yoxdur”)  Tövhid  (Allahın  Təkliyi)  düsturudur  və 



bununla  bütün  elçilər  (onlara  Allahın  salamı  olsun!)  razılaşmışlar,  daha  doğrusu,  bu,  bütün  şəriətlərin 

mahiyyətidir  və  hər  bir  elçi,  Allahın  son  Elçisi  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  kimi,  onu  öz 

şəriətinin  başlanğıcı  və  əsas  sütunu  etmişdir.  Peyğəmbərimiz  (ona  Allahın  salavatı  və  salamı  olsun!) 

buyurmuşdur: 

“Đnsanlar  “Lə  Đlahə  illəllah”  deməyincə  mənə  onlarla  döyüşmək  əmr  olunmuşdu.  Əgər 

onlar bunu desələr, öz canlarını və mallarını məndən qoruyarlar və bundan başqa onlardan qanunla 

nə tələb olunarsa, Qüdrətli və Böyük Allah Özü onları mühakimə edəcək” (Əl-Buxar və Muslim).  

14

 Və  Allahın  Elçisinin  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  risaləsinə  (şəriətinə)  şahidlik  etmək. 



Đbadiyyə  (Allaha xidmət  və Ona ibadət etmək) Allahın təkliyi haqqında şəhadət verməklə bağlıdır və 

bu onu göstərir ki, hər iki şahidlik birlikdə deyilməlidir, onlardan biri digərini əvəz edə bilməz, çünki 

onlar  azanda  və  təşəhhüddə  birləşdirilmişlər.  Bəzi  insanlar:  «Sənin  ad-sanını  (şan-şöhrətini) 

ucaltmadıqmı?!» ayəsini: “Mən səni harada yad etsəm, sən Mənimlə birgə xatırlanacaqsan” kimi təvil 

edirlər. 

 

Allah  onda  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  iki  cəhəti  –  elçiliyi  və  Allahın  qulu  kimi 



ibadət etməyi birləşdirmişdir. Çünki bu, hər hansı bəşər məxluqatına verilə biləcəyindən ən üstün olanı 

idi. Qulluq və ibadət etmək – Allahın Öz məxluqlarını yaratması üçün səbəb idi. Belə ki, O buyurur: 

 

“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat, 51/56). 




Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə