Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   ...   7   8   9   10   11   12   13   14   15

Əhli  sünnə  və  camaat  tərəfdarları,  pak  və  uca  Allahın  sifətlərinə  iman 

məsələsində  inkarçı  Cəhmilər

27

 ilə  forma  verən  Müşəbbihlər  (Allahı  məxluqa 



bənzədənlər) arasında;  

Habelə, Uca Allahın gördüyü işlər barədə Qədərilərlə

28

 Cəbrilər



29

 arasında; 

Həmçinin  Allahın  verəcəyi  əzab  məsələsində  də  Murciyələrlə  qədərilərdən 

olan Vaidiyyə

30

 və b. arasında; 



Imanın  və  dinin  tərifində  Hərurilər

31

 və  Mötəzilələrlə



32

 Murciə  və  Cəhmilər 

arasında; 

                                                 

27

 Əl-Cəhmiyyə  (cəhmiyyəçilər)  –  Bəni  Rəsibə  qəbiləsinin  (mövlası)  Cəhm  Đbn  Safvan  Əbu  Muxrizin 



ardıcıllarıdır.  Bəziləri  onu  ət-Tirmizi,  digərləri  isə  əs-Səmərqəndi  adlandırmışlar,  Əməvilər  dövrünün 

sonunda  Xorasanda  qiyam  zamanı  “qara  bayraqlı  adam”  adlandırılmış  əl-Hariz  Đbn  Surayca 

qoşulmuşdur  və  hicri  128-ci  ildə  (745-746  x.i.)  Səlm  Đbn  Əhvaz  tərəfindən  edam  edilmişdir.  O, 

müstəqil  mövqe  tutur,  bir  tərəfdən  Murciə  ilə,  onların  “iman  qəlbin  işidir;  iddia  edən  təlimi  ilə,  digər 

tərəfdən  də  Allahın  bəşəri  sifətlərini  inkar  edən  Mötəzilə  ilə  razı  olaraq,  digər  tərəfdən  də  Cəbrin  ən 

güclü  müdafiəçilərindən  biri  idi.  Yeganə  olaraq  o,  bir  şeyi  qəbul  edirdi  –  bu  da  Allahın  Qüdrətli  və 

Yaradan  olmasıydı  ki,  bunu  digər  yaradılmışlar  haqqında  iddia  etmək  olmur.  Sonra,  o,  Cənnətin  və 

Cəhənnəmin əbədiliyini inkar edirdi. Onun ardıcılları ondan sonra Cəhmiyyə adlandırıldılar və hicri V 

əsrə (x.i. 11 əsrə) qədər Tirmiz ətrafında mövcud olmuşlar, sonra isə Əşari təlimini qəbul etmişlər. 

28

 Əl-Qədəriyyə (qədərilər) – müsəlman təriqətidir. Qədərilər inanırlar ki, insan özü öz əməllərini yara-



dır. Bu isə o deməkdir ki, onlar insanı əməllərinin (xaliq əl-əfal) yaradıcısı sayırlar və beləliklə, Allaha 

yaradıcılıq üzrə şərik qoşurlar. 

29

 Əı-Cəbriyyə  (cəbərilər)  –  bu  ad  qədərilərin  iddialarının  tam  əksini  müdafiə  və  azad  iradəni  təkzib 



edən  və  bunun  əsasında  insanla  ruhsuz  təbiət  arasında  fərq  qoymayan  müsəlmanlara  verilmişdir. 

Cəbərilər  buna  görə  iddia  edirlər  ki,  insanın  hərəkətləri  Allahın  cəbrinə  tabedir.  Bu  ideyanın  ən 

görkəmli tərəfdarı – Cəhm Đbn Səfvan və çoxsaylı digər kiçik təriqətlərdir. 

30

 Əl-Vaidiyyə  tərəfdarları  inanırlar  ki,  Allah  Ona  itaətə  görə  mükafatlandırdığı  kimi,  itaətsizliyə  görə 



də ardıcıl olaraq cəzalandırmalıdır. Buradan, onlara görə, belə çıxır ki, əgər insan böyük günah işlədib, 

tövbə etmədən öldükdə, Allah onu bağışlamamalıdır. Bu təlim Qurana və Sünnəyə ziddir. 

31

 Əl-Həruriyyə  -  bu  xəvariclərin  bir  qoludur,  Đslamda  dini  təriqətlərin  ən  ilkinlərindəndir  və  əhkamın 



inkişafı  nəzər  nöqtəsindən,  onun  əhəmiyyəti,  xilafət  nəzəriyyəsinə  və  imana  və  ya  əməllərə  haqq 

qazandırılmasına aid məsələlərin formalaşdırılmasında xüsusi rol oynayır. 

 

Əl-Xəvaric cərəyanının yaranması: 



 

Siffin  yaxınlığında  döyüşlər  zamanı  (37-ci  h.  Ilinin  səfər  ayı/657-ci  x.  ilinin  iyulu)  

anlaşılmazlığı aradan qaldırmaq məqsədilə   Muaviyə tərəfindən Əliyə verilən iki münsif hakim seçmək 

təklifi  şiəlik  üçün  bəhanə  oldu.  Hakimlər  Quran  əsasında  qərar  qəbul  etməliydilər.  Əlinin  qoşununun 

əksəriyyəti  bu  təklifi  qəbul  etməyə  hazır  olduğu  zaman,  əsasən  Təmim  qəbiləsindən  olan  bir  qrup 

döyüşçü Allahın Kəlamı üzərində bəşər məhkəməsi qurulmasına qarşı qəzəblə etiraz etməyə başladılar. 

“Hökm təkcə Allaha məxsusdur!” (Lə hukmə illə lil-Ləhi) deyə bərkdən qışqıraraq ordunu tərk etdilər 

və  Kufə  şəhərinin  yaxınlığındakı  Hərurə  kəndində  yerləşdilər  və  özlərinə  başçı  kimi,  heç  nəyi  ilə 

fərqlənməyən bir sıravi əsgər Abdullah Đbn Vahb ər-Rasibi seçdilər. Bu ilk təfriqəçilər özlərini hərurilər 

və ya əl-Muhakkima adlandırmağa başladılar. 

32

 Əl-Mötəzilə (mötəzililər) – böyük bir dini cərəyandır. Onun tərəfdarları Đslamda mücərrəd əhkamlar 



nəzəriyyəsi icad ediblər. Mötəzililər o şəxslərdir ki, onlar iman və küfr arasında olan itizal Təlimini (əl-

mənzilə beynə əl-mənziləteyn) və yaxud imanla küfr arasında olan bir orta halı qəbul edirlər; bu, həmin 

cərəyanın  əsas  təlimidir.  Mötəzilə  adı  Həsən  əl-Bəsrinin  əhatəsində  olan  şiəlikdən:  onların  təlimindən 

(əl-mənzilə  beynə  əl-mənziləteyn)  uzaqlaşdıqdan  sonra  törənmişdir,  çünki  Vəsil  Đbn  Ata  və  Əmr  Đbn 

Ubeydə  deyilmişdi  ki,  əl-Həsənin  ətrafından  ayrılsınlar  və  özlərinə  ayrıca  müstəqil  məktəb  tapsınlar. 

Müasir alimlərin (üləmaların) bəziləri hesab edirlər ki, mötəzilə cərəyanı Əli Đbn Əbu Talibin dövründə 

təşəkkül  taparaq,  bir  tərəfdən  Əli  və  digər  tərəfdən  isə  Təlha,  əz-Zübeyr  və  Aişənin  arasında  gedən 



 həm də Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) səhabələrinə 

münasibətdə Rafizilərlə

33

 Xəvariclər



34

 arasında orta (haqq) yol tutmuşlar. 

 

Üçüncü Fəsil: 



Bizim,  Allaha  iman  haqqında  qeyd  etdiyimiz  məsələlərə,  Allahın  göylərin 

fövqündə  Öz  Ərşi  üzərində  olmasına,  məxluqlarından  ucada  (yüksəkdə)  olmasına, 

həmçinin  harada  olmalarından  asılı  olmayaraq  onlarla  birgə  olmasına  və  onların  nə 

etdiklərini  bilməsinə  iman  gətirmək  mövzuları  da  daxildir.  Bunları  Allah  Öz 

Kitabında  xəbər  vermiş,  Onun  elçisindən  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  bu 

haqda  çoxsaylı  hədislər  rəvayət  edilmiş  və  ümmətin  sələfləri  yekdilliklə  qəbul 

etmişdir. Allah bütün bu məsələləri bir ayəyə toplayaraq buyurur: 

“Göyləri  və  yeri  altı  gündə  xəlq  edən,  sonra  ərşə  ucalan  Odur.  O,  yerə 

girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada 

olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!” (Hədid, 57/4).  

 

“O  sizinlədir”  ifadəsi  Allahın  Öz  məxluqları  ilə  qarışmasını  bildirmir.  Bunu 



heç ərəb dili də təsdiq etmir. Məsələn, ay – Allahın ən kiçik məxluqatlarından biridir; 

o, səmada olduğu halda eyni zamanda harada olmasından asılı olmayaraq həm səfərdə 

olanlarla, həm də qeyriləri ilə bərabərdir. Allahın rübubiyyətinə dəlalət edən Onun Öz 

Ərşində  olması  və  yaratdıqlarını  müşahidə  və  idarə  etməsi,  onların  nə  etdikllərini 

bilməsi və s. bu kimi ifadələrdir. 

Allahın bütün bu dedikləri – Onun Ərşə  yüksəlməsi və eyni zamanda bizimlə 

olması  –  həqiqətdir.  Onların  heç  bir  təhrifə  ehtiyacı  yoxdur.  Lakin  onlar,  “O 

Göydədir” sözünün zahiri mənası “göylər Onu saxlayır və ya Onun üstündədir” və s. 

bu kimi saxta fikirlərdən müdafiə olunmalıdır. Bütün elm və iman sahiblərinin yekdil 

rəyinə görə belə fikirlər əsassızdır.  

Həqiqətən  də,  “Onun  kürsüsü  göyləri  və  yeri  əhatə  etmişdir.”  (Bəqərə, 

255).  


“Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (məhv olmasınlar, öz 

mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır.” (Fatir, 41) 

“Məgər  Allahın  ...  Onun  izni  olmadan  yerə  düşə  bilməməsi  üçün  göyü 

tutub saxladığını görmürsənmi?” (Həcc, 65) 

“Göyün  və  yerin  Onun  əmrində  durması...  Onun  qüdrət  əlamətlərin-

dəndir” (Rum, 30/25). 

 

                                                                                                                                            



mübarizədə bir qrup müsəlmanın bitərəf qalması siyasi mənşəyə malik olmuşdur. Üçüncü (bitərəf) qrup 

isə tarixi səlnamələrdə mübarizədən çıxanlar kimi təsvir olunmuşdur. 

 

Onların  dini  təliminin  bir  hissəsi  Quranın  məxluq  (yaradılmış)  olması  ilə  əlaqədardır. Bu  rəy 



orta  əsirlərdə  müsəlman  ilahiyyatçıları  arasında  çoxsaylı  mübahisə  və  ziddiyyətlərə  səbəb  olmuşdur. 

Onların  təliminin  ən  əsas  tərəfdarları  Abbasi  xəlifəsi  Məmun  və  onun  qardaşı  əl-Mutəzim,  əsas 

əleyhdarı isə məşhur şəriət alimi Əhməd Đbn Hənbəl idi.  

33

 Ər-Rafidə  (rafizilər)  –  şiələrə  verilən  adlardan  biridir.  Əl-Əşari  izah  edir  ki,  onlar  Əbu  Bəkrin  və 



Ömərin xəlifəliyini inkar edənlərdilər. 

34

 Əl-Xəvaric – Bax: (Đzah №44) əl-Həruriyyə. 




Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə