Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
  1   2   3   4   5   6   7   8   9   ...   15


ĐBN TEYMĐYYƏ 

 

 



 

 

 



 

 

Vasitiyyə əqidəsi 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Rus dilindən tərcümə edən 



Fərahim Sələfi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Furqan 2007  

 



Müəllif: Şeyxülislam Đbn Teymiyyə  

Tərcüməçi: Fərahim Sələfi 

Redaktorlar: Muxtar Əli və Ramil Həsənov 

Texniki redaktor: Pərviz Abbasov 




Mündəricat 

 

 



 

 

 



Đbn Teymiyyənin tərcümeyi-halı.......................................................... 

 

Vasitiyyə əqidəsi......................................................................... 



 

 

 



 

 

 




 

 

Redaktordan 



 

 

Həmd  Allaha  məxsusdur.  Peyğəmbərimiz  Muhəmmədə  onun  ailəsinə  və 



əshabələrinə Allahın salavatı və salamı olsun! 

 

Müsəlman bacı və qardaşlar! Şeyxülislam Đbn Teymiyyənin yazdığı “Vasitiyyə 



əqidəsi” əsəri qısa həcmli olmasına baxmayaraq onun hər bir kiçik cümləsi hər hansı 

zəlalət  firqəsinə  cavabdır.  O  burada  Allahın  ad  və  sifətləri  ilə  bağlı  cəhmiyyə, 

müşəbbihə  və  sairələrinə,  səhabələrlə  bağlı  rafizilərə,  zalım  və  ya  ədalətli  imama 

itaətlə bağlı xəvariclərə, övliyalarla bağlı sufilərə və digər bidətçilərə Quran, Sünnə və 

sələf fəhmi ilə aydınlıq gətirmişdir. 

 

Rus  dilindən  tərcümə  edilmiş  əsərin  redaktəsi  zamanı  görülən  işlər 



aşağıdakılardan ibarətdir:  

Rus  tərcüməçisi  tərəfindən  ərəb  orijinalına  əlavə  edilmiş  əksər  cümlələr  ləğv 

edilmişdir. Təbii ki, o, bu cümlələri açıqlama məqsədilə yazmışdı. Çünki günümüzdə 

yaşayan  müsəlmanların  elmi  səviyyəsi  orta  əsrlərlə  müqayisədə  çox  aşağıdır.  Lakin 

bildiyiniz  kimi  bu,  belə  bir  üslubla  deyil,  sətiraltı  izahlar  vasitəsi  ilə  həyata 

keçirilməlidir.  Ona  görə  də  kitabın  üzərində  işləyən  şərhçi,  redaktor,  tərcüməçi  və 

sairə  şəxslər  orijinal  mətnə  xələl  gətirmədən  öz  qeydlərini  oxucunun  fərqləndirə 

biləcəyi  xüsusi  formada  yazmalıdırlar.  Əks  təqdirdə  bu,  orijinaldan  xəbəri  olmayan 

oxucunun  müəllifin  demədiyi  bir  sözü  əsas  götürməsinə  səbəb  olur.  Hal-hazırda 

Đslamla bağlı ədəbiyyata maraq göstərən əksər insanlar kitabın müəllifinin tanınmış və 

etibarlı  olduğunu  və  ya  onu  maraqlandıran  mövzuya  həsr  edildiyini  əsas  götürürlər. 

Lakin onlar tərcüməşinin peşəkarlığını, əqidəsini və s. nəzərə almırlar. 

Əsəri  rus  dilinə  tərcümə  edən  naməlum  şəxs  sətiraltı  qeydlər  vasitəsi  ilə  də 

əsərə  müəyyən  izahlar  yazmışdır.  Həmin  izahlardan  bəziləri  Əhli  sünnə  və  camaat 

tərəfdarlarının  öz  kitablarında,  istər  Đbn  Teymiyyədən  əvvəl  istərsə  də  sonra 

yazdıqlarına ziddir. Onun belə sətiraltı qeydlərindən birini (27) təqdim edirik: Allahın 

sifətləri haqqında ancaq düşünmək olar, cünki onlar barədə o qədər mübahisə və 

ziddiyətlər  var  ki,  bəzi  adamlar  onları  tamamilə  inkar  etdikləri  halda,  digərləri 

onlara  maddi  keyfiyyətlər  kimi  yanaşır,  onlara  forma  verir,  məsələn,  “Allahın 

Üzü”  və  ya  “Allahın  Gözləri”  və  yaxud  “Allahın  Əli”  və  s.    Mən  belə  hesab 

edirəm  ki,  bu  sifətləri  məcazi  mənada  izah  edərək,  onlara  forma  verilməməli, 

onları inkar etməməli, başqa sözlə desək, o sifətlər qüdrət, mühafizə, baxmaq və 

eşitmək  mənalarını  verdikdə  “necə”  sualı  verilməməlidir.  Bu  sifətləri 

xatırlamaqdan məqsəd – məhdud ağlımızın Allahı necə dərk etmək barədə yollar 

axtarması  və  Onunla  necə  əlaqə  yaratmağa  bu  məhdud  ağlımızı  yönəltməkdən 

ibarətdir, əks təqdirdə biz necə ümid edə bilərik ki, Allah Özü Özünü bizə təsvir 

etsin? “ 

22-ci  sətiraltı  qeyddə  isə  yazmışdır:  “Bəzi  şərhlərə  görə  Allahın  üzünü 

görəcəklər” Halbuki bu şərh, Səhih Muslimdə Peygəmbərin (Ona Allahın salavatı və 

salamı olsun) dilindən söylənilib və bu Əhli Sünnənin verdiyi şərhdir. 




Başqa  bir  qeyddə  isə  (29)  deyir:  “Murciə  (murciələr)  –  Đslamda  ən  ilk 

təriqətlərdən 

birinin 

adıdır, 


xəvariclər 

(xaricilər) 

təriqətinin 

ifratçı 


əleyhdarlarıydılar.  Sonuncular  hesab  edirdilər  ki,  müsəlman  böyük  günah 

işlətdikdə  kafir  olur.  Murciəçilər  isə,  əksinə,  belə  rəydə  idilər  ki,  müsəlman 

günah işlətdikdə imanını itirmir. Bu təlim onları siyasətdə uzağa gedən kvietizmə 

–  seyirçiliyə  (fəal  yaradıcılıqdan  imtinaya,  xeyir  və  şərə  etinasızlıq  göstərməyə, 

iztirablarla  barışmaya)  qapılmağa  apardı;  onların  təliminə  görə,  böyük  günaha 

yol  vermiş  imam  Đslamdan  çıxmır  və  ona  etimad  göstərmək  lazımdır,  onun 

arxasında qılınan namaz qəbul olunur.” 

Sonuncu  cümlə  yəni,  ”...onların  təliminə  görə,  böyük  günaha  yol  vermiş 

imam  Đslamdan  çıxmır  və  ona  etimad  göstərmək  lazımdır,  onun  arxasında 

qılınan  namaz  qəbul  olunur”  sözləri,  murciələrə  deyil,  Əhli  sünnə  və  camaat 

tərəfdarlarına  məxsusdur.  Murciələrə  görə  böyük  günah  etmiş  imama  qarşı  qiyama 

qalxmaq  icazəlidir.  Ibn  Şahin  “əl-Lətif”  kitabında  (15)  Süfyan  əs-Sövrinin  aşağıdakı 

sözləri  dediyini  nəql  etmişdir:  “Mən  necə  murciə  sayıla  bilərəm?!  Axı  mən  qılıncla 

qiyamı  düzgün  hesab  etmirəm.”  Həmçinin  Đmam  Lələkəi  “Şərh  usul  əl-etiqad  Əhli 

Sünnə  vəl-camaati”  (5/999)  kitabında  Süfyan  əs-Sövrinin  belə  dediyini  rəvayət 

etmişdir:  “Murciələr  müsəlmanlara  qarşı  qılınc  qaldırmağı  düzgün  hesab  edirlər”. 

Đmam  əs-Sabuninin  “Əqidətus-sələfi  ashəbul-hədis”  (84)  kitabında  Əhməd  ibn  Səid 

ər-Ribati demişdir: “Abdullah ibn Tahir mənə dedi: Ey Əhməd, siz bu adamlara yəni, 

murciələrə onları tanımadan nifrət bəsləyirsiniz. Mən isə onları yaxşı tanıdığıma görə 

nifrət edirəm. Əvvəla onlar rəhbərə itaət göstərilməsini düzgün hesab etmirlər...”. 

Kitabın  üzərində  aparılan  işlərdən  biri  də  ərəb  orilinalında  olmasına 

baxmayaraq  rus  dilinə  tərcümə  edilməyən  hədislərin  mətndə  yerləşdirilməsidir.  Belə 

hədislərdən  biri  də  aşağıdakıdır:  “Ən  əfzəl  iman,  harada  olsan  Allahın  səninlə 

olmasını bilməndir” Həsən hədisdir. 

Bildirməliyəm  ki,  “Vasitiyyə  əqidəsi”  əsəri  çox  qısa  bir  müddət  ərzində 

tərcümə  və  redaktə  edilmişdir.  Bu  səbəbdən  də  onu  oxuyan  müsəlman  bacı  və 

qardaşlarımızın hər hansı irad və təkliflərini böyük məmuniyyətlə dinləməyə hazırıq. 

Şeyx  Useymin  (Allah  ona  rəhmət  etsin)  demişdir:  “Tərcüməçi  olmaq  üçün 

dörd  şərt  vardır:  “Əmin-aman  insan,  tərçümə  edəcəyi  hər  iki  dili  və  həmçinin 

tərcüməyə  hazırladığı  əsərin  mövzunu  bilən  alim”.  (“Vasitiyyə  əqidəsi”  kitabının 

şərhi, 2/36) 

Şükr və təriflər Allaha məxsusdur.  

 

Ramil Həsənov



 

 

 



 

 

 



 

 

 




Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə