Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   2   3   4   5   6   7   8   9   ...   15

Əl-Əşarinin  təlimi  vəhydən  ibarət  ilahiyyat  elminə

1

əsaslanan  sələfi 



metodologiyasının mötəzilələrin təfəkkürə istinad edən  kəlamçılıq metodologiyası ilə 

qovuşdurulmuş  sintezi  idi.  Bu  təlimdə  təqlid  -  ənənəvi  Đslam  həyat  tərzinə  və 

təfəkkürünə  formal

2

 mənsubiyyət  geniş  tətbiq  edilirdi.  Hərçənd  dinə,  fiqhə  (Đslam 



hüququ),  hədislərə  və  s.  dair  xeyli  məlumatların  olmasına  baxmayaraq,  alimlərin  və 

sadə insanların çox az bir hissəsi biliklərin mənbəyi və onların  yayılması üsulları ilə 

maraqlanırdılar.  Đnsanların  əksəriyyəti  isə  öz  şeyxinin  və  ya  imamının  təlimini  kor-

koranə  qəbul  edərək,  bütün  bu  məlumatların  haradan  əldə  edilməsi  ilə 

maraqlanmırdılar. 

Đbn  Teymiyyə  isə  pak  peyğəmbər  ənənəsi  uğrunda,  Qurandan  və  Sünnədən 

götürdüyü  və  onun  zəmanəsinin  insanlarının  əvvəllər  xəbərləri  olmadıqları,  dəlillərlə 

mübarizə aparırdı. Onun sərbəst müsahibə, müzakirə və təhlil etmək istedadı ənənəvi 

mötədil məktəblərə mənsub alimlər arasında ona qarşı çoxlu düşmənlər qazandırdı. Bu 

mötədil  alimlər  onu  bidətin  bütün  çeşidləri  üzrə  günahlandırırdılar.  Onların  arasında 

orta əsrlərin məşhur müsəlman səyahətçisi Đbn Batuta da vardı ki, o Dəməşqə gəldiyi 

zaman  Đbn  Teymiyyə  həbsxanada  olmuşdur.  Belə  bir  vəziyyət  Đbn  Batutanın  öz 

kitabında  “mən  şahidəm  ki,  Đbn  Teymiyyə  minbərdə  ayaq  üstə  dayanaraq  demişdir: 

“Mən endiyim kimi, Allah da hər gecə aşağı göyə enir” və o minbərdən bir pillə aşağı 

düşdü”

3

.  Lakin  aşağıda  “Vasitiyyə  əqidəsi”əsərini  oxuduqda  biz  biləcəyik  ki,  Đbn 



Teymiyyə,  Allahın  sifətlərini  keyfiyyətə  varmadan  (ərəbcə,  bi-lə  keyfə)  qəbul 

etmişdir.  O,  onun  zamanında  bütün  müsəlman  dünyasında  geniş  yayılmış  dində 

bidətlə  -  yeniliklərlə,  xüsusilə  bir  sıra  sufi  təriqətlərinin  hərəkət  və  inancları  ilə: 

övliyalara ibadət etməyə və onların qəbirlərini ziyarət etməyə, özünü oda atmağa qarşı 

mübarizə  aparmışdır.  Onun  sufilərə  etdiyi  həmlələri,  sufi  şeyxlərinin  təsiri  altına 

düşmüş hakimiyyət başçıları ilə problemlərin yaranmasına səbəb oldu. 

Đbn  Teymiyyənin  mübarizəsi  təkcə  sufilərlə  və  bidətçi  yeniliklərin  ardıyca 

gedən  insanlarla  məhdudlaşmırdı.  Bundan  başqa  o,  həm  də  müsəlman  dünyasına 

təcavüz etmiş və az qala Dəməşqə qədər gəlib çatmış tatar-monqollarla da döyüşürdü. 

Suriya  camaatı  onu  Misirə  göndərdilər  ki,  Misirin  və  Suriyanın  sultanı  olan  sultan 

Məmlüki öz qoşunlarını Suriyaya yeritməyə və onları tatar-monqol hücumundan xilas 

eməyə inandırsın. O, sultanın qoşunlarını göndərməyə tərəddüd etdiyini görəndə, onu 

bu sözlərlə qorxutmağa başladı: “Sən Suriyadan üz döndərsən, biz başqa bir hökmdarı 

dəvət edərik ki, onu müharibə günlərində müdafiə etsin və dinclik günlərində isə ona 

sahib olsun”. O, Ramazan oruc ayı zamanı baş vermiş Dəməşq  yaxınlığındakı Şihab 

uğrunda  gedən  döyüşlərdə  iştirak  etmiş  və  Muhəmməd  Peyğəmbərin  (ona  Allahın 

salavatı  və  salamı  olsun!)  Məkkəni  azad  etdiyi  zaman  elədiyi  kimi,  düşmənə  qarşı 

vuruşanlara  kömək  məqsədilə  orucluğu  təxirə  salmaq  barədə  fitva  da  vermişdir. 

Müsəlmanlar tatar-monqollara qarşı bu döyüşdə qələbə çaldılar və onları Dəməşqdən 

və bütün Suriyadan qovdular. Đbn Teymiyyə öz cəsurluğunu, “üləmaların” nümayəndə 

heyəti  ilə  birlikdə  müsəlmanların  üzərinə  qəfil  basqınlarına  son  qoymaları  üçün 

                                                 

1

 Bu, ərəbcədən rus dilinə tərcümə edənin ifadəsidir. Əslində Allahın Quranına və Onun Peyğəmbərinin 



(s.a.s.) Sünnəsinə əsaslanan ilahiyyat elmi nəzərdə tutulur. Tərc. F.S. 

2

 Tərc. əlavəsi. F.S. 



3

 Đbn Batuta, “Ruhaya”, c. 1, s. 110. 




Qazanda yerləşən tatar-monqol xanı ilə danışıqlara gedərkən göstərdi. “Üləmalardan” 

heç biri, Đbn Teymiyyədən başqa, cəsarət edib xana bir söz belə deyə bilmədilər. O isə 

dedi:  “Siz  özünüzü  müsəlman  elan  etmisiniz  və  sizin  müəzzinləriniz,  qaziləriniz, 

imam  və  şeyxləriniz  vardır.  Bəs  siz  niyə  bizim  ölkəmizə  basqın  etdiniz?  Hələ  sənin 

atan və baban, Xulaq, kafir olduqları zaman belə Đslam torpaqlarına basqın etmirdilər, 

onlar  hətta  basqın  etməyəcəklərinə  söz  vermişdilər  və  buna  əməl  də  etdilər.  Sən  isə 

vədə verdin, amma onu yerinə yetirmədin”

4



Đslam  düşmənlərinə  qarşı  bu  cihad  Đbn  Teymiyyənin  “üləmalarla”  olan 

münasibətlərinə  kömək  göstərmədi.  Hakimiyyət,  çoxsaylı  hüquqi  və  sosial  məsələlər 

üzrə  cəsarətli  və  mütərəqqi  baxışları  (onu  sevməyənləri,  Đslam  hüququnun  mötədil 

məktəblərinin  ardıcıllarını  qəzəbləndirirdi)  üstündə  onu  dəfələrlə  zindana  salırdı  və 

axırda orada o, vəfat etdi. 

Amma,  Đbn  Teymiyyə  “üləmalar”  arasında  onu  hər  cür  fəlakətə  məruz  qoyan 

və  dəfələrlə  həbsə  atdıran  qərəzli  tənqidçilərini  cəzalandırmaq  imkanına  malik 

olduqda  (sultan  ən-Nəsir  Kələun  ona  belə  bir  imkan  vermişdi),  o,  böyük  alicənablıq 

göstərərək  onları  bağışladı.  Bununla  əlaqədar  o  sultana  demişdi:  “Əgər  sən  onları 

öldürsən, bir də heç vaxt onlara bənzər “üləma” tapa bilməzsən”. Sultan isə ona belə 

demişdi: “Onlar sənə hədsiz dərəcədə ziyan vurmuşlar və səni öldürmək istəyirdilər!” 

Đbn  Teymiyyə  sultana  belə  cavab  vermişdi:  “Mənə  ziyan  vuranlar  bağışlanmışdır, 

amma  kim  ki,  Allahın  və  Onun  Peyğəmbərinin  işinə  ziyan  vurub,  onu  Allah 

cəzalandıracaq”

5



Müsəlman  tarixçiləri  əz-Zəhəbi,  Đbn  Kəsir,  Đbn  əl-Đməd  əl-Hənbəli  və  bir  çox 



digərləri  Đbn  Teymiyyəni  haqlı  saymış  və  onu  Đslamın  ən  böyük  alimlərindən  hesab 

etmişlər. 

 

 

Đbn Teymiyyənin elmi nailiyyətləri 



 

Đbn Teymiyyə zamanında müsəlmanların vəziyyəti ağır idi və onların məhz bu 

vəziyyətini o,  yaxşılaşdırmaq istəyirdi. O olduqca yüksək fəallıqla öz dinini – Đslamı 

müdafiə  edirdi.  Demək  olar  ki,  özünün  bütün  əsərlərində  o,  Đslama  sızdırılmış  dinə 

yad olan ideyaları ya tənqid, ya da təkzib etmiş və yaxud, onun rəyinə görə, müsəlman 

ümmətinin  diqqətini  cəlb  etmək  lazım  gəldiyi  üçün  bəzi  nəzər  nöqtələri  müdafiə 

etmişdir. 

Đbn  Teymiyyənin  Đslamın  müdafiəsində  fəal  rolunun  ən  parlaq  nümunəsi, 

onun,  tatar-monqolların  müsəlman  torpaqlarına  basqını  zamanı  göstərdiyi 

fəaliyyətidir.  Đslam  tarixi  üçün  ən  böhranlı  dövr  olan  həmin  vaxtlarda,  o,  ideoloji  və 

vətənpərvərlik  ruhunun  mənbəyi  olmuşdu.  O,  Cihadın  –  din  uğrunda  mübarizənin 

zəruri olduğundan danışır və izah edirdi ki, bu - ən birinci dərəcəli mühüm vəzifədir. 

Özünün  bəlağətli  nitq  qabiliyyətindən  və  fikirlərini  yazılı  surətdə  ifadə  etmək 

istedadından  istifadə  edərək,  o,  var  qüvvəsi  ilə  müsəlmanların  əxlaq  səviyyəsini 

                                                 

4

 Đbn Kəsir, Əl-Bidayə vən-Nihayə, c. 7, h. 14, səh. 91-92. 



5

 Đbn Kəsir, Əl-Bidayə vən-Nihayə, c. 7, h. 14, səh.  56. 




Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə