Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   ...   7   8   9   10   11   12   13   14   15

addım-addım, bəziləri iməkləyə-iməkləyə keçəcək, digərləri isə sürünə-sürünə gələcək 

və  yaxalanıb  Cəhənnəmə  düşəcəkdir.  Körpünün  üzərində  qarmaqlar  var  və  onlar 

insanları  əməllərinə  görə  tutacaqlar.  Kim  Siratı  keçsə,  Cənnətə  daxil  olar.  Siratı 

keçənlər  Cənnətlə  Cəhənnəm  arasında  Qantarada  dayandırılacaqlar  ki,  öz  aralarında 

bir-birinə  haqları  ödəndiriləcəkdir.  Orada  təmizləndikdən  sonra  onlara  Cənnətə 

girməyə icazə veriləcəkdir. 

Cənnətin  qapılarının  açılmasını  istəyən  ilk  şəxs  Muhəmməd  (ona  Allahın 

salavatı  və  salamı  olsun!)  olacaqdır.  Ümmətlər  arasında  isə  ilk  olaraq  Cənnətə  girən 

Onun (ona Allahın salavatı və salamı olsun!) ümməti olacaqdır. 

Qiyamət günü Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) üç şəfaəti 

olacaqdır: 

Birinci şəfaət: peyğəmbərlər - Adəm, Nuh, Đbrahim, Musa və Məryəm oğlu Đsa 

(onlara  salam  olsun!)  şəfaət  etməkdən  boyun  qaçırdıqlarından  sonra  növbə 

Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) çatdıqda,  o, məhşərə 

toplananlara şəfaət edəcəkdir. 

Ikinci  şəfaət:  Cənnətə  əlinin  Cənnətə  daxil  olması  üçün  edəcəyi  şəfaətdir.  Bu 

iki şəfaət ancaq ona məxsusdur. 

Üçüncü şəfaət isə Cəhənnəmə atılmağa layiq olanlar üçün olacaqdır. Şəfaətin 

bu  növü  Peyğəmbərimizə  (ona  Allahın  salavatı  və  salamı  olsun!)  və  eləcə  də  digər 

peyğəmbərlərə,  həmçinin  siddiqlərə  və  başqalarına  aiddir.  Onlar  bəzi  Cəhənnəmə 

atılmağa layiq olan kəslərin oraya düşməməsi üçün, həmçinin Cəhənnəmə atılmış bəzi 

insanların oradan çıxarılması üçün şəfaət edəcəklər. Həmçinin Uca Allah Öz lütfü və 

rəhmətiylə  bir  çox  adamları  Cəhənnəmdən  şəfaətsiz  çıxaracaqdır.  Dünya  əhlindən 

Cənnətə daxil olacaqlar daxil olduqdan sonra orada boş yerlər qalacaqdır. Buna görə, 

Allah Cənnət üçün insanlar yaradacaq, sonra onları Cənnətə daxil edəcəkdir. 

Axirət  həyatında  olacaq  şeylər:  haq-hesab,  mükafat,  cəza,  Cənnət,  Cəhənnəm 

və  s.  bunlar  hamısı  səmadan  nazil  edilmiş  (səmavi)  kitablarda,  peyğəmbərlərdən 

rəvayət edilmiş və Muhəmmədən (ona Allahın salavatı və salamı olsun!) miras qalmış 

biliklərdə  müfəssəl  surətdə  və  kifayət  edəcək  qədər  öz  əksini  tapmışdır.  Hər  kim 

(öyrənmək) istəsə bunu açıq-aşkar görə bilərlər. 

Nicat  tapmış  firqə  -  Sünnə  və  camaat  əhli  Qədərin  xeyrinə  və  şərinə  iman 

gətirir. Qədərə iman iki dərəcədən, hər bir dərəcənin özü isə iki  hissədən ibarətdir.  

Birinci dərəcə - Uca Allahın elmi ilə məxluqatları əhatə etməsinə və onların da 

Allahın  qədim  elminə  uyğun  olaraq  hərəkət  (əməl)  etmələrinə  iman  gətirməkdir.  O, 

əzəli və əbədi olaraq bu sifətlərlə vəsf olunmuşdur. O bütün yaratdıqlarının itaətkar və 

ya  asi  olacağını,  onların  ruzilərinin  miqdarını  və  nə  zaman  öləcəklərini  bilir.  Sonra 

Allah Lövhi məhfuzda məxluqatların qədərini yazmışdır. 

“Allah  öncə  qələmi  yaratmış,  sonra  ona  buyurmuşdur:  "Yaz!"  Qələm 

soruşmuşdur:  nə  yazım?  Allah  buyurmuşdur:  “Qiyamət  gününə  qədər  nə  baş 

verəcəyini  yaz!”  Đnsanın  başına  gələcəklər  heç  vaxt  ondan  yan  keçməyəcək  və 

ondan  yan  keçəcəklər  isə,  heç  vaxt  ona  toxunmayacaqdır.  Qələmlər  (mürəkkəb) 

qurumuş və səhifələr isə bükülmüşdür." Uca Allah buyurur: 




“(Ya  Rəsulum!)  Məgər  bilmirsənmi  ki,  Allah  göydə  və  yerdə  nə  varsa 

(hamısını) bilir? Həqiqətən, bu, (Lövhi-məhfuzdadir) Kitabdadır. Şübhəsiz ki, bu 

Allah üçün asandır!” (Həcc, 22/70). 

O yenə buyurur: 

“Yer  üzündə  baş  verən  və  sizin  öz  başınıza  gələn  elə  bir  müsibət  yoxdur 

ki,  Biz  onu  yaratmamışdan  əvvəl  o,  bir  kitabda  (lövhi-məhfuzda)  yazılmamış 

olsun. Bu, Allah üçün çox asandır!” (Hədid, 57/22). 

Qədərin  bu  növü  Allaha  Öz  elmi  ilə  məlumdur.  O  (yəni,  bu  elm),  bəzən 

ümumi,  bəzən  də  müfəssəldir.  Allah  Lövhi  məhfuzda  istədiyini  yazmışdır:  O,  ana 

bətnindəki uşağı yaratdıqda, ona ruh verməmişdən əvvəl, onun yanına mələk göndərir 

və ona dörd kəliməni: yəni, ruzisini, əcəlini, əməlini, xoşbəxt və ya bədbəxt olacağını 

yazmağı  əmr  edir.  Keçmişdə  qədərin  bu  növünü  Qədərilərin  ifrata  varan  tərəfdarları 

inkar edirdilər. Zəmanəmizdə isə bunun inkar edən çox azdır. 

Đkinci  dərəcə  isə  Allahın  həyata  keçən  istəyinə  (iradəsinə)  və  hər  şeyi  əhatə 

edən qüdrətinə iman gətirməkdir. Bu, Allahın istədiyinin baş verib, istəmədiyinin isə 

həyata  keçmədiyinə  iman  gətirməkdir.  Şübhəsiz  ki,  göylərdə  və  yerdə  baş  verən 

hərəkət  və  ya  sükunət  yalnız  nöqsansız  Allahın  istəyi  və  iradəsilədir.  Onun 

səltənətində istəmədiyi bir şey baş verməz. Mövcud olan və mövcud olmayan hər nə 

varsa Allah ona qadirdir. 

Nə  yerdə  və  nə  də  göylərdə  elə  bir  varlıq  yoxdur  ki,  onun  Allahdan  başqa 

yaradıcısı olsun. Ondan başqa yaradan və Ondan başqa Rəbb yoxdur. 

Bütün  bunlarla  yanaşı  O,  xəlq  etdiyi  varlıqlarına  Özünə  və  elçilərinə  itaət 

etmələrini əmr etmiş, asi olmağı isə qadağan etmişdir. 

Allah  müttəqiləri,  mühsinləri  (əməli  salehləri),  ədalətliləri  sevir  və  iman 

gətirənlərdən, yaxşı işlər görənlərdən razıdır.

  

Allah  kafirləri  sevmir,  fasiq  insanlardan  da  razı  deyildir.  O,  fahiş  işləri 



(əxlaqsızlığı) buyurmur. Bəndələrinə küfrü arzulamır və fəsadı sevmir. 

Bəndələr öz əməllərinin həqiqi icraçısı, Allah isə onların əməllərinin xaliqidir. 

Mömin  də,  kafir  də,  saleh  də,  pis  əməl  sahibi  də,  namaz  qılan  da,  oruc  tutan  da 

bəndədir.  Bəndə öz əməllərini qüdrəti və iradəsi ilə edir.  Lakin Allah onun da, onun 

qüdrətinin də, iradəsinin də yaradıcısıdır. Uca Allah buyurur: 

“Eləcə  də  sizdən  doğru  yolda  olmaq  istəyənlər  doğru  yolla  da  gedirlər. 

Lakin aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz!” (Təkvir, 81/28-

29). 


Qədərin  bu  dərəcəsini,  Peyğəmbərin  (ona  Allahın  salavatı  və  salamı  olsun!) 

"Bu ümmətin məcusiləri" adlandırdığı qədərilərin əksəryəti inkar edilir. Bu məsələni 

təsdiq  edənlərdən  bəziləri  (yəni,  Cəbrilər  təriqəti)  isə  ifrata  vararaq  insanın  gücü  və 

ixtiyarı  (seçimi)  olmadığını  iddia  edirlər.  Bu  da  Allahın  etdiyi  əməllərin  və  verdiyi 

hökmlərin hikmətsiz və faydasız olması mənasını verir. 

Əhli  sünnə  və  camaat  tərəfdarlarının  əsas  prinsiplərinə  görə  din  və  iman,  söz 

və  əməldir;  söz  dedikdə:  qəlbin  və  dilin  sözü,  əməl  dedikdə:  qəlblə,  dillə  və  bədən 

üzvləri ilə əməl nəzərdə tutulur. Iman itaət göstərməklə artır və asilik etməklə azalır. 




Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə