Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   2   3   4   5   6   7   8   9   ...   15

 

Mərhəmətli və Rəhimli Allahın adı ilə! 

Đbn Teymiyyənin tərcümeyi-halı 

 

 



Đbn Teymiyyənin uşaqlıq və yeniyetməlik dövru 

Hicrətin - Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) və 

Onun  səhabələrinin  Məkkədən  Mədinəyə  köçdüyünün  7-ci  əsri  idi.  Dövr  özünün 

həqiqi  alimini  gözləyirdi  ki,  o  gəlib  müsəlmanların  sosial,  intellektual,  mənəvi  və 

siyasi həyatını yaxşılaşdırsın və islah etsin. 

Həqiqi bir alim lazım idi ki, müsəlmanları nadanlıq zülmətindən çıxarıb onlara 

getdikləri  yolda  Quranın  və  Sünnənin  əhəmiyyətini  göstərə  bilsin.  Müsəlmanlara  elə 

bir əsil müəllim lazım idi ki, o, təkcə öz kitablarına qapılıb qalmayaydı, kitabları üçün 

material  və  faktlar  toplamaqla  qane  olmayaydı,  insanlara  fil  sümüyündən  ucaldılmış 

qülləsinin  yüksəkliyindən  baxmayaydı.  Onlara  elə  bir  alim  lazım  idi  ki,  o,  əlində 

bayraq irəli çıxıb, heç nədən qorxmayaydı. Müsəlmanlara elə bir həqiqi müəllim lazım 

idi  ki,  o,    onların  dində  yeniliklərə  dair  olan  xülyalarının  puç  olduğunu  sübut  edə 

biləydi və bu müsəlmanların şəxsiyyətini Quran və Sünnə işığında yenidən bərpa edə 

biləydi ki, onların dinini  və ümməti – müsəlman icmasını qoruya biləydi. 

O  vaxtlarda  Suriyada  Đbn  Teymiyyə  ailəsi  müxtəlif  Đslam  elmlərində  öz 

bilikləri  ilə  geniş  miqyasda  tanınırdı.  Şeyxülislam  Məcdəddin  Əbdüssalam,  Đbn 

Teymiyyənin babası, öz zamanının nadir şəxsiyyətlərindən, Đslam hüququnun və onun 

prinsiplərinin  ən  yaxşı  bilicilərindən  idi,  hədisləri  –  Muhəmmədin  (ona  Allahın 

salavatı və salamı olsun!) sözləri və əməllərindən bəhs edən və Đslam icması həyatının 

müxtəlif dini-hüquqi tərəflərini və bütövlükdə Đslam elmini əks etdirən rəvayətləri çox 

gözəl  bilirdi,  Quranı  əzbərdən  gözəl  oxuyurdu  və  onun  təfsirlərini  bilirdi.  Şeyx 

Şəhabəddin  Əbdülhəlim,  Đbn  Teymiyyənin  atası,  görkəmli  imam  –  ruhani  rəhbər, 

müsəlman  icmasının  başçısıydı.  O,  imam  Əhməd  ibn  Hənbəl  məzhəbi  hüququnun 

bilicisiydi.  O  həmçinin  bir  çox  digər  Đslam  elmləri  üzrə  məşhur  alimdi,  Dəməşqdə 

Hədis  Məktəbinin  şeyxi  oldu  və  habelə  Dəməşqin  Baş  məscidinin  cümə  günləri 

kafedrasına rəhbərlik edirdi. 

Taqiəddin Əbülabbas Əhməd ibn Əbdülhəlim ibn Əbdüssalam ibn Teymiyyə, 

məşhur alimin nəvəsi və özü də alim, hicrətin 661-ci ilinin Rabiələvvəl ayının 10-da 

bazar ertəsi  günü  (xristian təqviminə  görə 22  yanvar 1263-cü ildə) Harranda (Şimali 

Suriya) anadan olmuşdur. Tatar-monqollar ilk dəfə olaraq müsəlman dünyasına basqın 

etdikləri və artıq Harranın həndəvərlərində olduqları vaxt Đbn Teymiyyənin atası ailəsi 

ilə  Dəməşqə  köçdü.  O  zaman  Đslam  elmlərinin  mərkəzi  olan  Dəməşqdə  Əhməd  Đbn 

Teymiyyə Đslam elmləri sahəsində alim olan atasının yolu ilə getdi. O, öz zəmanəsinin 

böyük alimlərinin yanında dərs almağa başladı. Həmin alimlərin arasında Zeynəb bint 

Məkki adlı bir qadın da var idi ki, ona hədis elmini öyrətdi. 

O,  öz  təhsilini  yeniyetmə  yaşında  bitirdi  və  19  yaşında  Đslam  elmləri 

professoru  oldu.  Quran  elmlərindən,  hədislərdən,  fiqhdən,  ilahiyyatdan,  ərəb 

qramatikasından  və  kəlamdan  və  b.  mükəmməl  məlumatı  olan  Đbn  Teymiyyə  dini 




hüquqi  məsələlər  üzrə,  ənənəvi  Hənəfi,  Maliki,  Şəfii  və  Hənbəli  hüquqi 

məktəblərindən hər hansı birini əsas götürmədən, fitvalar verməyə başladı. 

O, dilçiliyi və hesabı məktəbdə öyrənmiş, Quranı əzbərləmiş, imam Əhmədin 

“əl-Müsnəd”ini və habelə əl-Buxari, Müslim, Əbu Davud, ən-Nəsai, ət-Tirmizi və Đbn 

Macənin hədis toplularını öyrənmişdir. O, 200-dən çox alimin həsislərini toplamışdır. 

Bütün  bunlara  o,  hələ  16  yaşı  tamam  olmamış,  nail  olmuşdu.  Onun  ağlı  və  yaddaşı 

Dəməşq  camaatını  heyrətə  salırdı.  O,  19  yaşında  müfti  oldu.  Atasının  ölümündən 

sonra onun əvəzinə Quranın şərhindən və imam Əhmədin məzhəbindən dərs deməyə 

başladı.  Onun  dərslərində  atasının  yaşıdları  belə  gəlib  oturub  mühazirələrinə  qulaq 

asırdılar. O, elmi mübahisələrə başlayanda, həmişə öz tərəf müqabillərini dediklərinə 

inandırırdı.  Heç  kim  Đslam  tarixində  Đslamda  məzhəblərin  arasında  olan  ziddiyyətlər, 

müxtəlif  axınların  tənqidi,  antiislam  və  fəlsəfi  ideologiyaların  tənqidi  sahəsində  Đbn 

Teymiyyənin  əsərlərinin    qoyduğu  təsiri  qoya  bilməmişdir.  Onun  yazdığı  əsərlərin 

sayını  hesaba  almaq  mümkün  deyildir.  Nə  ondan  əvvəl  gələn  və  nə  də  ondan  sonra 

gələn  alimlər  onun  yazdığı  qədər  əsər  yazmamış,  baxmayaraq  ki,  o,  həmin  əsərlərin 

çoxunu yaddaşına əsaslanaraq və həbsxanalarda olarkən qələmə almışdır. Onun ancaq 

fitvaları  38  cilddə  toplanmışdır.  Đbn  Dəqiq  əl-Đd  demişdir:  “Biz  Đbn  Teymiyyə  ilə 

görüşərkən,  mən  elə  bir  insanı  gördüm  ki,  sanki  bütün  elmlər  onun  gözü  qarşısında 

idilər”. 

 

 



Đbn Teymiyyə erasının siyasi və sosial şəraiti 

 

Đbn əl-Tahir, Đbn Teymiyyənin yaşadığı dövrün müsəlman aləmindəki siyasi və 



hərbi vəziyyətini belə təsvir edir: 

“O  zaman  Đslam  və  müsəlmanlar  heç  bir  digər  millətin  sınamadığı 

məhrumiyyətlərə  məruz  qalırdılar.  Bu  bəlalardan  biri  tatar-monqolların  basqını  idi. 

Onlar şərqdən  gələrək ərəb xilafətinə böyük zərbə vurdular. Digər bir fəlakət fransız 

və  alman  səlibçilərinin  qərbdən  Mesopotamiyaya  və  Misirə  hərbi  yürüş  etmələri  idi. 

Onlar  limanları  işğal  etmiş  və  az  qala  bütün  Misiri  ələ  keçirmiş,  lakin  Allahın  lütfi 

sayəsində  məğlubiyyətə  uğramışdılar.  Lakin  digər  bir  bəla  ondan  ibarət  idi  ki, 

müsəlmanların  öz  aralarında  ixtilaf  düşmüşdü  və  onlar  öz  qılınclarını  öz 

həmvətənlərinə qarşı qaldırmışdılar. 

Müsəlmanlar,  Muhəmməd  Peyğəmbərin 

(ona  Allahın  salavatı  və  salamı 

olsun


!) təbliğ etdiyi İslam və saleh sələflər, üz-üzə gəldikləri bu dəhşətli siyasi və 

hərbi  şəraitdən  başqa,  həm  də  haqdan  uzaqlaşmış  təriqətlər  tərəfindən  də  ciddi 

hücumlara məruz qalırdılar. Əl-Qəzalinin təlimlərini rəhbər tutan sufi hərəkatı, Đslamı 

yenicə  qəbul  etmiş  çoxsaylı  müsəlmanları  özlərinə  cəlb  edir  və  əksər  insanların 

düşüncəsinə  və  təfəkkür  tərzinə  güclü  təsir  göstərirdilər.  Bundan  başqa,  əl-Əşari 

təlimi,  Đbn  Teymiyyənin  müasirləri  olan  əksər  alimlər  tərəfindən  geniş  şəkildə  qəbul 

edilmişdi.  



Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə