Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   ...   7   8   9   10   11   12   13   14   15

Buna  baxmayaraq,  onlar  (sünnə  əhli)  xəvariclərdən  fərqli  olaraq,  Qiblə  əhlini 

(müsəlmanları) etdikləri asiliklərə və böyük günahlara görə kafir sayılmırlar. Əksinə, 

etdikləri günahlara baxmayaraq, onlarla iman qardaşlığı sabitdir. Uca Allah buyurur: 

“...  (Öldürülən  şəxsin)  qardaşı  (varisi)  tərəfindən  (müəyyən  bir  şey, 

qanbahası  müqabilində)  bağışlanmış  (qatil)  ilə  adətə  görə  (yaxşı)  rəftar 

edilməlidir.” (Bəqərə, 2/178). 

O, buyurur: 

 “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. 

Əgər  onlardan  biri  təcavüzkarlıq  etsə,  təcavüzkarlıq  edənlə  Allahın  əmrinə 

(itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, 

hər  iki  dəstənin  arasını  ədalətlə  düzəldin  və  insafla  hərəkət  edin.  Şübhəsiz  ki, 

Allah insaflıları sevər!  Həqiqətən,  möminlər  (dində) qardaşdırlar. Buna görə də 

iki qardaşınızın arasını düzəldin!..” (Hucurat, 49/9-10). 

Həmçinin  onlar  (sünnə  əhli)  Mötəzililərdən  fərqli  olaraq,  müsəlmanlardan 

fasiqlik  edənin  tamamiylə  imansız  olduğunu  (dindən  çıxdığını)  və  əbədi  olaraq 

Cəhənnəmdə qalacağını söyləmirlər. Əksinə, (onlar etiqad edirlər ki,) fasiqlər də iman 

dairəsinə daxildirlər. Uca Allahın buyurur: 

“...mömin bir qul azad etməlidir” (Nisa, 4/92). 

Həmçinin  o,  mütləq  (kamil)  iman  dairəsinə  daxil  deyildir.  Uca  Allahın 

buyurur: 

“Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə ürəkləri qorxudan 

titrəyər,  Allahın  ayələri  oxunduğu  zaman  onların  imanları  daha  da  artar,  onlar 

ancaq öz Rəbbinə təvəkkül edər” (Ənfal, 8/2).  

Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) də belə demişdir: 

“Zinakar zina etdiyi zaman (kamil imanlı) mömin deyil, oğru öğurluq etdiyi 

zaman (kamil imanlı) mömin deyil, sərxoş içki içdiyi zaman (kamil imanlı) mömin 

deyil,  insanların  gözü  önündə  olan  şərəfli  kəs  başqalarının  malını  zorakılıqla 

əllərindən aldığı zaman (kamil imanlı) mömin deyil.”  (Əl-Buxari və Müslim). 

Onlar (sünnə əhli) beləsi haqqında deyir: O, naqis imanlı mömindir və  yaxud 

imanına görə mömin və  böyük  günahına  görə fasiqdir. Buna  görə də, ona nə mütləq 

(kamil) iman sahibi,  nə də tamamiylə imansız deyilmir. 

Sünnə  və  camaat  əhlinin  əsas  prinsiplərindən  biri  də  -  Peyğəmbərin  (ona 

Allahın  salavatı  və  salamı  olsun)  səhabələrinə  qarşı  Allahın  onları  vəsf  etdiyi  kimi 

qəlbi və dili təmiz olmaqdır: 

 “Onlardan  (mühacirlərdən  və  ənsarlardan)  sonra  gələnlər  deyirlər:  “Ey 

Rəbbimiz!  Bizi  və  bizdən  əvvəlki  iman  gətirmiş  qardaşlarımızı  bağışla.  Bizim 

qəlbimizdə  iman  gətirənlərə  qarşı  nifrət  və  həsədə  yer  vermə.  Ey  Rəbbimiz! 

Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (Həşr, 59/10). 

Həmçinin  Allahın  Elçisinin  (ona  Allahın  salavatı  və  salamı  olsun)  aşağıdakı 

buyuruğuna itaət edərlər: 

“Mənim  səhabələrimi  söyməyin.  Canım  əlində  olana  and  olsun!  Sizlərdən 

kimsə (Allah yolunda) Uhud (dağı) qədər qalaqlanmış qızıl xərcləsə də, onların hər 

hansı birinin xərclədiyi bir ovuc və ya onun yarısı ilə belə müqayisəyə gəlməz” (Əl-

Buxari, Müslim, Əbu Davud, Ət-Tirmizi, Đbn Macə, Əhməd). 




Sünnə  əhli  Quran,  Sünnə  və  müsəlmanların  yekdilliyi  rəyi  ilə  səhabələrin 

fəziləti  və  yüksək  məqamları  (dərəcələri)  haqqında  sabit  olan  bütün  xəbərləri  qəbul 

edir. 

Həmçinin onlar fəthdən



39

 yəni, Hudeybiyyə sülhündən

40

 öncə (öz malını Allah 



yolunda)  xərcləyənləri  və  döyüşənləri  bundan  sonra  xərcləyənlərdən  və 

döyüşənlərdən, Mühacirləri də Ənsarlardan üstün tuturlar. Iman gətirirlər ki, uca Allah 

sayları  üç  yüz  ondan  çox  olan  Bədr  döyüşçülərinə  buyurmuşdur:  "Nə  istəyirsinizsə 

edin. Artıq Mən sizi bağışlamışam." 

 Peyğəmbərin  (ona  Allahın  salavatı  və  salamı  olsun) xəbər  verdiyi  kimi,  ağac 

altında ona biyət edənlərdən heç kəs Cəhənnəmə girməz. Allah onlardan razı idi, onlar 

da Allahdan razı idilər. Həmin səhabələrin sayı min dördyüz nəfərdən çox idi. 

Sünnə  əhli  on  müjdələnmiş  şəxsin

41

,  həmçinin  Sabit  ibn  Qeys  ibn  Şəmməsin 



və  s.  bu  kimi  Peyğəmbərin  (ona  Allahın  salavatı  və  salamı  olsun)  Cənnətlə 

müjdələdiyi səhabələrin Cənnətlik olacaqlarına şəhadət verir. 

Onlar,  möminlərin  əmiri  Əli  ibn  Əbu  Talibdən  (Allah  ondan  razı  olsun!)  və 

başqalarından  nəql  edilən  çoxsaylı  rəvayətlərə  əsasən  bu  ümmətin  peyğəmbərindən 

sonra  ən  xeyirli  adamlarının  –  Əbu  Bəkr,  sonra  Ömər,  üçüncüsü  Osman  və 

dördüncüsü  Əli  (Allah  onların  hamısından  razı  olsun)  olmasını  təsdiq  edirlər. 

Səhabələr  yekdilliklə  biyət  (yəni,  xəlifə  seçimi)  məsələsində  Osmanı  Əlidən  önə 

çəkmişlər.  Buna  baxmayaraq,  Sünnə  əhlindən  bəziləri  Əbu  Bəkr  və  Ömərdən  sonra 

Osmanın  yoxsa  Əlinin  (Allah  onlardan  razı  olsun!)  daha  fəzilətli  olmasında  ixtilaf 

etmişdir. Bəziləri üstünlüyü Osmana verərək susmuş və ya Əlini dördüncü saymışlar. 

Digərləri  isə  üstünlüyü  Əliyə  vermişlər.  Bir  başqaları  da  bitərəf  mövqe  tutmuşlar. 

                                                 

39

 Bəziləri  hesab  edirlər  ki,  qələbə  (əl-Fəth)  -  Məkkənin  azad  edilməsidir.  (Təfsir  Đbn  Kəsir,  VIII,  sıh. 



37-39, onun “Əl-Hədid” (57) surəsinin 10-cu ayəsinə şərhinə bax.).   

40

 Xristian tarixi ilə 628-ci ildə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) bir qrup müsəlmanı 



ümrə  ziyarəti  etmək  üçün  Məkkəyə  aparmışdı,  lakin  Məkkənin  bütpərəstləri  çoxsaylı  qoşun  yığaraq 

Məkkədən  doqquz  mil  aralıda  yerləşən  Xudeybiyyə  adlı  bir  yerdə  yolu  kəsərək  ona  və  səhabələrinə 

Məkkəyə  daxil  olmağa  mane  olmuşdular.  Nəticədə  az  qalmışdı  ki,  iki  qrup  arasında  az  qalmışdı  ki, 

müharibə  başlasın,  amma  bunu  əvəzində  danışıqlar  aparıldı.  Allahın  Elçisi  (ona  Allahın  salavatı  və 

salamı  olsun!)  danışıalarda  öz  nümayəndəsi  kimi  Osmanı  (Allah  ondan  razı  olsun!)  Məkkəyə 

göndərdi, lakin o, üç gün geri qayıtmadı və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) və 

onun  silahdaşlarına  xəbər  çatdı  ki,  “Osman  məkkəlilər  tərəfindən  öldürülmüşdür.  Allahın  Elçisi  (ona 

Allahın  salavatı  və  salamı olsun!)  məkkəliləri  onların  xəyanətinə  görə  cəzalandırmadan  Məkkəni  tərk 

edə bilməzdi, hərçənd müsəlmanlar döyüşə hazırlaşmamışdılar. Buna görə də o (ona Allahın salavatı və 

salamı  olsun!)  öz  ardıcıllarını  topladı  və  bir  böyük  ağacın  altında  ayaq  üstə  onlar  məkkəlilərlə 

mübarizədə ona (ona Allahın salavatı və salamı olsun!) sədaqətli qalacaqlarına and içdilər (biət etdilər). 

Bundan sonra Allah onları Quranda təriflədi: 

 

“...sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların 



əllərinin üstündədir...” (Fəth, 48/10). 

 

Bu  surədəcə,  18-ci  ayədə  Allah  Onun  Elçisinə  (ona  Allahın  salavatı  və  salamı  olsun!) 



Hudeybiyyədə ağac altında sədaqət andı içən möminlərdən razı qaldığını bildirir və belə buyurur: 

 

“And  olsun  ki,  ağac  altında  sənə  beyət  etdikləri  zaman  Allah  möminlərdən  razı  oldu. 



(Allah)  onların  ürəklərində  olanı  bildi,  onlara  arxayınlıq  göndərdi  və  onları  yaxın  gələcəkdə 

qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı”.  

41

 Bunlar:  Əbu  Bəkr,  Ömər,  Osman,  Əli,  Təlha,  əz-Zübeyr,  Səd  ibn  Əbu  Vaqqas,  Səid  ibn  Zeyd, 



Abdurrəhman ibn Auf və Əbu Ubeyda ibn əl-Cərrah idi.  


Lakin Sünnə əhli tərəfdarları öncə Osmanın sonra isə Əlininin (əfzəl) olmasına qərar 

vermişlər.  Baxmayaraq  ki,  bu,  yəni,  Osman  və  Əlinin  birinciliyi  məsələsi  Sünnə 

əhlinin əksər alimlərinə görə dinin əsas

 

prinsiplərindən deyil. Ona görə də ixtilaf edən 



hər hansı tərəf zəlalətə düşmüş hesab olunmur. Lakin xilafət məsələsində (ardıcıllığa) 

müxalif  olan  kəs  zəlalətə  düşmüş  sayıllır.  Sünnə  əhlinin  etiqadına  görə  Allahın 

Elçisindən  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  sonra  xəlifə  -  Əbu  Bəkr;  sonra 

Ömər;  ondan  sonra  Osman,  sonra  da  Əlidir.  Kim  onlardan  hər  hansı  birinin 

xəlifəliyinə tənə (etiraz) edərsə, uzunqulaqdan da çox yanılmış olar. 

Sünnə  əhli  Peyğəmbərin  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  əhlibeytini 

(ailəsini) sevir, onları özlərinə dost tutur və Allahın Elçisinin (ona Allahın salavatı və 

salamı olsun!) Qədirxum günündə onlar barəsində söylədiyi vəsiyyətinə riayət edirlər. 

O buyurmuşdur: 

“Əhlibeytimlə  davranışınızda  Allahı  (Onun  rəhmətini  və  əzabını) 

xatırlamağınızı tövsiyyə edirəm”.

42

 



Peyğəmbər  (ona  Allahın  salavatı  və  salamı  olsun!),  Qureyşdən  olan  bəzi 

adamların bəni Haşim qəbiləsinə qarşı sərt rəftar etmələri barəsində şikayət edən əmisi 

Abbasa belə buyurmuşdur: 

“Nəfsim  əlində  olana  (Allaha)  and  olsun  ki,  onlar  sizi  Allah  üçün  və 

mənimlə qohum olduğunuz üçün sevməyincə iman sahibi olmazlar”

43

 



O həmçinin buyurmuşdur: 

“Həqiqətən,  Allah  Đsmayıl  oğullarını  (digərləri  arasından)  seçmişdir.  Sonra 

Đsmayıl  oğulları  arasından  Kinanə  tayfasını,  Kinanə  tayfasından  da  Qureyşi, 

Qureyşdən isə bəni Haşimi, bəni Haşimdən də məni seçmişdir”.

44

 

(Sünnə əhli) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zövcələrinə - 



möminlərin  analarına  hörmət  edir  və  iman  edirlər  ki,  onlar  axirətdə  də  Peyğəmbərin 

(ona  Allahın  salavatı  və  salamı  olsun!)  zövcələri  olacaqlar.  Onun  (ona  Allahın 

salavatı  və  salamı  olsun!)  əksər  övladlarının  anası,  ona  ilk  iman  gətirən  və  işlərində 

onu  müdafiə  edən  Xədicənin  (Allah  ondan  razı  olsun!)  qadınlar  arasında  Peyğəmbər 

(ona  Allahın  salavatı  və  salamı  olsun!)  tərəfindən  yüksək  qiymətləndirilən 

özünəməxsus yeri vardır. 

Həmçinin  Siddiqə  bint  Siddiqə  (yəni,  Əbubəkrin  qızı  Aişə,  Allah  ondan  razı 

olsun!)  haqqında  Peyğəmbər  (ona  Allahın  salavatı  və  salamı  olsun)  buyurmuşdu: 

“Aişənin  başqa  qadınlardan  üstünlüyü  Səridin  (yəni,  əla  yemək  növünün)  digər 

yeməklərdən üstün olduğu kimidir”. 

(Sünnə  əhli)  səhabələrə  nifrət  bəsləyən  və  onları  təhqir  edən  Rafizilərin, 

həmçinin  Əhli  beytə  söz  və  ya  əməllə  əziyyət  verən  Nəsibilərin  (Xəvariclərin)

45

 

yolundan çəkinirlər. 



Sünnə əhli səhabələrin aralarında baş verən hadisələr (yəni, kimin haqlı kimin 

haqsız olduğu) barədə danışmır, əksinə  bu haqda deyirlər: Onların səhvləri haqqında 

                                                 

42

 Muslim 



43

 Hədisdə “iman gətirməzsiniz” sözləri “kamil iman gətirməzsiniz” kimi başa düsülməlidir. Əhməd Đbn 

Hənbəl və b. rəvayət etmişdir. 

44

 Muslim və Əhməd rəvayət etmişlər. 



45

 Nəvasib – Əlini və onun ailəsini xoşlamayan bir qrup insanlardır.

 



varid olan rəvayətlərin bir qismi yalandır, başqa bir qismi də əlavələrə və ya ixtisarlara 

yaxud da təhrifə məruz qalmışdır. Bu rəvayətlərin gerçək (səhih) olan qismində qeyd 

olunan  hadisələrdə  isə  onlar,  etdikləri  ictihadın  doğru  və  ya  xəta  olmasından  asılı 

olmayaraq müctəhid olduqlarına görə üzürlüdürlər. 

Bununla  yanaşı  Əhli  sünnə  heç  bir  səhabəni  böyük  və  ya  kiçik  günahlardan 

azad  (məsum)  hesab  etmir.  Əksinə  onlar  da  günah  edə  bilərlər.  Lakin  buna 

baxmayaraq,  onların  etdikləri  günahlarını  bağışlayacaq,  əgər  ediblərsə,  Đslamda 

öncüllükləri  və  fəzilətləri  vardır.  Hətta  onlara  özlərindən  sonra  gələnlərə 

bağışlanmayan  günahlar  belə  bağışlanmışdır.  Çünki  onların,  özlərindən  sonra 

gələnlərin  edə  bilmədiyi,  günahları  silən  çoxlu  savab  əməlləri  vardır.  Onların  bütün 

nəsillərin ən xeyirliləri olması, hər hansı birinin verdiyi bir ovuc sədəqənin, onlardan 

sonra  gələnlərin  verdikləri  Uhud  dağı  boyda  qızıldan  daha  üstün  sayılması 

Peyğəmbərin  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  kəlamlarında  öz  təsdiqini 

tapmışdır.

46

 

Bundan başqa, əgər onlardan kimsə hər hansı bir günah edibsə, ola bilsin ki, o 



bu günahı üçün tövbə etmiş, yaxud günahını siləcək savab işlər görmüş, ya da Đslamı 

ilk  qəbul  edənlərdən  olduğuna  görə  və  ya  Muhəmmədin  (ona  Allahın  salavatı  və 

salamı olsun!) şəfaəti ilə bağışlanmışdır. Beləki, səhabələr Peyğəmbərin (ona Allahın 

salavatı və salamı olsun!) şəfaətinə ən layiq insanlardır. Yaxud da bu dünyada məruz 

qaldığı  hər  hansı  bir  bəla  onun  günahına  kəffarə  olmuşdur.  Əgər  onların  gerçək 

günahlara  görə bu qədər üzr qazandırmaq mümkündürsə, bəs elə isə ictihad etdikləri 

məsələlərə nə demək olar? Əgər ictihadları doğru olarsa iki, yox əgər səhv olarsa bir 

savab qazanarlar. Səhv isə bağışlanar. 

Daha sonra, onların bəzilərinin etdikləri xoşagəlməz əməllər, Allaha və Onun 

elçisinə iman, Allah yolunda cihad, hicrət, köməklik etmək, faydalı elm, saleh əməllər  

və s. bu kimi üstünlükləri və yaxşılıqları ilə müqayisədə çox cüzidir. Kim səhabələrin 

həyatına və Allahın onlara bəxş etdiyi fəzilətlərə elm və bəsirət gözü ilə nəzər salarsa, 

onların Peyğəmbərlərdən sonra ən xeyirli insanlar olduğunu  yəqinliklə bilər və görər 

ki, nə onlardan öncə, nə də onlardan sonra belə insanlar olmamışdır. Həqiqətən onlar, 

bütün ümmətlərin ən xeyirlisi və Allah  yanında ən üstünü olan bu ümmətin seçilmiş 

nəslidirlər.  

Əhli sünnə və camaat tərəfdarlarının əsas prinsiplərindən biri də – övliyaların 

kəramətlərinin: müxtəlif elmi sahələrdə, (gizli və çətin olan) bir şeyi üzə çıxarmaqda, 

istedad  və  təsiretmə  bacarıqlarında  və  s.  Allahın  övliyalarına  verdiyi  fövqəltəbii 

hərəkətlərin  təsdiq  edilməsidir.  Məsələn,  “Kəhf”  və  digər  surələrdə  keçmiş 

ümmətlərin  kəramətləri  qeyd  olunmuşdur.  Həmçinin  bu  ümmətin  ilk  nəsllərinin  - 

səhabə  və  tabiinlərin  və  ümmətin  digər  nəsillərinin  kəramətləri  olmuş  və  Qiyamət 

gününə qədər olacaqdır. 

Peyğəmbərin  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  yolunu,  həmçinin  ilk 

müsəlmanlardan sayılan mühacir və ənsarların yolunu davam etdirmək Əhli sünnə və 

camaat  tərəfdarlarının  prinsiplərindən  biridir.  Eyni  zamanda  onlar  Peyğəmbərin  (ona 

                                                 

46

 Əl-Buxari və Muslim 




Allahın  salavatı  və  salamı  olsun!)  aşağıdakı  tövsiyəsinə  riayət  edirlər.  O 

buyurmuşdur: 

“Sizə  sünnəmi  və  məndən  sonra  doğru  yolu  göstərən  raşidi  xəlifələrin 

yolunu  tövsiyyə  edirəm.  Ondan  azı  dişlərinizlə  yapışın.  Dində  yeniliklərdən 

(bidətlərdər) çəkinin. Çünki hər bir bidət zəlalətdir.”

47

 



Sünnə əhli bilir ki, ən doğru söz – Allahın kəlamı və ən xeyirli hidayət yolu isə 

Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) hidayət yoludur. Onlar Allahın 

kəlamını  bütün  insanların  kəlamından  və  Muhəmmədin  (ona  Allahın  salavatı  və 

salamı  olsun!)  hidayət  yolunu  hər  bir  kəsin  yolundan  üstün  tuturlar.  Buna  görə  də 

onlar  bəzən  Kitab  və  Sünnə  tərəfdarları,  bəzən  də  Camaat  tərəfdarları  adlandırılırlar. 

Camaat  dedikdə  birlik  qəsd  olunur.  Onun  əksi  isə  təfriqəçilikdir.  Baxmayaraq  ki, 

həmin toplumun özü də “Camaat” adı ilə çağırılır.

 

Elmdə və dində üçüncü əsas yekdil rəydir (ərəb. icma). 



Əhli  sünnə  tərəfdarlarına  görə  bu  üç  əsas  (yəni,  Quran,  Sünnə  və  icma), 

insanların dinə aid olan gizli və aşkar dedikləri söz və etdikləri əməllərinin meyarıdır. 

Düzgün  sayılan  yekdil  rəy  (yəni,  icma)  saleh  sələflərin  birgə  söylədikləri  rəydir. 

Çünki onlardan sonra ümmət arasında ixtilaflar artmış və yayılmışdır. 

Sünnə  əhli  bu  əsas  prinsiplərə  riayət  etməklə  yanaşı,  şəriətin  buyurduğu 

şəkildə  yaxşı  işləri  tövsiyə  edir  və  pis  işlərdən  çəkindirirlər.  Onlar,  rəiyyəti  ilə  yaxşı 

və  ya  pis  davranan  rəhbərlərlə  birlikdə  həccin  yerinə  yetirilməsini,  cihad  edilməsini, 

cümə  və  bayram  namazlarının  qılınmasını  düzgün  hesab  edirlər.  Camaatla  birgə 

qılınan namazlarda iştirak edirlər. Həmçinin ümmətin hər bir fərdinə nəsihət verməyi 

dinə uyğun bir əməl hesab edirlər. Onlar Peyğəmbərin (ona Allahın salavatı və salamı 

olsun!)  aşağıdakı  hədislərinin  bu  mənanı  daşıdığını  etiqad  edirlər.  Peyğəmbər  (ona 

Allahın  salavatı  və  salamı  olsun!)  barmaqlarını  bir-birinə  keçirərək  buyurmuşdur: 

“Bir  mömin  digər  mömin  üçün  möhkəm  tikili  kimidir.  Onlar  bir-birilərinə 

bağlanarlar”.

48

 

Digər  hədisdə  buyurur:  “Möminlərin  bir-birinə  məhəbbəti,  mərhəməti  və 



rəftarı  bir  cəsədə  bənzəyir.  Onun  hər  hansı  bir  üzvü    ağrıyarsa,  digər  üzvüləri  də 

qızdırma və yuxusuzluqla ona şərik olarlar (yəni, bütün cəsəd əzyyət çəkər).”

49

 

Əhli  sünnə  tərəfdarları  insanlara  bədbəxtlik  üz  verdiyi  zaman  səbirli  olmağı, 



rahatlıq  zamanı  şükr  etməyi  və  qəzavü-qədərin  acısına  razı  qalmağı  tövsiyyə  edirlər. 

Onlar  insanları  gözəl  əxlaqı  mənimsəməyə  və  xeyirxah  əməllərə  sövq  edirlər.  Onlar 

Peyğəmbərin  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  aşağıdakı  hədisinin  bu  mənanı 

daşıdığını etiqad edirlər. O, buyurmuşdur: 

“Möminlərin ən kamil imanlısı gözəl əxlaqı olan kəsdır”.

50

 



Əhli sünnə tərəfdarları ünsiyəti kəsənlə  əlaqəni bərpa etməyə, qadağan  edənə 

əta  etməyə,  zülm  edənləri  bağışlamağa  sövq  edir.  Həmçinin  valideyinlərə  yaxşılıq 

etməyi  və  qohumluq  əlaqələrini  saxlamağı,  qonşulara  qarşı  xeyirxah  olmağı, 

                                                 

47

 Hədisi Əhməd ibn Hənbəl, Əbu Davud, Đbn Macə və ət-Tirmizi rəvayət edilmiş və Ət-Tirmizi hədisin 



yaxşı hədis olduğunu demişdir. 

48

 əl-Buxari və Muslim rəvayət etmişdir. 



49

 

əl-Buxari və Muslim rəvayət etmişdir.



 

50

 Əhməd və ət-Tirmizi rəvayət etmişdir. ət-Tirmizi hədisin həsən olduğunu bildirmişdir. 




yetimlərə, kasıblara, müsafirlərə əl tutmağı, kölələrlə yumşaq davranmağı buyururlar. 

Onlar  lovğalığı,  təkəbbürlüyü,  həddini  aşmağı,  haqlı  və  ya  haqsız  yerə  özünü 

başqalarından  üstün  tutmağı  qadağan  edirlər.  Onlar  yüksək  əxlaqi  keyfiyyətləri  əmr 

edərək yaramaz əməllərə son qoyulmasını tələb edirlər. 

Əhli sünnənin burada və ya digər yerdə dediyi sözlər və etdiyi əməllər, Quran 

və  Sünnədən  qaynaqlanmışdır.  Onların  yolu,  Allahın  Muhəmmədlə  (ona  Allahın 

salavatı və salamı olsun!) göndərdiyi Đslam dinidir. 

Lakin Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) xəbər vermişdir ki: 

“Onun  ümməti  yetmiş  üş  firqəyə  bölünəcək  və  onların  birindən  başqa, 

hamısı Cəhənnəmə düşəcəkdir. Həmin firqə camaat tərəfdarlarıdır.”

51

 

Başqa bir hədisdə isə o, buyurur: 



 “Onlar  (yəni,  nicat  firqəsi)  mənim  və  səhabələrimin  bu  gün  getdiyi  yolla 

gedən şəxslərdir”

52

 

Deməli, təhriflərdən uzaq olan pak Đslam dinindən yapışanlar məhz Əhli sünnə 



və camaat tərəfdarlarıdır. 

Onların  arasında  siddiqlər,  şəhidlər,  əməlisalehlər,  haqq  bələdçiləri,  gecələrin 

nurları,  yaddaşlardan  silinməz  xidmət  və  unudulmaz  fəzilət  sahibləri,  zahidlər, 

həmçinin bütün müsəlmanların hidayət və elmlərinə şəhadət verdiyi imamlar vardır. 

Onlar kömək olunan tayfadır (ərəb. taifətul-mənsura). Peyğəmbər (ona Allahın 

salavatı və salamı olsun!) onların barəsində buyurmuşdur: 

 “Mənim ümmətimdən haqq işlərində köməklik göstərilən bir tayfa Qiyamət 

Gününədək olacaq. Onlara müxalif olanlar və ya onları rəzil etmək istəyənlər buna 

müvəffəq ola bilməyəcəklər. ”

53

 



Allahdan  diləyirik  ki,  bizi  onların  sırasında  etsin,  hidayət  etdikdən  sonra 

qəlbimizi  haqq  yolundan  azmağa  qoymasın  və  bizə  Öz  rəhmətindən  bəxş  etsin. 

Həqiqətən, O bəxşiş verəndir. Allah daha yaxşı bilir! 

 

Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və çoxlu salamı olsun! 



                                                 

51

 Əhməd rəvayət etmişdir. 



52

 ət-Tirmizi rəvayət etmişdir. 



53

 əl-Buxari və Muslim rəvayət etmişdir. 



Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə