Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   2   3   4   5   6   7   8   9   ...   15

müdafiə edir və onların birləşməsinin zəruriliyini, Đslamın və imanın mahiyyətini dərk 

etmənin  zəruriliyini,  Đslamın  həqiqiliyinə  iman  gətirilməsinin,  onların  Şanlı  və  Uca 

Allaha  baxışlarının  doğruluğunun  zəruriliyini  və  habelə,  onların  dini  və  sosial 

şüurluluğunun zəruriliyini xüsusilə qeyd edir. 

Hərbi  münaqişələr  zamanı  Đbn  Teymiyyə  misirliləri  inandıra  bildi  ki,  monqol 

ordularının  təzyiqinə  məruz  qalan  Suriyaya  kömək  üçün  qoşun  göndərsinlər.  Bu 

zaman  o  bunun  müsəlmanların  islami  vəzifəsi  olduğunu  deyirdi.  Sonra  o,  tatar-

monqollara  qarşı  şəxsən  mübarizəyə  qatıldı  və  Şanı  Uca  Allah  Öz  köməyi  ilə 

müsəlmanlara qələbə qazandırdı. Döyüşlər zamanı Đbn Teymiyyə həmişə cəbhənin ön 

xəttində  kafirlərlə  mübarizə  aparırdı  və  onun  702-ci  hicri  ilində  (1304  x.i.)  Şihab 

döyüşü zamanı şücaəti və igidliyi əfsnəyə çevrildi. 

O,  Đslam  dinini  nəinki  hərbi,  həm  də  ideoloji  cəbhədə  müdafiə  edirdi.  Đbn 

Teymiyyənin  əqidə  cəbhəsində  əsas  düşmənləri  sufilər,  tərkidünyalığı  təbliğ  edən  və 

müsəlman mərasimlərini inkar edən zahidlər, həyatdan və təcrübədən təcrid olunmuş 

kəlamçılar – filosoflar idilər. 

O,  panteist  sufi  ideyasını  –  Allahı  təbiətlə  eyniləşdirən  və  təbiəti  ilahi 

təcəssümü sayan fəlsəfi təlimi qəbul etmirdi. O, qnostiklərin

6

 - özündə yunan idealist 



fəlsəfəsi  ilə  xristian  əhkamlarının  və  ümumi  dini  mütiliyə  determinist  baxışlı  şərq 

dinlərinin  birləşməsindən  ibarət  olan  ideyalarını  –  erkən  xristianlığın  dini-fəlsəfi 

cərəyanını  da  qəbul  etmirdi.  O  belə  hesab  edirdi  ki,  bu  ideyalar  Đslam  ümmətinə 

dağıdıcı təsir göstərir, çünki onlar müsəlmanları siyasi süstlüyə, dini anlaşılmazlıqlara, 

icmanın  fəal  həyatından  uzaqlaşmağa  aparır.  O,  zehni  fəaliyyətinin  əhəmiyyətli  bir 

hissəsini sufilik təliminin təkzibinə sərf etmişdir. 

Đbn  Teymiyyə  şiələri  də  kəskin  tənqid  etmişdir,  çünki  onların  təlimində  və 

dinində  çoxsaylı  nöqsanlar  vardı.  O  onların  tarixi  faktları  saxtalaşdırmasını  və 

Sünnəni təhrif etməsini də qətiyyətlə ittiham edirdi. 

Đbn  Teymiyyə  həmçinin  əl-Cəhmiyyənin,  əl-Cəbriyyənin  və  insanın  öz 

əməllərindən  ötrü  cavab  verəcəyini  inkar  edən  deterministlərin

7

 əleyhinə  çıxırdı.  O, 



mötəzilə və qədəriyyə, insanın xeyirxah iradəsini onun əməllərinin əsası sayan və əqli 

yeganə  idrak  vasitəsi  hesab  edən  idealistləri  (rasionalistləri)  də  tənqid  edirdi.  O 

habelə,  determinizmə  aid  müxtəlif  məsələlər  və  Đslam  dininin  digər  məsələləri  üzrə 

Əbu əl-Həsən əl-Əşarinin ardıcıllarının təlimlərinə qarşı mübarizə aparırdı. 

 Sufilərə  və  kəlamçılara  qarşı  apardığı  mübarizə  nəticəsində  Đbn  Teymiyyə 

özünə onların arasında çoxsaylı düşmən qazandı. Onların siyasətlə məşğul olan əksər 

liderləri  bunu  onun  əleyhinə  istifadə  edirdilər.  Nəticədə,  o  bir  dəfə  Đskəndəriyyəyə 

sürgün  edilmiş  və  üç  dəfə  isə  müxtəlif  səbəblərə  görə  həbsxanaya  salınmışdı. 

Əsərlərini qadağan etməklə yanaşı, onun son üç həbsi dövründə ona oxumaq, yazmaq 

və ailəsi, dostları ilə görüşməyi belə qadağan etmişdilər. 

Onun  çoxsaylı  əsərləri  arasında  “əl-Ubudiyyə”  (ərəb  feli  “abada”  –  dan  - 

“sitayiş etmək, diz çökmək”, “pərəstiş etmək”) xüsusilə fərqlənir. 

                                                 

6

 Qnostiklər – Özlərini şərin mənbəyi olan (qnostiklərin rəyinə görə) materiyaya qarşı qoyan dərkedil-



məz ruhu ilk başlanğıc kimi qəbul edirdilər. (Fəlsəfə ensiklopedik lüğəti, Bakı, 1997, s. 91.) Tərc. 

7

 Deterministlər – Determinizm bütün hadisələrin ən ümumi, qanunauyğun əlaqəsi, səbəbiyyət asılılığı 



haqqında təlimə deyilir. Tərc. 


Ola bilsin ki, oxucu ərəb sözü olan “abd”-ın  “qul” və “ibadət edən” mənaları 

verdiyini  bilir.  Bu  kitabda  Đbn  Teymiyyə  anlaşıqlı  dillə  “qul”  və  “ibadət  edən” 

sözlərinin nəinki fərqini izah edir, o həm də Đslamda ibadətin nə olduğu barədə ətraflı 

surətdə bəhs edir. 

Onun ilahiyyat elminin mahiyyəti ondan ibarətdir ki, bütün yaradılmış üzvi və 

qeyri-üzvi  məxluqlar,  “ibad  Allah”-dır  –  yəni  Allaha  ibadət  edən  qullardır.  Lakin 

“ibad”  (qullar)

8

 iki  qrupa  bölünür:  qeyr-ixtiyari  qullar  və  öz  iradəsi  ilə  qul  olanlar. 



Əlbəttə ki, heyvanlar, bitkilər və minerallar birincilərə aid olduqları halda, insanlar öz 

“qulluq”  münasibətlərini  müəyyən  etməkdə  sərbəstdirlər.  Başqa  sözlə  desək,  iki 

gerçəklik mövcuddur: kainata məxsus (universal) gerçəklik və dini gerçəklik. Allahın 

bütün qulları kainat gerçəkliyinə məxsusdurlar. Onların pis və ya  yaxşı, dindar və ya 

kafir,  varlı  və  ya  kasıb  olmasından  asılı  olmayaraq,  onlar,  Allahın  kainatı  yaratdığı 

qanuna məruz qalırlar, yəni nəfəs alır, yeyir, yatır və s. və i.a. Lakin dini gerçəklik isə 

Allahın  Qanunlarını  könüllü  surətdə  qəbul  etmək  və  Əzəmətli  və  Uca  Allahı,  Onun 

Elçisini  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  sevmək,  Ona,  Đslama  itaət  etmək 

uğrunda  könüllü  mübarizədir.  Ancaq  həqiqi  abd  (ibadət  edən  qul)  bu  iki  həqiqəti 

qəbul  edir,  onları  yadında  saxlayır  və  dini  gerçəkliyin  –  Əzəmətli  və  Uca  Allahın 

Qanunlarının  tələblərini  yerinə  yetirməyə  səy  göstərir.  Beləliklə,  elə  buradan  məlum 

olur ki, niyə bəzən dini mətnlərdə abd sözü bəzən “qul” kimi, bəzən də “ibadət edən” 

kimi işlədilir. Məhz Đslamı seçməsi “abdı” – qulu “abda” – ibadət edənə çevirir. 

Đbn Teymiyyənin bu elmi əsərini yaxşı anlamaq üçün bir şeyi yadda saxlamaq 

lazımdır:  Đbn  Teymiyyə  aşkar  etmişdir  ki,  əgər  biz  azca  da  olsa,  ya  qəsdən,  ya  da, 

özümüz  də  bilmədən,  doğru  yolumuzdan  sapsaq,  bu  bizi  getdikcə  şirk  yoluna  – 

Əzəmətli  və  Uca  Allaha  şərik  qoşmağa  və  küfrə  -  həqiqəti  inkar  etməyə  doğru 

aparacaqdır. 

Daha sonra  Đbn Teymiyyə sübuta  yetirməyə davam edərək bildirir ki, düzgün 

ibadət  etmək  üçün  şəriət  (Allahın  Qanunları)  yolu  ilə  getmək  lazımdır.  Əzəmətli  və 

Uca  Allaha  düzgün  ibadət  etmək  üçün  biz  Onun  yolu  ilə  gedərək  ancaq  Ona  ibadət 

etməliyik,  yəni  biz  şəriət  qanunu  yolu  ilə  getməliyik.  Đbn  Teymiyyə  iki  şəhadəti 

götürərək,  onları  Đslamın  iki  əsas  prinsipi  ilə  birləşdirmişdir.  Bizə  məlum  olduğu 

qədər,  imanın  şəhadət  sözləri  olan  “lə  Đləhə  illəllah”  –  “Uca  Allahdan  başqa  ibadətə 

layiq heç bir məbud yoxdur” ifadəsini bildirir, “və Muhəmməd Rasulullah” sözləri isə 

“və  Muhəmməd  –  Allahın  Elçisidir”  mənasını  verir  və  şəriətin  mahiyyəti  - 

Muhəmməd  Peyğəmbərin  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  şəxsi  nümunəsi 

əsasında  ibadət  etməkdən  ibarətdir  və  bu  yoldan  hər  hansı  sapma  şəriətlə  bir  araya 

sığmaz. 

Düzgün ibadət etmək üçün iki şərtə riayət etmək lazımdır. Birincisi, biz yaxşı 

əməllərlə  məşğul  olmalıyıq  və  bilməliyik  ki,  əməl  Əzəmətli  və  Uca  Allahın  Öz 

Elçisinə  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  nazil  etdiyi  Qanununa  tabe  deyilsə, 

yaxşı  hesab  edilməz.  Đkincisi,  hər  hansı  bir  əməli  Əzəmətli  və  Böyük  Allahın 

istəyindən  başqa,  kiminsə  xatiri  üçün  yerinə  yetirmək  olmaz.  Đbn  Teymiyyə  bizi 

Quranda  göstərildiyi  kimi  öyrədirdi:  Đslam  dininə  seçmə  yolu  ilə  yanaşmaq  olmaz. 

                                                 

8

 “Qullar” sözü tərcüməçinin qeydidir. Tərc. 




Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə