Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   ...   7   8   9   10   11   12   13   14   15

O  yenə  buyurur:  “Biz  (Musanı)  Tur  dağının  sağ  tərəfindən  çağırdıq  və 

(Allahla  danışmaq  üçün  yalvarıb)  gizli  dua  edərkən  özümüzə  yaxınlaşdırdıq.” 

(Məryəm, 19/52). 

O  yenə  buyurur:  “Bir  zaman  Rəbbin  Musaya  belə  buyurmuşdu:  “Get  o 

zalım tayfanın yanına...” (Şuəra, 26/10). 

O yenə buyurur: “...Rəbbi onları çağırıb dedi: “Məgər sizə bu ağacı (ağaca 

yaxınlaşmağı) qadağan etməmişdimmi?” (Əraf, 7/22). 

O yenə buyurur: “(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır: 

“Mənim şəriklərim olduqlarını iddia etdikləriniz (bütlər, tanrılar) haradadırlar?!” 

(Qəsəs, 28/62).

23

 

O  yenə  buyurur:  “(Allah)  həmin  gün  onları  çağırıb  belə  buyuracaqdır: 



“Peyğəmbərlərə nə cavab verdiniz?” (Qəsəs, 28/65). 

O  yenə  buyurur:  “Əgər  müşriklərdən  biri  səndən  aman  istəsə,  ona  aman 

ver ki, Allah kəlamını (Quranı) dinləsin” (Tovbə, 9/6). 

O  yenə  buyurur:  “...Halbuki  (Musa  dövründə)  onların  içərisində  elələri 

vardır  ki,  Allahın  kəlamını  (Tövratı)  dinləyib  anladıqdan  sonra,  onu  bilə-bilə 

təhrif edirlər” (Bəqərə, 2/75). 

O yenə buyurur: “...Onlar  Allahın  sözünü  dəyişdirmək  istəyirlər.  De:  “Siz 

əsla  bizim  arxamızca  gəlməyəcəksiniz.  Allah  əvvəldən  belə  buyurmuşdur...” 

(Fəth, 48/15). 

O  yenə  buyurur:  “Rəbbinin  kitabından  sənə  vəhy  olunanı  oxu.  Onun 

sözlərini heç kəs dəyişdirə bilməz...” (Kəhf, 18/27). 

O yenə buyurur: “Həqiqətən, bu Quran Đsrail oğullarına ixtilafda olduqları 

şeylərin əksəriyyətini anladıb xəbər verir” (Nəml, 27/76). 

O yenə buyurur: “Nazil etdiyimiz bu Quran mübarək (xeyir-bərəkəti daim, 

faydası çox) bir kitabdır...” (Ənam, 6/92).

24

 



O yenə buyurur: “...Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun 

Allahın  qorxusundan  (kiçildiyini)  parça-parça  olduğunu  görərdin...”  (Həşr, 

59/21). 

O yenə buyurur: “Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə Allah nə 

nazil  etdiyini  Özü  daha  yaxşı  bilir  (kafirlər  Muhəmmədə):  “Sən  ancaq  bir 

iftiraçısan”  –  deyərlər.  Xeyr!  Onların  əksəriyyəti    bilməz!  (Ya  Rəsulum!)  De: 

“Ruhülqüds  (Cəbrail)  onu  (Quranı)  sənin  Rəbbindən  iman  gətirənlərə  səbat 

vermək,  müsəlmanları  isə  doğru  yola  yönəltmək  və  (onlara  Cənnətlə)  müjdə 

vermək  üçün  haqq  olaraq  nazil  etmişdir!”  Biz  (müşriklərin):  “(Quranı)  ona 

(Muhəmmədə)  bir  insan  öyrədir!”  –  dediklərini  də  bilirik.  Onların  nəzərdə 

tutduqları  adamın  dili  başqa  dildir.  Bu  isə  açıq-aşkar  ərəb  dilidir!”  (Nəhl, 

16/101-103). 

O  buyurur:  “O  gün  neçə-neçə  üzlər  sevinib  güləcək,  Öz  Rəbbinə 

baxacaqdır! (Qiyamə, 75/22-23). 

O yenə buyurur: “...və taxtlar üstündə baxacaqlar...” (Mutəffifin, 83/35). 

                                                 

23

 Bu ayə ərəb orijinalında yox idi. (R,H.) 



24

 Ibn  Useyminin  Vasitiyyəyə  yazdığı  şərhdə  Ənam  surəsinin  92-ci  ayəsinin  əvəzinə  Ənam  surəsinin 

155-ci “Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır...” ayəsi yazılıb. (R.H.) 



O  yenə  buyurur:  “Yaxşı  işlər  görənləri  Cənnət  və  daha  artıq  mükafat 

gözləyir” (Yunus, 10/26). 

O  yenə  buyurur:  “Orada  onlar  üçün  istədikləri  hər  şey  vardır. 

Dərgahımızda isə ondan artığı mövcuddur!” (Qaf, 50/35). 

 

Quranda  bu  mövzuya  həsr  edilmiş  çoxlu  ayələr  vardır.  Kim  hidayət  yolunu 



axtararaq Quranı cidd-cəhdlə öyrənirsə, haqqın yolu ona aydın olar. 

 

SÜNNƏDƏ ALLAHIN AD VƏ SĐFƏTLƏRĐ 



 

Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsi

25

 Quranı şərh 



və  izah  edir,  ona  yönəldir  və  onun  mənasını  bildirir.  Allahın  Elçisinin  (ona  Allahın 

salavatı və salamı olsun!) öz Qüdrətli və UcaRəbbini vəsf etdiyi və elm adamlarının 

qəbul etdiyi səhih hədislərə də iman gətirmək vacibdir.  Belə hədislərdən, məsələn: 

“Rəbbimiz hər gecənin sonuncu üçdə bir hissəsində dünya səmasına enir və 

buyurur:  “Mənə  dua  edən

 

kimsə  varmı,  Mən  ona  cavab  verim.  Məndən  istəyən



 

                                                 

25

 Sünnə  - Qurandan sonra,  müsəlmanların gündəlik  işlrində müraciət etməli olduqlari  mənbədir. Uca     



Allah bunu Quranda təsbit edərək buyurur:  

“...Allah  sənə  Quranı  və  hikməti  nazil  edərək  bilmədiklərini  öyrətdi...”  (Nisa,  4/113). 

Burada hikmət sözü dedikdə Sünnə nəzərdə tutulur. O (Əzəmətli və Qüdrətli Allah) buyurur:  

“Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini 

onlara  oxusun,  Kitabı  və  Hikməti  onlara  öyrətsin,  onları  təmizləsin!  Həqiqətən,  Sən  yenilməz 

qüvvət, hikmət sahibisən” (Bəqərə, 2/129). 

Öz elçisinin (ona Allahın salavatı və salamı olsun!) zövcələrinə nəsihət verərək, O buyurur: 

“Allahın  evlərinizdə  oxunan  ayələrini  və  hikməti  (Sünnəni)  yadda  saxlayın...”  (Əhzab, 

33/34). 

Müdrik Allah buyurur: 

“...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin...”  (Həşr, 

59/7).  


Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Mənə Quran və üstəlik ona 

bərabəri  verildi”  (Əbu  Davud).  Bütün  bunlardan  bilmək  olur  ki,  Sünnə  hüququ,  iman  və  Đslam 

normalarının  təsdiqində,  demək  olar  ki,  Quran  hüququna  bərabərdir,  axı  Sünnə  Quranın  izahı,  onun 

ümumi məfhumlarını, Uca Allahın buyurduğu kimi, açıqlayan anlayışlardan ibarətdir:  

“...Sənə  də  Quranı  nazil  etdik  ki,  insanlara  onlara  göndəriləni  (hökmləri,  halal-haramı) 

izah edəsən...” (Nəhl, 16/44). 

Bütün bunları xatırlayaraq, heç kimə haqq Sünnəni, guya onun əsli olmaması bəhanəsi altında, 

inkar etməyə və təkcə Quranda olanları nəzərə almağa yol verilmir. Əgər bunu bir həqiqət kimi qəbul 

etsək,  onda  gərək  adamlar  namaz  qılmasın,  çünki  namazın  hərəkətləri  və  yerinə  yetirilməsi  (əs-salət) 

Quranda  verilməmişdir.  Eynilə  həcc  mərasimi,  dəstəmaz  və  hər  gün  yerinə  yetirilən  çoxsaylı  digər 

əməllər haqqında da Quranda ümumi ifadələrlə anlayış verilmişdir. Ondan başqa, Sünnəni izah edərkən 

onu  məcazi  mənada  mübaliğə edib şişirtməməli  və fəlsəfəçiliyə cəhd göstərməməliyik.  Çünki  Allahın 

Elçisinin  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  belə  bir  niyyəti  olmamışdır,  əksinə,  o  (ona  Allahın 

salavatı və salamı olsun!), həmişə aydın və sadə dildə danışardı ki, insanlar onu başa düşə bilsinlər və 

öz  dininə  düzgün  əməl  edə  bilsinlər.  O  da  bir  həqiqətdir  ki,  Sünnəyə  aid  edilən  bəzi  həlqələrə  və 

hədislərə  uydurulmuş  tarixlər  və  hekayətlər  daxil  edilmişdir.  Lakin  bunlar  bizə  Həqiqəti  görməyə  və 

onu  doğru  və  əsil  hədis  və  hekayətlərdən  ibarət  olan  çoxsaylı  toplularda  tapmağa  mane  olmamalıdır. 

Sünnəni  və  hədisləri  tədqiq  edib  öyrənmiş  və  toplamış  alimlər  -  əl-Buxari,  Muslim,  Đbn  Macə,  ət-

Tirmizi, ən-Nəsai və bir çox başqa alimlər onların tərkibini yüz illərlə bundan qabaq bizim üçün seçib 

təmizləmişlər, Allah onlara Axirət aləmində ən yaxşı mükafatlarıyla əvəzini versin! 




Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə